Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

 

Qorqudsuz-filansız  özləri  qazanmışdılar  -  xarakterləriylə,  yumruqlarıyla,  dünyaya  baxışlarıyla, 



özlərini müharibəli kinolardakı qəhrəmanlara bənzətməklə. 

Və  Şeytanın  Övladları  dünyanı  öz  məhvərindən  çıxaranda,  Böyük  Dövlətlərin 

ssenariçiləri,  rejissorları  onları  zorla  itələyib  müharibəli  Kinonun  tən  ortasına  atanda,  onlara 

yuxarıdan-aşağı  baxanlar  və  Dünyanın  Ən  Varlı  Şəhərinin  kefini  görənlər  bu  Kinoda  heç 

epizodik rollarda da görsənmədilər, çıxdılar aradan. Amma onlar özləri kimilərini başlarına yığıb 

bəlkə də hər şeydən daha çox, qazandıqları adlarının şərəfinə, bazarında atom bombası satılması 

ilə  öyündükləri  Dünyanın  Ən  Varlı  Şəhərlərinin  şərəfinə  atıldılar  ölümün  ağzına.  Və  heç  kəs  - 

nəinki at belində olan özümüzünkülər, hətta bu Kinonun Böyük Dövlətlərin Böyük Saraylarında 

oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər. Və ağıllarına belə gəlməzdi ki, onların 

həyatın  dibində  saydıqları  bu  ipə-sapa  yatmazlar  əliyalın  topun-tüfəngin  qarşısına  çıxacaqlar, 

yazılan  ssenarini  pozacaq,  rejissorları  pis  vəziyyətdə  qoyacaq  və  bu  Kinonu  tezliklə  başa 

çatdırmağa imkan verməyəcəklər. 

İndi At Belində Olan Adam at belində olmayan, Böyük Dövlətlərin Böyük Saraylarında 

yazılan  Kinonun  ssenarisini  pozan,  rejissorlarını  çıxılmaz  vəziyyətdə  qoyan  bu  cavanların 

qarşısında  sarısını  udub  dayanmışdı.  Həmişəki  ədasından  əsər-əlamət  qalmamışdı,  udquna-

udquna  heç  vaxt  adam  yerinə  qoymadığı  cavanlara  baxırdı.  Baxırdı  ki,  bəlkə  indi  adam  yerinə 

qoymağa məcbur olduğu bu cavanlardan hansısa araya girəyə, onu düşdüyü bu ağır vəziyyətdən 

xilas eləyə. 

Baxdı, baxdı, hiss elədi ki, bu cavanlardan heç biri ona kömək əli uzatmaq fikrində deyil, 

onların  da  sir-sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  At  Belində  Olan  Adam  hardan  biləydi  ki, 

onlar müharibənin içində deyil, müharibə onların içində yaşayır. Və artıq onların damarlarından 

qızıl qırmızı qan yerinə qapqara bir nifrət axır. Özü də bu nifrət təkcə düşmənə deyildi, onlardan 

olmayanların hamısınaydı, hətta bu adam qardaşları olsa belə. 

Gördü  cır  alça  yemiş  adamlar  kimi  üz-gözlərini  turşudub  maraqla  hadisənin  sonunu 

gözləyən bu cavanlardan kömək ummağa dəyməz, özünü ələ almağa çalışdı: 

- Ay qardaşlar, mənə elə baxırsınız, elə bil erməniyəm. 

Drakon: 

- Sən ermənidən də pissən, dəyyus oğlu dəyyus! 

At Belində Olan Adam içində nə qədər qorxu olsa da bir belə adamın arasında mənliyinə 

sığışdırıb söyüşü yeyə bilmədi: 

- Əlindəki avtomata görə yekə-yekə danışma. 

Drakon avtomatı atdı uşaqların birinə və ona  yaxınlaşıb necə vurdusa, At Belində Olan 

Adam aşdı və başladı yerdə qıvrılmağa. 

Drakon qayıdıb avtomatını götürdü: 

- Qalx ayağa! 

Gördülər qalxa bilmir, qolundan tutub qaldırdılar. Cavanlığında o da qabağından  yeyən 

olmamışdı,  heç  indi  də  pis  deyildi.  Bəlkə  də  təkbətək  savaşda  bu  cavanların  çoxuna  can 

verməzdi, elə Drakonun özünə də. Amma indi müharibənin adamyeyənə çevirdiyi bu cavanlara 

cavab verməyə qurd ürəyi lazımıydı, o qurd ürəyi də onda  yoxuydu. Üst-başının tozunu çırpa-

çırpa yavaşca dedi: 

- Qalsın qulluğunda! 

Drakon avtomatı dirədi onun otuziki güllədən ötrü ölən qarnına: 

- Çıxart şalvarını! 

At Belində Olan Adamı elə bil ildırım vurdu, səksəndi: 

- Nə deyirsən? 

- Deyirəm, çıxart şalvarını! 

- Yekə kişisən, ə! Lap ağ elədin ki! 

-  Çıxart  şalvarını,  dedim!  Ya  burdan  tumanpaça  gedəcəksən,  ya  da  səni  şadaraya 

çevirəcəm. 



Lit.az 

 

 



At Belində Olan Adam kipriklərini qırpmadan maddım-maddım yenə ətrafdakılara baxdı. 

Amma yenə heç kim onun baxışlarına cavab vermədi. 

Kimsə istehza ilə dedi: 

- İndiyədək o qədər adamı şalvarsız qoymusan! İndi də növbə sənindi! 

Gördü yox, vəziyyət çox ağırdı, canavar sürüsünün arasına düşüb, bunlar onun şalvarını 

çıxaracaqlar, ondan sonra gərək gedib özünü asa, başladı yalvarmağa: 

-Ə,  nə  danışırsınız?  Mən  ağsaqqal  adamam,  hamımız  qohum-əqrəbayıq.  Çoxunuzun 

dədəsiylə çörək kəsmişəm. 

Drakon sözündən dönənə oxşamırdı: 

- Bizim qohum-əqrəbalarımız səninkilər kimi Bakıda kef eləmirlər, səngərlərdə qırılırlar. 

Çıxart şalvarını! 

-  Ə,  məni  də,  özünüzü  də  biabır  eləməyin!  Ayıbdı!  Camaatı  üstümüzə  güldürməyin! 

Puldan  ötrü  adam  belə  şeylər  eləməz.  Mən  bilməmişəm  pulu  sən  istəyirsən,  nə  qədər  lazımdı 

uşaq göndərim, gedib gətirsin. 

Drakon az qaldı avtomatın lüləsi ilə onun qarnını deşə: 

- Çıxart! 

-Ə, qeyrətin olsun! Məni dalıağaclı eləmə! Bu şəhərə qan salma! 

Drakon: 

- Qeyrətsiz sənin nəslindi! - dedi və avtomatın qundağıyla onun sinəsindən vurdu. 

At Belində Olan Adam səndərlədi, amma bu dəfə yıxılmadı, özünü tarazlaya bildi: 

-  Başından  yekə  qələt  eləyirsən,  Drakon!  Mənim  şalvarımı  çıxaran  hələ  anasından 

olmayıb. 

Bu vaxt Drakon onun başının üstündən bir qatar güllə buraxdı. 

At Belində Olan Adam elə bildi güllələr ona dəydi. Və güllə dəymiş kimi də geri sıçrayıb 

yıxıldı. 

Drakon avtomatı dirədi onun qarnına və bağırdı: 

- Çıxart şalvarını!- sifətində bircə qıça da qan qalmamışdı. 

Artıq ölümünü gözünün altına alan 

 At Belində Olan Adam yapışdı avtomatın lüləsindən: 

- At, oğraş! Nəslini şalvarsız qoymasam atama lənət! 

Drakon uşaqlara əmr elədi: 

- Ə, çıxardın bunun şalvarını! 

Uşaqlar düşdülər At Belində Olan Adamın üstünə. 

Bayaqdan  bir  kənarda  dayanıb  hadisələri  izləyən  Pələng  gördü  ki,  uşaqlar  zorla  At 

Belində  Olan  Adamın  şalvarını  çıxarırlar,  özünü  saxlaya  bilmədi.  Yeridi  irəli,  qarğa-quzğuna 

dönmüş uşaqların hərəsini bir tərəfə itələdi: 

- Ə, ayıbdı! Onsuz da ona olan oldu - dedi və yaxınlaşdı Drakona; - Bu, sənin kimi oğula 

yaraşmaz! Vur öldür, amma camaatı biabır eləmə! 

Drakon Pələngi bir kənara itələdi: 

- Sən nə deyirsən, ə?! 

- Deyirəm bəsdi, burax getsin. Kişi kişinin şalvarını çıxarmaz! 

Drakon: 

- Sən qarışma!- sonra yenə uşaqlara əmr elədi, - İşinizdə olun! 

Amma  Pələng  geri  çəkilmədi,  yenidən  uşaqların  qabağını  kəsdi.  Pələngin  onun  önündə 

meydan  oxuduğunu  görən  Drakon  bu  dəfə  özündən  çıxdı,  onun  qolundan  yapışıb  fırladıb  atdı 

kənara: 

- Demədim sən qarışma? 

Pələng  yıxıldığı  yerdən  qalxdı, hirsindən dodağını necə dişlədisə qan çənəsi  aşağı  axdı, 

dodağının qanını sümürüb tüpürdü yerə, əlinin dalı ilə ağzını sildi və yenidən girdi araya: 

- Drakon, dedim burax getsin! Mən sənə əl qaldırmaq istəmirəm. 

- Ə, küçük, sən də kişi olmusan? 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə