Application pack – notes for filling in the application form – aze



Yüklə 115,44 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü115,44 Kb.
#26585
növüQaydalar


 

 

 



AZE – 2016/1 

 

Ərizə formasının doldurulması qaydaları 



I.  Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır 

Məhkəmə hansı işlərə baxa bilər? 

Avropa  İnsan  Hüquqları  Məhkəməsi  yalnız  Avropa  İnsan  Hüquqları  Konvensiyasında  müəyyən 

olunmuş hüquqlarının pozulduğunu iddia edən şəxslər, təşkilatlar və şirkətlərdən gələn şikayətlərə 

baxan beynəlxalq məhkəmədir.  Konvensiya  bir  çox Avropa Dövlətlərinin müəyyən  əsas  hüquqların 

təmin edilməsi barədə razılığa gəldiyi beynəlxalq müqavilədir. Bü hüquqlar Konvensiyanın özundə, 

eləcə də yalnız bəzi dövlətlərin qəbul etdiyi 1, 4, 6, 7, 12 və 13 saylı Protokollarda əks olunmuşdur. 

Protokolların mətnləri bu sənədə əlavə olunur, onları oxumaq məsləhət görülür. 

Məhkəmənin  hər növ  şikayətlərə  baxmaq  səlahiyyəti  yoxdur.  Onun səlahiyyətləri,  Konvensiyada 

nəzərdə  tutulmuş  kimin, nə  zaman  və  nə  barədə  şikayət  etmək qabiliyyətini  məhdudlaşdıran 

qəbuledilənlik  meyarları  ilə  müəyyənləşir.  Məhkəmə  tərəfindən  baxılan  ərizələrin  90%-dən çoxu 

qəbul  edilməz  elan  edilir.  Bu  səbəbdən  Məhkəməyə  müraciət etmədən öncə  şikayətinizin  aşağıda 

göstərilən qəbuledilənlik tələblərinə müvafiq gəlməsini yoxlamalısınız. 

Məhkəmə işinizə yalnız aşağıdakı şərtlər daxilində baxa bilər: 

 



şikayətlər Konvensiya və Protokollarda müəyyən olunmuş bir və ya daha çox hüquqların 

pozuntusuna aid olduğu halda; 

 



Məhkəmə  yalnız  Konvensiyanı  və  ya  müvafiq  Protokolu  heç  də  ratifikasiya  edən  Dövlətə 

qarşı olan şikayətlərə baxa bilər (Bütün Dövlətlər heç də hər bir Protokolu imzalamamışlar, 



imzalama siyahısını Məhkəmənin internet saytında yoxlayın 

www.echr.coe.int/applicants

). 


 

şikayətlər hakimiyyət orqanlarının  (qanunverici,  inzibati, məhkəmə  orqanları  və  s.) 



məsuliyyətinə  aid  olan  məsələlərlə  bağlı  olmalıdır;  Məhkəmə  fərdi  şəxslərə  və  ya  özəl 

təşkilatlara qarşı yönəldilmiş şikayətlərə baxa bilməz.  

 

şikayətlər, Konvensiya və müvafiq Protokolun Dövlət tərəfindən imzalanmasından sonra 



baş  verən  hadisələrə  aid  olmalıdır  (Hər bir Dövlət üçün qüvvəyə  minmə  tarixlərini 

Məhkəmənin internet saytindakı sıyahıda yoxlaya bilərsiniz 



www.echr.coe.int/applicants

); 


 

əsas hüquqların  pozuntusuna  şəxsən və  birbaşa  məruz  qaldığınız  halda  (“zərərçəkən“ 



statusuna malik olduğunuz halda); 

 



siz  ölkədaxili  səlahiyyətli  qurumlara  pozulmuş  hüquqlarınızı  bərpa etmək  imkanı 

vermişsinizsə  (“ölkədaxili  hüquq  müdafiə  vasitələrinin tükənməsi”);  ölkədaxili  hüquq 

müdafiə vasitələrinin tükədilməsi o deməkdir ki, Məhkəməyə müraciət etməmişdən əvvəl 

yurisdiksiyaya  malik  ən yüksək  məhkəmə  daxil  olmaqla  eyni  şikayət  üzrə  daxili 



məhkəmələrə  müraciət  etmisiniz.  Bura  prosessual  müddətlər  də  daxil  olmaqla,  yerli  

məhkəmə  prosedur  qaydalarına  əməl etmək  daxildir.  Halbuki, səmərəli olmayan 

vasitələrdən və  normal  apellyasiya  prosedurundan  kənar  istisna  və  ya  fövqəlada 

vasitələrdən istifadə etməyə ehtiyac yoxdur.  

 

ərizə  forması  son  ölkədaxili  qərarın  çıxarıldığı  tarixdən  etibarən  altı  ay  ərzində 



Məhkəməyə  təqdim  olunmuşdur.  Altı-aylıq  müddət  ən  son  instansiya  hesab  edilən 

məhkəmə  və  ya səlahiyyətli orqanın  iş  üzrə  qərar  çıxardığı, və  ya  qərarın  Sizə  və  ya 

hüquqşünasınıza təqdim etdiyi tarixdən hesablanır. Şikayət üzrə səmərəli hüquq mudafiə 

vasitəsinin olmadığı təqdirdə, altı-aylıq müddət şikayət edilmiş hərəkət, tədbir və ya qərarın 

tarixindən  hesablanır.  Altı-aylıq  müddət  yalnız  Məhkəməyə  Məhkəmə  Qaydalarının  47-ci 

 

 




Ərizə formasının doldurulması qaydaları 

 

2/10 



qaydasına uyğun şəkildə (Ərizə formasına əlavə məlumata bax) doldurulmuş ərizə forması 

təqdim edildiyi halda dayandırılır. Bu müddət bazar günü və ya ictimai bayram günləri ilə 

üst-üstə  düşdüyü  halda  belə  altı  ayın  son  günündə  bitir.  Beləliklə,  ərizə  forması  və  tələb 

olunan bütün məlumat və sənədlər Məhkəməyə altı-aylıq müddətin son günündə və ya son 

günündən əvvəl göndərilməlidir. Ərizəni poçt ilə vaxtında  göndərin.    

 



şikayətləriniz  tutarlı  dəlillərə  əsaslanmalıdır;  iddialarınızı  əsaslandırarkən işin  halları  aydın 

təsvir  olunmalı  və  sənədlər, qərarlar, tibbi rəylər,  şahid  ifadələri və  digər materiallarla 

sübut edilməlidir; 

 



şikayət  etdiyiniz  məsələlərin  əsas hüququn  pozuntusu  ilə  nəticələndiyini  aydın  şəkildə 

göstərə bilməlisiniz. Siz sadəcə olaraq məhkəmə qərarının yanlış və ya səhv olması iddiası 

ilə  müraciət  edə  bilməzsiniz;  Məhkəmə  ölkədaxili  məhkəmələrə  münasibətdə  apellyasiya 

instansiyası deyil və onların qərarlarını ləğv edə və ya onlara düzəliş edə bilməz; 

 

sizin şikayətinizə Məhkəmə və ya digər beynəlxalq qurum tərəfindən artıq baxılmayıbsa.  



Həmçinin, nəzərə  almalısınız  ki,  Məhkəməyə  hər il on minlərlə  şikayət  ərizəsi  təqdim  olunur. 

Məhkəmənin  əsaslandırılmamış  və  ya  beynəlxalq  nəzarət  qurumunun  baxmalı  olduğu  qəbildən  

olmayan az əhəmiyyətli və təkrarlanan şikayətlərə baxmağa yetəcək resursları yoxdur. Belə şikayətlər 

Məhkəməyə müraciət etmə haqqından sui-istifadə kimi qiymətləndirilərək rədd edilə bilər. Bu, eyni 

zamanda, ərizəçinin təqdim olunmuş ərizə formasında təhqiramiz və həqarətli dil işlətdiyi zaman baş 

verə bilər.  

Həmçinin,  şikayət  olunan  hallarla  bağlı  ərizəçiyə  real  ziyan  və  ya  əhəmiyyətli  zərər  dəymədiyi, 

ölkədaxili  məhkəmələr tərəfindən məsələyə  artıq  baxıldığı  və  beynəlxalq səviyyədə  qaldırılacaq 

dərəcədə insan hüquqları pozuntusu olmadığı hallarda şikayət ərizəsi rədd edilə bilər.  

Yuxarıda  göstərilənlərlə  əlaqədar,  Siz  hüquqşünasa  və  ya qəbuledilənlik  meyarları  haqqında 

məlumatın və təkrarlanan suallara cavabların yerləşdirildiyi Məhkəmənin internet saytına müraciət 

edə bilərsiniz. 



II.  Ərizə formasını necə doldurmalı  

 

Ərizə formasının düzgün doldurulması qaydaları Məhkəmə Qaydalarının 47-ci qaydasında öz əksini 



tapmışdır  (ərizə  formasında  baxın);  bu barədə  əlavə  məlumat  bu  Qaydalara  qoşmada, eləcə  də 

Məhkəmənin 

http://www.echr.coe.int/applicants

  internet  saytinda  olan  Məhkəməyə  Şikayət 

Verilmə Qaydaları Praktiki Təlimatda verilmişdir. Aşağıda praktiki izahatlar və məsləhətlər verilmişdir; 

şikayətinizin  tam  hesab  edilərək qəbul  olunması  üçün  səhvlərə  yol verməmək  istəyirsinizsə, 

aşağıdakıları oxumağı məsləhət görürük. 

 



ƏRİZƏ OXUNAQLI OLMALIDIR. Çap ilə yazılması məsləhət görülür. 

 



SİZİN  VƏZİYYƏTİNİZƏ  MÜVAFIQ  OLAN  BÜTÜN  SAHƏLƏR  DOLDURULMALIDIR.  Əks  halda 

sizin ərizə formanız tamamlanmamış hesab edilərək rədd ediləcəkdir. 

 

Simvollar və  ya  abreviaturalardan  istifadə  etməyin:  məzmunu  sözlərlə  aydın  şəkildə  izah 



edin. 

 



FİKRİNİZİ YIĞCAM İFADƏ EDİN. 

Ərizə  formasını  Məhkəmənin  internet  saytından  yükləyin  və 

mümkündürsə  bu  formanı  elektron  şəkildə  doldurun.  Bu,  işinizə 

baxilmasını sürətləndirəcək.  

 



Ərizə formasının doldurulması qaydaları 

 

3/10 



Dil 

Məhkəmənin rəsmi  dilləri ingilis və  fransız  dilləridir.  Sizə  daha  rahat  olduğu  halda,  Katibliyə 

Konvensiyanı  imzalamış  Dövlətlərdən birinin rəsmi  dilində  yaza  bilərsiniz.  İcraatın  ilkin 

mərhələlərində Məhkəmə tərəfindən yazışma Sizinlə həmin dildə aparıla bilər. Lakin, icraatın daha 

sonrakı mərhələlərində, daha doğrusu Məhkəmə Hökuməti şikayətləriniz üzrə yazılı şərhlərini təqdim 

etməyə  dəvət  etdiyi  təqdirdə,  bütün  yazışmalar  ingilis  ya  da  fransız  dilində  göndəriləcəkdir.  Bu 

zaman,  Siz  və  ya Sizin  nümayəndəniz  sonrakı  təqdimatlarınızı  ingilis  ya  da  fransız  dillərində 

etməlisiniz.  



Ərizə formasındakı sahələrə aid qeydlər 

Ərizə  formasının  Məhkəmə  tərəfindən qəbul  edilməsi  üçün  formadakı  bütün  müvafiq  bəndlər 

göstərilən formada doldurulmalı və bütün lazımi sənədlər Məhkəmə Qaydalarının 47-ci qaydasında 

göstərildiyi kimi ərizə formasına əlavə edilməlidir. Ərizə formasının doldurulması və lazımi sənədlərin 

əlavə olunması  zamanı  bunlara  fikir  verməniz  xahiş olunur.  Bunlara  əməl edilmədikdə  şikayətinizə 

Məhkəmə tərəfindən baxılmayacaqdır və göndərdiyiniz sənədlər saxlanılmayacaqdır. 



Ərizə forması – bölmələr üzrə 

Nəzərə  alın  ki,  ərizə  forması  və  qeydlərdə  istifadə  olunan terminlər Konvensiyaya əsaslanır, 

gender-həssas sözlərin işlədilməməsi onun kimisə istisna etməsi anlamına gəlmir.  

Barkod etiketləri üçün xana 

Müraciət  etdiyiniz  iş  üzrə  Məhkəməylə  artıq  yazışma  aparmışsınızsa  və  Sizə  barkod  etiketləri 

göndərilibsə, barkod etiketini ərizə formasının birinci səhifəsinin yuxarı hissəsinin sol tərəfində olan 

xanaya yapışdırın.  



A.  Ərizəçi  

A.1. Fərd 

Bu  bölmə  fiziki  şəxslərə  aiddir.  Təşkilat  və  ya müəssisə  kimi  hüquqi  şəxs olarsa bölmə  A.2 

doldurulmalıdır.  

1-9. Ərizəçilərin sayının birdən çox olduğu halda, hər bir əlavə ərizəçiyə aid məlumatı ayrıca vərəqdə 

göstərin. Birdən çox ərizəçinin olduğu halda ərizəçilər nömrələnməlidirlər. Aşağıdakı “Qrup ərizələr 

və çoxsaylı ərizəçilər” barədə bölməyə baxın.  

6. Ünvan:  ərizəçi  poçt  ünvanını  göstərməlidir,  bu  ünvan  hüquqşünasın  və  ya nümayəndənin 

ünvanından  fərqli  olmalıdır,  belə  ki,  lazım  olduqda  Məhkəmə  ərizəçi ilə  əlaqə  saxlaya  bilsin.  Evsiz 

olan yaxud sabit yaşayış yeri olmayan ərizəçi poçt qutusu nömrəsini yaxud tanışının ünvanını göstərə 

bilər və bunun səbəbini açıqlamalıdır. 



A.2.  Təşkilat 

Bu bölmə şirkət, qeyri-hökumət təşkilatları, birliklər və sairə kimi hüquqi şəxslərə aiddir. Bu bölmə 

doldurularsa, bölmə D.1 də doldurulmalıdır. 

10-16. Ərizəçi təşkilatın məlumatları və əlaqə detalları göstərilməlidir. Ərizəçilərin sayının birdən çox 

olduğu  halda,  hər bir əlavə  ərizəçiyə  aid  məlumat  ayrıca  vərəqdə  göstərilməlidir.  Birdən çox 

ərizəçinin olduğu halda, ərizəçiləri nömrələməniz xahiş olunur.  



Ərizə formasının doldurulması qaydaları 

 

4/10 



11. İdentifikasiya  nömrəsi: təşkilatın  rəsmi reyestr və  ya  qeydiyyatda  rəsmi  identifikasiya  və  ya 

qeydiyyat nömrəsi olduğu halda onu göstərməniz xahiş olunur.  



12. Təşkilatın  qeydiyyata  alındığı, yaradıldığı  və  ya təsis  edildiyi  tarix(lər)  (hansı(lar)  müvafiqdirsə) 

identifikasiyanın asanlaşdırılması üçün ərizədə göstərilməlidir.  



Qrup ərizələr və çoxsaylı ərızəçilər  

Ərizəçi və ya nümayəndə iki və ya daha çox ərizəçinin müxtəlif hallara əsaslanan şikayətləri ilə bağlı 

Məhkəməyə  müraciət  etdiyi  halda,  hər  bir  şəxs  üçün  bütün  lazımi  məlumatları  əks  etdirən  ayrıca 

ərizə forması doldurulmalıdır. Hər bir ərizəçininn işinə aid olan sənədlər həmin şəxsin ərizə formasına 

əlavə olunmalıdır.  

Ərizəçilərin  sayı  beşdən  çoxdursa,  nümayəndə,  ərizə  formaları  və  sənədlərdən  əlavə, hər bir 

ərizəçinin lazımi məlumatlarını əks etdirən cədvəl təqdim etməlidir; bu cədvəli Məhkəmənin internet 

saytında tapa bilərsiniz (bax 



www.echr.coe.int/applicants

). Nümayəndə hüquqşunasdırsa, bu cədvəl  

həmçinin elektron formada ərizəyə əlavə olunmalıdır (CD-ROM və ya yaddaş kartında). 

Çoxsaylı  qrup  ərizəçilər və  ya  ərizələr təqdim  olunduğu  halda,  Katiblik  ərizəçilər  və  ya 

nümayəndələrdən,  təqdim  olunan  mətnlər və  sənədlərin  elektron və  ya  digər  formada  təqdim 

olunmasını  tələb  edə  bilər.  Ərizələrin effektiv və  sürətli  baxılmasını  təmin etmək üçün Katiblik 

tərəfindən digər təlimatlar da verilə bilər.  

Qrup ərizələr və ya çoxsaylı ərizəçilər tərəfindən verilən ərizələrin təqdim olunmasına dair Katibliyin 

təlimatlarına əməl olunmaması işlərin Məhkəmə tərəfindən baxılmaması ilə nəticələnə bilər (baxın 

Qayda 47 §§ 5.1 və 5.2). 



B.  Hansı Dövlətə (Dövlətlərə) qarşı şikayət edirsiniz 

17. Şikayət etdiyiniz Dövlətin (Dövlətərin) adını işarə edin. 

Bu bölmə  şikayət  etdiyiniz  məsələlərə  görə  cavabdeh  olan  Dövlət barəsindədir.  Nəzərə  alın  ki, 

Məhkəməyə şikayətlər yalnız Konvensiyaya qoşulmuş, adları siyahıda olan ölkələrə qarşı verilə bilər.  



C.  Fərdi ərizəçinin nümayəndəsi/nümayəndələri 

Bu bölmədə  nümayəndə  kimi təyin  olunan  şəxs  35-ci  xananı  imzalamalıdır;  ərizəçi  33-cü  xananı 

imzalamalıdır. 

C.1.  Hüquqşünas olmayan nümayəndə 

18-25. Səhhət və ya qabiliyyətsizlik səbəblərindən bəzi ərizəçilər məhkəmə prosesində şəxsən iştirak 

etməyə  və  ya  iştirak  etmək  imkanında  olmaya bilərlər.  Onlar  hüquqi təhsili  olmayan  şəxslər 

tərəfindən təmsil oluna bilər, məsələn valideyn övladını, və ya qəyyum,  ailə üzvü və ya həyat yoldaşı  

praktiki və  ya tibbi səbəblərdən  prosesdə  iştirakı  çətin olacaq  şəxsi  (məsələn, xəstəxana və  ya 

həbsxanada olan ərizəçiləri) təmsil edə bilər. Bu halda nümayəndə ərizəçini təmsil etmə səbəblərini 

və  ya onun ərizəçi  ilə  qohumluq  əlaqəsi,  eyni  zamanda  adı,  soyadı  və  əlaqə  məlumatlarını 

göstərilməlidir.  

C.2.  Hüquqşünas  

26-32. Ərizəçi təşkilat Məhkəmənin əlaqə saxlaya biləcəyi şirkətin vəzifəli şəxsi (məsələn, sədri və ya 

direktoru) vasitəsilə hərəkət etməlidir. İmkan olduğu halda, həmin şəxs təşkilatın adından müraciət 

etmək səlahiyyətini təsdiq edən yazılı sənəd təqdim etməlidir.  

Hüquqşünas 

24-30.Ərizəçini təmsil edən hüquqşünasın əlaqə məlumatları tam göstərilməlidir. Şikayətin verilməsi 



Ərizə formasının doldurulması qaydaları 

 

5/10 



mərhələsində ərizəçinin hüquqşünas ilə təmsil olunmasına məcburiyyət olmasada, məsləhət görülür. 

Ərizəçinin hüquqşünas ilə təmsil olunmasının tələb olunduğu mərhələyə çatdıqda ərizəçi bu barədə 

məlumatlandırılır.  İcraatın  bu  mərhələlərində  –  Məhkəmə  yazılı  şərhlər  üçün  şikayət barəsində 

Hökumətə  bildiriş  verilməsi barədə  qərar qəbul  edərsə  –hüquqşünasa  ödəniş  etmək üçün kifayət 

qədər vəsaiti olmadığı və işin lazımi qaydada aparılması üçün hüquqi yardıma ehtiyac olduğu halda,   

ərizəçinin  pulsuz  hüquqi  yardım  almaq  imkanı  ola  bilər.  Müvafiq  zamanda  ərizəçilər bu barədə 

məlumatlandırılır.  

C.3.  Vəkalətnamə 

Bu bölmədə imzaların əsli olmalıdır. 



33. Ərizəçinin azyaşlı  olması  və  ya hüquq qabiliyyəti  olmadığı  və  ya  imza  atması  fiziki  cəhətdən 

mümkün  olmadığı  kimi  hallar  istisna olmaqla, ərizəçi,  nümayəndənin  onun  adından  fəaliyyət 

göstərməsi üçün onu səlahiyyətləndirən vəkalətnamə formasını imzalamalıdır. Hüquqşünas olmayan 

nümayəndə  imzalamaq  qabiliyyətində  olmayan  ərizəçinin  təmsil  olunması  üçün  hüquqşünasa 

müraciət etdiyi halda, həmin nümayəndə ərizəçinin adından vəkalətnamə formasını imzalamalıdır.   

34 və 36. Bu xanalarda fərd ərizəçinin və onun nümayəndəsinin imza atdığı tarixlər qoyulmalıdır.  

35. Ərizəçinin Məhkəməyə şikayət vermək səlahiyyətini verdiyi hüquqşünas və ya hər hansı bir şəxs 

vəkalətnaməni  imzalayaraq  bununla həmin  şəxsin  ona  bu  səlahiyyəti  verdiyini  qəbul etdiyini 

bildirməlidir. Belə bir imza olmazsa, nümayəndənin şikayətlə məşğul olmasına dair sübut olmadığına 

görə Məhkəmə yazışmaları yalnız ərizəçi ilə davam etdirə bilər. 

Ayrıca  vəkalətnamə  forması  göndərməyin:  Məhkəmə  ərizə  formasında  adları  göstərilən  şəxslər və 

onların  əlaqə  nömrələri barədə  bütün məlumatlara  malik  olmalıdır.  Ərizəçi və  onun nümayəndəsi 

ərizəni hazırlayarkən bu vəkalətnamə bölümünü imzalamalıdırlar: praktik cəhətdən bir maneə yaxud 

çətinlik  olmadığı  halda  hüquqşünas  ərizə  formasını  və  vəkalətnamə  formasını  ayrı-ayrı  təqdim 

etməməlidir.  Ərizəçi  yalnız  hüquqşünasları  dəyişdiyi  yaxud  ərizə  formasını  təqdim  etdikdən sonra 

hüquqşünas  təyin  etdiyi  halda  Məhkəmə  ayrıca  vəkalətnamə  formasını  qəbul  edəcək  –  bu  halda 

ərizəçilər Məhkəmənin internet saytında olan ayrıca vəkalətnamə formasından istifadə etməlidirlər. 

Həmin saytda tələb olunan bütün məlumatlar vardır. Ayrıca vəkalətnamə forması göndərilərkən, bu 

formanın  göndərilməsinin səbəbi  əsaslandırılmazsa,  şikayət  ərizəsi  Qayda  47-yə  əməl  olunmaması 

səbəbindən rədd ediləcəkdir. 



D.  Ərizəçi təşkilatın nümayəndəsi (nümayəndələri) 

D.1. Təşkilatın vəzifəli şəxsi 

37-44. Ərizəçi təşkilat  onun  adından  fəaliyyət göstərməyə  səlahiyyəti olan və  Məhkəmənin  lazım 

olduğu təqdirdə yazışa biləcəyi şəxs - şirkətin vəzifəli şəxsi, şirkətin sədri yaxud direktoru - tərəfindən 

təmsil olunmalıdır. Bu şəxs təşkilatın adından şikayət vermək səlahiyyəti olması barədə sənəd təqdim 

etməlidir: məsələn, belə  sənəd,  həmin ölkədə mövcud  prosedura  uyğun  olaraq,  şirkətin  qeydiyyat 

sənədindən  və  ya  ticarət  palatasında  qeydiyyat  sənədindən  çıxarışın  surəti,  notariusda  təsdiq 

olunmuş vəkalətnamə yaxud idarəedici orqanın protokolu ola bilər. Belə bir sənəd olmazsa, bununla 

əlaqədar izahat verilməlidir. 

Bu bölmədə təşkilatın adından fəaliyyət göstərməyə hüquqi vəzifəsi yaxud səlahiyyəti olan şəxsin adı 

və  əlaqə  nömrələri göstərilməlidir.  Təşkilatın  rəsmi nümayəndəsi bu təşkilatın  adından  fəaliyyət 

göstərən hüquqşünas olarsa, bu bölməni və bölmə D.2-ni doldurmaqla, həmçinin bunu sübut edən 

sənəd təqdim etməklə bunu aydın şəkildə göstərmək lazımdır. 

D.2.  Hüquqşünas 

45-51. Məhkəmədə ərizəçi təşkilatın adından fəaliyyət göstərən hüquqşünas barədə məlumat onun 

əlaqə  nömrələri ilə  birlikdə  tam  şəkildə  göstərilməlidir.  Ərizəçinin  şikayət verərkən  hüquqşünasla 



Ərizə formasının doldurulması qaydaları 

 

6/10 



təmsil  olunması  məcburi  deyildir, ancaq arzu  olunandır.  Şikaəyətə  baxış  hüquqşünas  tərəfindən 

təmsil olunmağın tələb olunduğu mərhələyə gəlib çatarsa, ərizəçiyə bu barədə məlumat verilir.  

Hüquqşünas  kimi  təyin  olunan  şəxs bu bölmədə  54-cü  xananı  imzalamalıdır;  ərizəçi təşkilatın 

nümayəndəsi 52-ci xananı imzalamalıdır.  



D.3.  Vəkalətnamə 

Bu bölmədə imzaların əsli olmalıdır. 



52. Hüquqşünasa  təşkilatın  adından  fəaliyyət göstərmək üçün səlahiyyət vermək  məqsədilə  ərizəçi 

təşkilatın nümayəndəsi burada imza atmalıdır. 



53  və  55.  Burada  ərizəçi təşkilatın  nümayəndəsinin və  hüquqşünasın  imza  atdıqları  tarixlər 

qoyulmalıdır.  



54. Ərizəçi təşkilatın  nümayəndəsi tərəfindən  Məhkəmədə  şikayət vermək səlahiyyətləri verilən 

hüquqşünas bu səlahiyyətləri qəbul etdiyini göstərmək üçün vəkalətnaməni imzalamalıdır. Belə imza 

olmazsa,  hüquqşünasın  şikayətlə  məşğul  olması  barədə  bir  dəlil  olmadığından,  Katiblik  yazışmaları 

ərizəçi təşkilatın nümayəndəsi ilə davam edə bilər.  

Ayrıca  vəkalətnamə  forması  göndərməyin:  Məhkəməyə  lazım  olan  şəxsiyyət və  əlaqə  nömrələri 

barədə  bütün məlumat  ərizə  formasında  göstərilməlidir.  Ərizəçi təşkilatın  nümayəndəsi və 

hüquqşünas  ərizəni  hazırlayarkən vəkalətnamə  bölümünü  imzalamalıdırlar:  praktik cəhətdən bir 

maneə yaxud çətinlik olmadığı halda hüquqşünas ərizə formasını və vəkalətnamə formasını ayrı-ayrı 

təqdim etməməlidir. Ərizəçi yalnız hüquqşünasları dəyişdiyi yaxud ərizə formasını təqdim etdikdən 

sonra  hüquqşünas  təyin  etdiyi  halda  Məhkəmə  ayrıca  vəkalətnamə  formasını  qəbul  edəcək  –  bu 

halda  ərizəçilər  Məhkəmənin  internet  saytında  olan  ayrıca  vəkalətnamə  formasından  istifadə 

etməlidirlər.  Həmin saytda  tələb olunan bütün məlumatlar  vardır.  Ayrıca  vəkalətnamə  forması 

göndərilərkən,  bu  formanın  göndərilməsinin səbəbi  əsaslandırılmazsa,  şikayət  ərizəsi  Qayda  47-yə 

əməl olunmaması səbəbindən rədd ediləcəkdir. 



E., F. və G.: Ərizənin məzmunu 

56-63.  Yiğcam  olun.  İşin  əsas  halları  və  qərarlar,  hüquqlarınızın  hansı  şəkildə  pozulması  kimi 

şikayətinizə  aid  olan  mühüm  məlumatları  göstərin;  əhəmiyyətsiz  məlumatları  və  ya  işə  birbaşa 

aidiyyatı  olmayan  məsələləri  daxil  etməyin.  Uzun  sitatlardan  istifadə  etməyin:  bundansa,  əlavə 

olunan sənədlərə  istinad  edin.  İşinizə  aid  olan  faktlar  və  şikayətləriniz  ərizə  formasında  ayrılmış 

bölmələr  daxilində  göstərilməlidir.  Bu  elə  şəkildə  edilməlidir  ki,  Məhkəməyə,  digər materiallara 

istinad etmədən, ərizənin mahiyyəti və əhatə sahəsini müəyyən etmək imkanı versin. Bu məlumatlar 

şikayətinizə  düzgün  şəkildə  və  tez  bir  zamanda  baxmaq  üçün  zəruridir,  və  onlar  əlavə  olunan 

sənədlərdə deyil, ərizə formasının səhifələrində öz əksini tapmalıdır. Burada faktlar, şikayətlər, qəbul 

edilmə  şərtlərinə  uyğunluq  aydın,  yığcam  və  oxunaqlı  şəkildə  göstərilməlidir.  Hər  xırda  məlumatı 

buraya  qeyd  etmək  lazım  deyil.  Ərizə  formasındakı  səhifələri  boş  buraxaraq  “qoşmadakı  əlavəyə 

baxın” yazmaq olmaz. Müvafiq məlumatları ərizə formasında bunlar üçün ayrılmış sahələrdə doldura 

bilməsəniz, şikayətinizə Məhkəmədə baxılmaya bilər.  

Əlavə  məlumatlar  yaxud  izahatlar,  lazım  olarsa,  ərizə  formasına  qoşmada  (ayrıca  sənəddə)  əlavə 

oluna bilər.  Belə  təqdimat  20  səhifədən  artıq  olmamalıdır  (əlavə  olunmuş  qərar və  sənədlərin 

surətləri  bu  saya  daxil  deyildir).  Bu  o  deməkdir  ki,  bu  məlumatları  ərizə  formasında  başlayaraq 

mətnin  ardını  əlavə  səhifələrdə,  20  səhifəyə  qədər,  davam  etdirə  bilərsiniz.  Bu  20  səhifə  ərizə 

formasının  müvafiq  hissələrində  yığcam  şəkildə  göstərilməli olan  faktların  ifadəsinə,  şikayətlərə  və 

qəbul edilmə şərtlərinə uyğunluq barədə məlumatlara əlavədir. Belə qoşmaya yeni şikayətlər əlavə 

edilməməlidir, bu qoşmadan yalnız ərizə formasında artıq qaldırılan şikayətlər barədə geniş məlumat 

vermək üçün istifadə olunmalıdır. 

Nəzərə alın ki, işiniz cavabdeh Hökumətə şikayətinizlə bağlı şərhlərin verilməsi üçün təqdim edilərsə, 



Ərizə formasının doldurulması qaydaları 

 

7/10 



ərizəçiyə cavab olaraq təfsilatlı arqumentlərin təqdim edilməsi üçün imkan veriləcəkdir.  

Təqdim  olunan  bütün  məlumatlar  tam  oxunaqlı  olmalıdır  və  əgər  ərizə  formasında  göstərilən 

faktların ifadəsinə, şikayətlərə və qəbul edilmə şərtlərinə uyğunluq barədə məlumatlara əlavə olaraq 

digər təqdimatlar qoşularsa, onlar aşağıdakı kimi olmalıdır: 

 

Mətn tam oxunaqlı olmalıdır; 



 

Çap olunduğu halda əsas mətndə 12pt şrift ölçüsündə və səhifə-altı qeydlər sahəsində 10pt  



ölçüsündə olmalıdır; 

 



Qoşmalar A4 formatda olmalı və səhifələrin kənar boşluğu 3.5 sm-dən az olmamalıdır; 

 



Səhifələr ardıcıl nömrələnməlidir; və 

 



Mətn nömrələnmiş paraqraflara ayrılmalıdır. 

Bir  qayda  olaraq  Katibliyə  göndərdiyiniz  ərizə  forması  və  sənədlərdəki  hər  hansı  məlumat,  o 

cümlədən,  ərizəçi və  yaxud  üçüncü  tərəflər barədə  məlumatlar  ictimaiyyətə  açıq  olacaqdır

Məhkəmə belə məlumatı işin cavabdeh Hökumətə bildirilməsi üçün tərtib olunan faktların ifadəsinə 

və ya qəbuledilənlik yaxud siyahıdan çıxarma üzrə qərarda, və ya mahiyyəti üzrə qərara daxil edərsə, 

bu məlumat Məhkəmənin internetlə açıq olan HUDOC məlumat bazasında çıxa bilər. Buna görə də 

şəxsi həyatınızla və yaxud üçüncü tərəflərin şəxsi həyatı ilə bağlı yalnız işin anlaşılması üçün zəruri 

olan məlumatı verməlisiniz.  

Şəxsiyyəti  haqqında  məlumatların  ictimaiyyətə  açıqlanmasını  istəməyən  ərizəçilər belə  istəklərini 

bildirməli və  Məhkəmə  icraatının  ictimaiyyətə  açıq  olması  barədə  ümumi  qaydanın  onların  işinə 

tətbiq  olunmamasını  əsaslandıran  səbəbləri göstərməlidirlər.  Məhkəmə  anonimliyin tətbiq 

olunmasına istisna olaraq və lazımi şəkildə əsaslandırılmış hallarda icazə verə bilər. 



E.  Faktların ifadəsi  

56-58. Aydın və yığcam olun. Dəqiq tarixləri göstərin.  

Xronoloji ardıcıllığa əməl edin. Hadisələri ardıcıllıq tarixi ilə göstərin.  

Şikayətləriniz müxtəlif məsələrə (məsələn, müxtəlif məhkəmə icraatlarına) aiddirsə, hər bir məsələni 

ayrıca ifadə edin.  

İddia  etdiklərinizi  əsaslandıran  sənədləri, xüsusilə  də  şikayət  etdiyiniz  məsələlər  üzrə  qərarların  və 

digər  sənədlərin (məsələn,  mülkiyyətdən  çıxarılma  və  ya  deportasiya  barədə  bildiriş)  surətlərini 

göndərməlisiniz.  Eyni  zamanda,  tibbi  arayış,  şahid  ifadəsi,  protokollar, mülkiyyət  sənədləri  və  ya 

həbsdə  keçirilmiş  müddətlə  bağlı  sənədlər  kimi  iddianızı  dəstəkləyən  yazılı  sübut təşkil  edən 

sənədləri göndərməlisiniz. Müəyyən sənədlərin surətlərini əldə edə bilmədikdə bunun səbəbini izah 

etməlisiniz.  



F.  Konvensiya və/və ya Protokol(lar) üzrə iddia edilən pozuntu(lar)ın ifadəsi və müvafiq 

dəlillər  

59-60. Edilən hər bir şikayətlə bağlı, Konvensiya və ya Protokolların hansı maddəsinə əsaslanmanızı 

dəqiqləşdirməli və  həmin  maddənin  hansı  şəkildə  pozulduğunu  qısa  və  konkret olaraq  izah 

etməlisiniz.   

Konvensiya  üzrə  nədən  şikayət  etdiyinizi  bacardığınız  qədər  dəqiq göstərin.  Konvensiyanın  hansı 

müddəalarına əsaslandığınızı göstərin və ifadə etdiyiniz faktların nə üçün bu müddəaların pozuntusu 

ilə nəticələndiyini izah edin; 

 

 



Ərizə formasının doldurulması qaydaları 

 

8/10 



Məsələn: 

Maddə 6 § 1: zərərin ödənməsi haqqinda mülki iddiamla bağlı məhkəmə  prosesi həddən artıq uzun vaxt 

davam edib, belə ki 10 yanvar 2002 tarixindən 25 aprel 2012 tarixinə qədər müddəti əhatə etməklə 10 

ildən artıq davam etmişdir. 

G.  Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əməl olunması 

(Ölkədaxili hüquq müdafiə vasitələrinin tükənməsi və altı-aylıq müddət üzrə məlumat)  

61.  Bu bölmədə  Məhkəmənin beynəlxalq  yurisdiksiyasına  müraciət etməmişdən  əvvəl Dövlətə 

məsələni  düzgün  həll etmək  şansı  vermiş  olduğunuzu  göstərməlisiniz.  Yəni,  aidiyyatı  olan  ölkədə 

mövcud olan səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmənizi izah etməlisiniz.  

Konvensiya və ya Protokol üzrə hər bir şikayətlə bağlı aşağdakıları qeyd etməyiniz xahiş olunur: 

 



Son qərarın dəqiq tarixi, məhkəmə və ya tribunalın adı və qərarın mahiyyəti; 

 



Son qərara aparan digər aşağı instansiya məhkəmə və ya tribunal qərarlarının tarixləri; və 

 



Ölkədaxili məhkəmə araşdırmalarında iş qovluğunun nömrəsi. 

Aşağı  instansiyadan  başlayaraq  bütün  məhkəmə  və  ya  digər qərarverici orqanlar  tərəfindən qəbul 

edilmiş bütün qərarların surətlərini əlavə etməyi unutmayın; həmçinin, Konvensiya üzrə şikayətinizin 

hər bir instansiyada  qaldırdığnızı  göstərmək məqsədi  ilə, məhkəmələrə  təqdim  etdiyiniz  iddia 

ərizələrinizin və  apellyasiya şikayətlərinizin surətlərini əlavə etməlisiniz.  

Eyni zamanda, hər bir şikayəti ölkədaxili hüquq müdafiə vasitələrinin tükədilməsi prosesində müvafiq 

son qərardan altı ay müddətində Məhkəməyə təqdim etdiyinizi göstərməlisiniz. Son qərarın tarixinin 

müəyyən edilməsi çox vacibdir və bunula bağlı sübut təqdim olunmalıdır. Tarixin göstərildiyi qərarın 

surətini  göndərməklə  bunu  sübut  edə  bilərsiniz.  Son  qərarın  çıxarıldığı  və  ya  açıqlandığı  tarixdə 

nüsxəsini  almadığınız  halda,  təqdim  olunma  tarixinin  sübutu,  məsələn  alınma  tarixi  haqqında 

sənədin,  xəbərnaməli  məktubun və  ya  zərfin surəti  təqdim  olunmalıdır.  Müvafiq  hüquq  müdafiə 

vasitələrinin mövcud olmadığı halda, ərizənin şikayət edilmiş hərəkət, tədbir və ya qərardan altı ay 

müddətində  verildiyini  sübut  etməlisiniz  və  hərəkət, tədbir  və  ya qərarın  baş  veridyi  tarixin  yazılı 

sübutunu təqdim eməlisiniz.   



62-63. İstifadə  etmədiyiniz,  lakin  istifadəsi  mümkün  olan  hüquq  müdafiə  vasitələri  varsa  burada 

göstərməlisiniz.  Belə  olduğu  halda  həmin  hüquq  müdafiə  vasitələrindən  istifadə  etməyinizin 

səbəblərinizi açıqlamalısınız.   

Ölkədaxili vasitələrin tükənməsi və altı-aylıq müddətə əməl olunması barədə əlavə məlumatı Qəbul 

edilənlik meyarları üzrə Praktiki Təlimatda tapa bilərsiniz (

www.echr.coe.int/applicants

). 


H.  Digər beynəlxalq proseslər barədə məlumat (müraciət etdiyiniz halda) 

64-65. Ərizənizdə  ifadə  edilən  şikayətlər  üzrə  Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  qurumu  olan 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və ya BMT İnsan Hüquqları Komitəsi və ya beynəlxalq arbitraj paneli 

kimi  digər beynəlxalq  araşdırma  və  ya  nizamlama  proseduruna  müracitət  edib-etmədiyinizi 

göstərməlisiniz. Müraciət etdiyiniz halda, şikayətinizin verildiyi orqanın adı, araşdırmalarının tarixi və 

detalları, çıxarılan bütün qararların detalları barədə ətraflı məlumat verməlisiniz. Həmçinin, müvafiq 

qərarlar və digər sənədlərin surətlərini göndərməlisiniz.  



66-67. Məhkəməyə  təqdim  etdiyiniz  öncəki və  ya həllini  gözləyən  ərizələr:  Siz,  ərizəçi kimi 

hal-hazırda  Məhkəmənin  baxılmasında  olan  və  ya  keçmişdə  olduğu  hər  hansı  digər  ərizənizin 

olub-olmamasını  dəqiqləşdirməlisiniz.  Ərizənizin  olduğu  halda  onun  nömrəsini (və  ya  ərizələrin 

nömrələrini) göstərin. Bu, Məhkəmədə Sizin adınıza olan müxtəlif ərizələrin qeyd olunması, müəyyən 

edilməsi və baxılması üçün çox mühümdür.  



Ərizə formasının doldurulması qaydaları 

 

9/10 



III.  Ərizənin məhkəməyə təqdim edilməsi və ona Məhkəmə tərəfindən 

baxılması barədə məlumat 

A.  Şikayət ərizənizi necə təqdim etmək olar 

Ərizələr  Məhkəməyə  yalnız  poçt  vasitəsilə  (telefonla  deyil)  təqdim  olunmalıdır.  Bu  o  deməkdir  ki, 

ərizəçinin(lərin) və ya səlahiyyətli nümayəndənin(lərin) orijinal imzası ilə olan yazılı ərizə forması poçt 

vasitəsi ilə göndərilməlidir. Məhkəmə orijinal imzalanmış ərizə formasını tələb etdiyi üçün, faks ilə 

göndərilmiş  ərizə  forması  tamamlanmış  ərizə  hesab  edilmir.  Şikayətinizi  şifahi  şəkildə  çatdırmaq 

məqsədilə şəxsən Strasburqa gəlməyinizin heç bir anlamı yoxdur.  

Ərizə formasını Məhkəmənin internet saytından 

www.echr.coe.int/applicants

 yükləyə bilərsiniz. 

I.  Əlavə olunan sənədlərin siyahısı  

68. E., F., G və H bölmələrində göstərilən bütün qətnamə və qərarların, və həmçinin Konvensiyanın 

pozuntusu ilə bağlı iddianızı sübut edəcək dəlil qismində Məhkəmənin nəzərə almasını istədiyiniz hər 

hansı digər sənədlərin (baxış protokolları, şahid ifadələri, tibbi arayış və s.) nömrələnmiş və xronoloji 

qaydada ardıcıl siyahısını əlavə etməlisiniz. Sənədlərin siyahısında hər bir sənədin səhifə nömrəsini 

göstərin,  bu,  Məhkəməyə  istənilən sənədi  sənədlər  toplusunda  asanlıqla tapmağa  imkan  yaradır. 

Ərizə formasında ayrılmış sahə kifayət deyilsə, siyahının ardı üçün ayrıca səhifə əlavə edə bilərsiniz.  

Siyahıda istinad olunan bütün sənədlərin tam və oxunaqlı surətlərini əlavə etməlisiniz.  

Heç  bir  sənəd  Sizə  geri  qaytarılmayacaqdır.  Bu  səbəbdən  sənədlərin  əsillərini  yox,  onların 

surətlərini göndərmək sizin marağınızdadır.  

Aşağıdakılara əməl olunmalıdır: 

 

Sənədlər ardıcıllıqla onların tarix və aid olduqları ölkədaxili icraat üzrə düzülməlidir; 



 

Səhifələri ardıcıl nömrələnməlidir; və 



 

Sənədlər pərçimlənməməli, tikilməməli və bir-birinə yapışdırılmamalıdır.  



XATIRLATMA: Tamamlanmış ərizə üçün tələb olunan bütün məlumat və sənədlərin əldə edilməsi ilə 

bağlı lazımi addımların vaxtında atılması ərizəçinin məsuliyyətindədir. Lazımi sənədlərdən bir və ya 

bir neçəsi  çatmadıqda,  ərizəniz  natamam  hesab  ediləcək  və  çatışmayan  sənəd(lər)in 

göndərilməməsinin qənaətbəxş izahatı olmadıqda Məhkəmə tərəfindən işinizə baxılmayacaqdır.  

Nəzərə  alın  ki,  təhlükəsizlik  məqsədilə  içində  şübhəli  əşyalar  olan  şikayət 

ərizələri ləğv ediləcəkdir. 



Bəyanat və imza  

70-71. Hər bir ərizəçi və ya səlahiyyətli nümayəndə bəyanat imzalamalıdır. Başqa heç kəs bunu edə 

bilməz.  



Yazışmaların aparılacağı şəxsin təyin olunması 

72. Katiblik, ərizəçilərdən biri və ya bir nümayəndə ilə əlaqə saxlayacaqdır. Bir neçə ərizəçi olduqda 

və nümayəndə olmadıqda ərizəçilərdən biri Katiblik ilə əlaqə saxlamaq üçün əlaqələndirici şəxs kimi 

təyin  olunmalıdır.    Ərizəçinin  bir və  ya bir neçə  nümayəndə  ilə  təmsil  olunduğu  hallarda,  Katiblik 

yalnız  bir  nümayəndə  ilə  yazışma  aparacaqdır.  Beləliklə,  birdən çox hüquqşünasla  təmsil  olunan 

ərizəçi onların arasından Məhkəmə ilə yazışma aparacaq bir hüquqşünası müəyyənləşdirməlidir. 




Ərizə formasının doldurulması qaydaları 

 

10/10 



Şikayət ərizəsi aşağıdakı ünvana göndərilməlidir: 

The Registrar 

European Court of Human Rights 

Council of Europe 

67075 STRASBOURG CEDEX 

FRANCE 

B.  Ərizəyə baxılması prosesi 

Məhkəmə  tərəfindən  iş  qovluğunun  açılması,  yazışma  və  sənədlərin  Məhkəmə  tərəfindən  özündə 

saxlanılması yalnız Məhkəməyə tamamlanmış ərizə formasının (əlavə sənədlərlə birlikdə) daxil olması 

təqdirdə baş verir.  

Ərizə  forması  alındıqdan  sonra  Məhkəmənin Katibliyi tələb olunan bütün məlumatların 

göstərilməsini  və  sənədlərin  əlavə  olunmasını  yoxlayacaqdır.  Əgər  ərizə  tamam  deyilsə  Siz  47-ci 

qaydaya əməl olunmaması, iş qovluğunun açılmaması və göndərdiyiniz heç bir sənədin Məhkəmədə  

saxlanılmaması  barədə  cavab  alacaqsınız.  Bundan  sonra  Sizin  yeni  bir  ərizə  forması  təqdim  etmək 

imkanınız  var.  Bu  halda,  daha  öncə  göndərdiyiniz  məlumatlar  da  daxil  olmaqla,  yeni tam  şəkildə 

doldurulmuş  ərizə  forması  və  ona  qoşulmuş  bütün  müvafiq  sənəd  və  qərarlar  yenidən 

göndərilməlidir. Tamamlanmamış sənədlər qəbul edilməyəcəkdir.  

Katiblik  sizə  şikayət  etdiyiniz  Dövlətin qanunvericiliyi barədə  məlumat, eləcə  də  ərizəniz  və  yerli 

qanunvericiliyin tətbiqi və şərhinə dair hüquqi məsləhət  verə bilməz. 

Ərizənizi  göndərərkən  ərizə  formasının  bir  surətini və  sənədlərin əsillərini  özünüzdə  saxlanmağınız 

məsləhət görülür. Bu halda, Katiblik ərizənizin natamam olması barədə məlumat verdiyi təqdirdə, Siz 

asanlıqla  və  çox  təxirə  salmadan  yeni  və  bu  dəfə  tamamlanmış  ərizə  formasını  göndərə  bilərsiniz.  

Natamam  şəkildə  doldurulmuş  ərizə  formasına  baxılmaqdan  imtina  edilərsə,  yenidən tam  şəkildə 

doldurulmuş ərizəni altı-aylıq müddət daxilində təqdim edə bilmək üçün kifayət qədər zamanınızın 

olacağına heç bir zəmanət yoxdur. Bu səbəbdən, çalışmalısınız ki, tamamlanmış ərizə formasını və 

lazımi sənədləri vaxtında göndərəsiniz.  

Təqdim  edilən  ərizə  forması  tamdırsa,  Siz  Katiblikdən  adınıza  iş  qovluğunun  (iş  qovluğunun 

nömrəsinə bütün sonrakı yazışmalarda istinad olunmalıdır) açılması barədə məlumat verən cavab 

məktubu  alacaqsınız  və  bu məktubla  Sizə  gələcək  yazışmalarda  istifadə  üçün  barkod  etiketləri 

göndəriləcəkdir.  

Katiblik, həmçinin  Sizdən  əlavə  məlumat və  ya  açıqlama  tələb  edə  bilər.  Katibliyin  hər  hansı 

məktubuna tez cavab vermək sizin marağınızdadır, belə ki, hər hansı yeni açılmış iş qovluğu altı ay 

ərzində  qeyri-aktiv  qaldığı  təqdirdə  ləğv  ediləcəkdir.    Bundan  əlavə,  Məhkəməyə  baxılması  üçün 

təqdim edilən iş üzrə Katibliyin hər hansı məktubuna cavabın gecikdirilməsi və ya göndərilməməsi, 

Sizin işinizin davam etdirməyə artıq maraqlı olmamağınız kimi dəyərləndirilə bilər. Bu Məhkəmənin 

şikayətinizə  baxmaması,  onu  qəbul olunmayan elan etməsi və  yaxud  Məhkəmənin  şikayətləri 

siyahısından çıxarması ilə nəticələnə bilər. 



C.  Məhkəmə ödənişsizdir 

Məhkəmə tərəfindən işinizə pulsuz baxılacaq. Məhkəmə tərəfindən qəbul edilən hər hansı bir qərar 



barəsində lazımi qaydada Sizə məlumat veriləcəkdir.  

Document Outline

  • I.   Ərizə formasının doldurulmasından öncə nələri bilmək lazımdır
    • Məhkəmə hansı işlərə baxa bilər?
  • II.   Ərizə formasını necə doldurmalı
    • Ərizə forması – bölmələr üzrə
  • III.   Ərizənin məhkəməyə təqdim edilməsi və ona Məhkəmə tərəfindən baxılması barədə məlumat
    • A.   Şikayət ərizənizi necə təqdim etmək olar
    • B.   Ərizəyə baxılması prosesi
    • C.   Məhkəmə ödənişsizdir

Yüklə 115,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə