Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

 

69 


yaşıdlarına fors edərdi. O da bu çantanı çox daşımışdı və o da bu çantanı daşımaqla yaşıdlarına 

çox fors etmişdi. İmarətdəki stadionda dostlarıyla qapının dalında durub onun vurduğu topların 

dalınca çox qaçmışdı. 

... Aradan uzun illər keçmişdi. Vaxtilə çantasını daşımaqla fors etdiyi, qızların dərdindən 

dəli olduğu o mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və bu uzun illər onun üz-

gözünə,  saçlarına,  alnının  qırışlarına  əməlli-başlı  əl  gəzdirmişdi,  amma  təkcə  onun  gözlərinə 

gücü çatmamışdı, gözlərindən tanıdı. 

Rəisin sir-sifəti dəyişdi, doluxsunmuş halda protokolu kənara itələdi, kreslosundan qalxıb 

ona yaxınlaşdı və qucaqladı: 

- Komandir! 

Quruyub qaldı: 

- Nə? 


- Sən Komandirsən! Tanıdım səni, Komandir! Bağışla, gec tanıdım. Bağışla, Komandir! 

Çaşqın-çaşqın soruşdu: 

- Sən kimsən? 

- Yadınıza düşmərəm. Bir məktəb 

də  oxumuşuq.  Siz  bizdən  dörd-beş  sinif  yuxarı  oxuyurdunuz.  Onda  sizə  Kapitan  deyirdilər, 

müharibədə  Komandir  oldunuz.  Futbola  gedəndə  o  qədər  sizin  idman  çantanızı  daşımışamkı! 

Məktəbdə hamı sizdən qorxurdu. Bir dəfə bizim məktəbin qızlarına söz atdıqlarına görə bazarın 

qabağında  iki  oğlanı  möhkəm  döydüyünüz  də  yadımdadı.  Siz  tutulanda  məktəbdəki  qızların 

hamısı ağlayırdı, elə müəllimlər də. 

Rəis o qədər doğma danışırdı ki! Orta məktəbi gözünün qabağına gətirdi, amma nə illah 

elədi Rəisi yadına sala bilmədi. 

- Kimin oğlusuz? 

- At Belində Olan Adamın. 

...  At  Belində  Olan  Adamı  başdan-ayağa  deyil,  ayaqdan-başa  süzdü,  sonra  xayxırdı, 

özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 

- Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat 

qıymırsan?! 

Drakonun  əlindən  zorla  qurtulmuş  At  Belində  Olan  Adam  indi  yenidən  qırx  arşın 

quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi: 

-  Komandir!  Seyid  Lazım  ağanın  cəddi  haqqı  bilməmişəm.  Hər  gün  o  gəlir  pul  ver,  bu 

gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki, siz istəyirsiniz. 

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, 

onsuz da adları bədnam idi, hökumət haqlarında gündə yüz şayiə buraxırdı. 

İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz  vermişdi.  Hökumət  birinin  üstünə  beşini 

qoyub bütün  şəhərə  yayacaqdı  ki,  At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu 

əlindən  alıblar,  day  nə  bilim  nə.  İndi  Komandirin  gözünün  qabağına  bu  gəlirdi,  yoxsa  elə 

məmnuniyyətlə özü onun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı: 

- Atın bunu bayıra! 

Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu eləyib darvazadan bayıra tulladılar... 

...Və Komandir indi gördü ki, bir az əvvəl kövrələrək onu bağrına basan elə At Belində 

Olan Adamdı, amma çox cavandı. 

Rəis Komandiri bir də bağrına basdı: 

- Haqqınızda qəzetlərdə çox oxumuşam. Məhkəmənizdən də çox yazdılar. Atam da sizin 

haqqınızda çox danışıb. Hətta bir dəfə atamı ölümdən qurtarmısınız. 

- Yadımda deyil. Həm də onlar keçmişdə qalıb. 

-  Yox,  yox,  heç  nə  keçmişdə  qalmayıb.  Siz  deməsəz  də  mən  indi  bildim  ki,  o  erməni 

yengəsini  niyə  döymüsüz.  Görürsüz  də,  Komandir.  Sovet  hökuməti  vaxtı  belələrini  ya 

güllələyərdilər,  ya  da  Sibirdə  çürüdərdilər.  Amma  biz  qıllarına  belə  toxuna  bilmirik.  Avropa 




Lit.az 

 

 



70 

tumanını keçirir başına. Bayaqdan Avropada yer qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da 

qələt edir, onlar da. 

Rəis yerinə qayıdıb telefonu götürdü: 

-  Hadisəni  kitaba  vurmusunuz?  Lap  yaxşı.  Hələ  vurmayın,  vurmaq  lazım  olsa  deyərəm. 

Maşını da çəkin qapıya, çıxıram. Müavin gəlsin içəri. 

At  Belində  Olan  Adamın  at  belindəki  oğlunun  bu  gözlənilməz  hərəkətləri  Komandiri 

necə çaşdırmışdısa bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi. 

Müavin girdi içəri: 

- Eşidirəm, Rəis. 

- Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver o dəyyuslara. Aparatlarını da alsınlar, 

qalanını da öz aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər. Razı olmasalar, həkim 

çağır,  yazsınlar  ki,  içkilidirlər,  ağsaqqal  bir  adamı  da  döyüblər.  Onsuz  da  şahid  yoxdu.  Qoy 

getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap Buşa şikayət etsinlər. 

Eşitdiklərinə inanmadı,  bu doğrudanmı At Belində Olan Adamın oğludu?! Doğrudanmı 

vaxtilə  Musanın  ayaqları  kəsilmiş  anasına  min  manat  qıymayan  bir  adamın  oğlu  indi  onu 

həbsdən qurtarmaq üçün on min dollarından keçirdi?! 

Amma Komandir Rəisin son sözlərini qəbul eləmədi: 

-  Rəis,  sağ  olun.  Sizi  başa  düşürəm,  mənə  kömək  eləmək  istəyirsiz.  Amma  on  il  də 

yataram, döyülmək sözünü üstümə götürmərəm. Mən onları döymüşəm. 

-  Komandir,  döymüsüz,  lap  yaxşı  eləmisiz.  Mən  də  sizi  buraxıram.  Mən  sizi  tuta 

bilmərəm. Camaat mənə nə deyər? Hələ atam! Üzümə tüpürər. İndi durun. Durun görüm. 

- Hara? 

- Necə yəni hara? Bizə! Heç bilirsiz atam sizi görəndə nə qədər sevinəcək! 

Amma Komandir getmədi: 

-  Sağ  olun,  Rəis.  Atanıza  salam  deyərsiz.  Gecdi.  Ayrı  vaxt  görüşərik.  Mən  rayona 

getməliydim, bu hadisə oldu, qaldım. 

- Xahiş edirəm! 

- Söz verirəm, ayrı vaxt gedərik. İndi icazə versəz mən gedərdim. 

Rəis cibindən bir kart çıxartdı: 

- Onda bunu götürün. Burda mənim telefonlarım yazılıb. Nə lazım olsa, nə vaxt istəsəz, 

lap gecə saat iki olsun, zəng eləyin. Elə bilin balaca qardaşınıza zəng edirsiz. 

Komandir kartı aldı: 

- Eləyərəm. 

- Gözləyəcəm ha. Atam da gözləyəcək. İndi doğrudan rayona gedirsiz? 

- Doğrudan. 

Endilər aşağı. Rəis bir nəfəri çağırdı. 

- Eşidirəm, Rəis. 

- Sən belə elə, Komandiri aparırsan rayona. Onun ixtiyarındasan. 

- Baş üstə, Rəis! 

Komandir etiraz elədi: 

- Lazım deyil, Rəis. Özüm bir maşına oturub gedəcəm. 

Rəis az qala yalvardı: 

- Komandir, məni sındırma. 

Rəislə idarədən çıxdılar. 

Komandir  gördü  ki,  bayaq  onu  rayona  aparacaq  Əsgər  Köynəkli  Sürücü  idarənin 

qabağında var-gəl edir, təəccüblə soruşdu: 

- Sən burda nə gəzirsən? 

- Necə yəni nə gəzirsən?! Səni gözləyirəm! 

- Məni? 


- Bəs kimi? Demirdin rayona gedəcəyik. Belə kişilik olar ki, səni qoyum gedim?! 

Komandir güldü: 




 

71 


- Rəis, görürsüz də maşınım da hazırdı. 

Rəis: 


- Nə deyirəm ki, yaxşı yol. Amma qayıdanda mütləq məni tapın ha, gözləyəcəm. 

Maşına oturub şüşəni yendirdi və soruşdu: 

- Rəis, siz doğrudan At Belində Olan Adamın oğlusuz?! 

Rəis elə sadəlövcəsinə and içdi ki: 

- Vallah, hə! 

*** 


Gecə  yuxusuz qaldığından bütün  yolboyu maşında  yatdı.  Əsgər Köynəkli  Sürücü  yolun 

belini  qırmaq  üçün  söhbətdən  ötrü  ölsə  də  onu  oyatmağa  qıymadı.  Nəhayət,  mənzil  başına 

çatdılar, burdan o yana yol yox idi, burdan o yana yolun belini həqiqətən qırmışdılar... 

Əsgər Köynəkli Sürücü onu oyatmağa məcbur oldu: 

- Əmi, ay əmi! 

- Deyəsən bərk yatmışdım. 

-  Hə,  elə  şirin  yatmışdız,  oyatmağa  ürəyim  gəlmədi.  Yol  qurtarmasaydı  heç 

oyatmayacaqdım. 

Maşından düşdülər. 

- Yaxşı, dostum, sən burdan qayıt. 

- Bəs sən? 

- Mən burda qalacam, hələ işim var. 

- Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda, yaxındadı, Çadır Şəhərində. 

- Yox, sağ ol. Onsuz da bu gün sənə çox əziyyət verdim,- dedi Komandir və əlini cibinə 

salıb pul çıxartdı, - Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür. 

-  Nə  danışırsan,  əmi,  pul  nədi?!  Sən  içəridə  olanda  şöbənin  qabağında  polislər  səndən 

danışırdılar. Mən də sənin adını eşitmişəm. Böyüklər çayxanada sənin haqqında çox danışırdılar, 

elə indi də danışırlar. Mənim atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi. 

Komandir ha fikirləşdi, belə bir adamı yadına sala bilmədi, amma bu cavanın könlünü də 

sındırmaq istəmədi: 

- Tanıyırdım. Çox qeyrətli döyüşçüydü. 

Əsgər  Köynəkli  Sürücü  elə  sevindi  ki,  Komandir  öz  şirin  yalanıyla  bu  cavanı 

sevindirməyindən çox xoş oldu. 

- Əmi, mənim atam doğrudan özünü tankın altına atıb? 

- Hə, oğul. 

- Deyirdilər inanmırdım, indi inandım. 

Əsgər Köynəkli Sürücü o qədər xoşbəxt oldu ki - atası özünü tankın altına atmışdı. 

- Nə deyirsən, əmi, gözləyim gedək bizə? 

- Yox, sən get. 

Əsgər Köynəkli Sürücü bir kağıza telefon nömrəsi yazıb verdi Komandirə: 

-  Əmi,  bu  mənim  telefonumdu.  Nə  vaxt  maşın  lazım  olsa,  zəng  elə.  Atamın  adı  haqqı, 

pul-zad lazım deyil. 

- Zəng eləyərəm. 

Əsgər Köynəkli Sürücü Komandiri atasını bağrına basırmış kimi bağrına basdı, öpdü və 

sağollaşıb getdi. 

Dünyanın  Ən  Varlı  Şəhərinin  beş  addımlığında  yolun  ortasına  dərin  bir  xəndək 

atmışdılar. Əgər bu xəndək son idisə - bəs niyə xəndəkdən o üzdə qoyun otaranlar, yer əkənlər, 

ot daşıyanlar heç nə olmamış kimi öz işindəydilər. 

Və bir zamanlar dünyanın ən işlək yolunun xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa 

şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə 

düşməmişdi. Neçə iliydi bu şəhərin bir əl məsafəsindəki alaçıqlarda, kərpic daxmalarda vaxtilə 

paytaxtlarına  bayraq  sancdıqları  nemeslərdən  yardım  gözləyə-gözləyə,  axşamlar  da 

televizorlarda Rodrigesin qayınanasının iztirablarını özlərinə dərd edə-edə, arada da bir qoyun əti 



Lit.az 

 

 



72 

yeyə-yeyə  yaşamağa  alışmışdılar.  Və  bu  alışqanlıq  onları  elə  mütiləşdirmişdi  ki,  ağıllarına 

gəlmirdi  ki,  bir  səhər  yerlərindən  qalxıb  heç  əl-üzlərini  yumadan  bu  xəndəyi  atlayıb  əl  boyda 

məsafəni keçə bilərlər, ev-eşiklərinə, qəbristanlıqlarına gedə bilərlər. 

Vaxtilə  əliyalın  ölümə  gedən  oğulların  hamısı  qırılıb  qurtarıbmı?!  Atalar  day  Drakon 

əkmirlərmi?! Analar day Pələng doğmurlarmı?! 

Atlanıb  xəndəyi  keçdi.  Ot  basmış  yolla  üz  tutdu  Dünyanın  Ən  Varlı  Şəhərinə.  Əlini-

qolunu sallayıb gedirdi. 

Bir az aralıda qoyun-quzu otaran 13-14 yaşlı bir uşaq onu səslədi: 

- Əmi, ay əmi! 

- ... 

- Əmi! Ay əmi! Əmi! 



Dayandı: 

- Nədi, ay oğul? 

- Əmi, o tərəfə getmə! 

- Niyə, oğul? 

- Oralar ermənilərindi! 

Oralar  ermənilərindi!  Oralar  ermənilərindi!  Söz  onu  qəfil  it  kimi  tutdu.  Bu  uşağa  evdə 

böyükləri  deyiblər  ki,  oralara  getmə,  oralar  ermənilərindi.  Və  uşaq  da  elə  bilir  ki,  oralar 

doğrudan da ermənilərindi. 

- Qorxma, oğul! 

- Getmə, əmi. Srağagün orda bir əsgərimizi vurdular. 

- Başa düşdüm, oğul. 

Yenə  əlini-qolunu  sallayıb  düzəldi  yola.  Qarşısına  bir  xəndək  də  çıxdı.  Gördü  ki,  bu 

xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi 

istəsə  də  ayaqları  getmir.  Özünü  bu  qədər  alçalmış  və  təhqir  olunmuş  hiss  etməmişdi.  Özü 

özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə. 

İnsanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl 

boyda  məsafəsində  dayanmışdı.  Bu  şəhərin  minlərlə  şəhidindən  -  ölüb  canlarını  qurban 

verdikləri  şəhərin  öldüyündən  xəbərsiz  xoşbəxtlərdən  biri  ola  bilməməsi  onu  yandırdı.  Tanrı 

hansı  günahına görəsə bu xoşbəxtliyi  də ona çox görmüşdü.  İndi  o qədər aciz idi ki,  əl  uzatsa 

çatacaq  şəhərə  Çadır  şəhərlərində  yaşayanlar  kimi  əl  uzatmağa  qüdrəti  çatmırdı.  Elə  beləcə 

əzizinin cəsədi ortalıqda qalıb qurd-quşun yeminə çevrilən adamlar kimi əl uzatsa çatacaq şəhərə 

xeyli tamaşa etdi. 

Etdi, etdi... 

Döndü Bayata, Azər Hüseynin kababxanasına. 

Adamlar  əl  uzatsalar  çatacaq  şəhərin  əl  boyda  məsafəsində  heç  nə  olmamış  kimi  öz 

keflərindəydilər, yeyib-içirdilər. Hardansa başlarında ikibaşlıq papaq gəzdirən aşıqlar da tökülüb 

gəlmişdilər, hər süfrənin başında biri oxuyurdu. 

- Bəlkə bu yerlərə bir də gəlmədim... 

- Meşəbəyi, meşəbəyi, meşəbəyi... 

- Çal oynasın Əjdər əmi... 

- Ağdam bir gözümdü, Bərdə bir gözüm... 

Biri  Məmməd  Arazdan,  biri  Hüseyn  Arifdən,  biri  Dədə  Şəmşirdən  oxuyan  aşıqların 

dediyi  sözlər  heç  kimin  tükünü  də  ürpətmirdi,  çünki  qulaq  asmırdılar.  Hərdən  səndərləyə-

səndərləyə “Bəlkə bu yerlərə bir də gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər isə 

aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər: 

- Ə, o Meşəbəyini bir də oxu. Can, Meşəbəyi, can xala... 

Bir də bu yerlərə gələ biləcəyinə inanmayan şairdən, Meşəbəyinin göz vurduğu xaladan, 

bir  gözü  Ağdam,  bir  gözü  Bərdə  olan  boşboğazdan  uzaq  olmaq  üçün  kababxananın  lap 

aşağısındakı çinarın altında dayanıb xörəkpaylayanı çağırdı: 

- Oğul, ordan bir stol tap gətir. 




 

73 


Dərhal stol-stul gətirdilər, stolun üstünə səliqəylə süfrə saldılar. 

- Nə yeyəcəksiz? 

- Hələ bir stəkan çay gətir. 

Onun çaydan başqa heç nə sifariş verməməsindən Xörəkpaylayan bərk dilxor oldu, amma 

diqqətlə ona baxdı. 

O isə bu baxışlardan xoşlanmadı: 

- Nədi ay oğul, xoşuna gəlmədim? 

- Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım. 

- Hər kimə oxşadırsansa səhv eləyirsən. 

- Bağışlayın. 

- Bağışladım. 

Xörəkpaylayan  getdi,  tez  də  qayıtdı,  stolun  üstünə  çay  qoydu,  mürəbbə  qoydu,  limon 

qoydu və yenə ehtiyatla dedi: 

- Dayı, inciməsən bir söz soruşardım. 

- Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul ol. 

Aşıqlar özlərini öldürürdülər: 

- Bəlkə bu yerlərə bir də gəlmədim... 

- Ağdam bir gözümdü, Bərdə bir gözüm... 

- Qarabağ, can Qarabağ... 

 

Sağlıq deyənlər özlərini öldürürdülər: 



- Gün o gün olsun Şuşada, Cıdır düzündə yeyib-içək... 

- Yaxşı dostların sağlığına... 

Bir nəfər aşığa ən çox pul verəni duz kimi yalayırdı: 

- Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan yoxdu... 

O da xoşhallanır, forsla o biri stollara baxırdı. 

Komandir gördü özünü çox pis  hiss edir, çayı  itələdi bir kənara, qalxdı  ayağa və  yendi 

kababxananın  altındakı  kəhrizə.  Çəkib  torpağın  ciyərini  çıxaran  artezian  quyuları  bütün 

kəhrizləri  qurutsa  da  Həmidə  xanımın  vurdurduğu  bu  kəhrizi  quruda  bilməmişdi.  İmkanlı 

adamlar artezian quyularının quruda bilmədiyi bu kəhrizdən su daşıtdırırdılar. 

Əvvəl-əvvəl  ağzını  kəhrizin  gözünə  dayayıb  neçə  il  həsrətini  çəkdiyi,  az  qala  dadını 

unutmaqda  olduğu  bal  kimi  sudan  içdi.  Sonra  əl-üzünü  möhkəm-möhkəm  yudu,  amma  bu  o 

qədər də ləzzət eləmədi. Soyunub girdi kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini 

yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi... 

...  Tez-tez  qaçıb  gəlirdilər  bura.  Bu  göz  yaşı  kimi  təmiz,  bu  bumbuz  suda  çimişməkdən 

doymazdılar.  Onda  onların  özləri  də  göz  yaşı  kimiydilər,  amma  bumbuz  deyildilər,  od-

alovuydular,  təzə-təzə  qızların  ürəklərini  yandırıb-yaxan  vaxtlarıydı.  Kəhrizin  dərinliklərinə 

üzməkdən xüsusi ləzzət alardılar. Dərinliyə üzdükcə su daha şirinləşər, daha durular və bir az da 

buzlaşardı.  Və  kəhrizin  dərinlikləri  göyərçin  yuvalarıyla  dolu  olardı,  əlini  at,  tut.  Amma  bu 

göyərçinlərə toxunmazdılar, nənələri həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar. 

Ən  çox  sevdikləri  isə  kəhrizdəki  balaca,  pırıl-pırıl  balıqları  əllə  tutmaq  idi.  Bəzən  bu 

balıqları  tutmaq  üçün  saatlarla  yarışırdılar.  Amma  heç  biri  bu  yarışda  qalib  gələ  bilmirdi.  O, 

uduzmağı  sevməsə  də  və  heç  vaxt  uduzmasa  da  bu  pırıl-pırıl  balıqlara  həmişə  uduzurdu. 

Kinolarda  qartalların  şığıyıb  özlərini  suya  çırparaq  balıq  çalmalarını  çox  görmüşdü.  O  da  çox 

istəyirdi  qartal  kimi  şığıyıb  özünü  çırpsın  suya  və  heç  olmazsa  bircə  dəfə  bu  pırıl-pırıl 

balıqlardan  bircəciyini  çalsın.  Amma  çala  bilmirdi.  Bu  kəhrizdə  çimə-çimə,  balıqlara  uduza-

uduza böyüdülər... 

... Gözlərini yummuşdu, onunla bu kəhrizdə çimə-çimə, pırıl-pırıl balıqlara uduza-uduza 

böyüyən dostlarını xatırlayırdı. Hamısı müharibədə qırılmışdı, tək ondan başqa. Sonra Drakonu 

gördü,  Pələngi  gördü,  Gülablı  yolunda  bağırsaqları  ağacın  budağına  dolaşmış  və  hələ  nə  baş 

verdiyini anlamadan bağıran adamı gördü, od tutub  yanan şəhəri gördü  - gözünü açdı,  hər şey 




Lit.az 

 

 



74 

yox  oldu,  bir  kəhrizin  suyuydu,  bir  özüydü,  bir  də  yanında  qorxusuz-ürküsüz  üzüşən  balaca, 

pırıl-pırıl balıqlar... 

...  Göy  üzü  göy  üzütək  təmiz,  dünya  yamyaşıl,  hardasa  quzu  otaran  bir  uşaq  Qədir 

Rüstəmovu yamsılayırdı: 

- Qoyubdur intizarında, neyçün gəlməz, neyçün gəlməz... 

Səsi aləmi götürmüşdü başına. Onlar da yamyaşıl dünyada, göy üzütək təmiz göy üzünün 

altında, quzu otaran uşağın şipşirin səsinin içində balaca, pırıl-pırıl balıqları tutmaq üçün özlərini 

öldürürdülər... 

... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca, pırıl-pırıl balıqlardan birini tutsun, tutdu 

da. Balıq əlinin içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq yox, ürək idi. Çəkib 

sudan çıxarmaq istədi, nə illah elədi bu balaca, bu pırıl-pırıl balığa gücü çatmadı. Balıq kəhrizin 

dərinliyinə  doğru  üzməyə  başladı,  balıq  üzürdü  və  onu  da  özüylə  çəkib  aparırdı.  Balıq  onu 

dərinliyə çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da soyuyurdu. Neçə iliydi bu şirinliyin, 

bu  duruluğun  həsrətini  çəkdiyindən  indi  ləzzətlə  balığın  arxasınca  üzürdü.  Və  heç  fərqində  də 

deyildi ki, bu balaca, bu pırıl-pırıl balıq necə onu öz arxasınca dartıb aparır. 

Birdən hiss elədi ki, böyür-başında da kimlərsə üzür, çevrildi - Drakonu gördü, bir balaca, 

pırıl-pırıl balıq da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-pırıl balıq da onu ardınca 

aparırdı. Batalyonun bütün uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları balıqlar da 

onları öz arxalarınca dartıb aparırdılar. 

Hamısının üz-gözündə sevinc vardı, hamısı arzusuna çatmışdı - hamısı balıq tutmuşdu. 

Və Komandir də, uşaqlar da bir səs eşidirdilər... Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan 

Qədir Rüstəmovun səsi gəlirdi: 

- Bu dərənin uzunu, Tanrı qaytar... 

Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı! 

... Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnədisə və göylər necə şaqqıldadısa çöllər 

diksindi,  ağaclar  diksindi,  çaylar  diksindi,  dağlar  diksindi.  Şimşəklər  göy  üzünü  parça-parça 

elədilər. Və göy üzündən də  yuxarıdan necə bir  Dolu başladısa... camaat dik  atıldı və sevinclə 

özünü atdı bayıra... 

1988-2007 



Dünyanın Ən Varlı Şəhəri.  

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə