Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

 

-Böyüksən, qardaşımsan, cavab qaytarmıram, yoxsa... 



Uşaqlar At Belində Olan Adamı unudub girdilər onların arasın: 

- Ə, yekə kişisiz,bir oğraşa görə dalaşıb camaatı üstümüzə güldürməyin! 

Drakonun başı çönmüşdü, heç nə eşitmək istəmirdi: 

- Yaxın duranın anasını ağladaram!- dedi və Pələngi boğazladı, - Yoxsa, nə... 

Boğazını Drakonun möhkəm əllərindən qurtarmağa çalışan Pələng day dözmədi: 

- Yoxsa mən sənin şalvarını... 

- Ə, mənim?! 

Drakon Pələngin boğazını buraxdı, istədi onu vura, amma Pələng ondan cəld tərpəndi. Və 

Drakon  həyatında  ilk  dəfə  birinci  vuruldu.  Gözlənilməz  zərbədən  özünü  itirdi,  bir  anlıq  əli  ilə 

üzünü tutub başını silkələdi və canavar ovunun üstünə atılan kimi atıldı Pələngin üstünə. 

Bir  az  əvvəl  az  qala  şalvarsız  qalacaq  At  Belində  Olan  Adam  artıq  özünə  gəlmişdi  və 

istehza  ilə  hər  gün  səngərdə  kürək-kürəyə  yatan  bu  oğulların  onun  üstündə  bir-birlərini  necə 

vəhşicəsinə yumruqlamalarına tamaşa edirdi. 

Bütün  söyüşlərə  baxmayaraq,  uşaqlar  yenidən  onları  aralamağa  çalışdılar  və  Drakonun 

yenidən yeddimərtəbəli söyüşlərini eşitdilər, kimsə dedi: 

 - Ə, buraxın qırsınlar bir-birlərini. 

Üz-gözləri  al  qanın  içindəydi,  heç  kim  can  vermək  istəmirdi,  amma  Drakon  Pələngi 

üstələmişdi. 

Bu vaxt batalyonun həyətinə bir “UAZ” girdi, gəlib saxladı mərəkənin yanında. Bir nəfər 

cəld maşından düşdü və düşən kimi də bağırdı: 

- Ə, nə durub baxırsınız?! Aralayın! 

- Komandir! Aralayana ana-bacı söyüşü söyüblər. 

- Aralayın, dedim sizə!- dedi Komandir və özü girdi savaşanların arasına. 

Komandirin özünün araya girdiyini görən uşaqlar da tökülüb onları birtəhər ayıra bildilər. 

Amma  aralanan  kimi  də  hər  ikisi  özünü  atdı  silahlarının  üstünə  və  qaldırdılar  bir-birlərinə. 

Komandir girdi ikisinin də arasına: 

- Salın silahları, axmaqlar! Salın, dedim! 

Drakon: 


- Çəkil, Komandir! Bu küçüyü deşik-deşik edəcəm. 

Pələng bağırdı: 

- Küçüyün səsi gəlir! 

Komandir yapışdı hər ikisinin silahının lüləsindən, dirədi öz böyrünə: 

- Onda mənə atın! Atın dana, it uşağı! Atın ürəyiniz soyusun! Niyə atmırsız?! 

Drakon: 


- Çəkil, Komandir, vallah, ataram! 

- At dana, nə durmusan?! At, qoy ermənilər bayram eləsin! 

Drakon silahı saldı aşağı və hayqırdı: 

- Pələng, ananı ağlar qoymasam qəhbənin oğluyam. 

Pələng: 

- Baxarıq, kimin anası ağlar qalacaq. Sonacan getməyən elə qəhbənin oğludu. 

Komandir: 

- Kəsin səsinizi! - sonra uşaqlara əmr elədi;- Alın bunların silahlarını! 

Heç  kim  bu  əmri  yerinə  yetirməyə  ürək  eləmədi,  Drakonun  canını  almaq  olardı,  amma 

silahını yox. O boyda Sovet hökumətinin asıb-kəsən vaxtı Drakon bu şəhərdə açıq-açığına silahla 

gəzmişdi, heç kəs də ona gözün üstə qaşın var deyə bilməmişdi. 

Komandir: 

- Əmr eləyirəm! 

 Pələng  könülsüz-könülsüz  əmrə  tabe  oldu  və  silahı  özü  verdi,  amma  Drakon  üç-dörd 

addım geri çəkildi: 

 - Mənim silahımı alan oğlan hələ anasından doğulmayıb! Yaxın gələnə ataram! 




Lit.az 

 

 



- Ver silahı, dedim! 

- Komandir, bu avtomatı mənə sən verməmisən, sən də alasan! Mən bunu maşınımı satıb 

gedib Tiflisdən almışam. 

Komandir əmri yerinə yetirməkdən çəkinən uşaqlara yenidən əmr elədi: 

- Alın silahını! 

Uşaqlar irəli yeridilər, Drakon bir-iki addım da geri çəkildi və ağzı köpüklənə-köpüklənə 

dedi: 


- Yaxın gələnin... 

Komandir: 

- Sən Qur’ana and içmisən! 

Drakon hər an sıçramağa hazır olan bir əfi ilan kimi quyruğunun üstündə durmuşdu: 

- Mən torpağı qorumağa and içmişəm, avtomatı sənə verməyə yox! 

At  Belində  Olan  Adamın  bədəninə  bayaq  batırılmış  min-bir  tikan  yavaş-yavaş 

çıxmaqdaydı, bundan ləzzət alırdı və ürəyində deyirdi: “Di, qırın bir-birinizi köpəyuşağı”. 

Komandir daha da sərtləşdi: 

- Həbs eləyin bunu! 

Drakon: 


- Məni? Qıraram hamınızı!- dedi və üz tutdu darvazaya tərəf. - Tüpürüm hamınıza! Mən 

getdim! Pələng, sən yoxsan! Sən ölüsən! 

Batalyonun ağsaqqallarından biri: 

- Komandir, qoy getsin. Bir azdan hirsi soyuyar. Onu da başa düşmək lazımdı. Gözünün 

qabağında o boyda qardaşını vurublar. 

Bir xeyli uşaq da Drakonun ardınca getdi, bunlar onun xətrinə batalyona gələn döyüşçülər 

idi. Bunu görən Drakon geri çevrildi və qəzəblə bağırdı: 

- Siz hara,ə! Küçüklər! Qayıdın geri! 

Drakon getdi, darvazadan çıxanda da havaya bir qatar güllə buraxdı. 

Komandir  hirsindən  yaşarmış  gözlərini  sildi.  Nəfəsi  çatmırdı,  təngənəfəs  olmuşdu.  Son 

zamanlar hər dəfə əsəbləşəndə belə olurdu. Bir xeyli öskürdü, sanki nəfəs yollarını açırdı, bir az 

sakitləşdi, sonra Pələngdən soruşdu: 

- Nə üstə boğuşurdunuz? 

Pələng  başı  ilə  At  Belində  Olan  Adamı  göstərdi  və  Komandir  onu  indi  gördü, 

ətrafdakılardan soruşdu: 

- Bu burda nə gəzir? 

Uşaqlar: 

-  Drakon  dedi  ki,  gedin  basın  baqaja  gətirin.  Biz  də  gətirdik.  Amma  yazığımız  gəldi 

baqaja basmadıq. 

- Nədən ötrü? 

Pələng: 

- Şalvarını çıxartdırmaq istəyirdi, mən də qoymadım. 

Komandir qulaqlarına inanmadı. Drakonun ilan kimi xəzinəsinin üstündə qıvrılıb  yatan, 

ev-eşiyi dağılanlara əl uzatmayan vəzifəli adamlardan xoşlanmadığını, tez-tez onları sancdığını, 

hətta bəzilərinə lifçik də göndərdiyini bilirdi. Və onu da bilirdi ki, bu vəzifəli adamların bəziləri 

batalyonlara  könüllü  kömək  eləsələr  də,  bəziləri  bunu  Drakonun  qorxusundan  edir.  Amma 

Komandir  onu  da  bilmirdi  ki,  mindiyi  UAZ-ı  kolxoz  sədri  ona  öz  xoşu  ilə  bağışlamayıb, 

Drakonun  qorxusundan  gətirib  vermişdi.  Belə  şeylərin  üstə  bir  neçə  dəfə  Drakonu  bərk 

danlamışdı. Demişdi ki, heç kimi məcbur eləmək lazım deyil, camaat bizə pis baxır. 

Drakonun da cavabı həmişə belə olmuşdu: 

-  Komandir,  bu  pulları  özləri  kəsməyib  ha!  Bu  camaatdan  qazanıblar!  Vuruşmağa 

qeyrətləri çatmır, qoy heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər. 

Drakondan belə şeylər gözləmək olardı, kimisə döyə bilərdi, kimisə cəzalandıra, kimisə 

maşının baqajına da basa bilərdi, uf demədən kimisə öldürmək də onun əlində su içmək kimi bir 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə