Apa-nın İranın ali dini liderinin rəsmi veb səhifəsinə istinadən verdiyi məlumata görə, İran



Yüklə 402,85 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.09.2017
ölçüsü402,85 Kb.
#2241
1   2   3   4   5   6   7   8   9   ...   15

45

İKT


İKT

329

May 2014

Auternetin əsas üstünlüyü odur ki, dünya əhalisi Wi-Fi siqnallarını pulsuz və 

simsiz şəbəkə vasitəsilə ala biləcək. Bu layihə kosmik aparat vasitəsilə həyata 

keçiriləcəkdir. Auternetdən istifadə üçün parola da ehtiyac qalmayacaq.

Möhtəşəm  layihənin  reallaşdırılması  məqsədilə  yerətrafı  orbitə  yüzlərlə 

miniatür sputniklər buraxılacaqdır ki, onun vasitəsilə kompyuterlərə və mobil 

telefonlara çıxış təmin ediləcək. Auternet “datacasting” texnologiyası əsasında 

fəaliyyət göstərərək, informasiyanı geniş radiodalğaların köməyilə ötürəcək.

Layihənin  həyata  keçirilməsini  “Media  Development  Investment  Fund” 

(MDIF) təşkilatı öz üzərinə götürmüşdür.



Artıq 2015-ci ildə interneti daha mükəmməl auternet əvəz edəcək

Wİ-Fİ  PULSUZ  OLACAQ

Qərarda  qeyd  edilir  ki,  Aİ  ölkələrindən  digər  üzv 

dövlətlərə  səfər  edən  şəxslər  mobil  telefon  danışıqları  və 

mobil  internet  xidmətlərindən  istifadə  üçün  heç  bir  əlavə 

rüsum  ödəməməlidirlər.  Parlamentarilərin  əksəriyyətinin 

fikrincə  2015-ci  il  dekabrın  15-dək  Aİ  ərazisində  rominq 

rüsumları aradan qaldırılmalı, istifadəçilər yalnız ölkədaxili 

mobil  operatorun  rüsumlarını  ödəməlidirlər.  Bununla  da 

rominq  rüsumlarının  ləğvi  ilə  mobil  telefon  xidmətləri 

sektorunda vahid Avropa bazarının yaradılmasında mühüm 

addım atılmış olacaq.

Avropa  İstehlakçılar  Cəmiyyəti  (BEUC)  Avropa 

Parlamentinin  bu  tələbini  müsbət  dəyərləndirən  açıqlama 

yaymışdır. Açıqlamada  bildirilir  ki,  bu  qərar  hər  kəs  üçün 

sərfəli  olacaqdır,  çünki  qiymətlərin  həddən  artıq  baha 

olmasına  görə  Avropa  daxilində  səfər  edənlərin  47  faizi 

mobil internetdən qətiyyən istifadə etmir, yeni qaydalar vətəndaşların maraqlarına xidmət edəcək və səfərdə olarkən 

onların mobil xidmətlərdən geniş istifadəsinə imkan yaradacaq.

Nəzərdə tutulmuş planın qanun formasına keçməsi üçün ittifaqa üzv olan bütün dövlətlər razılıq verməlidirlər. 

Bununla bağlı danışıqlar yay aylarında başlayacaq.



Avropa Parlamentinin çıxardığı qərara əsasən, 2015-ci ildən etibarən Avropa İttifaqı (Aİ) 

ərazisində rominq rüsumları ləğv edilməlidir

AVROPA  İTTİFAQI  ƏRAZİSİNDƏ  ROMİNQ  RÜSUMLARININ 

 LƏĞV  EDİLMƏSİ  NƏZƏRDƏ  TUTULUR 

 Yeni qurğunun qalınlığı 7 millimetrdir, diaqonalı isə 

kommersiya planşetidir.

A4 ofis kağız vərəqi ölçüsündədir. “Sony Digital Paper” 

“Sony”  şirkətindən  bildirmişlər  ki,  planşetin 

“E-ink”  texnologiyasına  əsaslanır,  istifadəçilərə 

ekranının təsvir ölçüsü 1200x1600 piksel təşkil edir və 

sənədləri oxumağa və qeydlər etməyə icazə verir.

bu, “FullHD” videonun göstərilməsi üçün kifayət deyil, 

Bu halda planşet az enerji sərf edir, şarj topladıqdan 

lakin mətn, qrafik və fotoşəkillərin dərc edilməsi üçün 

sonra  üç  həftəyədək  işləyə  bilər.  Bundan  başqa, 

kifayətdir.

qurğunun ekranı həm qaranlıq, həm də işıqda eyni cür 

Planşet “Adobe PDF” formatını dəstəkləyir və yalnız 

göstərir.

sənədləri  açmaq  deyil,  həm  də  saxlamaq  mümkündür. 

Bildirilir ki, qurğu satışa may ayında çıxarılacaq və 

Başqa formatlarda olan sənədlər ilk öncə PDF formatına 

qiyməti  1100  dollar  olacaqdır.  Qeyd  edək  ki,  “Digital 

çevrilir, daha sonra göstərilir.

Paper” “Sony” şirkəti ilə əməkdaşlıq çərçivəsində E-ink 

Daxili  yaddaşın  həcmi  4  qiqabayt  təşkil  edir,  SD 

texnologiyası  əsasında  hazırlanmış  birinci  kütləvi 

yaddaş kartları hesabına onu artırmaq olar. 



 “Sony” şirkəti “elektron kağız” texnologiyası 

əsasında hazırlanmış nazik planşetini təqdim etmişdir

“ELEKTRON  KAĞIZ”  ƏSASINDA  PLANŞET 


46

329 May  2014

İSLAM  DÜNYADA

İSLAM  DÜNYADA

Türkiyədən Kubanın paytaxtı Havanaya gələn heyətin buradakı 3,5 min 

müsəlmana  xidmət  göstərəcək  məscid  tikmək  istəyi  kubalıları  əməllicə 

təəcübləndirib.  Onlar  ölkədə  bu  sayda  müsəlmanın  yaşamasını  ağıllarına 

gətirməyiblər.  Məsələyə  sərt  reaksiya  verən  kubalılar  bu  sayda  müsəlman 

üçün böyük bir məscidin tikintisinə ehtiyacın olmadığını vurğulayıblar. 

Kubaya  gələn  heyətin  rəhbəri  Mustafa  Tutkun  Havanada  Ortaköy 

məscidi kimi dini məbədin tikilməsini istəyib. Məscid inşasının xərclərini 

Türkiyə dövlətinin öz üzərinə götürməsi kubalıları daha da özündən çıxarıb.

Gərginliyin  qarşısını  almaq  üşün  məsələyə  Kuba  inqilabının  əfsanəvi 

lideri Fidel Kastro və onun qardaşı - dövlət başçısı Raul Kastro qarışmalı 

olublar. İndi məscidin tikilib-tikilməməsinə son qərarı kommunist liderləri 

verəcəklər. 

Türkiyənin Dini Məsələlər Vəqfinin Kubada məscid tikdirmək istəyi bu ölkədə narazılıqla qarşılanıb

KUBADA  MƏSCİD  QALMAQALI

Aprelin 22-də  Gürcüstanın Şida Kartli bölgəsinin Kaspi rayonundakı Qarabağlar kəndində yeni məscid 

fəaliyyətə başlamışdır. 

Məscidin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli 

Əliyev, din xadimləri və kənd sakinləri iştirak etmişlər.

GÜRCÜSTANIN  KASPİ  RAYONUNDA  YENİ  MƏSCİD

Tədbirdə “Qazi Qarabağ azanı” hər iki variantda səsləndiriləndən sonra Gürcüstan Müsəlmanlarının şeyxi 

Hacı  Ramin  İgidov  çıxış  edib.  O,  Gürcüstan  və 

Azərbaycanın  mehriban  qonşuluq  və  qardaşlıq 

səviyyəsində  inkişaf  edən  münasibətlərindən  söz 

açaraq, hər iki ölkənin eyni ağrını daşıdığını diqqətə 

çatdırıb.  Gürcüstan  müsəlmanlarının  şeyxi  hər  iki 

qonşu,  dost  ölkənin  əzəli  torpaqlarının  işğala  məruz 

qaldığını  diqqətə  çatdırıb.  O  bildirib  ki,  bu  gündən 

Gürcüstan  məscidlərində  hər  cümə  günü  “Qazi 

Qarabağ azanı” səsləndiriləcək.

Tədbirdə  iştirak  edən  Qarabağ  Seyid  Ocaqlarının 

təmsilçisi,  şərqşünas  Seyid  Camal  Əzimbəyli  “Qazi 

Qarabağ azanı”na sahib duran Azərbaycan dövlətinin 

tezliklə  doğma  Qarabağı  işğaldan  azad  edəcəyinə 

əminliyini deyib. O, Gürcüstan müsəlmanlarını məz-

həblərarası  münasibətlərin  qızışdırılmasına  şərait 

yaradan  radikal  dini  təfkirəçi  qüvvələrə  qarşı  müba-

rizədə bir olmağa çağırıb.

Tədbirdə iştirak edən şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev isə Gürcüstan azərbaycanlılarının “Qazi 

Qarabağ azanı”na mütləq dəstək verəcəyinə inandığını və bu müqəddəs işə şəxsən yardım edəcəyini deyib.

Tədbirdə tanınmış din xadimləri, ziyalılar, gənclər iştirak ediblər.



“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqları Dini Qurumlarla İş 

üzrə Dövlət Komitəsinin “Qarabağa doğru - haqqın və haqqımızın səsi ilə” adlı layihəsinə dəstək 

məqsədilə növbəti görüşünü Tiflisdə Bütün Gürcüstan Müsəlmanları İdarəsində keçirib 

GÜRCÜSTAN  MƏSCİDLƏRİNDƏ  HƏR  CÜMƏ

 “QAZİ  QARABAĞ  AZANI”  SƏSLƏNƏCƏK 


Yüklə 402,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə