Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə6/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   2   3   4   5   6   7   8   9   ...   266

13 

 

beynəlxalq  konfransda  təmsil  olunan  40-dan  artıq  xarici  ölkənin  elm adamları  tərəfindən  yüksək 



dəyərləndirildi.  Onlar  akademik  Cəlal  Əliyevin  uzun  müddət  fotosintez,  xüsusən  də  fototənəffüs 

sahələrində  əldə  olunan  nailiyyətlərini  yüksək  qiymətləndirərək  bildirmişlər  ki,  professor  Cəlal 

Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə 

dünya elmi də bəhrələnəcək.  

 

Artıq  keçən  əsrin  80-ci  illərinin  əvvəllərində  aparılan  nəzəri  və  praktiki  tədqiqatlar 



nəticəsində  akademik  C.Ə.Əliyev  tərəfindən  “İdeal  buğda”  bitkisinin  modeli  hazırlamış  və  onun 

testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model 

özündə  fotosintetik  fəaliyyətin  göstəricilərinin  və  əlamətlərinin  morfofizioloji  və  aqronomik 

xüsusiyyətlərinin,  buğda  genotiplərinin  real  və  potensial  imkanlarının  xarici  mühitin  amilləri  ilə 

birlikdə  öyrənilməsini  ehtiva  etmiş  və  bu  əsasda  yüksək  məhsuldarlığı  sərtləndirən  prinsiplər 

müəyyən  edilmişdir.  Bütün  bunların  nəticəsində  artıq  1980-ci  illərdə  bir  çox  qiymətli  buğda 

hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında 

ekoloji  sınaqlardan  keçirildi  və  onların  stabil,  yüksək  məhsuldar,  keyfiyyətli  formaları  seçilərək 

Seleksiya  Nailiyyətlərinin  Sınağı  və  Mühafizəsi  üzrə  Dövlət  Komissiyasına  (SNSMDK)  təqdim 

olundu.  Aparılan  ekoloji  sınaqlar  və  SNSMDK-nin  nəticələri  əsasında  rayonlaşdırılmış  Mirbəşir 

50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, 

Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ, 

1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu 

məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə 

keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası  yüksək məhsuldarlığına görə bu sortun 

Özbəkistan  və  Türkmənistan  respublikalarında  da  rayonlaşmasına  qərar  vermişlər.  Respublikada 

taxılın  orta  məhsuldarlığının  iki  dəfə  artaraq  2,5-2,6  t/ha  çatmasında  məhz  bu  sortların  əkin 

sahələrinin  tez  bir  zamanda  genişlənməsinin  də  böyük  rolu  olmuşdur.  Bunun  üçün  Əkinçilik 

İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək 

məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib 

hazırlanmış  elmi  əsaslandırılmış  becərmə  texnologiyasının  tətbiqi  göstərdi  ki,  intensiv  tipli  bu 

sortlardan  optimal  şəraitdə  hektardan  7-8  ton  dən  məhsulu  almaq  mümkündür.  İnstitutda 

yaradılmış  sortların  əksəriyyəti  məhz  bu  modelin  testləri  əsasında  həyata  vəsiqə  almışdır. 

Yaradılmış  bu  testlər  qısa  müddətdə  minlərlə  nümunələrin,  ilkin  seleksiya  materiallarını 

qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. 

O  daima  işləyən,  təkrar  olunmaz  və  dinamik  inkişafda  olan  və  bir-birini  tamamlayan  bir 

mexanizmdir.  Bunu  artıq  dayandırmaq  və  ya  zəiflətmək  mümkün  deyildir.  Buna  80-ci  illərin 

axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş, Əkinçilik İnstitutunun rəhbərliyi 

dəyişdirilmiş,  seleksiyaçı  alimlər  başqa  işə  keçirilmiş,  elmi  işlərin  aparılmasına  lazımi  şərait 

yaradılmamışdır. Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq 

Əkinçilik  İnstitutunda  başladığı  seleksiya  proqramını  həyata  keçirmək  üçün  alimləri  öz  ətrafında 

sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatına və o, 

illərdə süni surətdə yaradılmış blokadanı yaxşı başa düşən  Cəlal müəllim tezliklə taxıl istehsalını 

artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman 

belə  mühüm,  vacib  işi  həyata  keçirmək  üçün  müsbət  cavab  ala  bilməmişdi.  Çətinliklərə 

baxmayaraq  həmin  illər  seleksiya  işləri  nəticəsində  respublikada  yüksək  məhsul  vermək 

potensialına  malik  olan  “Mirbəşir  50”,  “Tərtər”  və  “Vüqar”  bərk  buğda  sortları  rayonlaşmış  və 

seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir. 

Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda 

sortlarının  yaradılması  zəruriyyəti  qarşıda  dururdu.  Bu  tip  sortlar  yüksək  məhsuldar,  quraqlığa, 

şaxtaya,  xəstəlik  və  zərərvericilərə  davamlı,  şoran  və  şorəkət  torpaqlarda  də  nisbətən  yüksək 

məhsul vermək qabiliyyətinə malik olmalı idi. Məhz akademik C.Əliyevin son otuz ildə seleksiya 

proqramında  inkişaf  etdirdiyi  istiqamətlərdən  biri  də  bu  olmuşdur.  Bunun  üçün  hibrid  nəsillərin 

alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük verildi. Xalq seleksiyası 

yolu ilə yaeadılmış «Qaraqılçıq», «Qırmızı buğda», «Sarı buğda», «Ağ buğda», «Şərq» və başqa 

Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda 




14 

 

genotipləri  yeni  intensiv  sortlarla  hibridləşdirilərək  yeni  hibrid  nəsillər  yaradıldı.  Bunlardan 



perspektivli  hesab  olunan  formaların  ekstremal  amillərə  davamlılığının  Əkinçilik  İnstitutunda 

fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində 

sınaqdan keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində alınmış 

quraqlığa  davamlı  «Bərəkətli  95»  bərk  buğda  sortu  ilə  yanaşı  «Qobustan»,  «Ruzi  84»,  «Qızıl 

buğda», «Günəşli» yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında 

artmaqdadır.  Bu  tipli  bir  çox  hibrid  formaların  tarla  şəraitində  suvarma  rejimindən  asılı  olaraq 

fizioloji  xüsusiyyətlərinin  öyrənilməsi  yeni  quraqlığa  davamlı  hibridlərin  seçilməsinə  zəmin 

yaratdı.  

Əkinçilik  İnstitutunda  aparılan  seleksiya  proqramının  yeni  istiqamətlərindən  biri  də 

buğdanın  seleksiyası  üzrə  dünyada  məhşur  olan  CIMMYT  və  Quraq  Bölgələrdə  Beynəlxalq 

Kənd  Təsərrüfatı  Tədqiqatları  Mərkəzi  (ICARDA)  ilə  aparılan  birgə  tədqiqatlardır.  Akademik 

həmin  təşkilatlarla  birgə  əməkdaşlıq  üçün  müraciət  etdikdən  sonra  1995-ci  ildən  başlayaraq 

CIMMYT  və  ICARDA-nın  mərkəzi  Asiya  və  Cənubi  Qafqaz  üzrə  əlaqələndiriciləri  bir  qayda 

olaraq Azərbaycanda səfərdə olurlar. Əkinçilik İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən 

təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan sonra, onlar burada seleksiya işlərinin 

beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik C.Əliyevin mütərəqqi seleksiya 

proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə 

olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda taxıl sortlarının 

seleksiyasının  yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan birgə 

əməkdaşlıq  haqqında  protokol  1996-cı  ildə  imzalanmışdır.  Elə  həmin  dövrdən  başlayaraq 

mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və 

hibridləri  CIMMYT  və  ICARDA  təşkilatlarından  Azərbaycana  göndərilməyə  başlanılmışdır. 

Onlar  akademik  C.Əliyevin  rəhbərliyi  ilə  ayrı-ayrı  bölgələrdə  öyrənilmiş  və  yeni  yerli  hibrid 

nəsillərin yaradılmasında istifadə olunmuşdur.  

Onun  son  illərdə  müntəzəm  olaraq  institutun  bölgələrdəki  təcrübə  bazalarında  seleksiya 

materiallarını  qiymətləndirməsi,  istehsalat  üçün  sortların  seçilməsi  istiqamətində  apardığı 

məqsədyönlü işlər artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək 

arxitektonikaya malik Əzəmətli 95, Qobustan, Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızı gül1, 

Qızıl  buğda,  Zirvə  85,  Fatimə,  Günəşli,  Şəfəq  2  yumşaq  buğda  sortlarının  sürətlə  istehsalata 

tətbiq  olunması  respublikanın  taxıl  istehsalının  daha  da  artırılmasına  səbəb  olmuşdur.  Eyni 

zamanda  perspektivli  olan    Ləyaqətli  80,  Yeganə,  Pirşahin  1,  Pərvin  yumşaq  buğda  sortları 

SNSMDK-da  sınaqdadır.  C.Əliyevin  bu  sortlarının  əsas  müsbət  cəhətləri  əkin  səviyyəsində 

sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli 

yerləşdiyindən  vegetasiya  müddətində  uzun  müddət  fotosintetik  fəaliyyətdə  olmasıdır.  Artıq 

respublikada  geniş  əkin  sahəsi  tutan  bu  buğda  sortlarının  optimal  becərmə  şəraitində 

məhsuldarlığı hektara 6-8 ton təşkil edir. 

C.Əliyevin  tədqiqat  prioritetlərinə  ağır  ekoloji  vəziyyət,  o  cümlədən  kənd  təsərüfatı 

bitkilərində  toplanan  radioaktiv  parçalanma  məhsulları  olan  radionuklidlərlə  torpağın 

çirklənməsi ilə əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma 

qanunauyğunluqlarının  öyrənilməsi  də  daxildir.  Bu  elementlərin  torpaq-bitki  sistemində 

miqrasiya  tsiklinin  analizi  əsasında  Azərbaycanın  torpaq-bitki  örtüyündə  stronsium-90  və 

sezium-137-nin  dövranının  ümumi  biogeokimyəvi  xəritəsi  verilmiş,  bitkilərin  mümkün 

çirklənmə  proqnozları müəyyən  olunmuş  və  bu  hallarda  kənd təsərrüfatında  həyata  keçirilməsi 

zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə,radiasiya təhlükəsizliyi tədbirlərinin 

əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür. 

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 600-  

dən  artıq  elmi  əsərdə,  o  cümlədən  25-dən  artıq  monoqrafiya  və  kitabda  öz  əksini  tapmışdır. 

Müxtəlif  ixtiralarına  görə  aldığı  çoxsaylı  patentlər  alimin  gərgin  əməyinin  məhsuludur.  O, 

iştirakçısı olduğu mötəbər simpozium, konfrans və forumlardakı dolğun çıxışları ilə Azərbaycan 

elmini layiqincə təmsil etmişdir. 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə