Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə3/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   2   3   4   5   6   7   8   9   ...   104

Fuad  Mammadov
Kulturologiya offcktivli hayat  va faalivvata aparan vol klmi
•  Dünya mədəniyyəti beynəlxalq universiteti layihəsindən iqtibaslar.... 196

Mədəniyyətin  tarixi  və 
nəzəriyyəsi  sahəsində elmi  dərəcə
iddiaçılarına tövsiyyələr
................................................................... 202
• 
Mədəniyyət və qloballaşma
■  Qloballaşma 
şəraitində 
beynəlxalq sosial-mədəni 
siyasətin
vəzifələrinin görünüşü....................................................................... 203

Kulturologiyanın metodologiyası
■  Kulturologiyanın metodologiyası.............. i......................................... 204

kulturologiyanın piramidası
II 
HİSSƏ. 
AYRI-AYRI  MƏQALƏLƏR,  M ƏRUZƏLƏR, ÇIXIŞLAR.
1.  Kulturologiya insan texnologiyaları və imkanları haqqında elm kimi...208
2.  Dünya mədəniyyəti  və elminin inkişafı  tarixindən............................230
3.  Dünya  mədəniyyəti  və  Azərbaycan  cəmiyyəti:  müqaisəli  təhlil,
problemlər və onların həlli yollan.....................................................259
4. Mədəniyyət siyasəti məsələsinə dair................................................... 272
5. Vətəndaş  cəmiyyətində  mədəniyyət  siyasətinin  fərmalaşdınlmasına
elmi yanaşma haqqında......................................................................280
6.  Demokratik  Azərbaycanda  mədəniyyət  inkişafının  idarəolunmasına
yeni  yanaşma haqqında......................................................................291
7. Qloballaşma  şəraitində  ruhi  mədəniyyətin  həyat  və  fəaliyyətin
fəlsəfəsi  və texnologiyası kimi  görünüşü haqqında........................ 305
8.  Mədəniyyət  sivilizasiyanın  yaradıcı  amili  kimi,  kamilliyə,  sülhə  və
çiçəklənməyə aparan yol kimi........................................................... 319
9. YUNESKO, mədəni dəyərlər və kulturoloji təhsil............................. 328
10.  Azərbaycan mədəniyyəti dünya sivilizasiyası  kontekstində.........Г336
11.  Azərbaycan  Respublikasında ruhi mədəniyyətin inkişafı problemləri,
üstünlükləri  və texnologiyaları  haqqında..................... 
 
343
12.  Azərbaycan mədəniyyətinin modemləşdirməsinin aktual  problemləri
haqqında.............................................................................................. 373
13.  Dünya mədəniyyəti və azərbaycanlıların özünüdərki..................... 389
14.  XX əsrin əvvəllərində Azərbaycanda siyasi mədəniyyət haqqında...393
15.  Mədəniyyət  anlayışına  elmi  yanaşma  və  azərbaycan  dilində
kulturoloji  terminologiya haqqında................................................... 397
16. 
Tövsiyyə olunan ədəbiyyat.
................................................................399
12
KuadjMammədpv
Kulturologiya cffektivli havat 
уд
 faalivvata aparan  vol
G İR İŞ
Dünya  sivilizasiya  tarixinin  müasir  mərhələsində  şəxsiyyət, 
cəmiyyət  və  dövlətin  həyatında 
kulturologiyanın  əhəmiyyəti 
dönmədən  artmaqdadır.  İnsanın  həyat  fəaliyyətinin  təkmilləşlməsi, 
qloballaşmadan  yaranan  yeni  tələblər,  dövlət və  cəmiyyətin  inkişafı, 
yeni  texnologiyalardan  düzgün  istifadə  üçün  şəxsiyyət  və  liderlərin 
hazırlanmasına  olan  ehtiyac  siyasi,  sosial-iqtisadi 
və  beynəlxalq 
proseslərin  sistemli  kulturoloji  təhlilinə  xüsusi  ehtiyac  yaratmış,  bu 
isə, öz növbəsində humanitar elmlərin qovşağında yaranan  bu sintezli 
elm  sahəsinin  əhəmiyyətinin  artmasına  səbəb  olmuşdur.Kulturoloji 
tədqiqat,  təhsil  və  maarifçilik  olmadan  balanslaşdırılmış  siyasət  və 
effektli  dövlət  idarəçiliyi,  rəqabətqabiliyyətli  iqtisadiyyat  və  yüksək 
sosial  etika, 
beynəlxalq  münasibətlər  və  dünyada  mədəniyyətin 
bərqərar  olmasını  təsəvvür  etmək  mümkün  deyil.Deyilənləri  nəzərə 
alaraq, professor  Fuad Məmmədovun  “Kulturologiya - effektli  həyat 
fəaliyyətinə doğru gedən yoldur ” monoqrafiyası  Azərbaycanda  elm, 
təhsil və mədəniyyətin  inkişafına qiymətli töhfədir.
Əsərdə  mədəniyyətin  modernləşdirilməsi  və  mədəni  irsin 
qorunmasının  zəruriliyini  qeyd  edən  müəllif,  azərbaycanın  qabaqcıl 
alim  və  mütəfəkkirlərinin  bir  neçə  nəslinin  maarifçilik  ideyalarının 
məntiqi  inkişafını 
nəzərdən  keçirir.  Tədqiqat  M.F.Axundovun. 
A.A.Bakıxanovun  ,  H.Cavidin,  Əhməd  Ağa  oğlu. 
Əli  bəy 
Hüseynzadə,  M.Ə.Rəsulzadə,  Ü.Hacıbəyov,  S.Vurğun  və  digər 
görkəmli  ziyalıların  ölkədə  hökm  sürən  cəhalətin  aradan  qaldırılması 
naminə 
milli  dirçəliş  yollarım  müəyyənləşdirməkdə  mədəniyyət 
anlamına düzgün  yanaşdıqlarını  və Azərbaycan xalqının tərəqqipərvər 
inkişafında  mədəniyyətin həlledici rolunu təsdiq edir.
Monoqrafiyada  insanın  təkmilləşməsi,  cəmiyyətin  sosial  inkişaf 
və  tərəqqisi  üçün  yeni  imkanlar  açan  bir  çox  əməli  əhəmiyyətli 
kulturoloji  biliklər  vardır.  Monoqrafiya  iki  hissədən  ibarətdir.  Birinci 
hissədə 
insan,  cəmiyyət  və  dövlətin  həyat 
fəaliyyəti  haqqında 
düzgün  elmi  təsəvvürlərin  formalaşmasına  yardım  edən  mədəniyyət 
və kulturoloji  konsepsiya,düstur və baza anlayışları  verilmişdir.  İkinci 
hissədə  insan  və  cəmiyyətin  aktual  problemlərindən  olan  sosial- 
mədəni  siyasət,  idarəetmə,  vətəndaş  cəmiyyəti  və  demokratiya
13


Kuad  Mammadov
Kulturologiva cffektivli ho vat  v.i faalivvata anaran vnl
mədəniyyətinin  həm  milli  ,  həm  də  qlobal  miqiyasda 
geniş 
kulturoloji  təhlilinə  həsr  olunmuş  müxtəlif  illərdə  yazılan  məruzə, 
məqalə və çıxışlar verilmişdir.
Kitabın  birinci  hissəsində  sistemləşdirilmiş  biliklər  ensiklopedik 
xarakter  daşıyır.  Burada  elmə  əsaslanan  metodologiya  'daxilində 
kulturologiyanın  predmet  və  elmi  aparatı,  insanın  həyat  fəaliyyətinin 
müxtəlif  sahələri,  həyatı  təmin  edən  sistemlər,  sosial  mədəniyyətin 
komponentləri,  mədəniyyətin  yaradılması  mexanizmi  və  funksiyaları, 
“ruhi  istehsal”,  mədəniyyətin  mənşə  xüsusiyyətləri  ,  yaradıcı  təfək­
kürün  səviyyə  və tipləri  mədəniyyətin  formalaşma  səbəbləri  haqqın­
da  məlumat verilir.  Müəllif tərəfindən intellektual, etik, hüquqi, idarə­
etmə,  elitar, kütləvi  mədəniyyət,  ruhi  (əqli və  mənəvi) və maddi mə­
dəniyyət,  mədəniyyət  və  anti-mədəniyyət,  sülh  mədəniyyəti,  qender 
mədəniyyəti,  mədəni  tərəqqi  və  mədəni  inqilabın 
xüsusiyyətləri, 
sivilizasiyanın  əlamətləri  və  mədəniyyətin  tarixi  tipləri  aşkar  edilir. 
Mədəniyyətin  milli-etnik  xarakteristikası  və  mədəni  dəyərlərə  həsr 
olunmuş  bölmədə  Şərq  və  Qərb mədəni  inkişafının  xüsusiyyətlərinin 
araşdırılması  böyük  maraq  doğurur.  Əsərdə  L.A.Uayt,  A.Maslou, 
L.E.Qertman.  M.B.Yeşiç, Q.A.Antipova, A.N.Koçergina, V.S.Polikar- 
povanın  mədəniyyət  konsepsiyaları  nəzərdən  keçirilir. 
Müəllif 
A.Toynbi,  K.Yaspers,  O.Şpenqler,  H.Hesse,  M.Haydegger,  İ.Sabu- 
ro.T.Parsons,  Y.  Şepanski,  E.Giddens,  Y.Heyzinq,  S.Lemm,  K.Levi- 
Stros,  N.Smelzer,  P.Sorokina,  V.Diltey,  G.Zimmel,  İ.Herder,  F.Nitşe, 
E.Orteqa-i-Qasseta.  E.Qusserl,  N.Danilevski,  K.Leontyev,  N.Trube- 
tskoy,  P.Sabitski,  L.Qumilyov,  M.Kim,  M.Kaqan,  Y.Lotman  və digər 
görkəmli alimlərin  mədəniyyət anlamına  yanaşmalarını göstərir.
İnsanın  həyat  fəaliyyətinin  müxtəlif sahələri  haqqında  məlum 
ictimai-elmi  bilıiklərin  sintezi  və  yaradıcılıqla  işlənməsi  ilə  bərabər, 
müəllif 
ictimai-mədəni  tərəqqinin 
imkanları,  texnologiyaları, 
xüsusiyyət  və  mahiyyətini  daha  yaxşı  anlamağa  imkan  verən  şəxsi 
şərh  və  təriflərini  də  yaratmışdır.  Onların  içərisində  mədəniyyətin 
elmi  anlamını  və  kulturologiyanın  “piramidasını”  qeyd  etmək  olar. 
Müəllif  kulturologiya  elmində  ilk  dəfə  olaraq,  mədəniyyətin,  insan 
fəaliyyətinin,  istehsalın,  idarəetmənin  effektivliyi,  mədəniyyətin 
entropiyası,  mədəni  insanın səadət düsturu və faydalı iş əmsalını  şərh 
etmişdir.  Kitabın  yeni  biliklər bloku  insan  həyatını  təmin  edən  ruhi
14
Fuad  IVUmmadov
Kulturologiva effektivli havat  va faalivvata aparan  yol
və  maddi  komponentlər,  mədəni  inkişafın  obyektiv-tarixi  faktorları, 
Azərbaycanın  mədəni  inkişaf  tarixinin 
ayn-ayn  dövrlərinin 
kulturoloji  təhlilinin nəzədən keçirilməsi  ilə tamamlanır.  Mədəniyyəti 
bütöv  sosial  sistem  kimi  nəzərdən  keçirən  müəllif,  ilk  dəfə  olaraq, 
iqtisadiyyatın  mahiyyətini  mədəniyyətin  sosial  institutu baxımından 
aşkarlamış, 
mədəniyyət 
sahəsində 
dövlətin  prioritetlərini
müəyyənləşdirmiş,  ölkə inkişafının keyfiyyət və sürət  artımını  təmin 
edən  tövsiyələr  hazırlamışdır.  Müəllif mədəniyyətin  öyrənilməsinin 
əsas  prinsip  və  metodlarını,  onun  inkişaf  dinamikasını  göstərən 
kulturoloji  metodologiyanın  mahiyyət,  məqsəd  və  imkanlarını  təsvir 
edir,  sistemli kulturoloji təhlilə əsaslanan kulturologiya piramidasının 
məntiqi  pillələri  baxımından,  mürəkkəb  sosial-mədəni 
və  siyasi 
problemlərin  həlli  yollarını  meydana  çıxarır.  Dövlət  və  cəmiyyətin 
aktual  problemlərinin  tədqiqi  əsasında,  müəllif, 
Azərbaycanda
mədəniyyətin  modernləşdirilməsi,  eləcə  də  qloballaşma  şəraitində 
beynəlxalq  sosial-mədəni siyasət  üzrə təkliflər hazırlamışdır.
Fuad  Məmmədovun  dünya  mədəniyyətinin  fundamental  tarixi 
və nəzəri problemlərinin təhlili üzrə Azərbaycanda və xarici  ölkələrdə 
etdiyi  çıxış,  məruzə  və 
nəşr  olunmuş,  dünya  mədəniyyətinin 
fundamental  tarixi  və  nəzəri  problemlərinin  təhlilinə  yönələn  elmi 
məqalələrinin  vahid  monoqrafiyada  toplanması  kultirologiya  üçün 
mühüm  əhəmiyyət daşıyır.  Əsasən kitabın  ikinci hissəsində toplanmış 
bu  çıxış  və  məqalələr  insanın  inkişafi,  sosial-mədəni  siyasət, 
idarəetmə  mədəniyyəti  və  sülh  mədəniyyəti  məsələlərinə  həsr 
olunmuşdur.  Müəllif  mədəniyyət  siyasəti  və  mədəniyyətin  idarə 
edilməsinin 
əsas  prinsipləri,  demokratik  cəmiyyətdə 
idarəetmə 
mədəniyyətinin  mahiyyəti  və  texnologiyalan, 
qlobal  idarəetmə
mədəniyyətinin 
xüsusiyyətləri, 
liderlik 
problemləri 
və 
digər 
məsələlərə  elmi  yanaşmanı  əsaslandırmışdır.  Əsərdə  qloballaşma 
şəraitində 
həyat  fəaliyyəti  texnologiyalan  və  ruhi  mədəniyyətin 
fəlsəfi  problem  kimi  nəzərdən  keçirilməsi  yenilik  xarakteri  daşıyır. 
Adı  çəkilən  əsərlərdə  Şərq  və  Qərbin  elmi-mədəni  inkişafi  və  tarixi 
nailiyyətlərinin  mərhələləri 
nəzərdən  keçirilir.  Müəllif,  bununla, 
mədəniyyəti 
sivilizasiyanın  yaradıcı  faktoru,  kamillik,  sülh  və 
tərəqqiyə  doğru  alternativi  olmayan  yol  olduğunu  göstərməyə  can 
atır. Yaratdığı konsepsiya, tərif, düstur və mexanizmlərin  mahiyyət və
15


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə