Aqrar bazarin formalaşmasi və İNKİŞaf xüsusiYYƏTLƏRİ fənni üzrə İŞÇİ TƏDRİs proqrami



Yüklə 0,5 Mb.
səhifə1/6
tarix27.10.2017
ölçüsü0,5 Mb.
#6940
  1   2   3   4   5   6

Azərbaycan Dövlət İqtisad Universiteti
AQRAR BAZARIN FORMALAŞMASI VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________






FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:

FƏNNİN TƏDRİS SEMESTRİ:

FƏNNİN KREDİTİ:

FƏNNİN TƏDRİS FORMASI:

FƏNNİN TƏDRİS DİLİ:

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:
E-MAİL:

0121

Məcburi


Yaz

4

Əyani, qiyabi



Azərbaycan dili, rus dili
i.e.n., b/m. S.B.Nəzərəliyev

012 564 40 07

050 320 10 01

kaf_01@aseu.az




PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.


KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.


KURSUN TƏSVİRİ:

Bu fənn aqrar bazarın formalaşması və səmərəli çevik fəaliyyət göstərməsi, onun iqtisadi mahiyyəti, məzmunu, elmi-nəzəri əsasları, aqrar bazarın quruluşu, ona təsir edən amilləri öyrənir. Bununla yanaşı Azərbaycanda aqrar bazarın formalaşması xüsusiyyətləri, mövcud inkişaf səviyyəsi, aqrar bazar və ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına ölkə əhalisinin tələbatının ödənilməsi, respublikada aparılan idxal-ixrac əməliyyatlarının aqrar bazarın formalaşmasında rolu və əhəmiyyəti tədris prosesi zamanı mənimsənilir. Eyni zamanda aqrar bazarın formalaşmasında xarici ölkələrin təcrübəsi, aqrar bazarın formalaşması və inkişafında innovasiya və investisiya siyasəti, sahibkarlıq fəaliyyəti və onun perspektiv inkişaf istiqamətləri, urbanizasiya şəraitində regionların sosial-iqtisadi inkişafı və ərzaq təminatı ilə bağlı məsələlər öyrənilir.


KURSUN MƏQSƏDİ:

Aqrar bazarın formalaşması və inkişaf xüsusiyyətləri fənninin başlıca məqsədi tələbələrə qloballaşma şəraitində ölkə əhalisinin qida normalarına münasib təmin edilməsi, aqrar sahədə iqtisadi artıma nail olunmasında həyata keçirilən tədbirləri, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin apardığı siyasət, beynəlxalq əməkdaşlığın yeni formalarının tətbiqi öyrətməkdir. Bununla yanaşı aqrar bazarın formalaşması və inkişafında islahatların, iqtisadi mexanizmin təkmilləşdirilməsinin rolunun mənimsənilməsi məqsədəuyğun sayılır.


KURSUN NƏTİCƏLƏRİ:

Aqrar bazarın formalaşması və inkişaf xüsusiyyətləri fənni bitirdikdən sonra tələbə ölkənin ərzaq təhlükəsizliyi və onun ərzaq növləri üzrə təmin edilməsi məsələlərini şərh edə biləcək, ərzaq bazarının formalaşması, regionların sosial-iqtisadi inkişafına dair təkliflərlə çıxış edə biləcəklər.


FƏNNİN MÖVZULARI:

1. «Aqrar bazarın formalaşması və inkişaf xüsusiyyətləri» fənninin iqtisadi məzmunu, məqsədi və vəzifələri.

2. Aqrar bazarın inkişaf mərhələləri.

3. Aqrar islahatın aqrar bazarın formalaşması və inkişafında rolu.

4. Aqrar siyasət və aqrar bazar münasibətləri.

5. Aqrar bazarın formalaşmasında sahibkarlıq fəaliyyəti.

6. Respublikada və onun regionlarında aqrar bazarın formalaşmasına təsir edən amillər.

7. Aqrar bazarın quruluşu və iqtisadi mexanizmi.

8. Aqrar-sənaye kompleksi və aqrar bazarın formalaşması istiqamətləri.

9. Aqrar bazarın formalaşmasında infrastrukturun rolu.

10. Kənd təsərrüfatı məhsulları bazarı və onun inkişafı.

11. Aqrar bazarın formalaşmasında resurs təminatının və xidmətlərin rolu.

12. Aqrar bazarın formalaşması və inkişafında emaledici sənaya sahələrinin rolu

13. Aqrar bazarın formalaşması və maddi-texniki təchizat

14. Aqrar bazarın formalaşması və inkişafında beynəlxalq təcrübə

15. Aqrar bazarın idarə edilməsinin forma və metodları


FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ

Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunəvi testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.

Virtual Universitetin ünvanı: vu.aseu.az

Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.


QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər

O cümlədən:



10 bal – dərsə davamiyyət

10 balsərbəst iş

30 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə q/b yazılsa da, 0 (sıfır) bal kimi hesablanacaq.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir.


Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtaha qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71-80

D – “Kafi” – 61-70

E – “Qənaətbəxş” – 51-60

F – “Qeyri-kafi” – 51 baldan aşağı
SƏRBƏST İŞ:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, şrift 12, həcmi 1-2 səhifə olmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.


SƏRBƏST İŞLƏRİN MÖVZULARIVƏ TƏHVİL VERİLMƏSİNİNİN TARİXİ




Mövzular

Son tarix

1

Aqrar bazarın inkişaf mərhələləri

IV həftə

2

Aqrar islahatın aqrar bazarın formalaşması və inkişafında rolu

V həftə

3

Aqrar siyasət və aqrar bazar münasibətləri

VI həftə

4

Aqrar bazarın formalaşmasında sahibkarlıq fəaliyyəti

VII həftə

5

Respublikada və onun regionlarında aqrar bazarın formalaşmasına təsir edən amillər

VIII həftə

6

Aqrar bazarın quruluşu və iqtisadi mexanizmi

IX həftə

7

Aqrar-sənaye kompleksi və aqrar bazarın formalaşması istiqamətləri

X həftə

8

Aqrar bazarın formalaşmasında infrastrukturun rolu

XI həftə

9

Kənd təsərrüfatı məhsulları bazarı və onun inkişafı

XII həftə

10

Aqrar bazarın formalaşmasında resurs təminatının və xidmətlərin rolu

XIII həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.

Sərbəst işlərin nəticələri jurnala yazılır.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:

1. «Aqrar islahatın əsasları haqqında» Azərbaycan Respublikasının qanunu. Bakı 1995

2. Salahov S.V. – Aqrar sahədə dövlət tənzimlənməsinin problemləri. Bakı 2004

3. İbrahimov İ.H. – Aqrar iqtisadiyyatın aktual problemləri. Bakı 2002

4. Xəlilov M.H. – Milli ərzaq təhlükəsizliyi: bazar transformasiyaları və iqtisadi qloballaşma amilləri. Bakı 2001

5. Ataşov B.X. – Ərzaq təhlükəsizliyinin aktual problemləri. Bakı 2005

6. Verdiyev Ə.Ç., Qarayev İ.Ş. – Aqrar bazarın formalaşmasının iqtisadi problemləri. Bakı 2000

7. Şəkərəliyev A.İ. – Bazar sisteminin iqtisadi qanunları. Bakı 2001

8. Abbasov A.F. – Ərzaq təhlükəsizliyi. Bakı 2005
KURS İŞİ

Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb


TƏCRÜBƏ
Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmayıb
Hazırladı:
i.e.n., b/m. S.B.Nəzərəliyev İmza: Tarix:

Azərbaycan Dövlət İqtisad Universiteti
AQRAR SFERADA İNVESTİSİYA QOYULUŞU VƏ İNNOVASİYA SİYASƏTİ

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________






FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:

FƏNNİN TƏDRİS SEMESTRİ:

FƏNNİN KREDİTİ:

FƏNNİN TƏDRİS FORMASI:

FƏNNİN TƏDRİS DİLİ:

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:
E-MAİL:

0104

Məcburi


Payız, yay

4

Əyani, qiyabi



Azərbaycan dili, rus dili
i.e.n., b/m. N.K.Eyvazova

012 564 40 07


kaf_01@aseu.az


PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.


KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.


KURSUN TƏSVİRİ:

Aqrar sferada innovasiya texnologiyalarının tətbiqi üçün investisiyalar torpaq islahatlarının səmərəliliyinin yüksəldilməsi üçün ən vacib amillərdəndir.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasətinin əsas qayəsi əhalinin ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə, keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, xarici bazarlara rəqabət üstünlüklərinə malik kənd təsərrüfatı məhsulları çıxartmaqdır.

KURSUN MƏQSƏDİ:

Bazar münasibətlərinə keçid şəraitində innovasiya, elmi-tədqiqat və təcrübə-sınaq işlərinin, ən yeni texnikanın tətbiqi prinsipcə tamamilə yeni yaranmış kəndli (fermer) və ailə təsərrüfatlarında sürətli inkişaf və rəqabətqabiliyyətli məhsul istehsalının mexanizmi meydana gəlir, əmlakın idarəetmə sahəsində yeni tipli istehsal yaranmaqdadır.


KURSUN NƏTİCƏLƏRİ:

Elmi-texniki tərəqqi potensialından istifadənin yeni səmərəli yollarını, onun inkişafına təsir göstərən yeni formalarının axtarılıb tapılması aqrar elmin qarşısında durur. Məhz buna görə də “Aqrar sferada investisiya qoyuluşu və innovasiya siyasəti” fənni tələbələrə investisiya və innovasiya proseslərinin xüsusiyyətləri; onların mahiyyəti; məqsədi və inkişaf formaları; investisiya və innovasiya imkanlarının işlənib hazırlanması; planlaşdırılması; təhlili və maliyyələşdirilməsi şəraitinin, onların bazar şəraitində istehsalın effektivliyinə təsiri haqqında müəyyən həcmdə bilik və məlumatları öyrətməyi nəzərdə tutur.


FƏNNİN MÖVZULARI:




  1. İnvestisiyaların mahiyyəti və onun iqtisadi inkişafda

rolu

  1. İnvestisiya fəaliyyətinin məzmunu

  1. İnvestisiya layihəsinin mahiyyəti və onun reallaşdırılması mənbələri

  1. İnvestisiya layihələrinin yerinə yetirilməsi dövrləri

  1. İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodları

  1. İnvestisiya mühitinin formalaşmasında dövlətin rolu

  1. Portfel investisiyalarının tənzimlənməsi

  1. İntellektual kapitalın və intellektual mülkiyyətin idarə olunması

  1. Fond bazarının tənzimlənməsi

  1. Aqrar sferada innovasiya siyasəti və infrastruktur

  1. Milli innovasiya sisteminin formalaşması

  1. İnvestisiya və innovasiyanın inkişaf modelləri

  1. İnvestisiya-innovasiya fəaliyyətində xarici ölkələrin təcrübəsi

  1. Xarici investisiyaların tənzimlənməsi


FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ

Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunəvi testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.

Virtual Universitetin ünvanı: vu.aseu.az

Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.


QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər

O cümlədən:



10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

30 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə q/b yazılsa da, 0 (sıfır) bal kimi hesablanacaq.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir.


Qeyd:

İmtahanda minimum 17 bal toplanmasa, imtaha qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A – “Əla” – 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71-80

D – “Kafi” – 61-70

E – “Qənaətbəxş” – 51-60

F – “Qeyri-kafi” – 51 baldan aşağı
SƏRBƏST İŞ:

Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst iş yazılı formada, word faylı formasında, şrift 12, həcmi 1-2 səhifəolmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər.

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.


SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİNİN TARİXİ




Mövzular

Son tarix

1

İnvestisiyaların mahiyyəti və onun iqtisadi inkişafda rolu

IV həftə

2

İnvestisiya fəaliyyətinin məzmunu

V həftə

3

İnvestisiya layihəsinin mahiyyəti və onun reallaşdırılması mənbələri

VI həftə

4

İnvestisiya layihələrinin yerinə yetirilməsi dövrləri

VII həftə

5

İnvestisiya mühitinin formalaşmasında dövlətin rolu

VIII həftə

6

Portfel investisiyalarının tənzimlənməsi

IX həftə

7

Fond bazarının tənzimlənməsi

X həftə

8

Aqrar sferada innovasiya siyasəti və infrastruktur

XI həftə

9

Milli innovasiya sisteminin formalaşması

XII həftə

10

İnvestisiya və innovasiyanın inkişaf modelləri

XIII həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq.

Sərbəst işlərin nəticələri jurnala yazılır.
ƏDƏBİYYAT VƏ MATERİALLAR:


  1. İnvestisiya layihələrinin təhlili və dəyərləndirilməsi. Əliyev F.B. Bakı 2003

  2. İnvestisiya strategiyasının formalaşması və modernləşdirilməsinin inkişafı problemləri. Həsənov N.Ə. Bakı 2003

  3. Kənd təsərrüfatı innovasiyaların tətbiq istiqamətləri. Əhmədov G.Ə. Bakı 2010

  4. Dövlətin investisiya-innovasiya siyasəti. Əzizova Gülənbər. Bakı 2012

  5. İnvestisiya proseslərinin tənzimlənməsi. H.B.Allahverdiyev. Bakı 2003

  6. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. A.B.Abbasov. Bakı 1998


KURS İŞİ

Bu fənn üzrə kurs işi III kursun I semestrində nəzərdə tutulub


TƏCRÜBƏ
Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmayıb
Hazırladı:
i.e.n., b/m. N.K.Eyvazova İmza: Tarix:

Azərbaycan Dövlət İqtisad Universiteti
AQRAR SAHƏDƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİN İQTİSADİYYATI VƏ İDARƏ EDİLMƏSİ

fənni üzrə


İŞÇİ TƏDRİS PROQRAMI

(sillabus)




TƏSDİQ EDİRƏM”

ASM-nin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri



prof. Qarayev İ.Ş,
İmza:______________

Tarix:______________






FƏNNİN KODU:

FƏNNİN NÖVÜ:

FƏNNİN TƏDRİS SEMESTRİ:

FƏNNİN KREDİTİ:

FƏNNİN TƏDRİS FORMASI:

FƏNNİN TƏDRİS DİLİ:

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏR:
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ:
E-MAİL:

0123

Məcburi


Payız

4

Əyani, qiyabi



Azərbaycan dili
Dos. Ə.H.Hacıyev

012 564 40 07


kaf_01@aseu.az


PREREKVİZİTLƏR:

Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur.


KOREKVİZİTLƏR:

Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunması zərurəti yoxdur.


KURSUN TƏSVİRİ:

Bu fənn Azərbaycan Respublikasında aqrar sahibkarlıq fəaliyyətinin inkişafının obyektiv zərurət təşkil etdiyini, onun formalaşmasının nəzəri-metodoloji əsaslarını, aqrar sahibkarlığın inkişaf mərhələlərini, onların istehsal-iqtisadi nəticələrini, milli iqtisadiyyatda, ölkənin sosial-iqtisadi inkişafda və dövlətlərarası münasibətlərin formalaşmasında aqrar sferanın və xüsusilə aqrar sahibkarlığın mühüm əhəmiyyətə malik olduğunu əhatə edir.

Məlum olduğu kimi, ölkəmizdə aqrar islahatların uğurla aparılması nəticəsində ictimai təsərrüfatlar ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmiş, xüsusi təsərrüfatlar yaradılmış, aqrar sahibkarlıq formalaşmışdır. Bununla ələqədar olaraq aqrar sahibkarlıq fəaliyyətinin regional xüsusiyyətlərin formalaşması prinsiplərinin metodlarının idarə olunması formalarının tədarük-təchizat-satış qaydalarının, maliyyə-kredit, vergi, sosial sığorta münasibətlərini optimal ölçülərinin və digər göstəricilərin öyrənilməsi olduqca vacibdir.
KURSUN MƏQSƏDİ:

Kursun başlıca məqsədi tələbələrə ölkədə həyata keçirilən aqrar islahatların inkişafı, çoxukladlı iqtisadiyyatın yaranması, aqrar sahibkarlıq fəaliyyətinin formalaşması prinsiplərini, xüsusiyyətlərini, idarəolunması formalarını, sahibkarlığın üstün cəhətləri, regionlar, itehsal və xidmət sahələri üzrə inkişaf səviyyəsini öyrənməkdən, sahibkarlıq şəraitində torpaq sahələrindən, əmlakdan, maliyyə vəsaitlərindən, əmək resurslarından səmərəli istifadə olunması yollarını izah etməkdən ibarətdir.



KURSUN NƏTİCƏLƏRİ:

Bu fənni bitirdikdən sonra tələbələr aqrar sferada sahibkarlıq fəaliyyətini formalaşmasının obyektiv zəruri proses olduğunu tam mənimsəyəcək, aqrar sahibkarlığın formalaşması prinsiplərini, xüsusiyyətlərini və inkişaf istiqamətlərini; habelə aqrar sahibkarlığın maliyyə-kredit münasibətlərini, tədarük, təchizat və satış formalarını, regional xüsusiyyətlərini öyrənəcək; aqrar sahibkarlığın inkişafına dövlət yardimı və dövlət dəstəyini əhəmiyyətini təkmilləşdirilməsinin vacibliyini dərk edəcəklər.


FƏNNİN MÖVZULARI:

1. Aqrar sferada sahibkarlığın mahiyyəti və inkişafının zəruriliyi

2. Aqrar sferada sahibkarlığın formalaşmasının metodoloji əsasları

3. Aqrar sferada fəaliyyət göstərən təsərrüfat formaları

4. Aqrar sferada sahibkarlığın inkişaf mərhələləri

5. Aqrar sahibkarlığın inkişafında dövlət yardımının rolu

6. Aqrar sahibkarlıq şəraitində torpaqdan istifadə

7. Aqrar sahibkarlıq şəraitində maliyyə-kredit münasibətləri

8. Aqrar sahibkarlıq şəraitində vergi münasibətləri və sosial sığorta

9. Aqrar sahibkarlıq şəraitində iqtisadi səmərəlilik

10. Aqrar sahibkarlıq şəraitində iqtisadi əlaqə və mənafelər

11. Aqrar sahibkarlıq formalarının istehsal-iqtisadi ölçüləri



FƏNNİN MÜHAZİRƏ MƏTNLƏRİ

Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunələri, testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib.

Virtual Univeritetin ünvanı: vu.aseu.az

Fənn üzrə testlər bu mətnlərdən tərtib edilib.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə