Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 

15 


At  Belində  Olan  Adam  kabinetinə  girən  kimi  gördü  Katibin  telefonu  yaxasını  cırır, 

yüyürüb dəstəyi qaldırdı: 

- Eşidirəm, yoldaş Katib! 

- O nədi, ə?! Eşitdim cəbhəçilər şalvarını çıxarırmış... 

- Yoldaş Katib... 

- Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min manat puldu, ə?! Camaat canını qoyur. 

Gəlib bu şəhərdən milyonlar qazanmısan, indi o milyonlardan bu camaata beş manat xərcləməyə 

canın çıxır. O qurumsaq Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan. 

- Yoldaş Katib, vallah... 

-  Sözümü  kəsmə.  Deyəsən  qulağına  səs  dəyib,  mən  hələ  bu  rayonun  katibiyəm.  Hah 

eləyib məni çıxardanacan səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min pul götür 

get  Gəncəyə,  o  Şerbak  oğraşdı,  nədi,  onun  adamlarına  ver,  özüylə  danışmışam,  şey-şüy 

verəcəklər,  gətir  payla  batalyonlara.  O  goreşən  buxalterin  var  ey,  ona  da  tapşır  aparsın  hər 

batalyona on-on beş min pul versin. Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub. 

- Baş üstə, yoldaş Katib! Baş üstə... 

Katib dəstəyi asmışdı. 

Düşdü  kresloya,  elə  bil  üstündən  tank  keçmişdi,  əzik-əzik  olmuşdu,  bütün  bədəni 

ağrıyırdı.  İnkir-minkirin  dəyənəyini  sağlığında  dadmışdı,  gedib  o  dünyada  cəhənnəmi  görüb 

gəlmişdi.  Düzdür,  Drakonun  uşaqları  ondan  əvvəl  də  at  belində  olan  adamları  çarmıxa 

çəkmişdilər, amma day belə təhqir eləməmişdilər. Bu təhqiri yemək mümkün deyildi. Necə olur-

olsun  ya  qisas  almalıydı,  ya  da  baş  götürüb  bu  şəhərdən  getməliydi.  Amma  baş  götürüb  bu 

şəhərdən getmək də məsələni çürütmürdü. Qisasını almasa bir kişi kimi ömrünün sonunadək bu 

dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu. 

Uşaq bir-iki dəfə atasına demişdi: 

-  Ata,  ayıbıma  gəlir,  istəyirəm  nazirin  adına  bir  raport  yazıb  iş  yerimi  dəyişib  gəlim 

sizdəki milis batalyonuna. 

O da bərk hirslənmişdi: 

- Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi! 

İndi  uşaq  xəbər  tutanadək  bu  məsələni  yoluna  qoymalıydı.  Yoxsa  oğlu  atasının  belə 

alçaldılmasına dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama lap baha başa gələrdi. 

Fikirləşə də bilmirdi, başı şişmişdi. Qalxdı soyuducudan bir araq çıxartdı, nə illah elədi 

butulkanın ağzını aça bilmədi, baş barmağını zədələdi və hirsindən butulkanı çırpdı yerə, qayıdıb 

yayxandı kresloya, düyməni basıb Baş Mühasibi çağırdı. 

Baş Mühasib ayaq altındakı butulka qırıqlarına təəccüblə baxıb soruşdu: 

- Müdir, nə olub? 

- Canına azar olub. Ordan bir araq çıxart. 

Baş  mühasib  soyuducudan  bir  araq  çıxartdı,  səliqəylə  ağzını  açdı  və  stolun  üstündəki 

stəkanlardan birinə süzüb qoydu onun qarşısına: 

- Evdən yaxşı kotlet gətirmişəm. 

- Heç nə lazım deyil. - dedi və stəkanı götürüb çəkdi başına, bir siqaret çıxartdı. Qoymadı 

Baş  Mühasib  yandırsın,  özü  yandırdı.  -  Bura  bax,  ordan  yüz  min  pul  gətir.  Öyrən  gör  bu 

xarabada neçə könüllü batalyon var. Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o 

cəbhəçi oğlan var ey, adını bilmirəm. Dədəsi də bizdə işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən 

bilən o siznən qonşudu... 

- Bəli. 

- Xətrini-zadı istəyir, ya yox? 

- İstəyir.Cəbhəçi olduğuna baxma, pis uşaq deyil. Nə lazımdı ki? 

-  Gecə  gələcəm  sizə,  onu  çağırarsan.  Bir  balaca  söhbətim  var.  Amma  onların 

batalyonlarına pul  aparma. Dilxorçuluq  edərlər. Sonra özüm bir şey göndərərəm. Di get işlərlə 

məşğul ol. 

Baş mühasib çıxdı. 



Lit.az 

 

 



16 

At Belində Olan Adam bir yüz də süzüb çəkdi başına və dedi: 

- Eybi yox, sən Drakon ol, mən də mən! 

*** 


Komandir bölük  başçılarını  yığıb bütün  göstərişlərini verəndən sonra postları  yoxlamaq 

üçün qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında. 

- Bir şey yığa bildin? 

- Üzüyü də hesablasaq yeddi yüz manat. 

- Get Rəisin yanına, denən mən göndərmişəm, qalanın da ondan al, qoy üstünə, göndərin 

getsin. 


- Komandir... 

- Pələng, pulu göndər, get yat. Sabah danışarıq. 

- Oldu, Komandir! 

*** 


Pələng evə girəndə onun əzilmiş sir-sifətini görən anası çaşdı. 

Hər səhər döyüşə yolladığın övladı evə dönənədək ürəyi səksəkədə yol gözləmək əvvəllər 

çox  ağır  idi.  Uşaqlar  salamat  qayıdanadək  bağır-övkələri  ağızlarına  gəlirdi,  gedib  o  dünyanı 

görüb  qayıdırdılar.  Gün  ərzində  o  qədər  nəzir-niyaz  deyirdilər  ki,  ev-eşiklərini  satsalar  da 

Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu adiləşdi və analar Doluya öyrəşdikləri 

kimi buna da öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını səhər-səhər güllə ağzına 

deyil,  keçmişdə  olduğu  kimi  işə  göndərirdilər.  Üzlərini  də  məcbur  qırxdırırdılar  ki,  belə  əsgər 

olmaz. 


Bu şəhərdə hər şey adiləşmişdi, hətta ölüm də. Ölüm bir olardı, beş olardı, yüz olardı... 

Məsciddə  tabut  düzəltməyə  taxta  çatmırdı.  Çoxdanıydı  dəm-dəsgahlı  -  bəli-bəli,  Dünyanın  Ən 

Varlı  Şəhərinin  yas  mərasimləri  də  dəm-dəsgahlı  keçirilirdi  -  yas  mərasimləri  də  yox  idi. 

Ölənləri  məsciddə  yuduzdurub,  bəzən  heç  yuduzdurmaq  da  mümkün  olmurdu,  elə  paltarlı-

paltarlı  kəfənləyirdilər,  ordan  birbaşa  aparırdılar  şəhid  qəbristanlıqlarından  birinə,  dəfn  eləyib 

qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx - bircə günlük qurulmuş mağarda bir stəkan çay 

içib  ölü  sahibinə,  ölənin  silah  dostlarına  başsağlığı  verib  dağılırdılar.  Nə  ehsan  verməyə  vaxt 

vardı, nə də mağarda oturub mollaya qulaq asmağa. Çox vaxt heç molla da çatışmırdı. Bu şəhər 

də məhvərindən çıxmış dünya kimi öz məhvərindən çıxmışdı. 

Və mollası çatışmayan bu şəhərdə hər gün səhər-səhər güllə ağzına işə göndərdiyi oğlunu 

bu sir-sifətdə görən ana hürkümüş halda soruşdu: 

- Buy! Allah məni öldürsün, bu nə sir-sifətdi, ay bala? 

- Maşından yıxılmışam. 

- Qoy yaralarına dərman sürtüm. 

- Lazım deyil, boş şeydi. 

- Çörək gətirimmi? 

-  Yemirəm,  it  kimi  yorulmuşam.  Qoy  bir  az  yatım,  bir-iki  saatdan  sonra  oyadarsan 

yeyərəm. 

- Onda bir stəkan çay iç, sonra yat,- dedi anası və gedib çay gətirdi; - Deyirlər Musanın 

anasının ayaqlarını kəsiblər, düzdü? 

- Hə, düzdü. 

- Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı evsiz-eşiksiz qaldı. Evin dağılsın, ay 

camaatı bu günə salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi? 

Hər  axşam  evə  gələndə  anası  sualı  sualın  dalına  calayırdı.  Və  elə  suallar  verirdi  ki,  bu 

sualların  cavabını  heç  ölkənin  başçısı  da  bilmirdi.  Reyqandan  başlayıb  gedib  çıxırdı  Turqut 

Özala, Mütəllibovdan başlayıb Elçibəydə qurtarırdı. Lap axırda da kirvələri Vartanın ölənlərinin 

goruna söyürdü, görüm bu evdə yediyin çörək burnundan gəlsin. 

- Bala, bəs bu türklər niyə gəlmirlər? 

- Gəliblər, ay ana, gəliblər! 

- Allah, sənə şükür. Bəs qurban olduqlarım hardadı? 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə