Apa-nın İranın ali dini liderinin rəsmi veb səhifəsinə istinadən verdiyi məlumata görə, İran



Yüklə 402,85 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.09.2017
ölçüsü402,85 Kb.
#2241
1   2   3   4   5   6   7   8   9   ...   15

49

329

May 2014

duyurdu.  

Bu hissin nə olduğunu anlamağa başlayanda, sinəsi həyəcandan tez-tez qalxıb-enməyə başladı. 

Zorla onu içində boğmağa çalışsa da, onun bütün cəhdləri zərif, ağ əlləri kimi gücsüz idi. Müqaviməti 

dayandıranda isə yarıaçıq dodaqlarından bir kəlmə çıxdı:

- Mən azadam! Azadam! Azadam! 

İfadəsiz gözlərində qəfildən peyda olan qorxu işartısı dərhal da yoxa çıxdı. İndi bu gözlər mənalı və 

parıltılıydı. Nəbzi sürətlə vurur, damarlarında axan qan bədəninin hər bir hüceyrəsini isidib, rahatlıq 

bəxş edirdi. 

O bilmirdi qismətinə düşən böyük sevinc hissini etiraf etsin, ya yox, ancaq sağlam məntiqi ona 

ikiüzlülük eləməməyi diqtə edirdi. Əlbəttə, o bilirdi ki, ölümə təslim olmuş yumşaq, mehriban əlləri, 

ona heç vaxt sevgiylə baxmayan qapalı gözləri, göy, küt və cansız sifəti görəndə yenə ağlayacaq, ancaq 

bu  hüznlü  anda  o,  yalnız  ona  məxsus  olan  və  yolunu  gözləyən  uzun  ömür  barədə  də  zövqlə 

düşünürdü. 

O, yeni həyatı qucaqlamaq üçün əllərini geniş açdı.

İndi o, başqaları üçün yox, məhz özü üçün yaşayacaq. Heç bir qüvvə ona arzularını reallaşdırmağa 

mane ola bilməz. Kişilərin və qadınların öz şəxsi iradələrini həyat yoldaşlarına sırımağa tamamilə 

haqları olduğu barədə cahil düşüncənin artıq ona heç bir aiddiyyatı yoxdur. Hətta o bir anlıq düşündü 

ki, belə məcburiyyət yaxşı və pis niyyətli olmasından asılı olmayaraq, cinayətdən başqa bir şey deyil.

Bütün bunlara baxmayaraq, həmişə olmasa da, o nə vaxtsa ərini sevmişdi. Ancaq indi bunun nə 

mənası  var  ki?  Onun  bütün  varlığı  ilə  arzuladığı  müstəqlilliklə  müqayisədə  məhəbbət  nədir  ki? 

Açılmayan sirr.

"Azadam! Azadam! Ürəyim, bədənim, hər yerim azaddır!", - o, dayanmadan pıçıldayırdı. 

Jozefina diz üstə çöküb, açar dəliyindən bacısına onu içəri buraxması üçün yalvarırdı: "Luiza, xahiş 

edirəm qapını aç! Sən özünə əzab verirsən! Sən orada neynirsən, Luiza? Allah xətrinə qapını aç"

"Əl çək məndən, mən özümə əzab-zad vermirəm". İndi o açıq pəncərədən həyatın şirəsini canına 

çəkirdi. 

Gələcəyi düşündükcə sevinci artırdı. Yaz, yay: bütün fəsillər, bütün günlər onun olacaq. O, ömrünü 

uzatması üçün Tanrıya qısaca dua etdi. Halbuki elə dünən həyatın hələ uzun çəkəcəyini düşünəndə, 

bütün bədəni ürpərmişdi.

Nəhayət, kreslodan durdu. Onun par-par işıldayan gözlərində qızdırmalı təntənə vardı, şüursuz 

şəkildə Zəfər İlahəsi kimi addımlayırdı. Qapını inadkar bacısının üzünə açıb, onu qucaqladı. İkisi 

birlikdə pilləkənlərlə aşağı düşməyə başladılar. Riçards aşağıda onları gözləyirdi. 

Birdən onlar kiminsə çöldən giriş qapısını açdığını eşitdilər. İçəri girən kim olsa yaxşıdı? Brentli 

Mellard.  Yolda  onun  paltarı  biraz  kirlənmişdi,  əllərində  isə  rahat  şəkildə  yol  çantasını  və  çətiri 

tutmuşdu.  Bədbəxt  hadisə  baş  verən  zaman  tamam  başqa  yerdə  olduğundan,  onun  faciədən 

ümumiyyətlə xəbəri yoxdu.

Brentli  var  gücüylə  qışqıran  Jozefinaya  və  Luizanın  onu  görməməsi  üçün  cəld  qarşısına  keçən 

Riçardsa key-key baxdı. 

Həkimlər gələndə Missis Mellarda ürək partlaması diaqnozu qoydular: onun qəlbi sevincə tab 

gətirməmişdi. 

Tərcümə etdi: Cavid Ramazanov

ANN.Az 



50

329 May  2014

DÜNYA


DÜNYA

   “Frans press”-in məlumatına görə, bir müddət öncə 

Tunisin  keçmiş  liderinin  fəaliyyətinin  araşdırılması 

çərçivəsində  İsveçrə  bankları  onun  bank  hesablarını 

dondurmuşdu.  İsveçrənin  baş  prokuroru  Maykl 

Lauber  bildirib  ki,  Tunisin  yeni  hakimiyyətinin 

əməkdaşlığı  nəticəsində  vəsaitin  verilməsi  mümkün 

olub.


 Mənbə xatırladıb ki, bin-Əli ailəsi qərardan İsveçrənin 

Ali məhkəməsinə hələ şikayət edə bilər. 



Tunisin devrilmiş prezidenti Zeynəlabidin bin-Əli ailəsinin İsveçrə banklarındakı 40 

milyon dolları Tunis hakimiyyətinə təhvil verilib

BİN  ƏLİ  AİLƏSİNİN  40  MİLYONU  TUNİSƏ  VERİLİB 

Gəlirə görə vergi ödənilməyən ölkələr siyahısına Qə-

iqtisadiyyatını tənzimlədiyindən əhali vergi ödəməkdən 

tər başçılıq edir. Təbii qaz ehtiyatları ilə zəngin olan bu 

azaddır. 

ölkənin  əhalisi  vergidən  tamamilə  azaddır.  Qətərdə 

Sakit okean sahilində yerləşən Bermud arxipelaqının 

yalnız tibbi sığorta üçün 5 faiz vergi tutulsa da, sonradan 

əhalisi  özlərini  dünyanın  ən  xoşbəxt  insanları  hiss 

bu vəsait sahibinə qaytarılır. 

edirlər. Vergi tutulmayan arxipelaqın iqtisadiyyatı ildən-

Siyahıda ikinci yerdə gələn Birləşmiş Ərəb Əmirlik-

ilə tərəqqi edir.

lərində də əmək fəaliyyəti ilə məşğul olanlardan vergi 

Səudiyyə Ərəbistanının əhalisi də vergidən azaddır. 

tutulmur. 

Yalnız  bu  ölkədəki  xarici  şirkətlərin  gəlirlərinin  20 

Andorra əhalisinin sayına görə cırtdan dövlətlərdən 

faizindən vergi tutulur.

biridir. Bu ölkənin iqtisadi inkişafı hamı üçün sirr olaraq 

Böyük  Britaniyanın  Viyerj  adalarının  sakinləri  də 

qalmaqdadır. Əhalisindən vergi tutulmayan Andorranın 

vergidən azaddırlar.

əsas  gəlir  mənbəyi  ucuz  spirtli  içkilər  və  tütün 

Bəhreyn  və  Küveyt  kimi  neft  və  qaz  ehtiyatları  ilə 

məmulatları  almaq  üçün  bu  ölkəyə  gələn  əcnəbi 

zəngin  olan  ölkələrin  əhalisi  də  vergi  ödəmirlər. 

turistlərin hesabınadır.

Küveytdə yalnız özəl sektorda çalışanların iki faizi vergi 

Digər  cırtdan  dövlət  Monako  Knyazlığında  vergi 

ödəyir.

sistemi  əsasən  fransız  vətəndaşlarına  və  1957-ci  ilə 



qədər  burada  vətəndaşlıq  hüququ  alanlara  şamil  olun-

Əsgər Əliyev,

mur.


AzərTAc-ın xüsusi müxbiri

Fransanın prefekturası altında olan Keyman adaları 



Paris 

turizmdən  ildə  əldə  etdiyi  326  milyon  dollarla 



Bu ölkələrin əksəriyyəti ərəb dünyasının payına düşür

DÜNYANIN  ON  ÖLKƏSİNDƏ  GƏLİRƏ  GÖRƏ  VERGİ  ÖDƏNİLMİR 

  “RİA  Novosti”nin    məlumatına  görə,  yetkinlik  yaşda  olduqlarını  sübut  etmək 

üçün  vətəndaşlar  pasportun  surəti,  kredit  kartı    yaxud  başqa  istənilən  bir  sənədi   

verməlidir. Əks halda, onlar pornosayta girərkən, blok ediləcək.

Mənbə bildirib ki, hakimiyyətin bu addımı atmasına səbəb hər ay krallıqda 200 

mindən çox yetkinlik yaşına çatmayanların böyüklər üçün nəzərdə tutulan saytlara 

daxil olması haqda statistikadır.

 Hökumət istəyir ki, cari ilin sonunadək bu qanun qüvvəyə minsin. 



BRİTANİYA  VƏTƏNDAŞLARI  PORNOSAYTA  PASPORTLA  GİRƏCƏKLƏR

Bu barədə qanun layihəsi hazırlanır


Yüklə 402,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə