Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

 

...  Düşmənə  dörd-beş  güllə  vurandan  sonra  az-çox  ürəyi  soyusa  da,  indi  sandıqdakı 



otuziki  güllənin  otuzikisini  də  qarşısında  dayanmış  bu  At  Belində  Olan  Adamın  qarnına 

doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda 

nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını 

içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən 

də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi 

bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni 

şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu 

eyni şəhəri eyni paylaşmamışdılar. 

Birinin  payına  Dünyanın  Ən  Varlı  Şəhərinin  bazarında  balaca  bir  ət  dükanı  düşmüşdü. 

Amma  bu  qarşısındakı  At  Belində  Olan  Adamın  payına  bu  şəhərin  az  qala  yarısı  düşmüşdü, 

dədəsindən,  babasından  qalmış  miras  kimi.  Katiblərin,  rəislərin,  day  hansı  kərtənkələlərin 

quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da. 

Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi. 

Təkcə  o  yox,  hətta  onun  quşunu  götürdüyü  katiblər  də,  rəislər  də  day  atlarını  istədikləri  kimi 

səyridə bilmirdilər. 

Dünya  öz  məhvərindən  çıxmışdı,  baş  alıb  gedirdi.  Hara  gedirdi,  heç  kim,  hətta  öz 

yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi. 

Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu 

Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı. 

Bu  nifrət  vurub  çıxmışdı  sir-sifətlərinə  və  sir-sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  Bu 

məhvərindən  çıxmış  və  həm  Tanrıdan,  həm  də  özündən  baş  götürüb  qaçan  Dünyada  həm  bu 

şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu 

vurğun  da  ən  çox  cavanları  vurmuşdu.  Dünənədək  müharibəni  kinolarda  görən  bu  vurğun 

vurmuş  cavanlar  qəflətən  bir  müharibə  Kinosunun  düz  ortasına  düşmüşdülər.  Özü  də  öz 

xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar. 

Bu  dəhşətli  Kinonun  ssenarisini  dünyanın  Böyük  Dövlətlərinin  Böyük  Saraylarında 

yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara 

tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə 

olduqları  kinonun  gündəlik  kadrlarına  ləzzətlə  tamaşa  edirdilər.  Bu  Kinonun  iştirakçılarının  isə 

nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan 

təkcə  onunla  fərqlənirdi  ki,  burda  partlayan  bombalar  həqiqi  bombalar  idi,  insanlar  doğrudan 

güllələnir,  uşaqların  başı  doğrudan  kəsilir,  qadınlar  doğrudan  zorlanırdı.  Bu  kino  əvvəllər 

gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç 

üfüqdə də görünmürdü. 

Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar 

da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını 

tuturdusa,  bədbəxt  almanların  güllələri  həmişə  boşa  çıxırdı.  Ona  görə  yox  ki,  almanlar  güllə 

atmağı  bacarmırdılar,  ona  görə  ki,  ssenarini  yazanlar  da,  rejissorlar  da  bizimkilərin  qohum-

əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə 

bizimkilər  idi.  “Hollivud”un  və  “Mosfilm”in  birgə  istehsalı  olan  bu  Kinoda  ssenariçilər  də, 

rejissorla  da  ermənilərin  qohum-əqrəbalarıydı.  Və  keçmiş  bizimkilər  ermənilərə  dünyanın  ən 

bahalı,  ən  müasir  silahlarını  versələr  də,  indi  bizim  bizimkiləri  özününkülərinin  qarşısında 

əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər 

bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu 

Kinoda nemes biziydik. 

Döyüşlərin  birində  əllərinə  bir  erməni  qızı  düşmüşdü.  İntiqam  eşqindən  gözlərini  qan 

tutmuş  uşaqlar  qızı  zorlamaq  istəmişdilər.  Amma  tir-tir  titrəyən  qızın  insanın  iliyinə  işləyən 

yalvarışlı  baxışları  hələ  insanlığını  tam  itirmədiyindən  onun  qanını  dondurmuşdu.  Yaralı  ac 

qurdların  əlinə  düşmüş  çarəsiz,  ümidi  Tanrıdan  üzülmüş  bu  qızın  zorlanmasına  biganə  qala 

bilməmişdi.  Dəxli  yox  idi  ki,  bəlkə  də  günün  birində  bu  qız  onu  vuracaqdı,  amma  indi  onun 




Lit.az 

 

 



qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir 

varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı  güllələsəydilər fərqinə varmazdı,  amma zorlanmasını 

qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı: 

- Dəyməyin! 

Araya mübahisə düşmüşdü. 

- Bəs onlar bizimkiləri zorlaya bilər?! 

- Biz erməni deyilik! 

Onu yaxşı tanımayanlardan biri: 

-  Ə,  nə  lotuluq  eləyirsən?-  deyib  qızın  üstünə  yeriyəndə  o,  gülləni  lüləyə  verib 

bağırmışdı: 

- Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik. 

Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən 

çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə. 

- Geyin! Sürük burdan! 

Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb  yerlərini 

örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən 

tərpənməmişdi. 

- Sürük dedim sənə! 

Qulaqlarına  inanmayan  qız  ehmal-ehmal  geri  çəkilməyə  başlamışdı  və  qorxa-qorxa 

soruşmuşdu: 

- Qardaş, adın nədi? 

- Sənin qardaşıyın... Sürük dedim. 

- Sən Həzrət Abbas, adın nədi? 

Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da 

çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar. 

Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi: 

- Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə! 

Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı, 

heç dala da baxmamışdı. 

Axşam Komandir erməni qızını burax 

dığına görə onu danlayanda demişdi: 

- Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm. 

İndi  O  və  onlar  torpaq  davası  eləyəndə  bu  qarşısındakı  At  belində  Olan  Adam  heç  nə 

olmamış  kimi  öz  kefindəydi.  Və  onun  vecinə  deyildi  ki,  torpaq  davası  eləyən  və  torpaq 

davasında  qırılan  bu  cavanlar  hər  şeylərini,  hətta  nişan  üzüklərini  belə  satıb  onun  da  evini-

eşiyini,  yurdunu-yuvasını,  ailəsini,  namusunu  qoruyurlar.  Və  indi  əyinlərinə  əsgər  paltarı  deyil 

kəfən  geyinmiş  bu  vurğun  vurmuş  cavanlar  döyüş  dostları  Musanın  Bakıda  qılçaları  kəsilmiş 

anasının həkiminə verməyə min manat pul tapa bilmirlər. 

At Belində Olan Adam bu cavanlara həmişə yuxarıdan-aşağı baxmışdı, heç onları adam 

yerinə  qoymamışdı.  Salamlarını  hərdən  ağızucu  alsa  da,  çoxuna  özü  salam  verməmişdi.  Bazar 

uşağı  kimi,  küçə  uşağı  kimi  baxmışdı  onlara.  Tək  o  yox,  at  belində  olanların  hamısı  günlərini 

pavilyonlarda,  ya  da  Xankəndində  erməni  qızlarının  qucağında  keçirən,  “sən  niyə  mənə  belə 

baxdın”  deyə  heç  nəyin  üstündə  dava-dalaş  salan,  kinoteatrın  arxasındakı  bulvarı  qladiator 

meydanına çevirən bu cavanların bu dünyadan nə istədiklərini başa düşə bilmirdilər. Əslində elə 

cavanlar özləri də bu dünyadan nə istədiklərini bilmirdilər. Bu dünya çox böyük idi və bu böyük 

dünyada  bilmədikləri  çox  şeylər  vardı.  Və  bu  böyük  dünyada  bilmədikləri  o  çox  şeyləri 

öyrənmək  həvəsində  olmadıqlarından  öz  bildikləri  kimi  yaşayırdılar.  Cəmiyyət  onlara  necə 

baxırdı  -  veclərinə  deyildi.  Çünki  onlar  çoxdan  tüpürmüşdülər  bu  cəmiyyətə  də,  onun 

qanunlarına  da!  Hərdən  o  tüpürdükləri  qanunların  cənginə  keçib  gəzdikləri  həbsxanalar  da 

onların  gözünü  qıra  bilməmişdi.  Onlar  qorxularını  analarının  bətnində  qoyub  çıxmışdılar. 

Çoxunun  da  iki  adı  vardı:  biri  atalarının  qoyduğu,  sənəddə  yazılan  ad,  birinin  də  Dədə 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə