AntiVİrus proqramlarinin yaradilmasi və İNKİŞafi



Yüklə 20,89 Kb.
səhifə1/3
tarix06.01.2022
ölçüsü20,89 Kb.
#82613
  1   2   3
ANTİVİRUS PROQRAMLARININ YARADILMASI VƏ İNKİŞAFI (1)


ANTİVİRUS PROQRAMLARININ YARADILMASI VƏ İNKİŞAFI
Kompüter viruslarından qorunmanın əsas yolları aşağıdakılardan ibarətdir:

 Virusun kompüterə daxil olmasına yol verməmək;

 Əgər virus kompüterə daxil olubsa, vurus hücumuna yol verməmək;

Əgər virus hücumu baş veribsə, hücumun nəticələrini aradan qaldırmağa cəhd etmək.

Kompüter viruslarından qorunmanın təmin edilməsinin üç metodu mövcuddur:

 Proqram metodları;

 Aparat metodları;

 Təşkilati metodlar.

İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə qiymətli məlumatların ehtiyat köçürülməsidir (surətinin alınmasıdır). Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda saxlanan verilənlərin köçürülməsi ilə başa çatır. İnformasiyanın qorunmasının proqram metodu deyəndə antivirus proqramlarından istifadə edilməsi nəzərdə tutulur.

1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya variantı olan Telnet şəbəkəsi yaradılır. Bu şəbəkə yaradılandan sonra kompüter virusları tarixində ilk dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun müəllifi BBN (Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob Tomas olmuşdur. Proqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə daxil olandan sonra ekrana “I'M THE CREEPER... CATCH ME IF YOU CAN” (“Mən Kriperəm...bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli əməliyyatlar yerinə yetirilmirdi.

1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi onun fəaliyyətini dayandırırdı. Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında belə demək caizsə, silahlı qarşıdurma və ya yarış davam edir.

1980-ci ilin fevralında Dortmund universitetinin tələbəsi Yurgen Kraus “Özüçoxalan proqramlar” mövzusunda diplom işi yazır. Bu diplom işində nəzəri mülahizələrlə bahəm ciddi özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu proqramlar Siemens kompüterlər üçün virus proqramlar deyildi. Bəzi texniki ədəbiyyatlarda ilk kompüter viruslarının yaradılmasını səhv olaraq 1970-ci illərə, hətta 1960-cı illərə aid edirlər. Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi proqramlar virus proqramları kimi təqdim edilir.

Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və Elk Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı. 1977-ci ildə ilk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu dövrdə troya vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə yerinə yetirirdi.

1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə metodları haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu. 1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə getdikcə güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları yazan və onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır. Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur.




Yüklə 20,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə