Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə68/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   64   65   66   67   68   69   70   71   ...   104

Kuad Mammadov
KulturolqgİYa tffektivli havat va faalivvata aparan vol
sisteminin  uyğunluğunu  aşkar  etməyə, 
mədəni  dəyərlərin  - 
demokratik cəmiyyət quiruculuğu  prosesinin  obyektiv tələb etdiyi 
həcm  və  keyfiyyət  səviyyəsinin- 
tədarük,  istehlak  və  nəql 
olunmasına imkan verən 
funksiomal effektivliyinin  təhlili. 
Yuxanda  deyilənlərin  kontekstində 
postsovet  ölkələri  mədəni 
siyasətinin  aşağıdakı vəzifələrini mühüm hesab edirik:
ı.  Bəşəriyyətin mədəni təcrübəsi kontekstində  dünyaya yeni baxış 
yaradan  baxış  və  qərar,  adət  və  normalan  elmi  əsasda  yenidən 
nəzərdən keçirmək.
2
.  İctimai  və  dövlət  həyatının 
yüksək  istehsala  malik  əmək, 
humanist  sosial  nizam,  vətəndaş  hüququ,  ədalətlilik,  xeyirxah 
qanun,  ağıl,  bilik  və  etikanın  “yüksək  ruhi  mədəniyyətinin” 
prioriteti.
3.  Təhsil,  elm,  yüksək  texnologiyalar,  eləcə  də  sosial  məişət  və 
ekoloji  mədəniyyət 
sahəsində  novasiyalı  avropa  və  dünya 
mədəniyyətindən  götürülmüş, 
mədəni  yeniliyə  malik  xalqların 
ənənəvi milli dəyər və  irsinin inteqrasiyası.
4.  Sosial-mədəni  və  iqtisadi  tərəqqini  təmin  edən  başlıca 
hərəkətverici qüvvə olan  intellektual potensialın prioritet inkişafını 
və  yeniləşməsini  təmin  edən  mədəniyyətin  müxtəlif  sahələrinə 
investisiyanın bərabər bölünməsi.
5.  Cəmiyyətdə  sistemli  kulturoloji  təhsil  və  tərbiyəyə  əsaslanan 
“humanitar” mədəniyyətin  ardıcıl formalaşdırılması.
6.  Cəmiyyətin  novasiyalı  mədəni  inkişafının  monitorinqi  daxil 
olmaqla,  postsosialist cəmiyyətlərin  demokratik cəmiyyətə keçmə 
prosesini  və  tərəqqipərvər  ictimai  inkişafin  tarixi  tələbatlarının 
düzgün dərk edilməsini  təmin edən  elmi yardım.
7.  Əhalinin  bütün  təbəqələri  üçün  sosial-mədəni  inkişafda  bərabər 
imkanlar,  bilik  və  kommunikasiyadan  geniş  istifadə  imkanı, 
dövlətin sosial və iqtisadi sisyasətinin  insan üzərində cəmlənməsi.
8.  Dövlət  və  cəmiyyətin  sosial-mədəni  inkişafında 
əsas 
hərəkətverici  qüvvə  olan  ziyalıların  hüquqi  və  sosial  müedafiəsi, 
ictimai statusunun yüksəldilməsi.
9.  Bəşəriyyətin  stabil  və  təhlükəsiz  inkişafının,  sülhün  mühüm 
sahəsi  olan  demokratiyanın  genişləndirilməsi,  regional  və  qlobal 
sosial-mədəni  əməkdaşlığın  harmonizasiyası,  sülh  mədəniyyətinin
278
Fuad.MammMov
Kulturologiva cffektivli hovat 
уд
 
foalivvota aparan vol
təsdiqinə  yardım  edən  beynəlxalq  mədəni  siyasətin  vahid 
prinsiplərinin yaradılmasına yardım etmək.
Bəşəriyyətin  mədəni  inkişaf qanunauyğunluqlarının  təhlili  göstərir 
ki,  burada həlledici  rol təbii-coğrafi  və genetik  faktorlardan daha çox 
sosial  mühit  və  mədəni  mübadiləyə  məxsusdur.Buna  görə  bu  gün 
dünya  xalqlarının  qarşılıqlı  fəaliyyəti,  qarşılıqlı  zənginləşməsi  və 
mədəni  inkişafi  üçün 
əlverişli  sosial  mühitin  formalaşdırılması 
mühüm  əhəmiyyət  daşıyır.  Ən  yaxşı  tərəqqipərvər  novasiyalı  bir 
xalqm  milli-mədəni  ənənələrinin  digər  xalqın  mədəni  inkişaf 
təcrübəsindən  götürülmüş  ənənələrlə  sintezi  müasir  sivilizasiyanın 
xalq,  millət  və  dövlətlərinin  münasibətləri  arasında  ahəngdarlığın, 
rifah yüksəlişinin genişlənməsinə yeni imkanlar açır.
Mövcud  yeni  tarixi  və siyasi,  eləcə də  Avrasiyanın  əlverişli  təbii- 
coğrafi  şəraitindən  istifadə  etməklə,  MDB  ölkələri  tərəqqipərvər 
inkişafın  sürət  və  keyfiyyətini  artırmaq  məqsədi  ilə  öz  mədəni 
ənənələrində  novasiyalı  proseslərə  və  geniş  mədəni  mübadiləyə 
diqqəti  artırmalıdır.  Bu  ölkələrin  milli  mədəniyyəti 
öz  milli 
xüsusiyyətlərini  qoruyan  demokratik  mədəniyyətinin  regional  və 
epoxal  tipini  formalaşdıraraq,  gələcəyin tərəqqipərvər obrazı  üzərində 
qurulmalı  və  bəşəriyyətin  sosial  təcrübəsi  və  yeni  elmi  biliklərini 
nəzərə  almaqla  təkmilləşməlidir.  İctimai  və dövlət  həyatında mədəni 
siyasətin  demokratik prinsiplərə,  azadlıq, humanizm və maariflənmə 
dəyərlərinin 
təsdiqinə  istiqamətlənmə, 
bütün  daxili  resursların 
səfərbərliyi  və  sosial  yeniləşmə  postsovet  ölkələrini 
dünya 
sivilizasiyası magistralına  çıxarmalıdır.
Yeni  sosial-mədəni  texnologiyaların  inkişafına  istiqamətlənmiş 
trərəqqipərvər  mədəni  islahatların  həyata  keçidilməsi  postsovet 
ölkələrində 
ictimai  tərəqqinin 
sürətlə  yüksəlməsinə 
yardım 
edəcəkdir.  MDB ölkələrinin  yeni  dövlət  siyasətində  əks olunmuş ruhi 
mədəniyyət anlayışına və ona yeni  münasibətdəki  köklü dəyişikliklər 
təbii  resursları  insan inkişafi  üçün effektiv istifadə edilməsinə, işsizlik 
və yoxsulluq,  səhiyyə və  ekoloji müdafiə  problemlərini  həll etməyə, 
demokratik ictimai münasibətlərin və gəlirin paylanmasında intizamın 
təkmilləşməsi,  həmin  ölkə  xalqlarının 
sivil  dünya  birliyinə 
inteqrasiyası  və  həyat keyfiyyətinin kardinal  yaxşılaşdırılmasına nail 
olmağa imkan yaradacaqdır.  Postsovet avrasiya məkanı  qarşılıqlı asılı
279


Kuad  Mwnmadov
Kulturologiva effektivli havat va faalivvata aparan vol
dünyanın  bir  hissəsi  kimi, 
dünya  sivilizasiyasının 
mədəni 
regionlarından  biri 
olaraq, 
bütün  bəşəriyyətin  və 
həmin  ölkə 
xalqlarının 
həyati  maraqlarına  cavab  verən  demokratiyanın  sülh, 
stabillik  və  inkişaf  zonası  kimi  genişlənməsində  öz  tarixi  rolunu 
oynamalıdır.
Ф  International conference on cultural policy research.
November,  10-12,  Bergen,  Norway.  Volume 1,  351-358.
VƏTƏNDAŞ  CƏMİYYƏTİNDƏ 
MƏDƏNİ  SİYASƏTİN 
FORMALAŞDIRILMASINA  ELMİ YANAŞMA HAQQINDA
( “Kulturologiya  -   Mədəni  siyasət  -   İnkişaf' 
Beynəlxxalq 
konfransının  plenar  iclasındakı  məruzənin  mətni.  Moskva,  1-3  iyul 
2001-ci il)
Hörmətli həmkarlar, xanım və cənablar!
İcazə  verin  SİZİ  Azərbaycan  “Simurğ”  mədəniyyət  Assosiasiyası 
adından  salamlayım,  konfransın işində uğurlar  arzulayım, kulturoloq 
alimlərin  bu  mötəbər  beynəlxalq  forumunun  plenar  iclasında  mənə 
çıxış  etmək  imkanı  verdiyinə  görə,  təşkilat  komitəsinə  öz 
minnətdarlığımı bildirim.
Mövzuya  başlamazdan  əvvəl,  Sizin  diqqətinizi  konfransın,  Rusiya 
Kulturoloji  İnstitutu  tərəfindən  formalaşdırılmış,  adma  cəlb  etmək 
istərdim:  “Kulturologiya  -   Mədəni  siyasət  -   İnkişaf’.  Fikrimcə,  bu 
uğurla seçilmiş adda kulturologiyanın bəşəriyyətin inkişafi üçün elmi- 
praktik dəyəri  çox dəqiq əks olunmuşdur.  Keçən əsrin ikinci yarısında 
öz inkişafının fəal dövrünə qədəm qoymuş bu fundamental elm dövlət 
quruculuğu və idarəetməsinin,  insanın və ictimai  inkişafin elmi-nəzəri 
əsası  kimi  daha  böyük  əhəmiyyət  kəsb  etməyə  başlayır.  XX  əsrin 
kulturoloji  düşüncəsi  və  onunla əlaqədar,  inkişafin  əsas  məqsədi  olan 
insana  baxış,  yeni  humanist  sivilizasiya  yaradılması,  bəşəriyyətinn 
daha  uğurlu  gələcəyi  naminə  insan  və  təbiətin  dəyişdirilməsinin 
universal  əsası  olan,  ruhi  mədəniyyət  üçün  geniş  imkanlar  açır. 
Üçüncü  minilliyin  başlanğıcı  ilə  bəşəriyyət  öz  sosial-mədəni 
inkişafının  yeni  mərhələsinə  qədəm  qoymuşdur.  Ruhi  mədəniyyətin 
artan  sosial  əhəmiyyəti,  təhsil  və  maarif sisteminin  təkmilləşməsi  və
280
Fuad  Mammadot
Kullurnlogiva effekti»li hava! 'a  faalivvata aparan  yol
informasiya  texnologiyalanndakı  inqilabla  əlaqədar  biliklərin  sürətli 
inkişafi  bizi  yeni  mədəni  inqilaba  -   sənaye  cəmiyyətindən  “bilik 
cəmiyyətinə” 
keçidi  təmin  edən,  biliklər  inqilabına  apanr. 
Bəşəriyyətin  mədəni  inkişafının  ən  mühüm  nailiyyəti  olan  bilik, 
müasir  cəmiyyətin 
təşkilati  prinsipinə  çevrilərək, 
dəyərlər 
statusunnun  dəyişməsinə,  bəşəri  tərəqqinin  genişlənməsinə  getdikcə 
daha çox təsir göstərir.
Bununla yanaşı,  davamlı  inkişaf və sülhə nail olunma,  dövlətli  və 
yoxsul  ölkələr  arasında  fərqin,  konfliktlərin,  məcburi  miqrasiyanın, 
yoxsulluğun  aradan  qaldırılması,  ekoloji  təhlükəsizlik  və  bəşəriyyətin 
bir  çox  başqa  qlobal  problemlərinin  həll  edilməsi  üçün  bir  çox  işlər 
görmək  tələb  olunur.  Dünya  iqtisadiyyatının  xarakterini 
kardinal 
olaraq  dəyişən  və  dünya  miqyasında  disbalans  yaradan  qloballaşma 
şəraitində  cəmiyyətin,  təhsil  və  tərbiyəyə  yeni  yanaşmalar  əsasında, 
maarifləndirilməsi  və  humanistləşdirilməsinə  ehtiyac 
daha  çox 
artmışdır.  Bunun  üçün,  qüvvələrin  nisbətinin  ümumi  harmoniya  və 
sülhün  xeyrinə  dəyişməsinə,  ümumi  təhlükəsizlik  və  maraqların 
tarazlığına,  bütün  bnəşəriyyətin  və  hər  bir  xalqın  gələcəyini  pozitiv 
görmək  və  dəyərləri  yeni  humanist  idrakın  xeyrinə  dəyişdirilməsinə 
nail  olmaq  vacibdir.  Bilik  və  əxlaq,  elm  və  humanizmin  sintezindən 
ibarət  daha  yaxşı  gələcəyin  yolu  yüksək  mədəniyyətdən  keçir. 
Bəşəriyyət,  texnogen  sivilizasiyanın  dağıdıcı  proseslərini  aradan 
qaldıraraq, 
“çətinliklərdən  ulduzlara”  doğru 
hərəkət  edir.  Belə 
hərəkət  yalnız  fəal  təhsil  və  bəşəri  dəyərlərə  əsaslanan 
yüksək 
humanist  mədəniyyət, 
dünyanın  intellektual  və  mənəvi  mədəni 
nailiyyətlərini  bəşəriyyətin  daha  yaxşı  gələcəyi  uğrunda  inkişaf və 
istifadə edilməsi 
əsasında  mümkündür.
Bu  həyati  tələblər  kulturoloq  alimlər  qarşısında,  davamlı  insan 
inkişafı  prosesinin  elmi  təminatının zəruriliyi  ilə bağlı  mürəkkəb  və 
məsuliyyətli vəzifələr qoyur.  Belə vəzifələrdən biri,  postsovet məkanı 
xalqlarının  milli  mədəniyyətlərinin  nəzərdən  keçirilib,  tənqidi 
qiymətləndirilməsi,  onlann 
dünya  sivilizasiyası  kontekstində 
müqayisəli  kulturoloji  təhlilinin  aparılmasıdır.  Bu  məsələnin  həlli 
milli  mədəniyyətlərin 
nailiyyətləri,  uğursuzluqlan  və 
böhran 
hadisələrini  aşkar  edib,  obyektiv  qiymətləndirməyə,  onlann  dünya 
mədəniyyəti  inkişafının  tələbləri  və  tendensiyalanna  uyğun  gələcək
281


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə