Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   2   3   4   5   6   7   8   9   ...   33

12 
 
dövrümüzdə  olan  tələblər  mütənasib  olaraq  layihələrdə  öz  əksini 
tapır.  Bu  səbəbdən  hər  bir  yeni  layihədə  müasir  dövrün  tələblərinə 
cavab verən yeniliklər mövcuddur. Yenilik əlaməti hiss olunmayan 
layihələrin əksəriyyəti uğursuz və ya qısa müddətli olur.  
Bütövlük,  tamlıq  aləməti.  Tamlıq  əlaməti  -  layihələrin 
bütün  parametrlərlə  tam  xarakterizə  olunması  deməkdir.  Layihələr 
çoxlu parametrlərlə xarakterizə olunurlar. Layihəyə təsir edən bütün 
parametrlərin  hamısının  layihədı  öz  əksini  tapması  layihənin  bütöv 
olmasını  xarakterizə  edir.  İlk  növbədə  layihələrdə  nəzərdə  tutulan  
faktorların  sayı  və  layihənin  nəticəsinə  bir  başa  və  ya  dolayı  yolla 
təsir  edən  parametrlərin  sayını  müəyyənləşdirmək  layihənin  tam 
olmasına  olmasına gətirir.Bu zaman deyirlər ki, layihə bütüvdür və 
ya tamdır. 
Hüquqi  təminat  əlamətləri.  Layihələrdə  iştirak  edən 
tərəflərin  hüquqi  təminatı    və  onlar  arasında  münasibətlərin  
qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni 
iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin 
yerinə  yetirilməsində  hüquqi  nöqteyi  nəzərdən  problemlər  yarana 
bilər.  Bu
 
səbəbdən  layihələrdə  müvafiq  qanunlar  və  normativ 
sənədlər öz əksini tapmalıdır. 
Təşkilat  əlaməti.  Təriflərdən  göründüyü  kimi  layihə  kiçik  bir 
müəssisədir.  Нəг  bir  müəssisənin  təşkilati  strukturu  olduğu  kimi 
layihələrin  də  yerinə  yetirilməsi  üçün  təəkilati  strukturlar  tələb 
olunur.  Böyük  layihələrdə  tələb  olunan  əsas  parametrlardan  biri 
«təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə 
özünü doğrultmadığı üçün onlar tələb olunmur. 
Məhdudiyyətçilik əlaməti. Layihə digər obyektlər kimi ətraf 
mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi 
olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə 
yetirilir.  Layihə  yerinə  yetirildiyi  mühitdə  özünü  qabarıq  şəkildə 
göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən 
fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları 
üçün  onlara  müəyyən  xüsusiyyətə  malik  olan  tam  sistem  kimi  
baxmaq olar. 
 
 
 
 


13 
 
3.
 
Layihənin məqsədi 
 
Layihəyə  aid  olan  anlayışlar  bazasında  “məqsəd”  ən  mühüm 
yerlərdən  birini  tutur.  “Məqsəd”  və  “tapşırıq”  bir-birinə  yaxın 
anlayışlardır.  Lakin  “Məqsəd”  və  “tapşırıq”  anlayışlarının  fərqi 
ondan  ibarətdir  ki,  tapşırığın  yerinə  yetirilmə  vaxtı  müəyyən  olmur 
və tapşırıq müxtəlif parametrlərlə xarakterizə olunur. Ümumiyyətlə, 
tapşırıqlar  yerinə  yetirilərək  hər  hansı  bir  məqsədə  nail  olunur  və 
yaxud  istənilən  məqsədə  nail  olmaq  üçün  bir  və  ya  bir  neçə 
tapşırıqları yerinə yetirmək lazım  gəlir. “Məqsəd” anlayışında onun 
hansı  parametrlərlə  xarakterizə  olunması  məlum  olmur,  parametrlər 
yalnız tapşırıqların “aktiv” vəziyyətində məlum olurlar (şəkil 1.1). 
Beləliklə,  layihənin  məqsədi  –  müəyyən  vaxt  çərçivəsində 
əldə edilmiş nəticə, tapşırığı – verilmiş vaxt çərçivəsində  
parametrlərlə xarakterizə olunan nəticə deməkdir. 
Layihəni yerinə yetirmək üçün verilmiş şərtlərə ə sübut oluna 
biləsi nəticəyə layihənin məqsədi deyilir. 
Layihə  konsepsiyasının  yaradılmasında  əsas  mərhələlərdən 
biri layihənin məqsədinin müəyyənləşdirilməsidir. 
Hər  bir  layihənin  strukturunu  və  iştirakçılarını  xarakterizə 
edən,  bir-birilə  sıx  əlaqədə  olan  çoxlu  məqsədlər  mövcuddur.  Hər 
hansı  bir  məqsədə  nail  olmaq  üçün  meyarlar  seçmək  vacibdir.  Bu 
meyarlar əsasında məqsədə çatmaq üçün alternativ variantlar qurulur. 
Beləliklə, layihələrin məqsədləri aşağıdakı şəkildə formalaşır. 

 
layihənin məqsədi aydın olmalıdır; 
Tapşırıq 
Məqsəd 
İş № J 
Aktiv dövr 
Şəkil 1.1 


14 
 

 
məqsədə  nail  olmaq  üçün  əldə  olunan  nəticələrin 
qiymətləndirilməsi mümkün olmalıdır; 

 
məhdudiyyətlərin  və  şərtlərin  yerinə  yetirilməsi  mümkün 
olmalıdır. 
Ümumiyyətlə,  layihədə  vaxt,  büdcə,  ehtiyatlar  və  digər 
məhdudiyyətlər  çərçivəsində  yüksək  keyfiyyətli  məhsulun  istehsal 
olunması və məqsədə çatılması tələb olunur. 
Layihənin məqsədi dəyişilə bilər. Ətraf mühitin layihəyə  təsiri, 
onun  yerinə  yetirilməsi  prosesində  parametrlərin  gözlənilməyən 
dəyişikliklərə  məruz  qalması  və  digər  həyəcanlandırıcı  təsirlər 
layihənin məqsədinin dəyişdirilməsinə səbəb ola bilər. Bu səbbədən 
layihənin məqsədi arasıkısilməz dinamik proses xarakteri daşıyır. Bu 
prosesdə mövcud vəziyyət, tendensiya təhlil edilir və lazım gəldikdə 
təshih həyata keçirilir. 
Layihə  məqsədinin  müəyyənləşdirilməsi  prosesi  yaradıcı  bir 
prosesdir və aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 

 
məqsədin istiqaməti müəyyənləşdirilir

 
mümkün olan məqsədlər çoxluğu yaradılır; 

 
layihənin məqsədi müəyyənləşdirilir. 
Məqsədin  istiqamətini  müəyyənləşdirmək  üçün  müxtəlif  amillərin 
araşdırılması tələb olunur: 

 
layihə qarşısında qoyulan tələb; 

 
layihə üçün sifariş; 

 
layihə əsasında fəaliyyət göstərən müəssisənin məqsədi

 
layihənin ətraf faktorları. 
Məqsədin istiqaməti ibtidai təhlil kimi qiymətləndirilir, məqsəd 
müəyyənləşdirilir və aktivləşir. 
Məqsəd fərdi və ya qrup şəklində müəyyənləşdirilir. Bu proses 
yaradıcı  xarakter  daşıdığı  üçün  özünəməxsus  qanunlara  və  ümumi 
yanaşma  prinsiplərinə  malikdir.  Fərdi  yanaşmada  məntiqi 
metodlardan 
istifadə 
edilir. 
Qrup 
əsasında 
məqsədin 
müəyyənləşdirilməsində  geniş  spektrdə  məsələyə  baxılaraq  intuitiv 
metodlardan istifadə olunur. 
Layihənin məqsədi aydın və dürüst yazılmaqla aşağıdakı şərtləri 
özündə əks etdirməlidir: 

 
layihənin nəticəsi

 
layihənin yekunlaşdırılması vaxtı; 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə