Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

25 
 
əsasında  qurulur.  Beləliklə,  layihənin  strukturu  layihənin  idarə 
edilməsinin müasir metodologiyasında əsas elementlərdən biri sayılır 
Layihələrin  strukturu  dekompozisiya  edilmiş  ierarxiya  şəklində 
təsvir  edilir.  Layihələrin  strukturu  aşağıdakı  tələblərə  cavab 
verməlidir: 
1.
 
Layihələrin  dekompozisiya  edilmiş  ierarxiyasının  hər  bir 
səviyyəsindəki bütün elementlər müəyyən qiymətlər ilə əhatə 
olunmalıdır. 
2.
 
Layihənin  ierarxiyasının  hər  bir  səviyyəsindəki  onun 
elementlərini  xarakterizə  edən  parametrlərin  sayı  eyni 
olmalıdır. 
3.
 
Layihənin  ierarxiyasının  ən  aşağı  səviyyəsindəki  elementlər 
(işin  həcmi,  qiyməti,  tələb  olunan  resurslar,  icraçılar,  digər 
elementlər  ilə  əlaqələri  və  s.)  daha  da  ətraflı  xarakterizə 
olunmalıdır. 
Layihədəki  iştirakçılar  arasında  münasibətlərin  qurulması  və 
sənədləşmə işləri onun strukturu əsasında aparılır. Bu səbəbdən kiçik 
struktur  dəyişikliklərinə  baxmayaraq  layihənin  həyat  dövründə 
əvvəldən axıra kimi qəbul edilmiş struktur istifadə edilir. 
Layihə,  strukturlaşmış  bir  obyekt  kimi  bütün  formal 
qaydalara və  məntiqi fikirlərə tabe olaraq layihələrin idarə edilməsi 
metodlarının  əsasını  təşkil  edir.  Layihənin  strukturlaşdırılması  üçün 
əsas şərtlərdən biri struktur elementlərinin kodlaşdırılmasıdır. Bu kod 
layihənin  bütün  sənədlərində  öz  əksini  tapmalıdır.  Bu  sənədlərə 
texnoloji,  iqtisadi,  maliyyə,  təşkilati,  idarəetmə  və  s.  digər  növlü 
sənədlər  daxildir.  Layihənin  elementlərinin  struktur  kodu  onun 
qiymət,  vaxt,  ehtiyat,  icraçı  və  s.  digər  elementləri  kimi  hesablama 
prosedurunu  formalaşdırır  və  bütün  iştirakçıları  tələb  olunan 
informasiya ilə təmin edir. 
Layihənin  strukturu  bir  neçə  səviyyələrə  parçalanaraq 
müxtəlif  aspektlərdə  təsvir  edilir.  Bundan  başqa  layihənin  idarə 
edilməsi  üçün  onun  ana  strukturu  əsasında  bir  neçə  digər  struktur 
modellər qurulur. 
Struktur  modellər  dekompozisiya  prinsipinə  görə  bir-birindən 
fərqlənirlər. Bunlardan daha geniş yayılmış modellər aşağıdakılardır: 

 
icraedici struktur; 

 
funksional struktur; 

 
qarışıq struktur. 


26 
 
İcraedici  struktur  modellər  funksiyaların  yerinə  yetirilməsi 
prinsipinə əsasən qurulmuşdur və adətə layihənin ilk mərhələlərində 
müəyyənləşdirilir və layihənin ümumi görünüşünü təsvir edir. 
Layihənin strukturunun qurulmasında bir neçə prinsiplər mövcuddur: 
1.
 
Struktur  model  layihəni  yerinə  yetirmək  üçün  nəzərdə 
tutulan  işlər  çoxluğudur.  Bu  çoxluq  daha  da  çox  layihənin 
dekompozisiya  ierarxiyasının  aşağı  səviyyəsini  əhatə  edir. 
Qərb  ölkələrində  bu  modellər  –  Work  Break-down 
Structure (WBS) adlanır. 
2.
 
Layihənin  miqyasından,  mürəkkəbliyindən  asılı  olaraq  onun 
strukturunun 
ierarxiya 
səviyyəsinin 
sayı 
müxtəlif 
olurAdətən,  ierarxiya  6  səviyyədən  8  səviyyəyə  qədər  olur. 
Lakin  bir  neçə  ümumi  qaydalara  əsasən  layihənin 
dekompozisiya  olunmuş  struktur  modelinin  (WBS)  yuxarı 
səviyyəsi  onun  funksiyalarını,  aşağı  səviyyəsi  isə  sadəcə 
olaraq işləri təsvir edir. 
Layihənin ümumi struktur modeli aşağıdakı kimi təsvir edilir: 

 
Ümumi  proqram  –  layihənin  digər  layihələr  içərisində 
rolunu və yerini müəyyənləşdirir. 

 
“Layihə  -  Ümumi  tapşırıq  –  Tapşırıqlar”  səviyyəsi 
layihənin funksional hissəsini xarakterizə edir. 

 
“İşlər  kompleksi  –  İş”  səviyyəsi  isə  işlərin  yerinə 
yetirilməsinə  aiddir  və  bu  səviyyədən  layihə  rəhbəri  işlərin 
yerinə yetirilməsi haqqında məlumat alır. 
Layihələrin  idarə  edilməsində  strukturlaşma  prinsipi  əsas  yer  tutur, 
məsələn: 

 
məqsədlər strukturu 

 
qiymətlər strukturu 

 
risk elementlərinin strukturu 

 
məsuliyyət bölgüsü strukturu 

 
şəbəkə modelləri strukturu. 
 
Layihənin uğurla yerinə yetirilməsi üçün əsas şərtlərdən biri 
onun düzgün strukturlaşdırılmasıdır. Struktur modellər layihənin tam 
həyat  dövründə  müxtəlif  məsələlərin  həllində  istifadə  edilir. 
Layihənin  idarə  edilməsi  prosesində  adətən  aşağıdakı  hallarda  bu 
modellərdən istifadə edilir: 

 
layihənin məqsədinin təhlili; 


27 
 

 
layihənin 
yerinə 
yetirilməsində 
alternativ 
qərarların 
seçilməsi, təhlili, qiymətləndirilməsi və qurulması; 

 
layihənin modellər əsasında əvvəlcədən planlaşdırılması; 

 
işlərin qiymətini, vaxtını və ehtiyatlarını müəyyənləşdirmək; 

 
layihənin ümumi təhlili; 

 
layihənin biznes planı; 

 
layihənin təşkiletmə mexanizmi

 
layihə sənədlərinin sistemləşdirilməsi; 

 
layihənin təqvim planı; 

 
layihədə  nəzərdə  tutulan  maşın  və  mexanizmlərin  hərəkət 
qrafiki; 

 
kontraktların bağlanması və idarə edilməsi

 
riskin təhlili və nəzərə alınması; 

 
işin operativ planlaşdırılması; 

 
layihənin monitorinqi

 
layihə işlərinin tənzimlənməsi; 

 
layihə təminatlarının idarə edilməsi; 

 
icra  modelləri  və  qrafiklərinin  tərtibatı,  nəticələrin  təhlili  və 
mövcud təcrübələrdən istifadə edilməsi. 
 
6. Layihənin həyat dövrü 
İstənilən layihə yarandığı gündən bağlandığı günə qədər bir 
neçə  mərhələlərdən  keçir.  Bu  mərhələlər  birlikdə  layihənin  həyat 
dövrünü təmsil edir. Həyat dövrünün sxemi aşağıdakı kimidir: 
 
Yerinə yetirilmə 
dövrü 
Bağlanma dövrü 
İşlənmə dövrü 
Konsepsiya 
zaman 
Ehtiyatların 
mənimsəmə 
səviyyəsi 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə