Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   2   3   4   5   6   7   8   9   ...   33

15 
 

 
məsrəflər; 

 
məqsədin dəyişilməsi mümkünlüyü

 
məqsədin ierarxiya strukturu. 
Nəticə  -  layihənin  növündən  və  xüsusiyyətindən  asılı  olaraq 
sistemin hansı vəziyyətdə olduğunu müəyyənləşdirir. 
Vaxt  –  layihənin  nə  vaxt  başa  çatdırılması  arzu  olunur.  Bəzi 
layihələrdə başa çatma vaxtı ciddi tələb kimi qoyulur. 
Məsrəf  –  layihənin  yerinə  yetirilməsi  üçün  nə  qədər  vəsaitin 
ayrılmasını  göstərir.  Bəzi  hallarda  məsrəfin  maksimum  həddi 
göstərilir. 
Məqsədin  dəyişilmə  mümkünlüyü  –  layihənin  yerinə 
yetirilməsi  zamanı  onun  məqsədində  bəzi  dəyişikliklərin  aparılması 
zərurəti  yarana  bilər.  Məqsədin  redaktə  edilməsi  qaydaları 
əvvəlcədən məlum olmalıdır. 
Məqsədin 
ierarxiya 
strukturu 

layihənin 
yerinə 
yetirilməsində  asılılıq  –  hansı  ierarxik  struktura  malik  olunmasını 
göstərir. 
Layihə  məqsədinin  izah  edilməsi  onun  mahiyyətinin  tam 
açılmasına imkan verir. Əgər layihədə risk elementləri mövcuddursa, 
onda aşağıdakı şərtlər layihənin yazılmasında öz əksini tapmalıdır: 

 
layihənin nəticəsi haqqında razılıq; 

 
layihənin  büdcəsi  və  müddəti ilə  bağlı  fikir  söyləmək  və  ya 
onları müəyyənləşdirmək; 

 
layihənin  nəticəsi,  müddəti  və  xərci  arasında  yarana  biləcək 
mübahisənin həllini razılaşdırmaq. 
Layihənin  tam  yazılışı  onun  yerinə  yetirilməsi  üçün  əlverişli 
şərait yaradır. 
 
3. Layihələrin təsnifatı və növləri 
 
Layihələr  öz  təbiətinə  görə  müxtəlif  olurlar.  Onlar  predment 
sahəsinə, miqyasına, iştirakçıların sayına, mürəkkəblik dərəcəsinə və 
digər göstəricilərinə görə bir-birindən fərqlənirlər. 
Layihənin  yerinə  yetirildiyi  mühit  və  onun  əsas  fəaliyyət 
sahəsi layihənin  növünu  müəyyənləşdirir.  Məsələn: texniki  layihə, 
taşkilati layihə, iqtisadi layihə, sosial layihə, qarışıq layihə və s. 


16 
 
Layihənin  predmet  sahəsi,  strukturu  və  tərkib  hissələri 
layihənin  sinfini  müəyyənləşdirir.  Layihələr  üç  sinfə  bölünürlər: 
monolayihə, multilayihə, meqalayihə. 
Monolayihə  özünəməxsus  növə,  miqyası  və  struktura  malik 
olan ayrıca bir layihədir. Multilayihə bir neçə monolayihədən taşkil 
olunmuş layihələr kompleksidir. Meqalayihə özündə mono və multi 
layihələr birləşdirən məqsədli proqram və ya inkişaf proqramlarıdır. 
iştirakçılarm  sayına,  ətraf  mühitə  təsirinə  və  ölçülərinə  görə 
layihənin miqyası müəyyənləşdirilir. Miqyasına görə layihələr  şərti 
olaraq  dörd  sinfə  bölünürlər:  kiçik  layihələr,  orta  layihələr,  böyük 
layihələr, nəhəng layihələr. 
Miqyasına  görə  layihələr  aşağıdakı  sinflərə  bölünürlər: 
dövlətlərarası  layihə,  beynəlxalq  layihə,  milli  və  ya  ümumi  dövlət 
layihəsi, regional və ya regionlararası layihə, sahəlararasi və sahələr 
üzrə layihə, korporativ layihələr, müəssisələrarası və müəssisə daxili 
layihələr. 
Layihənin  yerinə  yetirilməsi  üçün  sərf  olunan  vaxta  layihənin 
müddəti  deyilir.  Müddətə  görə  layihə  üç  sinfə  bölünür:  azmüddətli 
layihə - 3 ilə qədər, ortamüddətli - 3 ildən 5 ilə qədər, uzunmüddətli - 
5 ildən çox. 
Mürəkkəblik  dərəcəsinə  görə  layihələr  üç  qrupa  bölünürlər: 
sadə layihələr, mürəkkəb layihələr, çox mürəkkəb layihələr. 
Bu anlayışlar layihənin mürəkkəblik dərəcəsinin göstəricisidir. 
Qeyd  cdildiyi  kimi  layihənin  predmet  sahəsinin  xarakteri 
layihənin  növünü  müəyyənləşdirir.  Məsələn:  investisiya  layihəsi, 
elmi-tədqiqat  layihəsi,  informasiya  texnologiyası  layihasi,  iqtisadi  
layihə, sosial layihə, təhsil problemləri layihəsi və s. 
Layihənin  növlərini  hansı  parametrlərlə  xarakterizə  olunduqlarını 
nəzərdən keçirək. 
Kapital  qoyuluşu  tələb  edən  və  əsas  fondun  yaradılması 
məqsədi nəticəsində fəaliyyət göstərən layihələr investisiya layihəsi 
adlanır.  Binaların,  körpülərin  və  digər  tikinti  obyektlarinin  inşası, 
müəssisələrin  yenidənqurulması  layihasini  yerinə  yetirmək  üçün 
layihənin  məqsədi,  başlanğıc  və  son  vaxtları  və  xərclər  smetası 
müəyyənləşdirilməlidir. 
Ehtiyatların və layihənin faktiki dəyəri onun işlərinin qrafikə 
uyğun  vaxtında yerinə yetirilməsindən asılıdır. 


17 
 
Yeni sistemlərin və texnologiyaların yaradılması, nou-xau və 
digər  kəşflər,  yeniliklər  əldə  etmək  məqsədi  daşıyan  layihələrə  
innovasiya layihələri deyilir. 
Yeni  proqram  kompleksinin  yaradılması,  yeni  məhsulun 
yaradılması,  elmi  araşdırmalar  ilə  bağlı  layihələr  tədqiqat  layihəsi 
adlanır.  Tədqiqat  layihələri  aşağıdakı  parametrlərlə  xarakterizə 
olunur: 

 
Layihənin  ümumi  məqsədinin  əsasını  təşkil  edən  lokal 
məqsədlərin  müəyyənləşdirilməsi

 
Layihədəki  işlərin  yerinə  yetirilmə  vaxtları  redaktə  oluna 
bilər.  Buna  baxmayaraq  yaxşı  olardı  ki,  layihədə  nəzərdə 
tutulan  hər  bir    işin  başlanma  va  tamamlanma  vaxtlarına 
ciddi riayət edilsin; 

 
Layihə xərclərinin  planlaşdırılması ona ayrılmış məbləğdən 
çox, onun məqsədi və uğurundan isə az asılıdır. 
Müəssisələrin    yenidən  qurulması,  yeni  idarəetmə  sisteminin 
konsepsiyası  ,  yeni  təşkilatın  yaradılması  və  beynəlxalq  forumların 
keçirilməsi  təşkilati  layihələr  bölməsinə  aiddir  və  aşağıdakı 
parametrlərlə xarakterizə olunurlar: 

 
Layihənin nəticəsinin keyfiyyət və kəmiyyət baxımından 
qiymətləndirilməsi; 

 
başlanğıc 
və 
son 
müddətlərin 
əvvəlcədən 
müəyyənləşdirilməsi; 

 
xərclərin planlaşdırılması; 

 
layihəyə  çəkilən  xərclərin  təsbit  edilməsi  və  nəzərətdə 
saxlanılması. 
Müəssisələrin  özəlləşdirilməsi,  audit  sisteminin  yaradılması, 
yeni  vergi  sisteminin  tətbiqi  və  iqtisadiyyat  ilə  bağlı  olan  bütün 
layihələr  iqtisadi  layihələr  adlanır  və  aşağıdakı  xüsusiyyətlərə 
malikdirlər: 

 
layihənin  əsas  məqsədi  sistemin,  obyektin  iqtisadi 
göstəricilərini 
yüksəltməkdir. 
Lakin 
layihənin 
inkişafından  asılı  olaraq  onun  məqsəd  göstəricilərinin 
dəyişdirilməsi tələb olunur; 

 
layihənin  işlər  qrafikinə  əsasan  onların  müddəti 
müəyyənləşdirilir.  Layihənin  inkişafından  asılı  olaraq 
işlərin  başlanğıc  və  son  müddətlərinin  dəyişdirilməsi 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə