Apa-nın İranın ali dini liderinin rəsmi veb səhifəsinə istinadən verdiyi məlumata görə, İran



Yüklə 402,85 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix26.09.2017
ölçüsü402,85 Kb.
#2241
1   ...   7   8   9   10   11   12   13   14   15

65

329

May 2014

 

Rusiya prezidenti yanında keçirilən  müşavirədə Jirinovski Putinə deyib:  “Mən öyrəndim ki,  Napoleon və 



Enşteynlə  ümumi  köklərim  var“.  O,  bunu  ABŞ  laboratoriyasında  aparılmış  analizə  əsaslanaraq,  bildirib. 

Jirinovski vurğulayıb: “Düzdür, Napoleon və Enşteyn onun birbaşa   babaları deyillər, ancaq onun həmin tarixi 

şəxslərlə ümumi kökləri var”.

Jirinovski  çıxışını  qurtarandan  sonra  Putin  deyib:  “Yaxşı  ki,  sizin  axırınız  Napoleon  kimi  olmayıb”.

Jirinovskidən sonra kürsüyə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züganov çıxıb. Putin ondan soruşub: 

“Bəs, sizin kökünüzdə kim durur?”

Züganov  belə  cavab  verib:  “Babalarım  kəndli  olub.  “Züqanovka”  taxıl  sortudur.  Mən  kəndlilərə  daha 

yaxınam, nəinki Napoleona”.



Rusiya siyasi səhnəsinin təlxəyi Vladimir Jirinovski yeni açıqlamalarla gündəmdə olub

JİRİNOVSKİNİN  NAPOLEON,  ZÜQANOVUN  KƏNDLİ  SOYU 

Tapıntı Ninsya-Xuey Muxtar Rayonunun Nançan-

tan kəndində tapılmışdır. 

Tədqiqatçıların sözlərinə görə, yeni tapılan divar 

üç  hissədən  ibarətdir.  Ümumi  uzunluğu  20  metrdir.   

Bizə  gəlib  çatan  hissələrin  əksəriyyəti  Min  sülaləsi 

dövrünə (1368-1644-cü illər) aiddir. 

Atlantik  okeanı  sahilində  yerləşən  mülk  1890-cı 

illərdə 50 hektar sahədə tikilib. 14 min kvadrat metr 

sahəsi olan "Copper Beach Farm" adlı malikanədə 12 

yataq otağı var.

Malikanəni satın alanların adları açıqlanmır.



Çinin şimal-qərbində Böyük Çin Səddinin indiyədək 

məlum olmayan hissəsi aşkar edilmişdir 

ABŞ-ın Konnektikut ştatının Qrinviç şəhərində dəniz 

sahilində yerləşən bir malikanə 120 milyon dollara 

satılaraq, Amerika tarixində ən bahalı ev adını alıb

ABŞ-IN  TARİXİNDƏ  

ƏN  BAHALI  EV 

BÖYÜK  ÇİN  SƏDDİNİN

  MƏLUM  OLMAYAN  HİSSƏSİ


66

329 May  2014

Aktrisanın  1955-ci  ildə  çəkilmiş  "Tatu 

edilmiş  qızılgüllər"  (The  Rose  Tattoo) 

filmində  taxdığı  sırğalar  185  min  dollara 

satılıb. 

Alıcısının  adı  açıqlanmayan  sırğalar  dağ 

bülluru ilə bəzədilib. 

 Beverli Hillsdəki  "Julien's" hərracında 



dünya şöhrətli aktrisa Merilin Monronun 

sırğaları alıcılara təqdim olunub

MERİLİN MONRONUN  SIRĞALARI  FANTASTİK  QİYMƏTƏ  SATILDI

Bu  nə  deməkdir?  “Daily  Mail”  nəşrinin  verdiyi 

doğulduğu  yerdə,  hətta  “Romeo  və  Cülyetta” 

məlumata görə, məsələ bundadır ki, bu cütlük birgə 

tamaşasında da toy etmişlər. Bu cütlük ildə bir neçə 

həyat sürdükləri 30 il ərzində 106 dəfə “evlənmişdir”. 

dəfə  nikah  mərasimi  keçirir.  Bundan  ötrü  onlara 

Bu, planetdə yeganə belə ailədir.

xüsusi  bəhanə  lazım  deyil.  Adətən  onlar  hər  il 

Tennesi  ştatından  olan  Devid  və  Loren  1982–ci 

Müqəddəs  Valentin  Günündə,  Yanvarın  1-də  səhər, 

ildə  tanış  olmuş,  bir  müddət  görüşdükdən  sonra 

Milad ərəfəsində və fevralın 29-da (dörd ildə bir dəfə) 

evlənməyi qərara almışlar.  1984-cü ildə toy edib, ailə 

toy edirlər.

qurmuşlar. O vaxtdan bu ər-arvad mütəmadi olaraq bu 

Blerlərin  növbəti  nikah  mərasimi  avqustun  4-də 

təntənəli mərasimi təkrarlayırlar.

olmuşdur. Artıq yaşa dolmuş cütlüyün yaxın tanışları 

Son  30  ildə  Blerlər  ailəsi  Londonda  və  Nyu-

107-ci dəfə “səni mənə arvad edək, razısan?” sualına 

Yorkda,  Şotlandiyada,  Las-Veqasda,  Elvis  Preslinin 

qəlbləri riqqətə gətirən “hə, hə!” cavabını eşitmişlər.

Amerikalı Devid və Loren Bler dünyada ən çox “evlənmiş” ər-arvad kimi tanınmışlar 

ƏR-ARVADLIQ  REKORDU:  AMERİKALI  CÜTLÜK  107  DƏFƏ  TOY  ETMİŞDİR

  Çinli  fermer  də  kosmosa  uçmağı  arzulayırdı.  Amma  o, 

arzusunu  reallaşdıra  bilməyəcəyini  anladığından  məqsədə 

çatmaq üçün fərqli yol, başqa vasitə seçdi.

Çinin Quandun vilayətindəki Szyapu qəsəbəsində yaşayan 

fermer Çjuan Yujan evinin damında kosmik raketin modelini 

inşa edib.

Hündürlüyü  7  metr,  eni  3,8  metr  olan  bu  modelin 

yaradılmasına 1 il sərf olunub.

"5 yaşımdan bəri kosmosa uçmağı arzulayırdım. İllər keçdi 

və  anladım  ki,  arzum  çin  olan  deyil.  Ona  görə  də  evimin 

damında belə raket qurğusu tikmək qərarına gəldim. Raketlə 

"məkiy"i  çini  lövhələrdən  hazırladım.  Zənn  edirəm  ki,  pis 

alınmadı. Hər halda mənim də artıq raketim var. Arzum çin oldu", - 31 yaşlı Çjuan Yujan deyib.



ÇİNLİ  FERMER  ARZUSUNU  ÇİN  ETDİ 

 Məhsul “Palcohol” adlanır. Onun “Marqarita”, “Moxito” və ya “Kosmopoliten”  adda 7 versiyası mövcuddur. 

“Konsertə, idman yarışlarına, yaxud başqa tədbirə gedəndə içkiyə 10, 15 və 20 dollar verməkdən pis nə ola 

bilər. Onda sadəcə, olaraq, “Palcohol” götürün və ucuz alkoqolu içib, kef eləyin!”-deyə, məhsulun reklamında 

yazılıb

Bu ildən ABŞ-da yeməyə və ya içkiyə qatılan tənzimləyici kimi 

quru alkoqolun  satışına icazə verilə bilər

ABŞ-DA  QURU  ALKOQOL  PATENTLƏŞDİRİLİB 

İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün səy və qətiyyətlə çalışarsa, 

istədiyinə nail ola bilər



ABŞ-dakı  Los-Alamos  Milli  Laboratoriyasının 

(Los  Alamos  National  Laborator)  alimlərinin  qərarı 

belədir.

Çəkisi 217,78 qram olan, qolf topu böyüklükdəki 

qızıl külçəsinin dəyəri 1,5 milyon dollardır.

Amerikalı  alimlərin  dediklərinə  görə,  tapıntı 

dünyanın ən böyük monokristal qızıl külçəsidir.

Külçənin  sahibi  onun  dəyərini  dəqiqləşdirməyə, 

Los-Alamosdakı laboratoriyanın alimləri isə kristalın 

strukturunu müəyyənləşdirməyə can atırdılar.

  Venesueladakı  çaylardan  birində  aparılmış 

araşdırmalar zamanı tapılmış 4 qızıl külçəsindən biri 

olan  bu  rekordçu  külçə  barədə  danışan  Mayami 

Universitetinin  professoru,  tanınmış  geoloq  Con 

Rakovan  deyib:  "Bu  ölçüdə  qızıl  kristalının strukturu  və  atomları indiyədək  tədqiq  edilməmişdi. İndi  unikal 

imkan əldə etmişik".

Amerikalı alimlər mineralı araşdırarkən neytron difraktometriyadan istifadə ediblər.

Çini  fincan  Honkonqda  keçirilən  "Sotheby's" 

hərracında  rekord  qiymətə  -  36  milyon  dollara  satılıb. 

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, üzərində 

xoruz,  toyuq  və  cücə  şəkli  olan  fincanı  Şanxaydan  olan 

kolleksiyaçı əldə edib. Fincanın Çinin Min sülaləsinə aid 

olduğu bildirilir. 8 sm diametrli fincan 1465-1487 illərdə 

hakimiyyətdə olan imperator Çju Tszyanşenin zamanında 

hazırlanıb.

"Sotheby's"  hərracının  rəsmi  məlumatına  görə,  500 

yaşlı eksponat 2010-cu ildə 32,4 milyon dollara satılan çini 

qabın rekordunu təzələyib. Saytda bu çini fincan haqqında 

məlumatlarda qeyd olunur ki, bu fincanlardan dünyada 17 

ədəddir.


"Bu, Çin sənətinin, müqəddəs fincanın yeni sahibi Liu 

Yiqian adlı alıcının 900 milyon dollarlıq sərvəti ilə Çinin ən 

zəngin 200-cü adamı olduğu təxmin edilir. Fincanın Liu və 

həyat yoldaşının 2012-ci ildə Şanxayda açdığı "Liu Long" 

muzeyində sərgilənəcəyi gözlənilir.

67

329



May 2014

Üzərində xoruz, toyuq və cücə şəkli olan fincanı Şanxaydan olan kolleksiyaçı əldə edib

36  MİLYONLUQ  FİNCAN

 Halbuki valideynləri onların yaşında xeyli az - təxminən 4 min 

kilometr məsafə qət etmişlər. 

Bu  məlumatlar  Fransanın  “Club  Med”  otellər  şəbəkəsinin 

apardığı tədqiqat zamanı üzə çıxmışdır. 

Rəyi  soruşulan  valideynlərin  dörddəüç  hissəsi  bildirmişdir  ki, 

uşaqlarının mümkün qədər çox səyahət etmələrini istəyirlər. 

Tədqiqat onu da göstərmişdir ki, uşaqlar olduqları ölkələrdə   məmnuniyyətlə yerli mətbəxin yeməklərinin 

dadına baxırlar və artıq 16 yaşına çatanda, orta hesabla, 7 delikatesin dadını bilirlər.

Böyük Britaniyada çıxan “The Telegraph” qəzetinin yazdığına görə, uşaqlar 16 yaşına 

qədər, orta hesabla, təxminən 22 min kilometr məsafə qət edirlər

MÜASİR  UŞAQLAR  VALİDEYNLƏRİNİN  UŞAQ  VAXTI  GƏZDİKLƏRİNDƏN 

 DAHA  ÇOX  SƏYAHƏT  EDİRLƏR

 

Venesueladakı çaylardan birində dünyanın ən böyük qızıl külçəsinin tapıldığı təsdiqlənib 

DÜNYANIN  ƏN  BÖYÜK  QIZIL  KÜLÇƏSİ  TAPILIB



68

İDMAN


İDMAN

329 May  2014

AzərTAc xəbər verir ki, bu sözləri gənclər və idman 

naziri Azad Rəhimov aprelin 23-də keçirdiyi mətbuat 

konfransında demişdir.

Nazir bildirmişdir ki, ötən il Gəncə şəhəri 2016-cı 

ilin  Avropa  Gənclər  paytaxtı  seçilmiş,  41-ci  Dünya 

Skaut  Konfransının  və  13-cü  Dünya  Skaut  Gənclər 

Forumunun  2017-ci  ildə  Azərbaycanda  keçirilməsi 

üçün  ölkəmizin  namizədliyi  irəli  sürülmüşdür. 

Tələbələr  üçün  Qəbələ  və  Lerikdə  təşkil  olunmuş 

arxeoloji  düşərgələrdə  15  universitetdən  160  gənc 

iştirak etmişdir.

Cari  ildə  “Gənclər  paytaxtı”nın  seçimi  ilə  bağlı 

tədbirin keçirildiyini diqqətə çatdıran nazir səsvermədə 

Qubanın  42,1  faiz  səslə  qalib  gəldiyini  bildirmişdir. 

Qeyd etmişdir ki, 2014-cü ildə ölkəmizdə Dünya Gənc 

Alimlərinin  Beynəlxalq  Forumu,  “Tarixin  canlı 

səhifələri”  gənclər  festivalı,  ölkə  gənclərinin  VII 

forumu, gənclər siyasəti üzrə birinci Qlobal Forum və digər tədbirlər təşkil olunacaq. 

Cari ilin ilk 3 ayında ölkəmizdə 51 respublika, 41 beynəlxalq səviyyəli turnir keçirildiyini deyən nazir yığma 

komandalarımızın 33 təlim-məşq toplanışında iştirak etdiklərini vurğulamışdır. Qeyd etmişdir ki, son 3 ayda 

dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında idmançılarımız 25 qızıl, 31 gümüş, 48 bürünc 

medal qazanmışlar. Ümumilikdə idmançılarımız 3 ayda irimiqyaslı turnirlərdə 104 medala sahib olmuşlar.

Nazir  bildirmişdir  ki,  cari  ildə  ölkəmizdə  bədii  gimnastika  və  taekvondo  idman  növləri  üzrə  Avropa 

çempionatları, şahmat üzrə “Naxçıvan Open-2014” Beynəlxalq turniri, yeniyetmələrin II Olimpiya Oyunlarına 

lisenziya xarakterli atletika üzrə təsnifat turniri və digər yarışlar keçiriləcək. 

Ötən il və cari ilin birinci rübündə ölkəmizdə 13 idman obyektinin istifadəyə verildiyini diqqətə çatdıran Azad 

Rəhimov cari ildə idman sahəsində Tunis, Rusiya, Argentina, Vyetnam, Malayziya və digər ölkələrlə bağlanmış 

saziş layihələrinin hökumətə təqdim olunduğunu bildirmişdir. 

2013-cü ildə Azərbaycanda gənclərlə bağlı 192 tədbir həyata keçirilmişdir. Onlardan 38-i 

beynəlxalq, 154-ü isə yerli olmuşdur. Bu tədbirlərdə, ümumilikdə, 200 mindən artıq gənc iştirak 

etmişdir

AZƏRBAYCAN  İDMANÇILARI  SON  3 AYDA  

İRİMİQYASLI  TURNİRLƏRDƏ  104  MEDAL  QAZANMIŞLAR 

BEGOC və Azərbaycan Gənclər Fondunun rəhbərlik etdiyi təşəbbüsü 

Avropa Olimpiya Komitəsi (EOC) təsdiqləyib. Azərbaycanın gənclər və 

idman  naziri,  “Bakı-2015”  Avropa  Oyunlarının  icraçı  direktoru  Azad 

Rəhimov Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və 

bütün Avropa ölkələrindən olan gənclərə ilk Avropa Oyunlarının uğurlu 

keçməsinə  yardım  göstərmələri  üçün  yaradılan  imkandır.  Biz  bu  cür 

məqsədli  gənc  məzunların  yolunu  gözləyirik  və  onlara  ilk  karyera 

uğurlarını  dünyanın  möhtəşəm  idman  tədbirinin  təşkilində  qazanmaları 

üçün köməklik göstərəcəyik” deyib. 

2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gənclər 

Məzun Təlimi Proqramına müraciət edə bilərlər. 



Oyunlar Akademiyasının yaradılmasında məqsəd çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və 

bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin 

etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır

 “BAKI - 2015”  OYUNLARI  AKADEMİYASI  İŞƏ  BAŞLADI 




69

329

May 2014

Azərbaycan  Gimnastika  Federasiyasının  mətbuat 

xidmətindən  AzərTAc-a  verilən  məlumata  görə, 

təsnifatın  yekunlarına  əsasən  Anna  Pavlova  dörd 

mümkün finaldan ikisinə - tir üzərində hərəkətlərə və 

müxtəlif hündürlüklü paralel tirlər üzərində təmrinlərə 

vəsiqə  almışdı.  Finalda  paralel  tirlər  üzərində 

kombinasiyanı  praktiki  olaraq  səhvsiz  icra  edərək, 

Belarusdan və İsveçrədən olan əsas rəqiblərini geridə 

qoymuşdur. 

Ölkəmizin ikinci gimnastı Marina Nekrasova da iki 

finalda  (sərbəst  hərəkətlər  və  təkanla  tullanma) 

yarışmış və hər iki halda dördüncü nəticə göstərmişdir. 

Anna Pavlova aprelin 21-də Sloveniyada başa çatmış idman gimnastikası üzrə Dünya Kuboku 

yarışlarının qalibi olmuşdur 

GİMNASTIMIZ  DÜNYA  KUBOKU  YARIŞLARININ  QALİBİ  OLMUŞDUR

Azərbaycan Alpinizm Federasiyasının (AAF) sıraları genişlənmişdir.

“Dolphin Baku NDL” dayvinq seksiyası AAF-in tərkib hissəsi olub, yüksək dağ 

dayvinq seksiyası kimi xidmət edəcək.

Federasiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yeni seksiyanın 

arxasında  olan  “Dolphin  NDL”  abbreviaturası  onun  milli  dayv  liqasının  üzvü 

olmasını göstərir. Həmin liqada “Dolphin Baku” mərkəzi Azərbaycanı layiqincə 

təmsil edir.

Rauf  Zeynalov  və  Andrey  Xruşşov  kimi  təcrübəli  təlimatçıların  köməyi  ilə 

alpinistlər  dayvinq,  fri-dayvinq,  yüksək  dağ  və  mağara  dayvinqi  bacarıqlarını 

təkmilləşdirmək imkanını alacaqlar.

Bundan  əlavə,  seksiya  idmançılara  nəinki  məşq  etmək,  hətta  fəal  şəkildə  dincəlmək  imkanını  da  yaradır. 

Ehtiyac olan zaman idmançılar məşq və dincəlmək üçün xaricə də gedə bilərlər.

Dayvinq  mərkəzində  gələcəkdə  yüksək  dağ  göllərinin  dibində  tədqiqatlar  aparmaq,  müxtəlif  şəraitdə 

xilasetmə əməliyyatlarını  bacaran mütəxəssislərin hazırlanması planlaşdırılır.

“Dolphin Baku NDL” milli dayv liqasının ölkəmizdə ilk təmsilçisidir.



Dayvinq seksiyası Azərbaycan Alpinizm Federasiyasının (AAF) sıralarını genişləndirmişdir 

AAF  GENİŞLƏNİR

AzərTAc xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 60 minə çatmışdır.

Azərbaycan  futbol  ailəsinin  qeydiyyatdan  keçən  60  mininci  üzvü  “Məktəblərdə  futbol 

dərsi”  layihəsində  iştirak  edən  Gəncə  şəhəri  24  nömrəli  orta  məktəbin  5-ci  sinif  şagirdi 

Rəvanə Rzayevadır.

Məlum olduğu  kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – 

futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılmışdır

AZƏRBAYCANDA  FUTBOLLA  MƏŞĞUL  OLAN  

ŞƏXSLƏRİN  SAYI  60  MİNƏ  ÇATMIŞDIR 



70

329 May  2014

  Jurnalist  Mayk  Roirdanın  FİLA  əfsanələri  haqqında 

hazırladığı  növbəti  material  “FILA  Champion,  Sharif 

Sharifov:  The  Perfection  of  Simplicity”  (“Sadəlik 

təcəssümü”) adlanır. 

Yazıda deyilir: “Ş.Şərifov 84 kiloqram çəki dərəcəsində 

ən  yaxşı  güləşçi  olmağı  qarşısına  məqsəd  qoymuş  və 

London olimpiadasında qızıl medalı qazanaraq məqsədinə 

nail olmuşdur. Ş.Şərifov güləşçi karyerasını davam etdirir. 

Rioda  keçiriləcək  Olimpiya  Oyunlarında  iştirak  edib-

etməyəcəyindən  asılı  olmayaraq  o,  güləşin  canlı  əfsanəsi 

olaraq  qalır.  Şərif  Şərifov  bu  idman  növünün  təməl 

anlayışlarını fəth edən triumfa nail olacaq, çünki güləşdə nə 

qədər sadəlik olarsa, o qədər də uğur vardır”.



Beynəlxalq Güləş Federasiyası (FİLA) Azərbaycanın Olimpiya 

çempionu Şərif Şərifov haqqında məqalə hazırlamışdır

FİLA:  ŞƏRİF  ŞƏRİFOV  GÜLƏŞİN  CANLI  ƏFSANƏSİ  OLARAQ  QALIR 

 Şəhər infrastrukturunun yaxşılaşdırılmasına – yeni yolların və təzə metro 

qolunun tikintisinə 11 milyard dollar xərclənəcək. Bu, öncədən nəzərdə 

tutulduğundan 25 faiz çoxdur. Səbəb kimi layihələrin sayının artması və Rio-de-

Janeyronun olimpiadaya təşkilatçılıq hüququ əldə etdiyi 2009-cu ildən indiyədək 

qiymətlərin 30 faiz yüksəlməsi göstərilib.   

 Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-

dən 21-dək keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Oyunlar kimi 

tarixə düşəcək.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 16,3 milyard dollar sərf olunacaq;  vəsaitin 

60 faizini Braziliya hökuməti, 40 faizini sahibkarlar ödəyəcəklər

NÖVBƏTİ  OLİMPİADANIN  BÜDCƏSİ  AÇIQLANDI 

Məbləğin 50 milyonu qalibə çatacaq. Halbuki 2014-cü il dünya çempionatında iştirakçı ölkələr 476 

milyon, qalib 35 milyon dollar qazanacaq. FİFA bayrağı altında keçirilən yarışlarda oyunçusu zədələnən kluba 

isə kompensasiya məbləği 100 milyon dollardan 120 milyon dollara yüksələcək.



FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarına rekord məbləğdə mükafat 

ödəyəcək. Mundiala qatılacaq 32 ölkəyə ümumilikdə 582 milyon dollar paylanacaq

 FİFA-DAN  DÜNYA  ÇEMPIONATI 



 IŞTIRAKÇILARINA  REKORD  MÜKAFAT 

  Xəzər  Universitetinin  kollektivi  universitetin  Coğrafiya  departamentinin  müdiri  Rövşən 

Abbasova oğlu 

 

Nuru Abbasovun

vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.



Allah rəhmət eləsin!

ALLAH RƏHMƏT ELƏSİN!

Yüklə 402,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə