Aparılası seçki qutusunu daşıyan komissiya üzvlərinin funksiyaları



Yüklə 12.91 Kb.

tarix07.11.2018
ölçüsü12.91 Kb.


Aparılası seçki qutusunu daşıyan komissiya

üzvlərinin funksiyaları

(Seçki Məcəlləsi - maddə 66)

DİQQƏT!

Aparılası seçki qutusunun vasitəsilə səsvermə seçkilər günü saat 09:00-

dan saat 19:00-dək keçirilir.

■  Səsvermə günü saat 9-da Məntəqə seçki komissiyasının sədri sizə 

təhvil verməlidir:

  Aparılası seçki qutusunun siyahısını;



  Seçicilərin  qeydiyyatçısı  tərəfindən  imzalanmış  və  xüsusi 

möhürlə təsdiq edilmiş lazımi miqdarda seçki bülletenlərini;

  Xüsusi zərfləri;



  Yoxlama  vərəqəsi  yerləşdirilən  möhürlənmiş  aparılası  seçki 

qutusunu.

■  Seçiciyə yaxınlaşan kimi ondan təqdim olunmasını xahiş edin:

  Gürcüstan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini  və 



yaxud Gürcüstan vətəndaşlığı pasportunu;

  Məcburi yerini dəyişmiş şəxs halında –Gürcüstan vətəndaşının 



şəxsiyyət  vəsiqəsi  və  yaxud  Gürcüstan  pasportu  ilə  birlikdə 

qaçqınlıq şəhadətnaməsini;

■  Seçicinin  şəxsi  nömrəsini  aparılası  seçki  qutusunun  siyahısında 

mövcud olan şəxsi nömrə ilə müqayisə edin.

■  Aparılası seçki qutusunun siyahısında öz imzanızla seçki bülleteninin 

verilməsini təsdiq edin.

■  Seçicidən  xahiş  edin  ki,  aparılası  seçki  qutusunun  siyahısında  öz 

soyadının  qarşısında  seçki  bülleteni  almasını  öz  imzası  ilə  təsdiq 

etsin.

■  Seçiciyə qeydiyyatçının imzası və möhürü ilə təsdiq olunmuş seçki 



bülleteni verin.


■  Seçici  tərəfindən  bülleten  doldurulduqdan  sonra  ona  xüsusi  zərf 

verin və göstərin ki, qatlanmış seçki bülletenini onda yerləşdirsin.

■  Seçicidən xahiş edin ki, xüsusi zərfi aparılan seçki qutusuna salsın.

■  Səsvermə  başa  çatdırıldıqdan  sonra  aparılası  seçki  qutusunun 

kəsiyini  elə  möhürləyin  ki,  möhürü  zədələmədən  onu  açmaq 

mümkün olmasın.

■  Aparılası seçki qutusunu  ən geci saat 20:00-dək seçki məntəqəsinə 

qaytarın.

■  Səsvermə binasına qayıtdıqdan sonra Məntəqə seçki komissiyasının 

katibinə  istifadə  olunmamış  bülletenləri  və  xüsusi  zərfləri  təhvil 

verin, Məntəqə seçki komissiyası sədrinin göstərişlərini gözləyin.

DİQQƏT!

■  Əgər  aparılası  seçki  qutusunun  möhürünün  bütövlüyü 

pozularsa,  bu  barədə  Məntəqə  seçki  komissiyası  sədri  dərhal 

məlumatlandırılmalıdır.  Müvafiq  protokol  tətbiq  edin  (səbəbi 

göstərin)  və  yanındakı  şəxslərlə  birlikdə  imzalayın.  Komissiya 

sədrinin növbəti göstərişlərini gözləyin.

■  Aparılası seçki qutusu vasitəsi ilə səsvermədə iştirak edən seçiciyə 

markirovka tətbiq olunmur.

■  Əgər səsvermə prosesində aşkar edilsə ki, seçici seçki siyahısında 

digər seçicinin soyadının bərabərində olan qrafada imza atıbsa, belə 

halda seçicinin soyadının bərabərində həmin qrafada imza atmasını 

qeyd edin. Bununla belə, qeyd olunan barədə izahat (seçicinin adı 

və soyadını qeyd etməklə) yazmalısınız. 

■  Fiziki  vəziyyətinə  görə  seçici  tərəfindən  aparılası  seçki  qutusu 

vasitəsilə səs verildiyi təqdirdə, aparılası seçki qutusu siyahısının 

“Seçicinin  imzası”  qrafasında  –aparılası  seçki  qutusunu  daşıyan 

komissiya  üzvü  “Fiziki  vəziyyət”  adlı  qeyd  yazır  və  bunu  şəxsi 

imzası ilə təsdiq edir.

■  Fiziki vəziyyətinə görə seçicinin (həmçinin seçki bülletenini sərbəst 

doldura bilmədikdə) yerinə onun yanında seçki bülletenini doldurur, 

xüsusi  zərfə  yerləşdirir  və  zərfi  seçki  qutusuna  atır  (o,  seçki 

komissiyasının üzvü, namizəd, seçki subiyektinin nümayəndəsi və 



müşahidəçi olmamalıdır).



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə