Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə14/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   10   11   12   13   14   15   16   17   ...   104

Fund  Mwnnwdov
kullurokigiva effeklivli havat  va faalivvala aparan vol
• 
Etik mədəniyyət
ETİK  MƏDƏNİYYƏT
Etik  mədəniyyət  şüur  və  bilik,  məvcud  olanlar  haqda  təsəvvürlər, 
dəyərlər  sistemi,  əxlaqi  davranış  və  münasibətlər,eləcə  də  insanların 
mənəvi  həyat  və  fəaliyyətinin  birliyidir.  O,  insan  və  cəmiyyətin  ruhi 
inkişafdakı  keyfiyyət  və  nailiyyətlərinin  səviyyəsidir.  Etik  mədəniy­
yətin  əsasını  insanların  maraq,  tələbat,  bilik  və  xarakterdən  ibarət 
dəyərlər sistemi  təşkil  edir.  Cəmiyyətin  etik mədəniyyəti  sosial-mədə­
ni  inkişaf və dövlət təhlükəsizliyinin mühüm  şərtidir.  İctimai  şüur for­
ması  olan  etik mədəniyyət insanların irsi  keyfiyyət və tərbiyələrindən, 
eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.
“Etika”  sözünün  yunan  dilindən  tərcüməsi  adət,  xasiyyət  və  meyl 
mənasını  verir və əxlaq  , onun mənşəyi  və inkişafı, insan davranışının 
qayda  və  normaları,  insanların  ailəyə,  bir-birinə,  cəmiyyətə,  vətəninə, 
dövlətə  və  bəşəriyyətə  münasibətdə  vəzifələri  haqqında  təlimdir. 
Bununla  belə,  etika  iki  ölçüdə  nəzərdən  keçirilir:  insan  davranışının 
müəyyən  norma  və  qaydalarının  toplusu  olan  normativ  etika 
 
əxlaqın  fəlsəfi  nəzəriyyəsi  olan  metaetika  kimi.  Bir  çox  etik  təlimlər 
əxlaqı  ya  ilahi  iradənin  təzahürü,  ya  da  insanın  özünün  yaradıcılığı 
kimi qiymətləndirirlər.
Nəzəri  etika  ümumi  sosial-mədəni proseslər və cəmiyyətdə əxlaqın 
rolunu  araşdırmaqla  yanaşı,  həm  də  ruhi  fəaliyyətin,  əxlaqi  şüur, 
əxlaqi  dəyərlər və əxlaqi münasibətlərin təbiətini (mahiyyətini) tənqidi 
təhlil  edir.  Etika  elminin  əsas  vəzifəsi  insan  və  cəmiyyətin  mənəvi 
problemlərini öyrənmək, insanların əxlaqını təkmilləşdirmək, Xeyir və 
Şər  məfhumları,  mövcud  həqiqətlər,  insanların  öz  mənəvi  seçimini 
düzgün müəyyənləşdirməsi, onlardan doğan  arzu və əməllər, həyat və 
fəaliyyətdə  pozitiv  nəticələr  əldə  etmək  haqqında  düzgün  anlayış, 
təsəvvür  və  təfəkkür  formalaşdırmaqdır.  Dünya  mədəniyyəttarixi 
etikanın  inkişafını  müəyyən  edən obyektiv qanunauyğunluqların aşkar 
edilməsinə  imkan  verir.  O, sübut edir ki, etik normalar uzun müddətli 
tarixi  dövr ərzində  formalaşır.Onlar insanların  tarixi  tələbat  və həyati 
maraqlarını,  eləcə  də,  bir  çox  nəsillərin  dini  və  dünyəvi  təcrübəsini 
əks  etdirir.  Bu  təcrübə  əsasında  etika,  nəinki  mənəvi  prinsipləri 
ümumiləşdirib sistemləşdirir, həm də onu elmi  cəhətdən əsaslandırır.
62
Fuad  Mammadov
KulturologİY» effckttvli havat  va faaliyyata aparan vol
Etika ruhi-nəzəri  fəaliyyətin  maddi-praktik  fəaliyyətdən  ayrılması 
nəticəsində,  hələ  sinifli  quldarlıq  cəmiyyəti  dövründə,  fəlsəfənin  bir 
hissəsi kimi  yaranmışdır.  Bu termin ilk dəfə elmi  leksikona  Aristotel 
tərəfindən,  insanların  sosial  praktik  fəaliyyətində  kortəbii  formalaşıb, 
gündəlik  əxlaqi  şüurdan  fərqlənən,  geniş  və  yüksək  əxlaq  təliminin 
ifadəsi üçün  daxil edilmişdi.
Quldarlıq,  feodalizm,  burjua,  sosialist  cəmiyyətlərində  müxtəlif 
sosium və  fərdlərin etikası  da  fərqli  olmuşdur.  O,  daim  sosial  mənşə, 
dini  səviyyə,  sinif,  qrup  və  şəxsi  maraqlar,  həyat  tərzi  və  dəyərlər 
sistemindən  asılı  olmuşdur.  Təxəyyülə  bağlı 
yüksək  aprior 
prinsiplərin  xas  olduğu  dini  etikadan  fərqli  olaraq,  dünyəvi  etika  -  
tarixi  hadisədir.  O,  davranış  və  təfəkkürün  məkan  və  zaman  üzrə 
dəyişən, 
ictimai  quruluş,  rəsmi  ideologiya, 
sinfi  münasibətlər, 
dəyərlər,  maddi  və  sosial-siyasi  həyat  tərzinə  uyğunlaşan,  olduqca 
mütəhərrik  kateqoriyasıdır.  Əxlaqı,  hər  şəraitdə  mütləq  olub,  əbədi 
həqiqətlərin  məcmusu  kimi 
qəbul  edən  antik  mütəfəkkirlər,  onu 
insanların  ruhi  və  hissi  həzzə  olan  təbii  ehtiyacı(Epikur),  “rifahın” 
yüksək hissi  ideyası(Platon), təlim və vərdişlə şərtlənən “intellektual”, 
“iradi” və “vətəndaş xeyirxahlığı”(Aristotel)  kimi nəzəriyyələrlə ifadə 
edirdilər.  Allaha  məhəbbət  və  ilahi  iradəni  üstün  tutan  feodalizm 
mütəfəkkirləri, insanı  və  insan  idrakım  başlıca dəyər kimi  qəbul  edən 
İntibah  və  Maarifçilik  dövr  filosofları, 
azadlıq  və  bərabərlik 
ideyalarını  təbliğ  edən  butjua  cəmiyyəti,  sosial  ədalət  ideyalarına 
sadiq sosialist  cəmiyyəti, insan iradəsi müstəqilliyi  ideyalarına istinad 
edən kapitalist cəmiyyəti öz etik təlimini yaratmışdır.
Etik  dünyagörüşün  dəyəri  ondadır  ki,  o,  həqiqətlər,  insan  və  onun 
həyatının  mənası,  insanların  ailə,  kollektiv  və  cəmiyyətdəki  əxlaq 
prinsipləri  və  davranış  normaları  haqqında 
aksioloji  ideyalar 
formalaşdırır. 
Xeyir  və 
Şər  meyarlarının 
qiymətləndirilməsi 
kontekstində  “nə  etməli?”  sualına  cavab  axtararaq,  bəzi  nəzəriyyələr 
insan  təbiətindən  yox,  əxlaqın  sosial  xarakterindən  çıxış  edirlər, 
digərləri  isə,  əxlaqın  ictimai  şüur  forması  olduğunu  unudub,  “insan 
təbiətini” ön plana çəkirlər.  Etikanı,  fərdlərin  ehtiyac və tələbatları  ilə 
xeyirxahlığı  arasındakı  harmoniya  vasitəsi  kimi  nəzərdən  keçirən 
Kant,  mənəviyyatın  qorunması  üçün  allahın  mövcudluğu  və  ruhun 
əbədiliyinin qəbul edilməsini zəruri hesab edirdi.
63


Fund  Mommadov
Kulturologiva effektivli haval va foalivvato anaran  vol
ETİK KONSEPSİYALAR
Ф 
Neofreydizm 
Ф 
Evolyusionizm 
Ф 
Humanizm 
Ф 
Utilitarizm 
Ф 
Praqmatizm 
Ф 
Neopozitivizm 
Ф 
Neoprotestabtizm 
Ф 
Əxlaqi  ilahiyyatçılıq 
Ф 
İntuitivizm 
Ф 
Neotomizm 
Ф 
Naturalizm 
Ф 
Biologizm 
Ф 
İrrasionalizm 
Ф 
Ekzistensializm 
Ф 
Hedonizm 
Ф 
Evdemonizm
XEYİRXAHLIQ  VƏ  ŞƏR
XEYİRXAH LIQ
Antik etika 
o  Mərdlik 
o  Mülayimlik 
o  Müdriklik 
o  Ədalətlilik 
o
Orta əsr xristian etikası 
o  Allaha inam 
o  Allahın rəhminə ümid 
o  Allaha məhəbbət
64
İntibah, Maarifçili, Yeni Dövr
o  Maddi maraqlar 
o  Səadət 
o  Azadlıq 
o  Cəsarət 
o  Ağıl
o  Şüurlu sosial fəallıq 
o  İnsanlara xidmət
ŞƏR
o  Cinayət 
o  Qətl 
o  Terrorizm 
o  Yalan 
o  Yaltaqlıq 
o  İkili əxlaq 
o  Ədalətsizlik 
o  Satqınlıq 
o  Vəhşilik 
o  Despotizm 
o  Qəddarlıq 
o  Zorakılıq 
o  Sərtlik
o  Fövqəlkonformizm 
o  Korrupsiya 
o  Cahillik 
o  Paxıllıq 
o  Cəsarətsizlik 
o  Bayağılıq 
o  Qorxaqlıq 
o  Əxlaqsızlıq 
o  Narkomaniya 
o  Alkoqolozm 
o  Tüfeylilik
Fuad  Məmmədov------------------ Kulturologiva effektivli havat va faalivvala aparan vol
65


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə