Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə6/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   2   3   4   5   6   7   8   9   ...   104

Fuad  Mammadov
Kulturoloeiva cffcktivli haval 
yd
 faalivvata aparan vol
(əqli  və  mənəvi)  və maddi  dəyərlər  və  normalar əldə  edilən,  eləcə  də 
onların  istehsal  texnologiyaları,  qorunması,  istehlakı  və  yayılmasının 
dərki  və  dəyişdirilməsindən 
ibarət  olan  mürəkkəb  tarixi  prosesdir. 
Mədəniyyət  “Homo  Sapiens”  tipli  insanın  ağılı,  hissi  və  zəhməti  ilə 
yaranmış  və  yaradılan hər şeyin mahiyyəti,  “ikinci”, süni  təbiət, ətraf 
aləmin inkişaf və təkmilləşməsidir.  Ruhi mədəniyyət  insan inkişafının 
başlıca  hərəkətverici  qüvvəsidir.  Cəmiyyətlə  birgə  inkişaf  edən 
mədəniyyət,  eyni  zamanda,  əvvəlki  dövrlərin  irsini,  ruhi  dəyərlərini, 
ənənələrini, intellektual  mədəniyyət nailiyyətlərini, əmək vərdişlərini, 
ötən  nəsillərin  istehsal  və  yaradıcı  təcrübələrini  özündə  hifs  edir.  O, 
eyni  zamanda,  digər  mədəniyyətlərin  əldə  etdiyi  təcrübəni  bu  və  ya 
digər dərəcədə mənimsəyib,  yaradıcı  emal  edir.  Dövlət  və  cəmiyyətin 
sosial  kapitalı  olan  mədəniyyətin  daxili  və  xarici  mübadiləsi  daim 
onun  yeniləşməsi və proqressiv inkişafına  səbəb olur.
Mədəniyyət  - 
tarixən  dəyişən,  sosial  tələblərlə  şərtlənən  geniş 
anlayış  olub,  konkret  tarixi  dövrün  məhsulu,  onun  siyasi  və  iqtisadi 
təsirinin  nəticəsidir.  O,  insanın  şüuru,  psixikası  və davranışı  ilə bağlı 
olmaqla  yanaşı,  həm  də  dövlətin  və  xalqın  maddi  prosesləri,  tarixi 
inkişafı  ilə sıx  əlaqədədir.  Hər bir dövr, hər bir xalq və hər bir nəslin 
öz  mədəniyyəti  və  onun  haqqında  öz  təsəvvürləri  var.  Mədəniyyət 
insan 
şüurunu, 
fərd,  cəmiyyət  və  dövlətin 
həyat,  məişət  və 
fəaliyyətini, texnologiyaları,  istehsal  və  maddi  vasitələri,  iqtisadiyyat 
və siyasət, həyat tərzi, ənənələr, millət və xalqların adətləri  və mədəni 
irsi,milli  və  bəşəri  ruhi  dəyərlər,  hüquqi,  etik  və  estetik  normaları, 
ictimai  və  beynəlxalq  münasibətləri  əhatə  edir.  Sosial  fenomen  və 
noumen  olan  mədəniyyət  həyat  və  fəaliyyətin  müəyyən  sahəsində 
onun  keyfiyyətini  ifadə  edən,  kontekstual  anlamda  da öz  əksini  tapır. 
Bunun  üçün 
aşağıdakıları  yada  salmaq  kifayətdir:  istehsal, 
intellektual,  siyasi,  iqtisadi,  etik,  hüquqi,  tibbi,  ekoloji,  idarəetmə 
mədəniyyəti,  məişət  mədəniyyəti, 
sülh  mədəniyyəti,  qender 
mədəniyyəti,  məsuliyyət mədəniyyəti, şəxsiyyət mədəniyyəti və s.
İnsan  mədəniyyəti,  hər  şeydən  əvvəl  intellekt,  zəhmət,  iradə  və 
hisslər,  cəmiyyətin  inkişafının  canlı  toxuması  və özəyidir.  Əgər təbiət 
dünyası  sinergetik,  yəni  özünü idarə edən, özünü təşkil  edən və özünü 
inkişaf  etdirən  sistem  kimi  nəzərdən  keçirilirsə,  insan  dünyası  -  
mədəniyyət  -  insan  tərəfindən  daim  təkmilləşdirilməsi  və  düzgün
24
Fuad  Mammadov
Kullurologiva cffeklivli haval  va faalivvalo aparan vol
idarəedilməsi tələb olunan  şüurlu  təşkil,  idarə  və inkişaf  etdirilən 
sistemdir.  Ruhi mədəniyyət  insanı  hərəkət və fəaliyyətə ruhlandıran 
ağıl  və hiss,  şüur və psixi  qabiliyyətlərin  birliyi  olan  ruhi  vəziyyətlə 
bərabər,  şəxsiyyətin daxili psixi  dünyası olan  qəlb vəziyyətini də əks 
etdirir.  İnsan  şüur və hisslər vasitəsi  ilə  bilik qazanır, onu əhatə edən 
həqiqətlər  barədə 
obrazlı 
təsəvvürlər  yaradır. 
Şəxsiyyətin 
mədəniyyətinin  mühüm  göstəricilərindən  biri  insanın  davranışında 
əks  olunan  bütün  psixi  və  mənəvi  xüsusiyyətlərin  məcmusu  olan 
xarakterdir.  Xarakter  insanın  keyfiyyətini,  fərqli  cəhətlərini,  obyektiv 
həqiqətin  onun  şüurunda  əks  olunması  ilə  əlaqədar  xüsusiyyətləri 
göstərir.  Təsadüfi  deyil  ki,  hələ  Heraklit  demişdir:”İnsanm  xasiyyəti 
onun  taleyidir”.  Buna  görə  də  mədəniyyətin  mühüm  sosial  institutu 
olan  hüququn əhəməyyətini  inkar etmədən  ,  etiraf edək  ki, qadağa və 
sərəncamlarla 
problemləri  həll  etmək  olmaz,  insanlann  şüurunu 
təhsil,  tərbiyə  və  maarifləndirmə  ilə  dəyişib,  pozitiv  xarakter  tərbiyə 
etmək  lazımdır. Bu,  mədəni  inkişafının ən  effektiv üsulu olan  güclü 
ruhun  -  biliklə  zəngin  ağıl,  sağlam,  gözəl  hisslər  və  möhkəm 
iradənin formalaşdınlmasıdır.
Mədəniyyətin  inkişafında  aparıcı  qüvvə  ziyalılardır.  Bu,  alim  və 
müəllimlər,  incəsənət  xadimləri,  həkim  və  ixtiraçılar,  dövlət, 
ictimaiyyət  və  din  xadimləri, hüquqşünas  və  diplomatlar,  həyatlannı 
xalqın  rifahı  naminə  yaradıcı  fəaliyyətə  həsr  etmiş  müxtəlif  peşə 
adamlarıdır.  Dünya  mədəniyyəti  və  sivilizasiyanın  əsil  yaradıcılan 
məhz bu adamlardır.  Müxtəlif 
dövr 
və 
xalqlann 
görkəmli 
ziyalılanmn  yaratdığı  mədəni  abidələr  -   intellektual,  mənəvi-etik, 
estetik və maddi dəyərlər bütün bəşəriyyətə mxsus olub,  dünya sosial- 
mədəni  inkişaf  təcrübəsini  zənginləşdirmiş,  milyonlarla  insan  və  bir 
çox nəsillər tərəfindən hələ də istifadə olunur.  Laki bəşər mədəniyyəti 
heç  də  yekcins  deyildir. 
İnsan  mədəniyyətindəki  fərqlər 
yalnız 
mədəni-irsi  keyfiyyətlərlə  deyil, 
eləcə  də  elmi  biliklər, 
təhsil 
vətərbiyə,  elmin  texnoloji  tətbiqi,  həm  də 
müxtəlif  xalqlarda  və 
insanlarda eyni olmayan  qavrama qabiliyyəti ilə şərtlənir.
İntellektual  və  etik  mədəniyyətin  ictimai  tərəqqi  üçün  həlledici 
əhəmiyyəti  var.  Maddi  rifaha  gedən  yol  intellektual  mədəniyyətin -  
elm  və  təhsilin  prioritet  inkişafından  keçir,  çünki  mədəniyyət  ,  hər 
şeydən əvvəl  bilik,  inkişaf və rifahdırsa,  cəhalət  şər və yoxsulluqdur.
25


Fuad  Mammadov
Ktlllurologiva cfTcklivli hoyal  va faalivvala aparan  vol
İntellektual  mədəniyyətin  inkişafı  üçün 
sosial  şəraitin  yaradılma 
əhəmiyyəti  ondadır ki,  elm  insanı  düzgün  və  təhlükəsiz  həyat üçün 
zəruri  olan  müdrikliyə  doğru  aparır.  Elm  bəşəriyyətə  məxsusdur.O, 
təşkilat,  cəmiyyət  və  dövlətlərin 
yeni  texnologiya  ilə  effektiv 
fəaliyyətinin  tükənməz  mənbəyi, 
ictimai  şüurun 
proqressiv 
dəyişikliyinin 
açandır.  O,  insanın  həyat  fəaliyyətinin  yeni 
imkanlanna,  təbiət  və  cəmiyyətin  yeni  inkişaf qanunlanna,  həqiətə 
yeni  yollar  açan,  intellektual  dəyərlər  yaradan  insan  ağlının  daimi 
axtanşıdır.  Hər  kəsin  alim  olması  heç  də  vacib  deyil,  lakin  insanın 
intellektual  inkişaf prosesinin özü şəxsiyyət və lider formalaşdırılması, 
xüsuilə  də  bəşəriyyətin  bu  günkü  inkişaf mərhələsində  cəmiyyətin 
tərəqqisi  üçün praktik dəyərə malikdir.
Səadət  anlamında  şəxsiyyətin  mədəniyyəti 
əxlaq,  intellekt  və 
dəyərlər  sistemi,  xeyir  -  şər,  xarakter  və  əqidə 
haqqındakı 
təsəvvürlərindən  nə  qədər 
asılıdırsa,  düzgün  mənəvi  tərbiyə  və 
təhsilin  əhəmiyyəti  bir  o  qədər  artır.  Bilik  və  düzgün  təfəkkür  insan, 
fakt  və  hadisələrdən  ibarət 
həqiqətlər  haqqında 
obyektiv 
təsəvvürlərin  formalaşmasını  təmin edir.  Düzgün təsəvvürlər  düzgün 
arzu  və  istək  yaradır.  Düzgün  arzu  və  istək  pozitiv  nəticələr  verən 
düzgün  fəaliyyətlərə aparır.  Əksinə olanda,  cəhalət,  səhv təsəvvürlər 
və  neqativ  fəaliyyətlər 
stress,  depressiya  və  mənəvi  böhranla 
nəticələnir.  Depressiya  -   mənəvi  yarazlığı  məhv  edir  və  immuniteti 
azaldır  ki,  bu  da  nəinki  əsəb  və  psixi  sistemi  sıradan  çıxarır,  eyni 
zamanda 
ictimai  sağlamlığı  sarsıdan 
ağır  somatik  xəstəliklərlə 
nəticələnir.  Deməli,  şəxsiyyətin 
intellektual  və  etik  mədəniyyəti 
artdıqca,  onun  inkişaf imkanları  yüksəlir.  Yüksək  ruhi  mədəniyyətə 
malik  insan  isə  ,  dövlətin  ruhi  xəzinəsi,  cəmiyyətin  və  bəşəriyyətin 
ictimai kapitalıdır.
Bu  əbədi  həqiqətin  dərk  edilməsi  mövcud  əsərin  yaranmasına 
səbəb  olmuşdur  .  Dünya  kulturoloji  fikrinin  nailiyyətlərinə  istinad 
edən  müəllif  effektiv  dövlət  idarəçiliyi 
,  məhsuldar  beynəlxalq 
əməkdaşlıq  və  sabit  insan  inkişafının  universal  hərəkətverici  qüvvəsi 
kimi,  ruhi  mədəniyyətin  mahiyyət  və  imkanlarını  düzgün  anlamağa 
imkan  verən 
yeni  kulturoloji  biliklərin  yaradılması 
və 
sistemləşdirilməsinə  öz töhfələrini verməyə çalışmışdır.
26
Fuad
KulturoİQgiva cffcktivli hava!  *a faaliyyala aparan yol
Nə  üçün  mədəniyyət  haqqında  elm  bizim  həyatımız  üçün  belə 
mühüm və dövlət quruculuğu üçün  aktualdır?
Çünki,  o,  mədəniyyətin  mahiyyətini  insanların  ruhi  və  maddi 
tələblərinin  ödənilməsinə  yönələn  həyat  fəaliyyəti  kimi  aşkarlamağa 
imkan  verir.  Mədəniyyətin  tarixi  və  nəzəriyyəsi  elə  bir  tükənməz 
xəzinədir  ki, 
onun  vasitəsi  ilə 
bəşəriyyətin  əsrlərlə  yaratdığı 
intellektual  və  mənəvi  sərvətləri  mənimsəmək 
mümkündür. 
Kulturologiya 
dünya 
mədəni 
nailiyyətlərini 
obyektiv
qiymətləndirməyə,onları  bu  və  ya  digər  ölkənin  milli-mədəni 
maraqlan  üzrə  yaradıcılıqla  bəhrələnməyə  imkan  verir.Kulturoloji 
biliklərlə  zəngin  ağıl  və  xeyirxah  məqsədlərə  yönələn  iradə  insan 
inkişafının pozitiv faktorudur.
Kulturologiyanın  dövlət  quruculuğu  üçün  aktuallığı  onunla  edilir 
ki,  bu  elm 
insan  insan,dövlət  və  cəmiyyətin 
effektiv  inkişaf 
texnologiyalannm hazırlanmasına yardım edir.  Dünya mədəni  inkişafı 
tarixi  qanunauyğunluqlarının  elmi  təhlili  və  nəzəri  ünuniləşdirilməsi 
yeni  kulturoloji  biliklərin  yaradılmasına  imkan  verir.Müxtəlif xalq  və 
dövlətlərin  qabaqcıl  texnoloji,  iqtisadi,  idarəetmə,  hüquqi  və  ruhi 
nailiyyətlərini  özündə birləşdirən humanitar, texniki  və təbiət elmlərin 
həmçinin 
beynəlxalq 
sosial-mədəni 
təcrübəyə 
istinad 
edən 
kulturologiya  ictimai  tərəqqi  üçün  keyfiyyətcə  yeni  imkanlar  açır. 
Sistemli  kulturoloji  tədqiqatlar,  xüsusilə  də  riyazi  metod  və  müasir 
informasiya  texnologiyalannm  istifadəsi  dövlətin  daxili  və  xarici 
siyasətinin  elmi  əsaslarla  hazırlanıb  reallaşdınlması,  qloballaşan 
dünya şəraitində  onun rəqabətəqabil olması  üçün  ən zəruri təməldir.
Yaponiya,  Norveç  və  digər  demokratik  ölkələrin 
təcrübəsi 
Azərbaycan  Respublikası  üçün  ictimai-mədəni  inkişafın  effektli 
kulturoloji  texnologiya nümunəsi ola bilər.  Yaponiyadakı  1867-1868- 
ci  il  Meydzi  mədəni  inqilabı  bu  ölkənin  nisbətən  geriqalan  (həm 
iqrisadi,  həm  də  elmi  cəhətdən)  və  yoxsul  bir  ölkədən  zəngin 
demokratik  cəmiyyətə  keçməsini  təmin  etdi.  “Yuxandan”  həyata 
keçirilən  bu  inqilab  nəticəsində,  ölkədə  ,  əsas  devizi  “yapon  ruhu 
plyus  avropa  biliyi”  olan,  “maariflənmiş  idarəetmə”  tətbiq  edildi. 
Belə  bir  dövlət  siyasəti  nəticəsində,  yoxsul  təbəqənin  orta  təbəqədən 
üstun  olduğu  “piramidal 
strukturlu”  cəmiyyət,  qısa  tarixi  dövr 
ərzində,  firavan və keyfiyyətli həyat sürən  orta sinfin üstünlük etdiyi,
27


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə