32
daha doğrusu, bizim bu xoşagəlməz iş barəsində sizinlə
məsləhətləşməyini ağlıma belə gətirməzdim.
- Filip, mən qorxurdum ki, sən razı olmayasan,- Miss Filip bunu
təəccüblə qeyd etdi.
- Mən ümid edirəm ki, Mister Puaro bu qeyri-adi işdə bir işıq
ucu tapacaqdır. Açıq-aydın boynuma alıram ki, öz fikirlərimi
tamamlaya bilmir və bunun üçün narahatlıq hissi keçirirəm.
Onun sifətinə fikir verdim, üzündə ağır yük götürmüş adamların
sifətində olduğu kimi tarım çəkilmiş cizgilər görünürdü.
- Yaxşı, - Puaro dedi- gəlin lanç edəyin, lançdan sonra bu məsələ
barədə birlikdə baş sındırarıq. Mən baş vermiş hekayəni Mister
Ricveyin öz ağzından eşitmək istəyirəm.
Biz toqqaların altını bərkidəndən sonra Filip Ricvey baş
vermiş hadisəni bütün təfsilatı ilə danışdı. Onun hekayəsi Miss
Farkuharı tamamilə razı salmışdı, çünki hekayədə qızın
danışdıqlarına heç bir əlavə edilməmişdi. Filip söhbətini qurtaran
kimi Puaro suala başladı:
- Mister Ricvey, siz nədən bilirsiniz ki, istiqrazlar oğurlanıbdır?
Filip acı-acı gülümsədi.
- Açılmış sandıqdan bildim, Mister Puaro. Mən onu itirə
bilməzdim ki. Kayutumdakı çarpayının altında yerləşdirdiyim
sandığı yarı açılmış halda gördüm. Onlar kilidi sındırmağa çoxlu
güc sərf etmişdilər. Bunu sandıqdakı cırmaq izləri də sübut
edirdi.
- Bəlkə, sandığı açarla açıblar?
- Bu elədir. Onlar açarla açmağa çalışıblar, ancaq bacarmayıblar.
Axırda isə
necə olubsa, onu aça biliblər.
- Qəribədir,- Puaro dedi. Onun gözləri təəccübdən yaşıl işıq kimi
alışıb yanırdı. – Çox qəribədir! Onlar sandığı açmaq üçün çoxlu
vaxt sərf ediblər. Vaxta bir bax! Sonra başa düşüblər ki, hər açar
Habsın düzəltdiyi bu nadir kilidinə düşə bilməz. Sandıq da elə
həmin bu açarla açılıbdır.
- Bu
necə ola bilər, açar bütün günü məndə olubdur.
- Siz buna əminsiniz?