Kuad Mammadov
Kultutologiva effeklitli hovat va faalivvata aparan vol
Həm hüquq, həm də əxlaq çərçivəsində, qanun və onun praktik
həyata keçirilməsi, vicdan və rəsmi əxlaqın tələbləri, milli və bəşəri
tələblər arasında obyektiv və subyektiv ziddiyyətlər mövcud ola bilər.
Bu ziddiyyətlərin aradan qaldırılması imkanları, cəmiyyət və
şəxsiyyətin inkişaf maraqlarına cavab verən mənəvi prinsip, ideal,
mənəvi-mədəni dəyərlərdən,
cəmiyyətin mənəvi mədəniyyət
səviyyəsindən və düzgün elmi yanaşmadan asılıdır.
Real həyatda mövcud olan ideoloji ziddiyyət və insani
münaqişələrin təbiətini və əxlaqi rolunu anlamaq üçün
"qəti" və
"şərti" imperativ anlayışlara müraciət etmək lazım gəlir. Klassik
alman fəlsəfəsinin banisi İmmanuil Kant hesab edirdi ki, millətin
mədəniyyətinin mahiyyəti insanın ictimai dəyəri ilə ölçülür. Kant
“qəti imperativ”-i ( şərtsiz hökm) mənəviyyatın keyfiyyət meyarı kimi
qəbul edir. O, insanı inkişafın məqsədi elan edərək, aprior prinsip
əsasında öz
“mənəvi qanununu” qurur və hesab edir ki,
qəti
imperativ ümumi xarakter daşımalı, insanların bərabərliyi prinsipinin
həyata keçirilməsinə yardım etməlidir.
Qəti imperativdən fərqli
olaraq,
makkiavellizm
prinsipinə əsaslanan (məqsəd vasitəni
doğrultmalıdır) şərti imperativ fəlsəfəsi belə səslənir : “ əgər sən hər
hansı bir məqsədə çatmaq istəyirsənsə, vasitə olaraq, müəyyən əməli
addımlar həyata keçirməlisən”. Beləliklə, şərti imperativin əsasında
insanların fərdi maraqlarının əkslikləri durur ki, bu da onun, mənəvi
və
sosial münasibətlərin harmonizasiyası üçün, meyar olmasını
aradan qaldınr. Əfsus ki, bəşər tarixi bizə, sonda insanlar və xalqlar
arasında
münaqişə, sosial gərginliklə nəticələnən, dəyərlərin
maraqlara qurban verilməsi hallan üzrə çoxlu sayda nümunələr
təqdim edir.
Sosial ziddiyyətlərin səviyyəsinin azaldılması yolu
yüksək
mədəniyyətə nail olmaqdan,
nüfuzdan elmi bilik və təcrübəyə,
şüurluluğa, məsuliyyətliliyə, düzgün sosial-mədəni siyasətin təmin
etdiyi cəmiyyətin
universal mənəvi-mədəni dəyərləri əsasında
şəxsiyyətin tam inkişafını nəzərdə tutan “Homo Hultural” tipli yeni
insanın formalaşdınlmasına doğru gedən yoldan keçir. Şəxsiyyət və
cəmiyyət arasında yaranan ziddiyyətlər onların münasibətlərindəki
harmoniya ilə əvəz edilməlidir.
226
Fuad Mammadov
Kulturologiva effeklitli havat va foalivvolo aparan ynl
Sosial-mədəni siyasətin düzgün formalaşdırılması üçün, düşüncə
tərzi, metod və üsulların məcmuundan ibarət mədəniyyətin, hadisələri
ekzogen və endogen əlaqələrin retrospektiv
verilənlərə uyğun
hesablanması və təhlili əsasında, mədəniyyətin sosial institutları və ya
prosesləri, onun gələcək inkişafinm etibarlılıq səviyyəsi haqqında
fikir formalaşdırmağa imkan verən proqnozlaşdırılmasının mühüm
əhəmiyyəti var. Kulturologiya faktorlar, qanunauyğunluq, və sosial-
mədəni inkişafın şərt və şəraitinin hərtərəfli elmi təhlili əsasında
milli mədəniyyətin gələcək proqressiv inkişafının gələcəyini elmi
əsaslarla, qabaqcadan
görməli, insanın həyat fəaliyyətinin
tendensiya, dinamika və mümkün nəticələrini
müəyyən etməli,
perspektivdə
dövlətin
optimal
siyasət
prioritetlərinin
müəyyənləşdirilməsi üzrə tövsiyələrin hazırlanmasını təmin etməlidir.
Mədəni fəaliyyətin effektliliyinin sistemli kulturoloji təhlili, milli
resursların düzgün istifadəsi və uçotu, mədəniyyətinin struktur və
sisteminin
təkmilləşdirilməsi,
dünya sivilizasiyasının inkişaf
tendensiyalan, qanunauyğunluqları üzrə ölkənin harmonik sosial-
mədəni inkişafi planını, proqramını və layihələrini formalaşdırmağa
imkan verir. Sistemli elmi proqnoz
keçmişin və indinin inkişaf
prosesi və qanunauyğunluqlarının ümumiləşdirilməsi və təhlili
əsasında
mənəvi mədəniyyətdəki böhranın
aradan qaldırılması
üsullarının və
gələcəkdə onun davamlı inkişafinm alternativ
yollarının müəyyənləşdirilməsi üçün geniş şərait yaradır.
Zərurət
olarsa,
kulturoloji
tədqiqatda
sosial-mədəni
modelləşdirmə, sosial proqnoz və Roma Klubunun geniş istifadə
etdiyi, sosial-mədəni inkişafin perspektivlərini müəyyənləşdirmək və
mədəniyyətin gələcək inkişafı haqqında
təsəvvürlərin həqiqilik
dərəcəsi haqqında hökm vermək imkanı olan
bir sıra ekspertlərin
fikrinə əsaslanıb, “delfa” metodundan istinadən,
ssenari tərtib
etmək
mümkündür.
Bütöv
sistem
olan,
mədəni
inkişafin
proqnozlaşdırılması, insanın həyat fəaliyyətinin texnoloji inkişafının
mümkün imkanlarını, dəyər, sosial mühitin dəyişmə dinamikasını,
sosial-mədəni tərəqqinin
qanunauyğunluq və tendensiyalarının
ictimai və beynəlxalq münasibətlərin aşkar edilməsini elmi cəhətdən
qabaqdan görməyə yardım edir. Cəmiyyətin strateji inkişaf metodu və
gələcəyi dərk etmək vasitəsi olan kulturoloji proqnozdan istifadə
227
Fuad VUmmodov
Kulturologiva effektivli haval va faallvyala aparan YQİ
etməklə,
sosial-mədəni
tərəqqinin
əsas
istiqamət
və
mədəniyyətlərarası qarşılıqlı təsirini yalnız əsaslandırmaq deyil, həm
də
mədəniyyətlərarası
idarəetmə və liderlik
sahəsində qəbul
olunmuş qərarların mümkün nəticələrini qabaqcadan görmək imkani
verir.
Kulturoloqlar Piter Şvarts və Piter Leyden, dünya sivilizasiyası
kontekstində
ABŞ-m müharibədən sonrakı
inkişaf təcrübəsinin
təhlili əsasında belə hesab edidilər ki, yüksək texnologiyaların , dünya
iqtisadiyyatı və beynəlxalq ticarətin
sürətli inkişafi, liberal
demokratiya və
bazar iqtisadiyyatı ideyasının
qələbəsini,, milli
iqtisadiyyatlar və bazarların inteqrasiyasını
tərəqqisini, xalqların
siyasi açıqlığının artmasını stimullaşdıracaqdır. Onların hazırladığı,
gələcəyi görmənin pozitiv ssenarisinə əsasən, şəbəkə iqtisadiyyatı və
texnologiyanın beş möhtəşəm dalğasına - fərdi kompüter, rəqəmli
telekomunikasıya, biotexnologiyalar, nanotexnologiyalar və alternativ
energetikaya əsaslanan stabil iqtisadi yüksəliş 2020-ci ildə dünyada
yoxsulluğun aradan qaldırılması və ekoloji cəhətdən daha təhlükəsiz
dünyanın rifah sivilizasiyasının təşəkkülünə yardım edəcək.
Beləliklə,
dünya sivilizasiya tarixinin
çoxsaylı nümunələrinə
müraciət və alimlərin nəticələri göstərir ki, maddi rifah istehsalının,
iqtisadiyyatın effektiv inkişafının, sosial tərəqqinin keyfiyyətinin
başlıca resursu təbiətdə yox, insan intellektindədir. Bu, eləcə də,
Yaponiya, Honhonq, Sinqapur və bir sıra başqa, insan kapitalının
nüvəsi olan iqtisadiyyatı intellektual mədəniyyətə əsaslanan ölkələrin
yüksək effektiv təcrübəsi ilə
təsdiq olunur. Buna görə də
Azərbaycanda
iqtisadiyyatın liberallaşdınlması ilə yanaşı,
daxili
siyasətin və dövlət idarəçiliyi siyasətinin
istiqamətini dəyişib,
intellektin, eləcə də, idarəetmə, hüquqi və etik mədəniyyətin prioritet
inkişafına yönəldərək, yenidənqurulması mühüm əhəmiyyət daşıyır.
Bu, dövlət və cəmiyyətin , ictimai tərəqqini müəyyənləşdirən, həyat və
fəaliyyətinin
mühüm strateji istiqamətlərinin
davamlı inkişafına
siyasi
təminat
verəcəkdir.
Sosial-mədəni
inkişafin
yeni
prioritetlərinin qurulması
zamanın tarixi tələblərinə uyğun olan,
aşağıdakı məsələlərin həllini tələb edir:
• Dünyanın sivil inkişaf tendensiyaları
və təcrübəsini nəzərə
almaqla, ölkənin gələcək pozitiv obrazı və milli-mədəni inkişaf
228
Fuad Mammadov
Kulturologiva effektivli havat va faalivvala aparan yol
konsepsiyası,
sosial-mədəni tərəqqinin
ümumi fəlsəfəsinin
hazırlanması;
• Keyfiyyət və sürət üzrə davamlı elmi strategiya və
texnologiyalar hazırlamaq;
• İdarəetmə və təşkilatçılıqda >üksək mədəniyyətə nail olmaq;
• Yüksək ixtisaslı kadr, eləcə də ekspert-kulturoloqların hazırlığı
və düzgün istifadəsi;
• Ruhi mədəniyyət sistemində struktur islahatlann aparılması;
• Həyat fəaliyyətinin
müəyyənləşdirilmiş istiqamətlərinin
tərəqqipərvər inkişafını təmin edən hüquqi və etik normaların
təkmilləşdirilməsi;
• Məqsədli strateji maliyyələşdirmənin həyata keçirilməsi;
• Prioritet inkişaf istiqamətlərin maddi-texniki şərtlərinin təmin
edilməsi;
Rusiya və dünya kulturologiyası təcrübəsinə istinadən aparılmış
təhlil 10 illik dövr üçün
müəyyənləşdirilmiş “Azərbaycanda
mədəniyyətin inkişafı”- mn milli tədqiqat proqramının elmi əsasla
hazırlanıb reallaşdınlmasının
aktuallığını göstərir. Bu proqram
daxilində azərbaycan mədəniyyətinin inkişaf tarixi, praktikası və
nəzəriyyəsinin dünya sivilizasiyası kontekstində fundamental təsdiq
etmək
zəruridir. Keçid dövrünün
optimal və eksperimental
şəraitində mədəniyyətin inkişaf dinamikası və transformasiyası,
struktur və mürəkkəbliyinə görə müxtəlif olan mədəniyyətin sosial
institutlarının idarə edilməsi və sinergetikası üzrə sistemli kulturoloji
tədqiqat mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müasir dünya
mədəniyyəti və sivilizasiyasının
böhran, fəlakət və destruktiv
proseslərinin aradan qaldırılması mədəniyyətlərin
dialoq və
harmonizasiyasının yeni imkanları, müasir sivilizasiyalann inkişaf
qanunauyğunluqları və hərəkətverici
qüvvələrinin müqayisəli
təhlilinin
aparılması aktual və praktik əhəmiyyətli
vəzifə kimi
meydana çıxır. Bunun nəticəsində əldə edilən elmlərarası kulturoloji
biliklər, məlumat banklan və içtimai inkişaf texnologiyaları dövlət
idarəetmə
sisteminin və sosial-mədəni sisyasətin
effektivliyinin
azərbaycan kulturoloji elminin beynəlxalq nüfuzunun artmasına
səmərəli təsir göstərəcəkdir.
229
Dostları ilə paylaş: |