Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə161/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   157   158   159   160   161   162   163   164   ...   266

 

 

339 



 

potensialının  artırılmasında  və  şitillərin  inkişafına  müsbət  təsiri  tərəfimizdən 

aparılmış təcrübələrdə təsdiqin tapmışdır (6). Bələ ki, Fitosporinlə yemləndirilmiş 

şitillərin  nəzarətlə  müqayisədə  xəstəliklərə  yoluxması  əhəmiyyətli  dərəcədə 

azalmış, boy və inkişafı güclənmişdir.   

Xəstəliklərə  qarşı  bioloji  mübarizə  tədbirləri  hazırlanması  məqsədi  ilə 

nəmləşdirilmiş  substrat  (Moss-Peat)  adi  şəraitdə  xüsusi  kasetlərə  doldurulduqdan 

sonra hər yuvaya 1 ədəd Qliokladin həbi (Trychoderma harzianum st. M 22 VİZR, 

titr  10

9

  KYO/qr)  verilmişdir.  Şitil  çıxışından  sonra  2-3  əsl  yarpaq  fazasında 



biktilərin  xəstəliklərlə  sirayətlənməsinə  qarşı  mübarizə  tədbiri  kimi  Fitosporin-M 

preparatının 0,05 %-li suspenziyası ilə 2 dəfə çiləmə aparılmışdır. Tətbiq olunmuş 

tədbirlərin  səmərəsinin  öyrənilməsi  üçün  ilk  çıxışdan  şitillərin  köçürülməsi 

dövrünə  qədər  hər  5  gündən  bir  başlıca  xəstəliklərlə  sirayətlənməsinin  uçotları 

aparılmışdır.  Alınmış  nəticələr  etalon  variantı  ilə  müqayisə  edilmişdir.    Etalonda 

şitillər  təcrübə  variantı  ilə  eyni  aqrofonda  becərilməsinə  baxmayaraq, 

xəstəliklərdən    təsərrüfatın    tətbiq  etdiyi  tədbirlərlə    mühafizə    edilir  (4  dəfə 

kimyəvi    funqisidlərdən  isdifadə  -Aprin-2  dəfə,  Kurzeb  və  Saprol  hər  biri  1  dəfə 

çiləmə).  Təcrübədə  nəzarət  variantı  da  götürülmüşdür.  Nəzarət  variantında  eyni 

sortdan (Durinta) olan toxumlar eyni aqrofonda becərilmiş, lakin xəstəliklərə qarşı 

heç  bir  tədbir  keçirilməmişdir.  Təcrübələr  ümumi  qəbul  olunmuş  metodlar 

əsasında qoyulmuşdur [7]. 

Başlıca  xəstəliklərin  kök  çürümələri  (Fusarium  və  Verticillium),  Fitoftoroz 

(Phytophthora solani, Ph. parasitica), Gövdə bakteriozu (Pseudomonas corrugata

ilə yoluxmanın yayılması və intensivliyinin uçotları götürülmüşdür. Uçotlar hər 5 

gündən bir olmaqla şitillərin sahəyə köçürülməsinə qədər davam etmişdir. Təcrübə 

4 təkrarda, hər təkrar 500 şitil daxil olmaqla cəmi 6000 şitili əhatə etmişdir. 

Uçot  və  təhlillər  göstərdi  ki,  təcrübə  variantında  kök  çürüməyə  uğrayan 

şitillərin 2,2%, etalonda 12,4%, nəzarət variantında isə 38,5% olmuşdur. Şitillərin 

Fitoftoroz xəstəlikləri ilə sirayətlənmə səviyyəsi təcrübə variantında 5,6% yayılma, 

1,4% intensivliklə qeydə alınmışdır. Etalon variantda xəstəliyin  yayılması 18,5%, 

intensivliyi  5,9%  olmuşdur.  Nəzarət  variantında  Fitoftorozun  yayılması  52%, 

intensivlik 12,6% olmuşdur. Gövdə bakteriozu təcrübə variantında olmamış, etalon 

variantında 12,5 %, nəzarətdə 34,9 % yayılmışdır. 

Beləliklə,  tətbiq  olunmuş  yeni  mübarizə  sxemi  şitillərin  xəstəliklərə  qarşı 

davamlılığını  artırmışdır.  Təcrübə  variantında  alınan  nəticələr  nəzarət  variantı  və 

etalon variantı ilə müqayisə edilmiş, bioloji səmərə kök çürümələrinə qarşı təcrübə 

variantında 94%, etalonda 68%, Fitoftoroza qarşı təcrübə variantında 89%, etalon 

variantda  64%,  Gövdə  bakteriozu  xəstəliyinə  qarşı  təcrübə  variantında  100%, 

etalonda 64% olmuşdur (Cədvəl 1). 

Təcrübə  variantında sağlam şitil çıxışı 99,7%, etalonda 86%, nəzarətdə 62% 

olmuşdur.  Etalonla  müqayisədə  təcrübə  variantında  əlavə  şitil  çıxışı  13,7  %  çox 

olmuşdur. Hazırda 1000 ədəd şitilin satış qiyməti 150 manatdır. Belə olduqda hər 

1000 şitildən 136 ədəd, yəni 136 x 0,15 man. = 20,4 manat / 1000 şitildə xalis gəlir 

əldə edilmişdir. Əlavə mübarizə tədbirlərinə şəkilmiş xərclərin hər 1000 şitilə 6,2 

manat  olduğunu  hesablasaq  20,4-6,2=14,2  manat  alarıq.  Beləliklə,  tətbiq  edilmiş 




 

 

340 



 

mübarizə tədbirləri nəticəsində həm ekoloji cəhətdən zərərsiz vasitələrdən isdifadə 

olunmaqla ətraf mühit və işçilərin sağlamlığı qorunmuş, həm də hər 1000 şitildən 

14,2 manat xalis gəlir əldə edilmişdir. 

Elmi-tədqiqat  işlərindən  alınmış  nəticələr  əsasında  örtülü  sahədə  becərilən 

məhsuldar  pomidorun  başlıca  xəstəliklərinə  qarşı  ekoloji  cəhətdən  təhlükəsiz 

mübarizə  tədbirləri  sistemi  işlənib  hazırlanmışdır.  Hazırlanmış  yeni  mübarizə 

sxeminə aşağıda göstərilmiş  komponentlər daxildir.  

a.Şitillərin  əkilməsi  nəzərdə  tutulmuş  sahədə  və  ya  (hidroponika  şəraitində) 

substratda  olan  fakultativ  parazitlərdən  mühafizə  edilməsi  üçün  əkindən  10  gün 

qabaq  hər  yuvaya  5-10  sm  dərinlikdə  1  həb  Qliokladin  (Trychoderma  harzianum 

st. M 22 VİZR, titr 10

9

 KYO/qr) preparatı tətbiq edilmişdir.  



b.Şitillərin  əkinə  hazırlanması,  kök  sisteminin  substratda  daha  güclü  inkişafının 

təmin  edilməsi  üçün  əkin  vaxtı  Kornerost  P  (3  indolil  sirkə  turşusunun  kalium 

duzu) preparatının 0,001%-li işçi məhlul hazırlayıb 1000 şitilə verilmişdir. 

c.Şitillərin daimi yerlərində başlıca xəstəliklər qarşı mübarizədə Alrin-B (Bacillus 

subtilis-şt-10 VİZR, titr 10

9

 KYO/qr) preparatı ilə Qamair (B. subtilis st.-22 VİZR, 



titr  10

9

  KYO/qr)  preparatı  birgə  kompleks  çiləmə  metodu  ilə  hər  15  gündən  bir 



olmaqla 4 dəfə tətbiq edilmişdir. 

d.Fır  nematodlarına  qarşı  Nematofaqin  (Arthrobotrys  oligaspora)  preparatının 

torpağa 3 dəfəverilməsi. 1-ci  torpağa şitillər əkilməmişdən 10 gün qabaq 5litr /100 

pm-ə,  2-ci əkin vaxtı hər yuvaya 30 ml, 3-cü vegetasiya dövründə fır nematodu ilə 

sirayətlənmiş  ocaqlara  1  yuvaya  30  ml  normada,  torpağın  15-20  sm  dərinliyinə 

fumiqator vasitəsi ilə verilmişdir. 

e.Vegetasiyanın məhsul  yetişkənliyi dövründə və məhsul  yığımı vaxtı Fitosporin-

M0,05%-li məhlulu 2 dəfə tətbiq edilmişdir. IMS 400 litr/ha. 

Geniş  təsərrüfat  təcrübəsinin  etalon  variantı  kimi  təsərrüfatda  paralel 

becərilən,  eyni  aqrofonda  eyni  sorta  (Durinta)  məxsus  olan  pomidorun  başlıca 

xəstəliklərinin  mühafizəsində  tətbiq  edilən  tədbirlərin  sayı  9  dəfə,  kimyəvi 

funqisidlərlə, 1 dəfə DD, 2000 litr/ha normada, Vidat preparatının sulu məhlulu ilə 

100 litr/ha normada fır nematodlarına qarşı tətbiq edilmişdir.  

Nəzarət  variantında  eyni  aqrofonda  becərilən  eyni  sorta  məxsus  bitkilər 

üzərində  heç  bir  mübarizə  tədbiri  keçirilməmişdir.Təcrübə  qoyulduqdan  sonrakı 

hər 5 gündən bir yayılmış xəstəliklərin uçotu götürülmüşdür. Uçotlar bütün təcrübə 

sahəsində  eyni  gündə  aparılmışdır.  Uçotlardan  alınmış  nəticələr  təhlil  edilmişdir. 

Nəzarət variantında xəstəliklərin yayılma səviyyəsi ilə təcrübə və etalon variantdan 

alınmış  nəticələr  müqayisə  edilməklə  bioloji  səmərəlilik  hesablanmışdır.  Yeni 

mübarizə  sxemi  (YMS)  tətbiq  olunmuş  sahədə  Fitftoroz  xəstəliyinin  yayılması 

6,4%,  intensivlik  2,6%  olmuş,  Alternarioz  və  Bakterial  xəstəliklərqeydə 

alınmamış,  Fuzarioz  və  digər  traxeomikoz  soluxmaların  yayılması  6,2% 

olmuşdur(cədvəl  2).  Bu  zaman  etalon  variantda  Fitoftoroz  xəstəliyinin  yayılması 

22,4%, intensivlik 5,2%, nəzarət variantında isə yayılma 62,8%, intensivlik 25,6% 

olmuşdur.  Etalon  variantda  Alternarioz  xəstəliyinin  yayılması  18,2%,  intensivlik 

7,8%,  Bakterial  soluxma  xəstəliyi  12,8%,  Traxeomikoz  və  Fuzarioz  soluxmaları 

16,5%  olmuşdur.Nəzarət  variantında  Alternarioz  xəstəliyinin  yayılması  38,5%, 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə