Anpassung des lehrbetriebs an den


Təqdimat  metodları.  Qrafik  1000  sözdən  çox  danışır



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   25   26   27   28   29   30   31   32   33

102 
 
Təqdimat  metodları.  Qrafik  1000  sözdən  çox  danışır. 
Mürəkkəb mənalı fikirlərin qrafiklə təsvir olunması uzun sözlərlə və 
ya şifahi izahatlarla təqdimatdan daha asandır. 
Həm referatlarda, həm də diskusiyalarda əsas yük düzgün təqdimatın 
və  ya  oxunan  informasiyanın  üstünə  düşür.  Aşağıdakı  texniki 
vizualizasiya vasitələrinə üstünlük verilir: 

 
mühazirə plakatlarından ibarət stend

 
diaproyektor; 

 
yazma,  yapışdırma  və  iynə  batırma  yolu  ilə  məlumat  təsvir 
edən, divara asılan lövhələr. 

 
Displey, noutbuk. 
Mühazirə  plakatlarından  həm  referatların  məzmununu  təsvir 
etmək,  həm  də  spontan  diskusiyaların  nəticələrini  vizuallaşdırmaq 
üçün istifadə etmək olar. Onların mənfi cəhəti çox vaxt surətlərinin 
çıxarıla bilməsi imkanının olmamasıdır. 
Əksinə  asılı  plyonkaların  əvvəlcədən  A4  formatda  surətlərini 
çıxarmaq  mümkündür.  Eləcə  də  kağız  orijinaldan,  məsələn, 
qrafikdən birbaşa plyonkaya əksinə çevrilmiş surət çıxarmaq olur. 
Mürəkkəb  fikri  yalnız  bir  geniş  təsvirdə  vermək  mümkün  olanda 
klassik  lövhədən,  təbaşirdən  və  flomasterdən  istifadə  etmək 
sərfəlidir.  Xüsusi  surətçıxaran  aparatlarla  təchiz  olunmuş  xüsusi 
lövhələr isə çoxlu sayda surət çıxarmağa imkan verir. 
Yaxşı  və  pis  qrafiklər  mövcuddur.  Hər  vizualizasiya  forması 
üçün bəzi prinsiplərə riayət olunmalıdır: 

 
hadisənin vahid təsviri; 

 
iri, səlis şrift

 
çap hərfləri üçün şrift; 

 
qrafikləri çox yükləməməli; 

 
sadə və məzmunlu simvollar

 
aydın olmayan heç bir simvol. 
DV  və  PC  proseslərin  təqdimatı  üçün  displey  və  noutbuk  ən 
yaxşı vasitələrdir. Tamaşaçılar çox olanda divarda geniş təsvir almaq 
imkanı olmalıdır. 
Həm  referatlar,  həm  də  diskusiyalar  üçün  müxtəlif  texniki 
vasitələrdən  istifadə  olunması,  məsələn,  mühazirə  plakatlarının 
stendi 1-2 diaproyektor və eləcə də divara asılmış təqdimatda böyük 
üstünlük verir. 


103 
 
Qiymətləndirmə üsulları. Müşavirə planlaşdırılarkən adətən hər 
şeydən  əvvəl  ayrı-ayrı  tələblərin,  təkliflərin,  qərarların  və 
alternativlərin  əsaslarının  listinqləri  (mətnləri)  hazırlanır  və  bunlar 
sonradan  prioritetlərə  görə  ardıcıl  düzülür.  Bunun  üçün  bir  neçə 
praktiki qiymətləndirmə metodlarından istifadə olunur: 

 
bal prosesi (ballarla qiymətləndirmə); 

 
məhkəmə prosesi (arbitraj prosesi); 

 
seçmə prosesi; 

 
qiymətləndirmə (fikir yürütmə); 

 
üstünlükvermə matrisası. 
Bal  prosesində  iştirakçılar  eyni  miqdarda  (ümumi  halda  3-5 
ədəd)  yapışqanlı  simvollar  alır  və  onları  qiymətləndirmə 
meyarlarının  üzərinə  yapışdırırlar.  Meyarların  toplusu  əvvəlcədən 
müəyyən qaydada razılaşdırılmalıdır. 
Arbitraj prosesində iştirakçılar üzərində 0-dan 5-ə kimi rəqəmlər 
olan 6 qiymətləndirmə vərəqi alırlar. Qiymətləndirmə meyarları üzrə 
bir-birinin ardınca sorğular aparılır: hər meyara görə iştirakçı özünün 
seçdiyi  vərəqi  (0=vacib  deyil;  5=çox  vacibdir)  qaldırır.  Bir  meyar 
üzrə 
ayrı-ayrı 
qiymətlərin 
cəmi 
bu 
meyarın 
ümumi 
qiymətləndirmədə çəkisini göstərir. 
Seçmə  prosesi  yuxarıdakı  iki  qiymətləndirmə  metodunun 
birləşməsindən  ibarətdir.  Hər  iştirakçı  rəqəmlər  söyləməklə,  bal 
verməklə  və  ya  qiymət  kartı  göstərməklə  özünün  meyarlarının 
ardıcıllıq siyahısını tərtib edir. Ayrı-ayrı qiymətlərin ortalaşdırılması 
meyarın prioritetini müəyyən edir. 
Qiymətləndirmə  prosesində  iştirakçılar  qiyməti  beşpilləli  plyus-
minus meyarları üzrə aylayırlar. Beşpilləli qiymətin müvafiq mənası 
problemlərin uyğun sahələri ilə müəyyən edilir. Çox vaxt aşağıdakı 
qiymətləndirmə şkalası istifadə olunur: 
++ çox böyük üstünlüklər
+ bir neçə üstünlük; 
0
 
nə üstün cəhətlər, nə də çatışmazlıqlar vardır; 
- bir neçə çatışmazlıq; 
-  - çoxlu çatışmazlıqlar. 
Yerinə yetirilən işlərin planlaşdırılması metodları. 
Hər bir əməkdaşın fərdi təqvim planı olmalıdır


104 
 
Zamanın  digər  resursların  əksinə  olaraq  xüsusi  əlaməti  ondan 
ibarətdir ki, onu çoxaltmaq (uzatmaq) olmur. Ona görə də müddətin 
optimal  planlaşdırılması  nəinki  layihə  işlərinin  ümumi  icra 
müddətinin,  həm  də  fərdi  icra  müddətinin  planlaşdırılması  üçün 
böyük əhəmiyyət daşıyır. 
Müddətin  fərdi  planlaşdırılması  3  zaman  horizontunu  özündə  cəm 
edir: 

 
ayrı-ayrı iş günlərinin planlaşdırılması; 

 
cari ilin planlaşdırlması; 

 
ayrı-ayrı mövzuların (işlərin) planlaşdırılması. 
Müddətin  fərqli  planlaşdırılması  iş  gününün  əvvəlcədən  tam 
planlaşdırılmasından  başlanır.  Növbəti  günün  planlaşdırılmasını  ya 
əvvəlki  günün  sonunda,  ya  da  yeni  iş  gününün  əvvəlində  həyata 
keçirmək lazımdır. Bu planlaşdırma 3 yerə bölünür: 

 
görüşlərin planlaşdırılması; 

 
hərəkətlərin (görüləcək işlərin) planlaşdırılması; 

 
əvvəlcədən qeydlərin edilməsi. 
Görüşlər,  hərəkətlər,  əvvəlcədən  edilən  qeydlər  müddətlərin 
planlaşdırılmasının kateqoriyalarıdırlar. 
Təqvim-yaddaşdan  gündəlik  plana  bütün  görüşlər  (müzakirələr, 
tədbirlər)  haqqında  məlumatlar  köçürülür  və  siyahı  cari  gün  üçün 
aktual  olan  digər  görüşlərlə  genişləndirilir.  Sonrakı  hərəkətlər 
(fəaliyyət)  qarşıdan  gələn  günə  yazılmalıdır.  Buraya  telefon 
danışıqları,  tərtib  olunan  məktublar,  yerinə  yetirilən  tapşırıqlar  və 
fəaliyyət  (işlər),  nəzarət  tədbirləri  və  s.  daxildir.  İşlər  prioritetlərə 
müvafiq həyata keçirilməlidir: əvvəlcə çox vacib, sonra isə daha az 
vacibliyə  malik  işlər  yerinə  yetirilməlidir.  Çox  gec  vaxta 
planlaşdırılmış  görüşlər  və  fəaliyyət  üçün  ya  qeydiyyat,  ya  da 
əvvəlcədən qeydiyyat aparılır. 
Müddətin  il  üçün  planlaşdırılması  günün  planlaşdırılması 
kateqoriyalarına  (görüşlər,  fəaliyyət,  əvvəlcədən  qeydetmə) 
uyğundur.  Bu  sonrakı  həftənin  və  cari  ayın  planlaşdırılmasına  da 
aiddir. Planlaşdırmanın bu hissəsi aramsız aparılır: razılıq alındıqdan 
sonra  bütün  il  boyu  müxtəlif  baxımlara  (əməkdaş,  layihələr)  görə 
qaydaya salınmış görüşlər aramsız olaraq əvvəlcədən qeyd olunur. 
Ümumi 
mövzuların 
planlaşdırılması 
planlaşdırma 
müddətindən  asılı  olmayan  mövhumdur,  məsələn,  məzuniyyətlərin, 


105 
 
kursun,  investisiyaların,  tələblərin  planlaşdırılması  buna  misal  ola 
bilər. 
Fərdi  görüşlərin  planlaşdırılması  üçün  özündə  bütün  görüşləri 
özündə  bütün  görüşləri  zamana,  yerə  və  açar  sözlərə  görə 
ümumiləşdirən  təqvim-yaddaşda  öz  əksini  tapır.  Bu  təqvim-yaddaş 
mümkün  qədər  kiçik  olmalıdır  ki,  onu  hər  yerdə  özünlə  gəzdirmək 
mümkün olsun. 
Cari  işlərin  planlaşdırılması  üçün  hər  günə  1  səhifəsi  və  ya 
həftəyə  2  səhifəsi  olan  gündəlik  təqvim  istifadə  olunur.  Təqvimi 
aparmaq  üçün  fərdi  kompüter  proqramları  istifadə  olunur.  Lakin 
onlar praktiki cəhətdən “kafi” planlaşdırma sistemindən geri qalırlar, 
çünki  fərdi  kompüterlərlə  sıx  əlaqədə  olurlar.  Görüşlərin  və  fərdi 
işlərin  planlaşdırılması  üçün  3  Com  sistemindən  olan  Palm  III 
orqanayzerləri səmərəli ola bilərlər, çünki cibdə gəzdirilən bu cihaz 
fərdi  kompüter  –  katibə  ilə  verilənlərin  mübadiləsi  üçün  keçid 
qurğusunun adapteri ilə təchiz olunmuşdur. 
Komanda  ilə  iş.  Problemlərin  kompleks  həlli,  texnoloji 
mürəkkəb  qaralamaların  tərtibatı,  yeniliklərin  planlaşdırılması  bir 
qayda  olaraq layihənin inter  intizam  komandasında həyata  keçirilir. 
Belə  komandada  tapşırığı  yerinə  yetirmək  üçün  müxtəlif  bilikləri, 
təcrübəyə və düşüncə tərzinə malik olan insanlar birləşirlər. Çox vaxt 
əməkdaşlar bir-birini çox az tanıyırlar və yaxud tanımırlar, çünki ayrı 
şöbələrdən  və  yerlərdən  gəlmiş  olurlar.  Komandanın  hər  bir  üzvü 
özünəməxsus  qüvvəyə  və  özünün  ideyalarına  malik  olur,  buna 
baxmayaraq son nəticədə ən düzgün qərara gəlirlər. 
Komandada işin üstün cəhətləri aşağıdakılardadır: 

 
geniş biliklər bazası (nou – xau üstünlükləri); 

 
sinergiyadan istifadə; 

 
zəmanətli informasiya axını; 

 
işləməyə şiddətli hazırolma (motivasiya); 

 
ən yaxşı həyata keçirmə qabiliyyəti

 
qərarın yükünü daşıma qabiliyyəti. 
Komandada  səmərəli  işin  əsas  şərti  ümumi  münasibətlər 
dünyasının yaradılmasıdır. İnsanlar komandaya daxil olmazdan əvvəl 
bir-birilə ünsiyyətdə olmaq təcrübəsi qazanmalıdırlar: komanda, necə 
deyərlər  “yetişib  bişməli”dir.  Bu  bir  qədər  vaxt  tələb  edir, lakin  bu 
itirilmiş vaxt deyil, layihənin inkişafının zəruri mərhələsidir. 


106 
 
Komandanın “yetişməsi” əsasən 4 tipik mərhələdən keçir: 

 
formalaşdırma mərhələsi (forming); 

 
konfrontasiya mərhələsi (storming); 

 
təşkil mərhələsi (narming); 

 
iş mərhələsi (perfoming). 
Formalaşdırma mərhələsində komandanın üzvləri əvvəlcə bir-
birini  yoxlayırlar:  hamı  bir-biri  ilə  çox  ədəblə  davranır, 
arqumentlərini  çox  ehtiyatla  irəli  sürür,  çox  böyük  səbirsizliklə 
partnyorunun  rəyini  gözləyir.  Bu  ilk  mərhələdə  tapşırığın  məqsədi 
çox aydın müəyyən edilməli və razılaşma əsasında hər kəsin tapşırığı 
verilməlidir. Bundan əlavə birgə iş (vaxt, yer, kommunikasiya və s.) 
hamının  arasında  razılaşdırılmalıdır.  Formalaşdırma  fazasında 
iştirakçılar arasında münasibətlər qurulur: burada çox vacibdir ki, hər 
kəs qrupda öz yerini bilsin. 
Birinci  diskusiyalardan  və  müzakirələrdən  sonra  ümumiyyətlə 
ilk  şüuraltı  konflikt  yaranır  və  bu  açıq  qarşıdurmaya  gətirib  çıxara 
bilər.  Komanda  artıq  konfrantasiya  mərhələsindədir.  Komanda 
üzvlərinin  fərqli  baxışları  və  hərəkətləri  bir-biri  ilə  az-çox 
toqquşmağa  başlayır.  Bu  mərhələdə  hər  kəsin  komandada  rolu 
müəyyənləşir.  Burada  çox  vacibdir  ki,  iştirakçıların  nöqteyi-
nəzərindəki  və  rəylərindəki  fərqlər  çox  aşkar  elan  edilsin  və  fikir 
ayrılıqları səhv kompromislərsiz diskusiya yolu ilə aradan qaldırılsın. 
Böyük  təhlükə  ondadır  ki,  komandanın  üzvü  özündə  olan  ilkin 
inamını itirər və qarşıda qoyulan məqsədə çatmanın mümkünlüyünü 
şübhə altına qoya  bilər. 
Təşkil  mərhələsində  qrup  birgə  qəbul  edilmiş    mövqelərin, 
müzakirə  üsullarının,  təsəvvürlərin  əsasında  verilmiş  tapşırıqları 
işləyir, 
ümumi 
davranış, 
qrammatik 
qaydaları 
(dilin 
qanunauyğunluqları),  komandada  sonrakı  iç  üzü,  informasiya 
yollarını  müəyyən  edir.  Bu  mərhələdə  komanda  qaydaları  müəyyən 
edilir  və  işin  ümumi  mərhələsi  şərtləndirilir.  Artıq  burada 
komandanın nə dərəcədə yaxşı və məqsədyönlü işləməsi görünür. 
İşin  məqsədinə  görə  ümumi  razılığın  və  iş  üsullarının  əldə 
edilməsi  iş  mərhələsindən  başlayır.  Buna  baxmayaraq  komanda 
üzvləri  arasında  bir-biri  ilə  necə  yaxşı  ünsiyyət  bağlamaq  və 
konstruktiv  əməkdaşlıq  üçün  yaxşı  əsas  yaratmaq  istiqamətində  
təcrübə  toplanır.  İdeal  halda  komanda  fikirlərə  və  ideyalara  açıq, 


107 
 
çətinliklərə görə çevik, qoyulmuş məqsədə görə əməksevər və birgə 
işdə həmrəy olmalıdır. Komandaya yeni üzv gələndə və ya məsələnin 
qoyuluşu  dəyişiləndə  ola  bilər  ki,  təşkil  mərhələsinin  (və  hətta 
konfrantasiya mərhələsini) yenidən keçirmək zərurəti yaransın. 
Konstruktiv komanda işi üçün aşağıdakı 8 əsas qaydalar mövcuddur: 
1.
 
Bəyənmək (tərifləmək)! 
2.
 
Töhfə (iş) tələb etmək! 
3.
 
Birgə fəaliyyət göstərmək! 
4.
 
Öz fikrini açıq söyləmək! 
5.
 
Məqsədi gözdən qoymamaq! 
6.
 
Konfliktləri diskusiya yolu ilə həll etmək! 
7.
 
Diqqətlə qulaq asmaq (eşitmək)! 
8.
 
Tənqidi qəbul etmək! 
Nə  üçün  birinci  müşavirə  çox  vacibdir?  Komandanın  ilk 
görüşü  çox  vaxt  sonrakı  məhsuldar  əməmkdaşlığın  açarı  olur.  Siz 
istənilən  birinci  müşavirəni  ümumi  tanışlıq  və  layihənin  qlobal 
təqdimatı üçün istifadə edə bilərsiniz. Bu zaman siz hələ daha xırda 
(özəl)  informasiya  verə  və  işləri  tapşıra  bilməzsiniz,  əvvəlcə  bütün 
əməkdaşların layihə haqqında rəyini öyrənməlisiniz. Bu zaman açıq 
atmosfer  yaratmaq,  tənqidi  qəbul  etmək,  hamıya  söz  vermək,  lakin 
qeyri-məhsuldar diskusiyaya yol verməmək lazımdır. 
Onda siz ikinci iclasda layihənin əsl başlanğıcını qoya bilərsiniz. 
Təxminən burada layihənin məqsədini ətraflı müzakirə edin, birinci 
struktur planı tərtib edin, tapşırıqları paylayın. Təşkil, informasiya və 
kommunikasiya və s. Üçün oyun qaydalarını müəyyən edin. 
Sənədləşdirmək,  məlumatlandırmaq,  xəbər  vermək.  İdeal 
halda  komandanın  bütün  üzvləri  təkcə  layihənin  vəziyyəti,  planlar, 
proseslər,  hadisələr,  xəbərlər  haqqında  məlumatlandırılmırlar, 
razılaşdırmalar  və  vacib  razılaşmalar  da  aidiyyəti  olduqları  üzvlərə 
çatdırılmalıdırlar.  Ona  görə  də  iştirakçılar  arasında  aramsız 
informasiya  və  sənədləşdirmə  axını  yaranmalıdır.  Sənədləşdirmə 
yeni  işçilər  üçün  sistematik  son  nəzarət  üçün  köməkçi  və  gələcək 
layihələr üçün təcrübə rolu oynaya bilər. 
Nələri 
sənədləşdirmək 
lazımdır? 
Komandaya 
hansı  
informasiya emal edilmədiyini izah edin. Elə ilk iclasda aşağıdakıları 
müəyyən edin: 

 
İnformasiyanı kim alır (bölgü aparan)? Bu zaman siz və  ya 
işçiləriniz  sual  qoymalısınız:  hansı  informasiya  layihə  üçün 


108 
 
dəyərlidir; o kimin fəaliyyət dairəsinə aiddir (ola bilər ki, hər 
hansı informasiya şöbəyə ümumiyyətlə aid olmasın). 

 
Hansı  sənədləri,  kim  üçün  və  nə  vaxta  kimi  faktiki  tərtib 
etmək lazımdır? 

 
Hansı  məzmunda  və  hansı  formada?  Burada  müəssinənin 
rəhbərliyinin az informasiya alması çox vacibdir. 

 
Kimin tərəfindən tərtib olunur (müəllif)? 

 
Hansı  vaxta  kimi  (verilmə  vaxtı)?  İnformasiya  nə  qədər tez 
sərəncamınızda ola bilər? 

 
O haradan verilməlidir? 
Həmişə  cari  və  vacib  fəaliyyətin  sənədləşdirilməsinə  çalışın  və 
informasiya üçün tədbirlərə nəzarət edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


109 
 
 
 
ƏDƏBİYYAT 
 
1.  Бабаев  И.А.  Основы  профессиональных  знаний  по  управлению 
проэктами. Баку, Элм, 2004 
2.  Babayev  İ.A.  Laiyələrin  idarə  edilməsi  metodologiyası:  Monoqrafiya. 
Bakı, Elm, 2003, 300 s. 
3. Babayev İ.A Layihələrin idarə edilməsi . Milli kompotensiyanın əsasları. 
Peşəkar biliklərin əsasları.Milli sertifikatlaşdırma  sistemi/NCV(az)  –  Bakı, 
Çaşıoğlu, 2002, 214 s.  
4.Burghardt,  Manfred:  Einführung  in  Projektmanagement,  Definition, 
Planung, Kontrolle und Abschluss, Siemens, 2002 
5. Cronenbroeck, Wolfgang: Handbuch internationales Projektmanagement, 
Verlag ,Poeschel, 2004  
6.Kuster,  Jürg;  Huber,  Eugen;  Lippmann,Robert;  Schmidt,  Alphons; 
Schneider, Emil; Witschi, Urs; Wüst,Roger:Handbuch Projektmanagement, 
Springer Verlag, 2008 
7.    Olfert,  Klaus:  Kompakt-TrainingProjektmanagement,  Kiehl  Verlag, 
2007 
8.  Pfetzing;  Karl;  Rohde,  Adolf:Ganzheitliches  Projektmanagement, 
Verlag,Dr. Götz Schmidt, 2001 
9.  Schulz-Wimmer,  Heinz:  Projekte  managen,Werkzeuge  für  effizientes 
Organisieren,Durchführen  und  Nachhalten  von  Projekten,Jokers  edition, 
2007 
10. http://www.cit.tuberlin.de/uploads/media/Projektmanagement.pdf 
11.http://www.unisaarland.de/fileadmin/user_upload/Sonstiges/ZSQ/Progra
mmhefte/PE-Kommunikation-Projektmanagement-
Interkulturelle_Kompetenz.pdf 
12.http://www.bluepm.eu/user/eesy.de/bluepm.eu/dwn/Inhalt_PM3.pdf 
13.http://www.blikk.it/angebote/schulegestalten/se_suedtirol/Projektmanage
ment.pd 
14.http://www.uni-
hildesheim.de/media/zsb/Studienangebot/Bachelorstudium/Internationale_K
ommunikation_und_UEbersetzen/sto_baikue_0411.pdf 
15.http://www.etit.tu-
darmstadt.de/media/etit/formulare_studium/ordnungen/modulhandbuecher/
mhb_bsc_etit_2007_dt_de.pdf 
16.ftp://ftp.fhbiberach.de/pub/www/projektmanagement/Module%20Bachel
or/110128-Modulhandbuch%20Bachelor%20P_Final.pdf 


110 
 
17.https://www.hs-neu-
ulm.de/fileadmin/user_upload/Studium/Bachelorstudieng%C3%A4nge/Mo
dulhandbuch_IMUK.pdf 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə