AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə63/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   59   60   61   62   63   64   65   66   ...   144

 

 

Yapon elmi-

texniki  strategiyasının  dünya  iqtisadiyyatındakı  rolunu 

nəzərə alaraq bu variantlan qısaca nəzərdən keçirək. 



Variant 

1.  Xaricdən  ancaq  hazır  məhsul  alınır.  Bu  məhsulla 

əlaqədar  olan  texnologiya  (yəni  lisenziyalar  və  digər  elmi-texniki  və 

istehsal sənədləri) üzrə alış təşkil edilmir (Yaponiya məhz bu variantdan 

istifadə edib ABŞ-dan iri sərnişin təyyarələri alırdı). 

Variant 

2.  Həm  məhsul  və  həm  də  bu  məhsul  ilə  əlaqədar  olan 

texnologiya idxal edili

r.  Bu  variantda  aydın  görünür  ki,  ölkə  hazır 

məhsul  idxalından  can  qurtarmağa  çalışır,  öz  iqtisadi  vəziyyətini 

yaxşılaşdırmaq  və  iqtisadi  təhlükəsizliyini  yüksəltmək  istəyir.  Özünün 

poladtökmə  və  kimya  sənayesinin  inkişafında  sınaqdan  keçirilən  bu 

variantd


a  Yaponiya  istehsal  avadanlıqlarını  və  onların  texnologiyasını 

almağa  Üstünlük  verirdi.  Nəticədə  əldə  edilən  lisenziyalara  əsasən 

ölkənin  özündə  müxtəlif  sistemlər  və  komponentlər  isteiısal  edilərək 

alınan  avadanlıqlar  modernləşdirilirdi.  Məhz  bu yolla  Yaponiya 1950-

1960-

cı illərdə istilik və sonradan atom elektrik stansiyalannın inkişafını 



təmin edə bildi. 

Variant

3.  Xarici  ölkələrdən  ancaq  texnologiya  alınır.  Hazır 

məhsul  isə  idxal  edilmir.  Əldə  edilən  texnologiya  əsasında  istehsal 

edilən məhsul daxili tələbatların ödənilməsinə yönəldilir və tələbat tam 

ödənilir. Bu variantdan istifadə edən Yaponiya 1950-ci illərdə bir  çox 

ağ-qara  televizorlar,  neylon,  tranzistr  radioqəbulediciləri  kimi  kütləvi 

istifadə 

edilən 


məhsulların 

istehsalını 

mənimsəyə 

bildi. 


'Avtom

obilqayırma sənayesində də bu yoldan istifadə edilirdi. Belə ki, 

"Nissan"  firması  "Ositin"  adlı  ingilis  fırmasının,  "İsuduzu"  fırması 

"Xillman"  adlı  ingilis  firmasının,  "Xino"  firması  "Reno"  adlı  fransız 

firnıasının  və  "Mitsubişi  dzukoy"  firması  "Villis"  adlı  Amerika 

firmasının  lisenziyalarını  alıb  onlardan  aktiv  istifadə  edirdilər,  istehsal 

etdikləri avtomobillərin rəqabət dözümlülüyünü artırdılar. 

Variant  4. 

M.Moritaninin  dördüncü  variantı  əvvəlkindən  onunla 

fərqlənir  ki,  əldə  edilən  texnologiyalardan  istifadə  etməklə  istehsal 

edilən  məhsulun  getdikcə  artan  hissəsi  ixrac  edilir.  Burada  cəlbedici 

cəhət  daxili  bazarın  tələbatını  ödəyərkən  məhsulların  keyfıyyətinin 

yaxşılaşdırılması  və  onların  dünya  standartlarına  tam  cavab  verməsi 

səviyyəsinə  çatdırılmasıdır.  Məhz  bu  cəhət  ölkəyə  imkan  yaradır  ki, 

daxili  bazarın  tələbatından  artıq  istehsal  baş  versin  və  "artıq"  məhsul 



 

 

dünya  bazarı  rəqabətinə  davam  gətirsin  və  satılsın.  Bu  variantdan 

istifadə edən Yaponiya televizorların, neylon məhsullarının keyfiyyətini 

ABŞ və  İngiltərədə о vaxtlar qüvvədə ola standartlara çatdıra bildi və 

artıq  1950-ci  illərin  axırında  dünya  bazarında  özünəməxsus  yer  tuta 

bildi. 


Variant5. Bu variantda texnologiya 

üzrə  ticarət  edilmir.  Hazır 

məhsul isə geniş ixrac edilir. Deməli, bu variant göstərir ki, ölkə elmi-

texniki potensial 

cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə çatıb və bir 

sıra məsələlərdə isə onları ötə bilib. Belə olmasa rəqabətin gücü olduğu 

dünya bazarında  yer tutmaq mümkün ola bilməzdi. Məhz bu variantın 

istifadəsi  nəticəsində  Yaponiya  1960-cı  illərdə  mikrokalkulyatorlarm, 

videomaqnitofonların  istehsalı  və  ixracı  sahəsində  böyük 

müvəffəqiyyətlər əldə etmişdi. İnkişaf о səviyyədə idi ki, bu məhsullar 

üzrə istehsalın 80%-dən  çoxu ixrac edilirdi. 

Variant 6. 

Bu variantın xarakterik cəhəti ölkənin texnologiya və 

bu  texnologiya  ilə  istehsal  edilən  məhsulu  ixrac  etməsidir.  Bu  dövrdə 

Yaponiya artıq poladtökmə müəssisələri üçün avadanlıqları və müvafiq 

sənədlər  ixrac  edirdi.  Yapon  avtomobilləri  yığılmamış  halda,  lakin 

yığma texnologiyası ilə birlikdə ixrac edilirdi. Robot texnologiyası üzrə 

texnologiyanın geniş ixrac edilməsi ilə yanaşı 1980-cı illərin əvvəlindən 

başlayaraq sənaye robotlarının özləri ixrac edilməyə başlandı. 

Variant 7. Ancaq  texnologiya ixrac edilir. 

Əvvəllər  ölkə 

sənayesində  sınaqdan  keçirilmiş  texnoloji  prosesin  sənədləri  xarici 

ölkələrə  satılır.  Müvafıq  məhsul  isə  ixrac  edilmir.  Müasir  dövrdə 

Yaponiyanın  maşınqayırma  sənayesinin  və  kimya  sənayesinin  bir  çox 

məhsulları bu varianta uyğun gəlir. 

Variant 8. Bu variant bir  növ  qeyri-adi 

təsir  buraxır.  Əsasını 

texnologiyanın  ixracı  və  ona  uyğun  məhsulun  idxalı  təşkil  edir.  Buna 

baxmayaraq variant  geniş istifadə edilir. Texnologiya  adətən inkişafda 

olan  ölkələrə  ixrac  edilir.  İxracı  qəbul  edən  ölkəyə  lazım  olan  bütün 

texnoloj


i və istehsal sənədləri təqdim edilir və bu və ya digər məhsulun 

istehsalı təşkil edilir. Sonra Yaponiya bu məhsulu idxal edir. Bu üsulla 

alınan  məhsullara  misal  müxtəlif  növ  poladlar,  аyrı-ayrı    radioelektrik 

hissələr  və  komponentlər,  kimya  sənayesi'  məhsulları  kimi  məhsullar 

daxildir.  Variantın  iqtisadi  səmərəsi  oradan  əmələ  gəlir  ki,  əgər  bu 

məhsullar Yaponiyanın özündə istehsal edilsə idi, onda istehsal xərcləri 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə