Antenalarin təYİNİ, İSTİfadə MƏQSƏDİ VƏ TƏSNİfati



Yüklə 11,47 Kb.
tarix14.10.2017
ölçüsü11,47 Kb.

GİRİŞ

Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur.

Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələ­nin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş isti­fadə olunur. Bu qurğular İYT şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər.

Hava limanları və gəmilərinin tərkibində olan radiotexniki sistemlərin istismarı ilə məşğul olan radiomühəndis aviasiyada istifadə olunan antena-fider sistemlərinin konstruksiyalarını, parametrlərini və xarakteristikalarını bilməli, istifadə olunan dalğaların yayılma mexanizmi haqqında dəqiq təsəvvürə malik olmalıdır.

Qoyulmuş məsələ “Radioverici, radioqəbuledici və antena qurğuları” adlı tədris kursu həcmində həll olunur.

ANTENALARIN TƏYİNİ, İSTİFADƏ MƏQSƏDİ VƏ TƏSNİFATI

Antena elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Bu qurğu istənilən radioverici və radioqəbuledici qurğunun zəruri hissələrindən biridir. Şəkildə radiorabitə xəttinin sadələşdirilmiş sxemi verilmişdir. Ötürmə xəttinin (fiderin) köməyi ilə radioverici şüalandırıcı antenaya, radioqəbuledici isə qəbuledici antenaya qoşulur. Fiderlərdə yük və cərəyanlarla bağlı olan istiqamətləndirilən (bağlı) elektromaqnit sahələri yayılır. Şüalandırıcı və qəbuledici antenalar arasında azad elektromaqnit dalğaları yayılır. Həm bağlı, həmdə azad elektromaqnit dalğaları radiosiqnaldırlar. Ona görə də antena-fider qurğusu bağlı dalğaların azad dalğalara əlverişli (iqtisadi cəhətdən) çevrilməsini və ötürülən informasiyanın təhrifsiz canlandırılmasını təmin etməlidir. Bundan əlavə verici antena azad dalğaların istiqamətlənmiş şüalanmasını təmin etməlidir. Bunun nəticəsində müxtəlif radiostansiyaların qarşılıqlı maneələri zəiflədilir. İstiqamətlənmə xassəsi antenanın əsas xassələrindən biridir. Radiolokasiya, kosmik rabitə, radioastronomiya və s. antenaları böyük istiqamətlənməyə malik olurlar.

Bəzi hallarda antenalardan bütün istiqamətlərdə eyni dərəcədə şüalandırılması tələb olunur. Məsələn, oblastın mərkəzində yerləşdirilmiş radioyayım və televiziya antenaları Yer müstəvisində (horizontal müstəvidə) bütün istiqamətlərdə eyni cür şüalandırmalıdır.

Antenaların daha dolğun təyini aşağıdakı kimi verilə bilər.

Yüksək tezlikli cərəyanın enerjisini verilmiş istiqamətlərdə şüalandırılan azad elektromaqnit dalğaların enerjisinə çevirən radiotexniki qurğuya verici (şüalandırıcı) antena deyilir.

Verilmiş istiqamətlərdən gələn azad elektromaqnit dalğaların enerjisini yüksək tezlikli cərəyan enerjisinə çevirən radiotexniki qurğuya qəbuledici antena deyilir.

Verici və qəbuledici antenalarda baş verən proseslərin xarakteri onların istifadəsinin dəyişkənliyini göstərir, yəni verici antena qəbuledici antena kimi və əksinə istifadə oluna bilər. Bu zaman verici rejimindən qəbuledici rejiminə və əksinə keçən antenanın əsas parametrləri dəyişməz qalır. Bu prinsip böyük praktiki əhəmiyyətə malikdir. Belə ki, impuls metodu ilə işləyən radiolokasiya stansiyaları, rabitə üçün istifadə olunan təyyarə və s. radiostansiyalar şüalanma və qəbul üçün ümumi antenaya malik olurlar.

Antenaların təsnifatı onların müxtəlif əlamətləri üzrə aparılır. Bunlardan:



  • işçi tezlik diapazonu;

  • konstruktiv-sxem əlamətləri;

  • təsirin istiqamətlənməsi (istiqamətlənməmiş, zəif istiqamətlənmiş və iti istiqamətlənmiş);

  • konstruktiv əlamətlər və s.

Antenaların müxtəlif əlamətlər üzrə təsnifatı əlavə 1 – də verilir.





: D BAK radio -> RP RPer ante
RP RPer ante -> Ргг тя’йини, тяркиб щиссяляри
RP RPer ante -> 1 Tək simmetrik vibrator azad fəzada
RP RPer ante -> Возбудители радиопередающих устройств
RP RPer ante -> RadiomaneəLƏr və onlarin zəİFLƏDİLMƏSİ Üsullari
RP RPer ante -> FəSİl antena qəFƏSLƏRİ
RP RPer ante -> Ргг тя’йини, тяркиб щиссяляри вя тяснифаты
RP RPer ante -> 1 Radiodalğaların qəbulu nəzəriyyəsi. Qəbuledici antenaların ekvivalent sxemləri və parametrləri
RP RPer ante -> Kənardan həYƏcanlanan generatorlarin enerji GÖSTƏRİCİLƏRİ khg-nin çıxış dövrəsinin enerji göstəriciləri
RP RPer ante -> Эцзэц антенналары
RP RPer ante -> Kənardan həYƏcanlanan generatorlar kənardan həyəcanlanan generator (khg ) və onun aktiv elementləri haqqında ümumi məlumat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə