AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə9/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   5   6   7   8   9   10   11   12   ...   144

 

         

Keçmiş    dünya  iqtisadiyyatı  (dünya  təsərrüfatı)  uzun  illər 

boyu  ayrı-ayrı  ölkə  və  regionların  qeyri-bərabər  inkişafı,  rəqabət 

mübarizəsinin daim kəskinləşməsi, kapitalın və elmi-texniki potensialın 

rəqabət mərkəzində cəmlənməsi, əsasən əmtəələrin ixrac edilməsi kimi 

xarakterik  cəhətləri  ilə  fərqlənmişdir.Müasir  dünya  iqtisadiyyatında 

(təsərrüfatında) xarakterik cəhətlər daha güclü və daha qlobaldır. İctimai 

istehsalın  və  kapitalın  sosiallaşdırılması,  humanistləşdirilməsi  ,  müasir 

elmi-


texniki  inqilabın  misli  görünməmiş    nailiyyətlərindən  istifadənin 

hərtərəfli genişləndirilməsi, prosesləri belə qlobal cəhətlərdəndir.İndiki 

dövrdə xarici iqtisadi əlaqələr sahələrdən, məsafədən, millətindən asılı 

olmayaraq təsərrüfatçılıqla məşğul olan müxtəlif subyektlərin arasında 

yaranan və inkişaf edən  

kontaktlara çevrilmişdir. Beynəlxalq istehsal, kapitalın beynəlxalq 

bazarı,işçi  qüvvəsinin  beynəlxalq  bazarı  kimi  xarakterik  xüsusiyyətlər 

isə  tam  gücü  ilə  formalaşmaqdadır.Müasir  dünya  iqtisadiyyatının 

fərqləndirici  cəhətləri  arasında  beynəlxalq  məlumat  fəzasının  sürətlə 

formalaşmasını xüsusi qeyd etmək lazımdır. 

 

   


 

§ 2. Dİ-nin inkişaf pillələri 

 

    


Özünün  bütün  cəhətləri  və  qarmaqarışıqlıqları  ilə  baxıldıqda 

belə  dünya  iqtisadiyyatının  formalaşmasını  bir  neçə  pillələrə  bölmək 

olar.İqtisadi  ədəbiyyatlarda  rüşeym  şəklində  olsa  da  birinci  pillə  kimi 

Roma  imperiyası  dövründə  yaranmış  dünya  təsərrüfat  sistemi 

göstərilir.Doğurdan da tarixi mənbələrin öyrənilməsi nəticəsində məlum 

olmuşdur  ki,  ilk  ümumdünya  imperiyası  olan  Roma  imperiyasında 

bütöv  bir  iqtisadi  münasibətlər  formalaşmışdı  və  xüsusi  mülkiyyətin 

toxunulmazlığı müəyyən səviyyədə təmin olunmuşdu. 

      

Sonrakı  dövrlərdə  dünya  iqtisadiyyatı  tədricən  inkişaf  etmiş, 



təkmilləşmiş  və  onun  dünyəvilik  səviyyəsi  artmışdır.Əksər 

tədqiqatçıların  fikrincə  dünya  iqtisadiyyatının  vahid  bir  tam kimi 

formalaşmağa başlanması tarixi  XX əsrin əvvəli hesab edilməlidir.Bu 

tarixin  göstərilməsinin  bir  neçə  güclü  arqumentləri  məlumdur.Faktiki 

olaraq , məhz bu dövrdə dünyanın ərazi cəhətdən bölüşdürülməsi başa 

çatmış,  istehsalın  ümumiləşdirilməsi  prosesi  dünyəvi  xarakter  almış, 

dünya  bazarı  ssuda  kapitalı  ilə  xüsusi  kapitalın  birləşməsi  nəticəsində 

daha da zənginləşmişdi. 




 

     


XX  əsrin  əvvəlinə  olan  dövrdə  dünya  təsərrüfatı  sənaye 

cəhətdən  irəliyə  çıxmış  Qərb  ölkələrindən  və  onların  əlaltılarına 

çevril

miş, ucuz aqrar-sənaye xammalına malik koloniyalardan ibarət idi. 



Ümumiyyətlə götürdükdə  

Isə  dünya  təsərrüfat  sisteminin    tədricən  formalaşması  həmişə 

dünya bazarı ilə həmahəng olmuşdur.Dünya bazarının meydana gəlməsi 

XV-


XVII  əsrlərdə  baş  verirdi.Maşınlı  istehsalın  Qərb  ölkələrində 

üstünlük təşkil etdiyi dövrlərdə - XIX əsrin ortalarında isə dünya bazarı 

daha da intensiv şəkildə inkişaf edirdi. Başlıca amil isə burada kütləvi 

istehsalın  sürətlə  inkişafı  idi.Kütləvi  istehsallar  geniş  şəbəkəli  bazar 

tələb  edirdi.Belə  bazar  ancaq  dünya  bazarı  da  ola  bilərdi.  Kütləvi 

şəkildə istehsal edilən məhsullar hər hansı bir ölkənin daxili bazarının 

tələbatından  çox  idi  və  onlar  adətən  digər  ölkələrdə  münasib  bazarın 

formalaşmasına təkan verirdi.  Lakin bu məsələnin ancaq bir tərəfi idi. 

Dünya  bazarının  dünya  təsərrüfatının  formalaşmasına  həlledici  təsiri 

son  məhsulun  istehsalına  yönələn  beynəlxalq  istehsal  əlaqələrinin 

güclənməsi  yolu  ilə  də  baş  verirdi.  Müxtəlif  ölkələrin  əməkdaşlığının 

sürətlə  artmasına  isə  kapitalın  getdikcə  güclənən  miqrasiyası  prosesi  

təsir edirdi. 

      


İndi  də  müasir  dünya  iqtisadiyyatının  təkamül  prosesini 

nəzərdən  keçirək.Qeyd  edək  ki,  dünya  iqtisadiyyatına  aid  olan 

mənbələrdə birinci pillə XX əsrin 10-30-cu illərinə aid edilir. Məhz bu 

illərdə  dünya  təsərrüfat  sistemində  böhran  (krizis)  vəziyyətlər 

olmuşdur.İlk növbədə 1917-ci ildə Rusiyada gedən proseslər və ondan 

da  qabaq  birinci  Dünya  müharibəsi  dünya  təsərrüfat  sisteminə  güclü 

mənfi  təsir  göstərmişdi.Məlum  səbəblərə  görə  Rusiya  kimi  böyük  bir 

dövlətin dünya təsərrüfat əlaqələri zəifləmiş və faktiki olaraq o özünü 

iqtisadi  blokadaya məruz qoymuşdu.Birinci dünya müharibəsinə qədər 

ölkələr  arasında  iqtisadi  əlaqələr  dayanıqlı  deyildi  ki,  bu  da  dünya 

iqtisadiyyatının inkişafına  çox mənfi təsir göstərirdi.Bundan başqa milli 

iqtisadiyyatların  hərbi  istiqamətə  yönəldilməsi,  müharibə  nəticəsində 

istehsal  və  insan  resurslarının  böyük  bir  hissəsinin  məhv  olması  da 

dünya iqtisadiyyatına mənfi təsir göstərirdi. Ən xoşagəlməz hal ondan 

ibarət idi ki, belə bir şəraitdə hər bir ölkə öz sərhədləri daxilində inkişaf 

etməyə can atmalı olurdu.Bunun nəticəsində dünya miqyasında ixracın 

həcmi xeyli aşağı düşürdu. Dünya iqtisadiyyatı üçün ən mənfi cəhət isə 

ölkələrin bir-birinə olan inamlarına getdikcə azalması idi. 




 

     


Keçən  əsrin  20-30-cu  illəri  ərzində    “böyük  depressiya”adını 

almış dünya iqtisadi böhranı ölkələrdə avtarkiya əhval-ruhiyyəsini daha 

da  gücləndirirdi  və  nəticədə  əmtəə  və  kapitalın  ixracı  xeyli 

azaldı.Aparıcı dövlətlərin ümumi daxili məhsulunda ixracın kvotası 20 

ci illərə nisbətən 30-cu illərdə 1,5-2,0 dəfə azalmışdı.Məsələn, 1913-



1938-

ci illərdə ABŞ-da bu kvota 61%-dən 3,6 % -ə qədər azalmışdı. 

     

Müasir  dünya iqtisadiyyatının növbəti böyük mərhələsi ikinci 



dünya müharibəsi qurtardıqdan sonra baçlandı.Bu dövr keçən əsrin 70 –

ci illərinə qədər  bir vaxtı əhatə edir. Bu dövrün dünya iqtisadiyyatının 

formalaşması  və  inkişaf  etməsi  nöqteyi-nəzərincə  aşağıdakı 

xüsusiyyətləri var idi. 

         Birinci.    

Ümumdünya təsərrüfatı strukturunun zəifləməsi. 

 

Bu  ilk  növbədə  ikinci  dünya  müharibəsindən  sonra  dünya 



sosializm  sistemi  adlanan  bir  qrup    dövlətin  meydana  gəlməsinin 

nəticəsində  baş  verirdi.  Məlum  olduğu  kimi    başda  Rusiya  olmaqla, 

sosializm  ölkələri  dünyanın  əksər  ölkələrindən  fərqli  olaraq  sosial-

iq

tisadi əsasda inkişaf etdirilirdi ki, bunun da əsasını xalq təsərrüfatının 



bütün  sahələrinin  maksimum  dövlətləşdirilməsi  təşkil  edirdi.  Milli 

dövlətlər çərçivəsində isə ciddi mərkəzləşdirilmiş idarəetmə sisteminin 

tətbiq edilməsi dururdu. Rusiyanın iqtisadiyyatı isə paradokslarla zəngin 

sovet  iqtisadiyyatı  idi.Əvvəllər  yüksək  inkişaf  sürəti  göstərən  sovet 

iqtisadiyyatı  sonralar  obyektiv  iqtisadi  qanunlara  və  xüsusən    dünya 

miqyasında  hökm  sürən  qanunlara  məhəl  qoyulmaması  sayəsində 

getdikcə  zəifləməyə  başladı.  Belə  vəziyyətin  səbəblərdən  ən  başlıcası 

əldə edilən nəticələrin “nəyin bahasına olursa olsun” prinsipinə  uyğun 

əldə  edilməsi  idi.  Məhsulun  dünya  bazarında  rəqabət  dözümlü  olması 

məsələsi  sosializm  sistemi  ölkələrində  ön  planda  olmadığına  görə 

iqtisad

iyyat  əsasən  bir  admın  mütləq  hakimiyyətinin,  bir  ideyanın,  bir 



partiyanın, bir “vahid” planın həyata keçirilməsinə köklənirdi. 

Bu  da  çox  zaman  istehsalı  istehsal  üçün  günişləndirməyə  , 

material,enerji,əmək  resurslarının  israfçılıqla  istifadəsinə  gətirib 

ç

ıxarırdı.  Nəticədə  Rusiyanın  və  onun  başçılıq  etdiyi  sosializm 



ölkələrinin  məhsulları  yüksək  material,əmək  və  fond  tutumluqları  və 

çox  aşağı  elm  tutumluqları  ilə  fərqlənirdilər.Bütün  bunlar  dünya 

iqtisadiyyatına mənfi təsir göstərirdi. 

        


İkinci.  Bu dövrlərdə xarici-iqtisadi münasibətlər əksər halda 

sinfi  

yanaşma mövqeyindən qurulurdu ki, bunun nəticəsində də vahid  



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə