Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə7/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   2   3   4   5   6   7   8   9   10   ...   104

Kuad Mammadov
Kulturologiya effcklivli havat va faalivyata aparan yol
“romb  strukturlu”  cəmiyyətə  çevrildi.  Mədəni  inqilab,  Yaponiyada 
fövqəladə  tərəqqinin  mühüm 
faktorlan 
olan: 
intellektual
mədəniyyətin 
qabaqlayıcı  inkişafı,  cəmiyyətdə  vətənpərvərlik 
ideyalarının  təsdiqi  və  milli  mədəniyyətin  demokratikləşməsi  üçün 
zəruri  şərtlər 
yaratdı.  Bu  yolu  seçmiş  ölkələrdə  yüksək  siyasi 
mədəniyyətin  formalaşması,  qanunun  aliliyinin  təsdiqi,  vətəndaşlıq 
şüuru,  rifah  və 
həyat  keyfiyyətinin  inkişafı  üçün  əlverişli  şərait 
yaranır.  Bu  təcrübənin  bizim  ölkədə  yaradıcılıqla  istifadəsi,  aktual 
siyasi  məsələnin  həlli  kimi,  Azərbaycanın  milli  maraqlarına  cavab 
verir.
Mədəniyyət  “piramida”-  sının  məntiqi  pillələri  vasitəsi  ilə  aparılan 
düzgün  sistemli  metodoloji  təhlil  nəinki  mədəniyyətin  uyğun  sahə, 
xarakter və strukturunu  müəyyən etməyə,  həm də onun  xidmət  etdiyi 
cəmiyyət,  dövlət,  sosial  qrup  və  siniflərin 
obyektiv  tələb  və 
maraqlarını 
aşkarlamağa, 
ictimai 
inkişafda 
onun 
rolunu 
dəqiqləşdirməyə  imkan  verir.  Kulturologiya  bəşəri  inkiaf  və  həyat 
dialektikasından  doğan  yeni  situasiyalara 
hazır  olmağa,  böhranlı 
məqamları  vaxtında müəyyən etməyə  və təsirini  itirmiş köhnə dövlət, 
cəmiyyət  strukturları  ilə  yeni  dövrün  tələbləri  arasında  olan obyektiv 
ziddiyyətlərin həllinn tapilmasına  yardım  edir.  Kulturoloji  yanaşma 
ölkə 
vətəndaşlarının 
maraq 
və 
mədəniyyətlərinin 
düzgün 
istiqamətləndirilməsinə,  cəmiyyətdə  yaranan  konfliktlərin  həllinə, 
insan  ruhunun  təkmilləşməsinə,  ictimai  və  beynəlxalq  münasibətlərin 
harmoniyasına yardım edir.
İnsan,  təşkilat və dövlət  nəinki  real  həyatın,  onu məruz qoyduğu, 
dinamik 
dəyişikliklərinə 
cavab  verməli,  o,  həm  də  prosesləri 
qabalayıb,  gələcəyi  görməklə,  uyğun  fəaliyyət  göstərməlidir.  Bu 
baxımdan,  kulturologiyanm  başlıca  funksiyası  dünyanın  sürətlə 
dəyişdiyi  bir  dövrdə  dövlət  və  cəmiyyətin  sabit  inkişafının  effektli 
modelinin  sosial-mədəni  layihələndirilməsi,  gələcəyi  Şərq  və Qərbin 
ən  əhəmiyyətli  sosial  nailiyyətlərinin  sintezi,  dünya  mədəniyyəti  və 
sivilizasiyasının  keçmiş  və  indiki 
inkişaf  qanunauyğunluqları 
əsasında  qurmaqdan  ibarət  olur  .  Kulturologiyada  abstrakt  və  qarışıq 
anlayışlar  yoxdur.  O,  insanın  inkişafda  olan 
həyat  fəaliyyətinin 
məntiqi  konsepsiyaları, tərif, düstur və sxemləri  əsasında yaranmışdır. 
Kulturologiya  varlığın  əbədi  dialektik  dəyişikliklərinə  uyğun  yeni
28
Fuad  Momnıadov
Kulturologiya cffcktivli havat va faalivyata aparan yol
biliklər,  tərəqqipərvər  ideyalar 
və  insanların  həyat  fəaliyyət
texnologiyalarını  yaradan  elm  kimi,  fənlərarası  xarakter  daşıdığına 
görə,o, innovativ və praktik  əhəmiyyətlidir.
Kulturologiyada  mədəniyyətin  öyrənilməsi  üçün  həm  induktiv, 
həm  də  deduktiv  metodlardan  istifadə  olunur.  İnsan  mədəniyyətinin 
təhlili  fərdin  psixologiyası,  onun  idrak  və  dünyagörüşünün  diqqətlə 
öyrənilməsini,  dəyərlər  sistemi  və  ideallan,  şüur,  bilik  va 
mütəşəkkillik  səviyyəsi,  emosionallığı,  həyat  şəraiti  və  obrazı,  peşə 
fəaliyyəti,  davranışı,  iradəsi,  eneıjisi,  mənəviyyatı,  yaradıcı  potensialı 
və  məsuliyyət  mədəniyyətinin  diqqətlə  öyrənilməsini  nəzərdə  tutur. 
Dövlət və cəmiyyət mədəniyyətinin təhlili  siyasət, iqtisadiyyat,  sosial 
həyat,  elm,  təhsil,  hüquq,  informasiya,  incəsənət,  din,  həyatı  təmin 
edən  sistemlər,  idarəetmə,  təhlükəsizlik,  bölgü  və  istehlak, 
şəxsiyyətlərarası,  ictimai  və  beynəlxalq  münasibətləri  ,  həmçinin 
digər sosial  institutların  diqqətlə  öyrənilməsini  nəzərdə  tutur.Ruhi  və 
maddi  istehsal, əmək  prosesi, həyat  tərzi, dəyərlər sistemi,  ideologiya, 
insanlann  davranış 
motivləri,  ənənələr,  mədəni  irs,  məişət  və 
incəsənət 
də 
kulturologiyanm 
tədqiqat 
obyektləridir. 
Kulturologiyanm  universal  metodologiyası 
və  tədqiqat  prinsipləri 
mədəniyyət  sisteminin  bütövlükdə  və 
ya  ayn-ayn  sahələrinin  , 
inkişafın  makro-  və  mikrotarixi  proseslərinin 
tam  və  hissələrlə 
öyrənilməsinə  imkan  verir.  Qarşıya qoyulan  məqsədlərdən  asılı  olarq. 
kulturolojim  tədqiqat  obyekti, həm  fərd,  ailə,  sosium,  cəmiyyət,  həm 
də  dövlət  və  bəşəriyyət 
ola  bilər.  Mədəniyyətin  təbii  coğrafi 
göstəricilərini  aşkar  etməyə  imkan  verən  coğrafi  metodla  bərabər, 
demoqrafik  və  psixoqrafık 
təhlil  metodu  da  sistemli  kulturoloji 
tədqiqatın  həyata  keçirilməsinə  imkan  verir. 
Demoqrafik  metod 
insanlann  yaşı,  cinsi,  təhsili,  gəlirinin  həcmi,  ömrünün  uzunluğu  və 
digər  göstəriciləri 
haqqında  məlumat 
toplamağa  imkian  verir. 
Psixoqrafık  metod  insanlann  sosial-mədəni  mühiti,  mədəni  dəyərlər 
sistemi,  həyat  tərzi,  ənənələri,  mədəni-irsi  keyfiyyətləri  ilə  şərtlənən 
motiv  və  üstünlüklərin  təhlili  ilə  laqədar  olan  psixoloji  faktor 
üzərində  qurulur.
Kulturologiya  universal  bilikli  ekspertlərin  hazırlanmasında 
mühüm  əhəmiyyətə  malikdir.  Mədəniyyət  fenomeninin  .  onun  sosial 
funksiyalarını, tarixi qanunauyğunluqlannı, insan inkişafı üçün qeyri- 

29


Fuad Mamniadov
Kulturologiva effektivli havat 
у д
 
faalivvala aparan  vol
məhdud  dəyişdirici  imkanlarını  düzgün  anlamadan dövlət və ictimai 
həyatın 
müxtəlif  sahələri  üçün 
müasir  mütəxəssislərin  effektiv 
hazırlığının  reallaşdırılması 
mümkün  deyil.  Ölkənin  və  dünyanın 
mədəni  nailiyyətləri  ,  böhranların  diaqnostikası,  sosial  terapiyası  və 
aradan  qaldırılması  ,  insanların  həyat  fəaliyyətinin 
kulturoloji 
texnologiyaları  və  dövlət  idarəçiliyi  haqda  bilikləri  mənimsəmədən 
yüksək  mədəniyyətli  siyasətçi  və  məmurların  formalaşdırılması 
prosesini təsəvvür etmək çətindir.Tədris prosesində kulturologiya elmi 
nailiyyətlərindən istifadə edilməsi bəşəriyyətin bir çox  nəslinin  həyat 
fəaliyyəti,  mədəni  inkişafın  beynəlxalq  təcrübəsi  haqqında  humanist 
etika  və  universal  elmi  biliklərə  malik  yüksək  təhsilli  mütəxəssis, 
şəxsiyyət  və  liderlərin  formalaşdınlmasına  yardım  edir.İnteraktiv 
kulturoloji  təhsil  “boş  qabı  doldurmağa  yox,  məşəl  yandırmağa  ” 
yardım  edir,  yəni,o,  düzgün  məntiq  formalaşdırmağa,  sistemli  təhlil 
və  məhsuldar  təfəkkürü  inkişaf  etdirməyə,  dünya  mədəniyyəti  və 
sivilizasiyasında  baş  verən 
dəyişiklikləri 
və  elmin  ən  yeni 
nailiyyətləri  haqqında  bilikləri mənimsəməyə imkan verir.
Beləliklə, 
bu 
gün 
ictimai 
inkişafın 
tendensiya 
və 
qanunauyğunluqlarının 
sistemli  kulturoloji  təhlilini 
əvvəlcədən 
aparmadan,  düzgün nəticələrin  çıxarılması  ağılasığmazdır.  Buna görə 
də  siyasətçi  və  məmurlar  ciddi  kulturoloji  hazırlıq  keçməli,  ölkənin 
və  dünya  mədəniyyətinin  tarix  və  nəzəriyyəsini,  eləcə  də  müasir 
dövlətin  idarə  edilməsi  mədəniyyətinin  əsaslarım  öyrənməlidir.  Bu, 
fakt və hadisələrin  mahiyyəti  haqqında  düzgün təsəvvürlərin , dövrün 
xarakterini,  insanların  psixologiyasını  obyektiv  anlamağa,  innovativ 
qabiliyyətlərin  və  lider keyfiyyətlərinin  inkiaşfına,  yeni  imkanlar  və 
onların praktik reallaşdırılması  texnologiyalarını  görmək bacarığından 
ibarət  kulturoloji  təfəkkürün  formalaşmasına  yardım  edir.  Sistemli 
kulturoloji  tədqiqatların  elmi  nəticələri  əsasında  öz  daxili  və  xarici 
siyasətini  quran  dövlətlər,  öz  ölkələrinin  etibarlı  təhlükəsizliyini  və 
dinamik  inkişafını  təmin  edən,  dünya  sivilizasiyasının  tələbləribə 
cavab  verən 
sosial  inkişaf  texnologiyalarını 
təkmilləşdirmək 
qabiliyyətinə  malikdirlər.  Onlar  daha  uğurlu  gələcək  və  effektiv 
idarəetmə  imkanları qazanırlar.
Müəllifin 
kulturoloq 
kimi 
formalaşması, 
bu 
əsərin 
metodologiyasının  seçimi  və  hazırlanmasında  aşağıdakı  müəlliflərin
30
Fuad  Mammadov
Kulturologiva effektivli havat ta faalivvata aparan  vol
əsərlərinin  öyrənilməsi  və  onlardan  istifadə  mühüm  əhəmiyyət 
daşımıışdır:  E.Teylor,  L.Morqan,  L.Uayt,  A.Maslou,  A.Toynbi,
O.Şpenqler,  M.Beber,  İ.Kant,  F.Engels,  M.Horkhaymer,  H.Markuze, 
T.Adomo, 
H.Rikkert 
Y.Habermas, 
Y.Lippert, 
K.Yarspers,
B.Malinovski,  A.Boqdanov,  C.Bemal,  Lütvi  Zadə  və  digərlərinin 
əsərləri  ilə  tövsiyə  olunan  ədəbiyyat  siyahısında  tanış  olmaq  olar. 
Müəllifə  T.Parsons,  H.Hesse,  V.Diltey,  İ.Saburo,  E.Orteqa-Hasset,
İ.Herder,  H.Zimmel,  P.Sorokina,  Frankfurt  məktəbi,  “Annallar” 
məktəbi  müəllifləri  və  digər  tanınmış  kulturoloq,  tarixçi,  filosof  və 
sosioloqların  mədəniyyət anlamı  və onun inkişaf probleminin  təhlili 
daha  yaxındır.  Əsərin  hazırlanmasında 
N.Konrad,  M.Kaqan,
L.  Gertman,  A.Petrov,  Q.Volkov,  Q.Draç,  M.Yepiç,  S.Artanovski,
A.Blok,  V.Polikarpov,  A.Markova,  İ.Levyaş,  Y.Rojdenstvenski, 
A.Kravçenko, 
V.Polişşuk, 
L.Mixaylova, 
V.Rozin, 
P.Qureviç, 
Y.Malyuqa, 
Q.Antipov, 
A.Koçerqin, 
V.Davidoviç, 
Y.Jdanov, 
N.Zlobin,  V.Mejuyev,  M.Kim,  V.Masson, 
və  digər  rus  alimləri. 
Müəllif üçün aşağıdakı  alimlərin  ideya və konsepsiyaları  elmi  maraq 
doğurmuşdur.A.Veber, 
D.Bell,  A.Merton, 
M.Mid, 
E.Munye,
M.  Baxtin,  V.Vemadski,  Q.Vemadski,  L.Qumilyov,  T.Nakane, 
V.Osvald,  T.Şarden,  O.Toffler,  S.Xantinqton,  M.Blok, 
N.Rerix, 
V.Muravyov  və  digər  müəlliflərin  əsərlərinin 
öyrənilib  istifadəsi 
əhəmiyyətli dəyərə malik olmuşdur.
Dünya kulturoloji  fikir tarixinin  öyrənilib  ümumiləşdirilməsində. 
kulturologiya  sahəsində  ensiklopedik  biliklərin  formalaşdınlmasında 
İctimai  elmlər  üzrə  elmi  informasiya  İnstitutunun,  Humanitar  elmi- 
informasiya  tədqiqatlar  Mərkəzinin , Rusiya Elmlər  Akademiyasının 
Üumi  Tarix  İnstitutu,  Rusiya  Federasiyasının  ali  təhsil  müəssisələri 
müəllimlərinin  əvəzedilməz  xidməti  olmuşdur.  Bu  kollektivlər 
tərəfindən 
S.Y.Levitinin 
ümumi 
redaktəsi  ilə 
hazırlanmış 
kulturologiya  ensiklopediyasının  materiallarından  istifadə  müəllif 
üçün böyük dəyərə malik olmuşdur.
Müəllifin  mdəniyyət 
anlamı  və  onun  insan  inkişafındakı 
əhəmiyyətinə  yanaşmasında  Azərbaycanın  alim,  mütəfəkkir  və 
maarifçilərindən  N.Gəncəvi, N.Tusi,  M.F.Axundov,  A.A.Bakıxanov, 
A.Ağaoğlu,  M.Rəsulzadə,  A.Hüseynzadə,  H.Cavid  və  bir  çox 
başqalarının əsərləri mühüm metodoloji əhəmiyyət daşımışdır.
31


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə