Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə5/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   2   3   4   5   6   7   8   9   ...   266

11 

 

1970-ci  illərdən  başlayaraq  akademik  Cəlal  Əliyevin  rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə 



buğdanın  seleksiyası  sahəsində  kəskin  dönüş  yarandı.  İlk  növbədə  institutda  geriliyin  aradan 

qaldırılması  üçün  uzun  bir  dövrü  əhatə  edən  hərtərəfli,  elmi  əsaslı  kompleks  seleksiya  proqramı 

hazırlandı.  Bu  proqramın  əsas  məqsədi  ilk  növbədə  Azərbaycan  Respublikasının  müxtəlif 

aqroekoloji  şəraitinə  uyğun,  quraqlığa,  duza,  yüksək  temperatura,  soyuğa,  şaxtaya,  xəstəlik  və 

zərərvericilərə  və  yatmaya  kompleks  davamlı,  kənd  təsərrüfatı  istehsalının  tələblərini  ödəyən 

intensiv  tipli,  daha  yüksək  məhsuldar  və  keyfiyyətli  dənli  taxıl  sortlarının  yaradılmasının  nəzəri 

əsaslarının və təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, 

biokimya,  texnologiya,  genetika,  seleksiya,  entomologiya  və  fitopatologiya  sahəsində  çalışan 

mütəxəssislər yaxından cəlb edildi. 

Kənd  təsərrüfatının  bütün  sahələrində  olduğu  kimi,  keçən  əsrin  yetmişinci  illərində 

taxılçılığın intensiv üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək 

məhsuldar  və  keyfiyyətli  buğda  sortlarına  tələbat  artdı.  Həmin  illərdə  Azərbaycana  bir  çox 

ölkələrdən  gətirilən  qısa  boylu  buğda  sortları  yerli  şəraitə  uyğunlaşmadığından  xəstəliklərə 

tutulurdu.  Bu  zaman  müxtəlif  institutlarda,  seleksiya  mərkəzlərində,  bölgə  təcrübə  bazalarında 

intensiv  seleksiya  işləri  aparılırdı.  Lakin  yüksək  məhsuldar,  keyfiyyətli,  xəstəliklərə  və  mühitin 

əlverişsiz  amillərinə  davamlı  buğda  sortlarının  yaradılması  nəzəri  tədqiqatlar  aparmaqla  seçmə 

üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyulurdu.1970-

ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri 

aparılsa  da,  taxıl  istehsalını  artırmaq,  əkinçiliyin  digər  problemlərini  həll  etmək  mümkün 

olmamışdır.  Həmin  dövrdə  kadr  hazırlığı,  texniki  təminat  və  elmi-tədqiqat  işlərində  dönüş 

yaratmadan,  kənd  təsərrüfatında  böhran  keçirən  respublikada  çətinlikləri  aradan  qaldırmaq 

mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması 

kənd  təsərrüfatı  istehsalının  intensivləşdirilməsində  olduqca  zəruri  idi.  Bu  zərurəti  akademik 

C.Ə.Əliyev elmi uzaqgörənliyi, təbii fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss 

etmişdi.  Zəngin  təcrübəyə,  böyük  elmi  zəkaya  malik  olan  akademik  çox  gözəl  bilirdi  ki,  yüksək 

istedadlı  gəncləri  elmi  işə  yaxından  cəlb  etməklə,  elmi  əsaslara  istinad  etməklə,  kənd  təsərrüfatı 

istehsalının  səmərəliliyinin  artırılmasına  nail  olmaq  mümkündür.Uzaqgörən,  müdrik  akademik 

biologiya,  kənd  təsərrüfatı  və  s.  üzrə  fundamental  və  tətbiqi  sahədə  tədqiqat  aparmağa  qabil 

kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoydu.  Bu məqsədə 1972-ci 

ildən  başlayaraq  müxtəlif  elmi  sahələr  üzrə  yüksək  ixtisaslı  kadrlar:  bioloqlar,  kimyaçılar, 

aqronomlar,  fiziklər,  riyaziyyatçılar,  mühəndislər  instituta  cəlb  edilərək  keçmiş  ittifaqın  müvafiq 

elmi  mərkəzlərinə  əvvəlcə  2  illik  ixtisasartırma  kurslarına,  sonra  isə  məqsədli  aspiranturaya 

göndərilirdi.Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-

nin  nüfuzlu  elmi  mərkəzlərində  biofizika,  biokimya,  biotexnologiya,  torpaq  fizikası,  aqrokimya, 

molekulyar  biologiya,  genetika,  molekulyar  genetika,  bitkilərin  fiziologiyası,  aqroekosistemin 

riyazi  modelləşdirilməsi,  fotosintetik  proseslərin  riyazi  modelləşdirilməsi,  radiobiologiya,  texniki 

kibernetika  və  informasiya  nəzəriyyəsi,  fitopatologiya,  xəstəliyə  qarşı  bitkilərin  immuniteti, 

quraqlığa  davamlılıq  üzrə  seleksiya,  elektron  hesablama  maşınlarının  tətbiqi  ilə  təcrübi 

göstəricilərin  riyazi  işlənməsi  və  s.  sahələr  üzrə  uzunmüddətli  ixtisasartırma  kursları 

keçmişlər.Bunun  məntiqi  nəticəsidir  ki,  məqsədli  aspirantura  da  daxil  olmaqla  Əkinçilik 

İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlandı. Onlardan 255 nəfəri dissertasiya 

işlərini  müvəffəqiyyətlə  müdafiə  edərək  elmlər  namizədi  alimlik  dərəcəsinə  layiq  görülmüşlər. 

Akademik  Сəlal  Əliyevin  bilavasitə  elmi  təşkilatçılığı  sayəsində  müxtəlif  sahələrdən  istedadlı 

tədqiqatçılar  molekulyar  biologiya  və  biotexnologiyanın  aktual  problemlərinin  həllinə  cəlb 

edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı 

formalaşdırılmışdır.  Alimin  rəhbərliyi  ilə  100-ə  yaxın  fəlsəfə  doktoru  və  elmlər  doktoru 

hazırlanmışdır.  Onun  bir  çox  tələbələri  MDB-yə  daxil  olan,  eləcə  də  ABŞ,  Almaniya,  Fransa, 

Kanada,  Avstraliya,  Yaponiya,  İsveç,  İsrail,  Birləşmiş  Krallıq,  Cənubi  Koreya  və  başqa  ölkələrə 

dəvət  olunmuş  və  hal-hazırda  orada  müvəffəqiyyətlə  çalışırlar.  Akademik  C.Əliyevin  dünyanın 

aparıcı  elm  mərkəzləri  ilə  apardığı  danışıqlar  nəticəsində  Əkinçilik  İnstitutunun  bir  çox  elmi 

işçiləri  dəfələrlə  CIMMYT,  ICARDA,  IPGRI,  ICRISAT,  ICBA  və  s.  beynəlxalq  təşkilatların 



12 

 

maliyyə  dəstəyi  ilə  kənd  təsərrüfatının  müxtəlif  prioritet  istiqamətləri  üzrə  beynəlxalq 



ixtisasartırma  kurslarında  təhsil  almışlar.  Təsadüfi  deyildir  ki,  akademik  C.Əliyev  və  onun 

hazırladığı  kadrlar  1993-cü  ildə  bioloji  məhsuldarlıq  proseslərinin  molekulyar  əsaslarının 

öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər. 

Geniş  və əhatəli seleksiya proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal 

Əliyevin  rəhbərliyi  ilə  yetmişinci  illərdən  həyata  keçirilməyə  başlandı.  İlk  növbədə  bu məqsədlə 

baş  qərargahı  Meksikada  yerləşən  Buğda  və  Qarğıdalının  Yaxşılaşdırılması  üzrə  Beynəlxalq 

Seleksiya Mərkəzinin (CIMMYT) və keçmiş Sovetlər birliyinə daxil olan, buğdanın seleksiyası ilə 

məşğul  olan  institutların  hesabına  müxtəlif  morfofizioloji  əlamətlərə  malik  zəngin  buğda 

genofondu-gen  bankı  yaradıldı.  Bu  genofond  fotosintez  əlamətlərinin  nəslə  keçirilməsi  və 

irsiyyətin  öyrənilməsi,  genotiplərin  donor  xüsusiyyətlərinin  aşkar  olunması  və  başlıcası, 

məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa 

başlanmışdır.  Bununla  da  C.Əliyevin  rəhbərliyi  ilə  Azərbaycanda  ilk  dəfə  olaraq  buğdanın 

seleksiyasının  elmi  əsaslandırılmış  proqramının  həyata  keçirilməsinin  əsası  qoyulmuşdur.  Bir 

sözlə,  hələ  ötən  əsrin  sonunda  qısaboylu  intensiv  tipli  buğda  sortlarının  məhsuldarlığının 

artırılmasına  görə  akademik  C.Əliyevin  nəzəri  və  təcrübi  tədqiqatlarının  nəticəsində  əsil  “Yaşıl 

inqilab”  baş  vermiş  və  bu  bütün  dünyada  əks-sədaya  səbəb  olmuşdur.  Buğdanın  seleksiyasında 

əsaslı nailiyyətlərin əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan 

görən  akademik  C.Əliyev  bu  istiqamətdə  tədqiqatları  hələ  keçən əsrin  70-ci  illərindən  aparmağa 

başlamışdır.  Buğdanın  fotosintez  fəaliyyətinin  sirlərini  aydınlaşdırmaqla  bunu  arzu  olunan 

istiqamətə  yönəltmək  üçün  genetik  seleksiya  işləri  aparılmışdır.  Bununla  da  Azərbaycanda 

biologiya  sahəsində  tədqiqatları  inkişaf  etdirməklə  molekulyar  biologiyanın,  gen 

biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi 

ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom 

kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində 

davamlılıq  geni  daşıyan  bitki  regenerantları  alınmışdır.  Bunun  əsasında  gen  mühəndisliyindən 

istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma 

sxemi işlənib hazırlanmışdır. O daima əldə etdiyi elmi nailiyyətləri dünyanın müxtəlif ölkələrinin 

və  Beynəlxalq  mərkəzlərin  aparıcı  mütəxəssislərinin  iştirakı  ilə  tarla  şəraitində  müzakirəsinə 

xüsusi diqqət yetirmişdir. 

Akademik  Cəlal  Əliyev  uzun  müddət  aparılmış  nəzəri  və  eksperimental  tədqiqatlarla 

fototənəffüs  hadisəsinin  əhəmiyyətinin  aydınlaşdırılmasına  nail  olmuşdur.  Bu  ideya,  uzun  illər 

tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların 

nəticələrinə  əsaslanmışdır.  Bunun  üçün  ilk  növbədə  10  min  buğda  genotipini,  xəstəliklərə  və 

mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar 

sortları  özündə  ehtiva  edən  zəngin  buğda  genofondu  yaradıldı.  Müəyyən  olundu  ki,  yüksək 

məhsuldar  (7-9t/ha)  buğda  genotiplərinə  yüksək  fotosintez  intensivliyi  ilə  yanaşı  yüksək 

fototənəffüs  ölçüləri  də  xasdır.  Orta  və  aşağı  məhsuldarlıqlı  (3t/ha)  genotiplərdə  isə  əksinə  həm 

CO

2



  assimilyasiyası,  həm  də  fototənəffüsün  intensivliyi  kiçik    qiymətlərə    malik  olmuşlar.  

Aydınlaşdırıldı  ki,  müxtəlif  məhsuldarlıqlı  genotiplərdə  həqiqi  fotosintezin  fototənəffüsə  olan 

nisbəti orta hesabla 3:1-dir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 

40  il  ərzində  tarla  şəraitində  yetişdirilən  və  məhsuldarlığına  görə  təzadlı  olan  buğda 

genotiplərindən  istifadə  edərək,  qaz  mübadiləsinin  intensivliyi,  karbon  metabolizmi  və  RBFK/O 

fermentinin  aktivliyinə  dair  aparılmış  müxtəlif  istiqamətli  tədqiqatlarla  sübut  etmişdir  ki, 

fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda 

alınan  nəticələrə  əasalanaraq  bitkilərdə  məhsuldarlığın  artırılması  üçün  fototənəffüsü  müxtəlif 

yollarla  zəiflədilməsinin  əsassız  olduğunu  bir  daha  sübut  etmişdir.  Fotosintez  və  fototənəffüsün 

əsas  fermentlərininfosfoenolpiruvatkarboksilaza  və  fosfoqlükalatfosfatazanın  tam  şəkildə 

nukleotid və aminturşu ardıcıllığı təyin edildi.   

Akademik  C.Əliyevin  əldə  etdiyi  bu  nailiyyətləri,  eləcə  də  Əkinçilik  ET  İnstitutunda  bu 

əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 2011 və 

2013-cü illərdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə