iqtisadiyyatının dünyəvilik əmsali ilk dəfə olaraq özünün ən yüksək
səviyyəsinə çatmağa kurs götürmüşdü.Dünya sosializm sistemi yox oldu
və onun guya özü üçün yaratdığı “sosializm bazarının” fəaliyyəti
dayandı. Dünya bazarı bütövləşdi,daha da beynəlmiləlləşdi (bəlkə elə
buna görə “dünya iqtisadiyyatı”nı indi “beynəlxalq iqtisadiyyat”
adlandırmağa meyl göstərilir.)
Hazırkı dövrdə bütün ölkələrin inkişafında müəyyən
o
xşarlıqlar vardır.
Dünya iqtisadiyyatının vahidliyi bir də ona görə yüksəlir ki, Qərbi
Avropada çoxdan yaranmış iqtisadi və siyasi strukturlara oxşar
stukturların digər ölkələrdə yaranması sürətlənir. Bu da planetimizdə
məcmuu ictimai məhsulun təkrar istehsalının səmərəliliyi üçün şərait
yaradır.
§ 3.Dünya təsərrüfatının yarımsistemləri və onların
qruplaşdırılması
Dünya iqtisadiyyatını tam spektləri ilə öyrənmək, onun
qanunauyğunluqlarını dərk etmək üçün ilk növbədə onu təşkil edən
yarımsistemləri bilmək lazımdır. “Yarımsistem” məfhumu hər hansı bir
idarə olunan tam obyektin hissələrini ifadə etmək üçün işlədilir.Əgər
dünya təsərrüfatı bir vahid sistemidirsə onun yarım (dörddə bir, üçdə bir
və s.)sistemləri də vardır.Dünya iqtisadiyyatı fənni baxımından
“yarımsistem” anlayışı ayrı-ayrı ölkələri və qrup ölkələri ifadə etmək
üçün işlədilir.
Dünya iqtisadiyyatı ayrı-ayrı ölkələrin iqtisadiyyatından
bilavasitə asılı olduğuna görə ilk növbədə milli təsərrüfatlar dərindən
öyrənilməli və təhlil edilməlidir. Lakin planetimizdə çoxlu sayda ölkə
və vilayətlər,region və qitələr vardır. Dünya iqtisadiyyatının sürətlə
inkişaf etdirilməsi, onun düzgün idarə edilməsi dünya təsərrüfatının
oxşar əlamətlərinə görə təsnifləşdirilməsini tələb edir. Təsnifləşdirmə
ölkələrin oxşar əlmətlərinə görə qruplaşdırılması üçün şərait yaradır ki,
bu da dünya iqtisadiyyatının inkişaf meyllərini, dinamikasını və
perspektivini təmin etmək üçün çox vacibdir.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən müxtəlif
əlamətlərdən, göstəricilərdən və kriteriyalardan istifadə edilir. Dünya
iqtisadiyyatını yarımsistemlərə ayırarkən müxtəlif əlamətlərdən istifadə
edilsə də bir cəhət nəzərdən qaçırılmamalıdır ki, təsnifləşdirmənin əsas
məqsədi yarımsistemin iqtisadi inkişaf səviyyəsini təyin etmək və
konkret yarımsistemin dünya iqtisadiyyatında tutduğu yerini təyin
etməkdir. Ona görə də göstərici və kriteriyalardan istifadə edərkən
diqqətli olmaq lazımdır. Təyin etmək lazımdır ki, qəbul edilən kriteriya
yarımsistemi hansı tərəfdən (cəhətdən) xarakterizə edəcək. Belə
yanaşma dünya təsərrüfatını qruplara ayırarkən obyektivliyi təmin
etməyə imkan verir.
Dünya iqtisadiyyatı ilə məşğul olan əksər alimlərin və
tədqiqatçıların ümumi fikrinə görə ölkələrin qruplaşdırılmasında
“Təsərrüfatın sosial strukturu”, “Xarici iqtisadi əlaqələrin səviyyəsi və
xarakteri”, “İqtisadi inkişafın tipi”, “İqtisadi potensialın həcmi
(səviyyəsi)”, “Adambaşına düşən ümumi daxili məhsulun miqdarı” kimi
göstəricidən istifadə etmək olar. Bunlardan başqa digər müxtəlif
göstəricilərdən, ölkədə hansı sahənin daha da inkişaf etməsi haqda
məlumatlardan da istifadə etməklə ölkələr qruplaşdırıla bilər.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən ən çox
istifadə edilən kriteriya kimi ölkələrin iqtisadi inkişaf səviyyəsi
götürülür. Bu kriteriya üzrə ölkələrin qruplaşdırılmasında “Əhalinin hər
bir nəfərinə düşən ümumi məhsul” göstəricisindən istifadə edilir.
Bununla yanaşı dövlətlərin qruplaşdırılmasında milli gəlirin
yaradılmasında mühüm rol oynayan sənayeləşmənin səviyyəsi və
istehsalın strukturundan da istifadə edilir.
Əhalinin hər birinə düşən ümumi məhsulun miqdarına görə
dünya ölkələri bir neçə qrupa bölünürlər. İqtisadi və siyasi
ədəbiyyatlarda və beynəlxalq təşkilatlarda bu göstəriciyə görə dünya
təsərrüfatı yüksək inkişaf etmiş ölkələrə, orta inkişaf etmiş ölkələrə və
digər ölkələrə bölünür. Təhlil etmək və dövlətləri bu və digər qrupa aid
etmək üçün müqayisə obyekti kimi ABŞ-ın əldə etdiyi adambaşına
ümumi məhsulun həcmi götürülür. Bu göstəriciyə görə yüksək inkişaf
etmiş ölkələr qrupuna o dövlətlər daxil edilir ki,onların ölkələrində
adambaşına düşən ümumi məhsulun miqdarı ABŞ-da əldə edilən bu
göstəricinin yarısından çox olsun. O ölkələrdə ki, bu göstərici ABŞ-ın
müvafiq göstəricisinin 30-50% -ni təşkil edir, o ölkələr orta inkişaf
səviyyəli ölkələr qrupuna, 30 %-dən aşağı təşkil edirsə digər ölkələr
qrupuna daxil edilir. Əlbəttə, bu normalar şərtidir və sonralar dəyişilə
bilər.
Hər bir ölkə səmərəli inkişaf etmək üçün tarix boyu
özünün məhsuldar qüvvələrini (məcmu əmək cismini, əmək alətini,
ixtisaslı əməyin özünü və elmi potensialını) formalaşdırır. Məhsuldar
qüvvələrin səviyyəsindən asılı olaraq konkret olaraq götürülmüş dövlət
müəyyən məhsul istehsal etmək, ya da xidmət göstərmək və
sonradan,yəni öz tələbatlarını ödədikdən sonra, onların ixracı ilə məşğul
olmaq qabiliyyətində ola bilər. Burada məhsuldar qüvvələr ölkənin
iqtisadi inkişafı üçün faktor rolunu oynayır. Lakin dünya təsərrüfatı
yarımsistemlərinin fəaliyyətinin təhlili göstərir ki, eyni səviyyəli
məhsuldar qüvvələrinə malik dövlətlər belə müxtəlif inkişaf
mərhələsndə olurlar. Bunun əsas səbəbi məhsuldar qüvvələrin hansı
istehsal münasib
ətləri şəraitində fəaliyyət göstərməsidir. Sağlam, elmə
söykənən, demokratik istehsal münasibətləri yaradılan ölkələrdə
məhsuldar qüvvələrin tam səmərə verməsi üçün şərait yaranmış olur və
belə ölkələr daha yüksək inkişaf əldə edirlər. Dünya iqtisadiyyatına aid
iqtisadi ədəbiyyatlarda da bu cəhət nəzərə alınır və dövlət
qruplaşdırılarkən iqtisadiyyatın sosial strukturası kriteriyasından
da istifadə edilir. Məsələ burasındadır ki, bir dövlət daxilində
təsərrüfatın ayrı-ayrı fazaları müxtəlif sürətlərlə inkişaf etdirilə bilər.
Bəzən növbə ilə inkişaf baş verir və məhz bundan asılı olaraq
gələcəkdə dövlətlər üçün inkişaf perspektiv yarana bilər. Məsələn, vaxtı
ilə ABŞ-ın düzgün struktur siyasətinin nəticəsidir ki, bu gün o, yüksək
kompüter texnologiyasından bu qədər bəhrələnə bilir...
Təkrar istehsalın strukturunda prioritet istiqamətlərin yerini
dəyişməklə və deməli, milli gəlirin bölüçdürülməsində bunları nəzərə
almaqla da ölkənin gələcək inkişaf perspektivlərini və istiqamətlərini
təyin etmək olar. Bunları nəzərə alaraq “sənaye cəhətdən inkişaf etmiş
ölkələr”, “aqrar tipli ölkələr” və s.qruplar fərqləndirilir.
İqtisadi inkişafın səviyyəsi kriteriyasına əsasən
qruplaşdırma aparıldıqda ölkələrdə bərqərar olmuş sənaye istehsalının
strukturu nəzərə alınır. Məlumdur ki, sənaye istehsalını “A”-istehsalı
vasitələri istehsalı və “B”-istehlak şeyləri istehsalı kimi iki böyük
qruplara ayırmaq qəbul olunmuşdur.Sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə uzun müddət istifadə edilən istehlak şeylərinin istehsalı
Dostları ilə paylaş: |