Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 

17 


- Bakıda dönərxana tikirlər. 

- Dönərxana nədi, a bala? 

- Dönərxana?! Avtomat zavodu. 

- Ayaqlarının altında ölüm! Onlar olmasa, ermənilər çoxdan bizi qırıb qurtarmışdı. 

- Mütəllibovnan Elçibəy yenə yola getmir? 

- Getmirlər, ay ana, getmirlər. Mütəllibov uruslara işləyir. 

- Etibarı buraxdılar? 

- Çoxdan buraxıblar. 

- Xəlil Rzanı da? 

- Onu da buraxıblar. 

- Allaha şükür. Camaat danışır ki, bizim katibi çıxarırlar, düzdü? 

- Camaatdı da, danışır. 

- ... 

- ... 


Yenə suallar başlamışdı. 

- Axı demədin Qarağacıya qrad düşüb, ya yox? 

Son  günlər  Dolu  dalbadal  bir  neçə  dəfə  Qarağacını  döymüşdü,  xeyli  qəbir  dağılmışdı. 

Tərs kimi də Dolulardan biri də gəlib düz atasının qəbrinə düşmüşdü. Uşaqlarla gedib qəbirləri 

birtəhər abıra salmışdılar. 

- Düşüb. 

Anası əllərini dizinə vurub, oturdu çarpayıda: 

- Qancıq uşağı, qancıq. Ölüləri də rahat buraxmırlar. Harasına düşüb? 

- Qorxma, kənara düşüb. 

- Kişinin qəbri salamatdı? 

- Salamatdı. 

Anası yalvardı: 

- Sənə qurban olum, sabah məni apar qəbir üstünə. 

- Rəhmətliyin qızı, indi qəbirüstü vaxtıdı?! Deyirəm yorulmuşam, qoy yatım. 

Anası yenə əl çəkmədi. 

- Görən bu gecə qrad atacaqlar? 

- Sənə dedim get kəndə də. 

- Sizi bu odun-alovun içində qoyub nə təhər gedim, a bala? 

- Onda nəyinə lazım, atacaqlar, ya yox? 

Özünü  atdı  çarpayıya,  heç  paltarını  da  çıxarmadı,  əynini  çox  az  hallarda  soyunurdu, 

bilmək  olmurdu  gecə  nə  baş  verəcək.  Özü  demiş,  it  kimi  yorulduğundan  yatağa  da  daş  təki 

düşdü. 


Anası  xeyli  oğluna  tamaşa  elədi,  oğlunun  böyüdüyünü  görüb  ürəyi  atlandı,  əlini  atıb 

uşağın yanını qaşıdı: 

- Maşallah! Kişi olub, saqqalı çıxır! 

*** 


Drakon  özünə  gələ  bilmirdi.  Pələng  yumruğu  onun  üzünə  vurmamışdı,  düz  ürəyinin 

başına  vurmuşdu,  özü  də  bıçaq  kimi.  Əlinin  altında  böyüyən  bir  uşaq  -  özünü  güllə  qabağına 

verib  odun-alovun  içindən  salamat  çıxartdığı,  şəhid  qardaşının  yerində  bildiyi  bir  uşaq  -  ona, 

Drakona,  əl  qaldırmışdı!  Özü  də  millətin  gözünün  qabağında!  Dəfələrlə  erməni  gülləsindən 

qoruduğunu  indi  özü  məmnuniyyətlə  güllələmək  istəyirdi,  güllələyəcəkdi  də  -  söz  ağzından 

çıxmışdı. 

Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə tanıyırdılar - kimini vəzifəsinə, kimini 

puluna, kimini nəslinə-nəcabətinə - onu da Sözünə görə. Hərə bir şeyin ağasıydı, o da Sözünün. 

Kim nəyin ağasıydı, xeyirin görmüşdü. Amma o, ağası olduğu Sözə görə gedib Maqadanda ağ 

ayıları görüb gəlmişdi. Və o Maqadanda da söz sahiblərinin içində Söz sahibi olmuşdu. 




Lit.az 

 

 



18 

Hər  yerdə  olduğu  kimi  Dünyanın  Ən  Varlı  Şəhərinin  də  katibi,  ispalkomu,  prokuroru, 

rəisi vardı. Amma başqa şəhərlərdən fərqli olaraq bu şəhərin dövlət tərəfindən təyin olunmayan, 

lakin  hamı  üçün  qəbul  olunan  öz  katibi,  ispalkomu,  prokuroru,  rəisi  vardı.  Dövlət  tərəfindən 

təyin  olunanlar  təyin  olunmayanlarla  hesablaşırdılar.  Bura  gələn  vəzifəlilər  Sovet  qanunları  ilə 

deyil,  bu  şəhərin  qanunları  ilə  yaşamalıydılar.  Bu  şəhərin  qanunları  ilə  yaşamaq  istəməyənlər, 

sinəsinə  döyüb  “bu  şəhərdə  qayda-qanun  yaradacam”  deyənlər  də  olmuşdu.  Amma  belələri 

günlərin  birində  ya  kabinetində  ağzından  vurulmuşdu,  ya  camaatın  gur  yerində  mal  kimi 

döyülmüşdü, ya da evi yandırılmışdı. 

Ümumiyyətlə, bu şəhərdə Sovet hökuməti yox idi. Və yetmiş ili idi qura da bilmirdilər. 

Hələ  otuzuncu  illərdə  bu  şəhərdə  Sovet  hökuməti  qurmaq  istəyən  məşhur  bir  inqilabçını 

kabinetində  asmışdılar.  Üstündən  otuz  il  keçəndən  sonra  atasının  intiqamını  almaq  eşqiylə  bu 

şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay keçməmiş Qarqardan tapmışdılar. 

Bu  şəhərin  öz  Fantoması  vardı,  Zorrosu,  Şakası,  Caqası,  Ştirlitsi  də,  hələ  də  dağlarda 

yaşayan  qaçaq  nəbiləri  də.  Bu  nəbilər  hərdən  Arana  da  yenib  dostlarının  toyuna,  əzizlərinin 

yaslarına gəlirdilər. Milis də bilirdi ki, hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə 

işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki, meyidi də Qarqardan tapılsın. 

Dünyanın Ən Varlı Şəhərinə təyinat almaq üçün - “Gedib orda qayda-qanun yaradacam, 

qaçaq-qulduru əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir qaçağın evinə getmişdi. 

Oğlunun yerini deməyən anasını söyüb-döymüşdü. 

Rəisinə heç cür mane ola bilməyən müavin başını bulayıb demişdi: 

- Rəis, özüyün də evini yıxdın, bizim də. 

Rəis qəzəblə: 

- Ə, o paqonundan, tapançandan utan! Belə qorxaqsınız deyin sizi adam yerinə qoymurlar 

ey! 

-  Rəis,  qoca  arvadı  döymək  igidlik  deyil.  Sən  bu  şəhəri  yaxşı  tanımırsan,  bu  camaata 



bələd deyilsən. Bunun altından çıxa bilməyəcəyik. 

- Elə qorxursansa get raportunu yaz. 

- Raportla qurtara bilsəydik nə vardı ki! 

Səhərisi  rəisin  günortayadək  işə  çıxmadığını  görüb  evinə  gedən  işçilər  onun  meyidini 

həyətin ortasında gördülər, ağzına da yaylıq basmışdılar. 

Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən təyinatlı katibin qalstukunu təyinatsız 

katibin  göstərişi  ilə  Fazil  Müəllimin  Kinoteatrının  qabağında  qayçı  ilə  kəsib  döş  cibinə 

qoymuşdular. Və təyinatlı katib də həmin gün bu şəhərdən getmişdi və bir daha onu bu şəhərdə 

görən  olmamışdı.  Təyinatsızların  təyinatlılara  bir  sözü  vardı:  “Ya  bu  şəhərin  qanunlarıyla 

yaşayacaqsınız, ya da bu şəhərdə yaşamayacaqsınız!” 

Müharibə  başlayanda  bu  şəhərin  təyinatlıları  Xədim  ölkənin  Xədim  rəhbərinin  günahı 

ucbatından  ermənilərin  topunun-tüfənginin  qabağında  aciz  qalıb  bu  şəhəri  qoruya  bilməyəndə 

təyinatsızlar bu şəhərin ağırlığını öz üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi. 

Drakon  da  Maqadandan  dönəndən  bu  şəhərin  təyinatsız  rəisi  idi.  Sadəcə  heç  kəsdən 

çəkinmədən açıq-aşkar gəzdirdiyi  silahı  qanunsuz idi, bir də dövlətdən maaş almırdı. Təyinatlı 

rəislərdən bir fərqi də ondaydı ki, dükan-bazardan haqq almırdı, onunku böyüklər idi. 

Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq, bu şəhərdə oğurluq nadir hadisə idi. 

Təyinatlı rəislər bunu öz adlarına çıxıb yuxarıların qabağında sinələrinə döyərdilər. Amma hamı 

bilirdi ki, oğrular Drakonun qorxusundan bu şəhərə əl bulamırlar. Ən böyük davaları da Drakon 

kəsərdi. Rəisin, prokurorun yoluna qoya bilmədiyini o yoluna qoyardı. Bəzən elə olurdu rəisin, 

prokurorun da ona işi düşürdü: 

- Drakon, amandı... 

... Şəhərdə bir xəbər bomba kimi partladı  - qastrol konsertləri verən Rəşid Behbudovun 

papağını və xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-altı xidmətçisi olan Qonaq 

evindən  oğurlamışdılar.  Bütün  şəhər  ayağa  qalxmışdı.  Bakıdan  gələn  zənglər  böyüklərin 

telefonlarını bağrıcan eləmişdi. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə