534
dövründə isə əksinə, nəmlik 0-25 sm qatda azalmışdır. Qeyd etmək lazımdır ki, seolit
və peyin zəminində bütün variantlarda nəmlik nəzarətə nisbətən 5-6% çox olmuşdur
[1].
Prof. H.Ə.Aslanov tərəfindən boz-qəhvəyi torpaqlarda suvarma şəraitində təbii
seolit mineralının gübrələrlə birlikdə kartof bitkisi altında torpaq nəmliyinə təsiri
öyrənilərkən müəyyən edilmişdir ki, yayda yüksək temperaturun təsirindən torpağın
0-25 sm-lik qatında təbii nəmlik azalır, torpaq səthi quruyur, bitkinin yeraltı kütləsi-
nin çox hissəsi isə həmin qatda yerləşir. Artıq yığım dövründə təbii nəmlik nəzarət və
digər variantlarda aşağı düşür. Belə ki, yığım dövründə nəzarətdə təbii nəmlik 0-25
sm-likqatda 9,8-10,2 % vəya 301,4-313,7 t/ha, peyin 10 t/havariantında 10,6-10,8%
vəya 326,0-332,1 t/ha, peyin və seolitin birlikdə təsirindən bu rəqəmlər 12,7-13,2%
vəya 390,5-405,9 t/ha-dır. Peyin və seolit zəminində mineral gübrələr verdikdə isə
nəzərə çarpacaq dərəcədə nəmlik artımı müşahidə edilmişdir. Seolit 5 t/ha+ peyin 10
t/ha+N
120
P
120
K
120
variantında müvafiq olaraq 13,4-13,7 və ya 412,1-421,3 t/ha olmuş-
dur [3].
Ədəbiyyat məlumatlarına əsasən belə nəticəyə gəlmək olar ki, yüksək uduculuq
və ion dəyişkənliyinə malik olan təbii seolitin torpağa gübrələrlə birlikdə verilməsi
torpaqda havalanmanı yaxşılaşdırır, kök sisteminin və bütövlükdə bitkinin normal bö-
yümə və inkişafını təmin edir. Torpaqda nəmliyi saxlamaqla suvarma suyuna qənaət
edilir, nitratların bitkiyə daxil olması azalır, torpaqda təsir müddəti 3-5 il qalır və
torpağın şum qatında qida maddələrinin yuyulması azalır ki, nəticədə gübrə itkisinin
qarşısı alınır, bitkinin gübrədən istifadə əmsalı yüksəlir, bitkinin məhsuldarlığı artırır
və keyfiyyəti yaxşılaşır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq tədqiqatın aparılmasında əsas məqsədi
ilk dəfə olaraq Gəncə-Qazax bölgəsində suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda
təbii seolit mineralının gübrələrlə birlikdə tətbiqinin pambıq bitkisinin becərilməsində
səmərəliliyinin öyrənilməsindən ibarət olmuşdur.
Tarla təcrübələri aşağıdakı sxemdə qoyulmuşdur: 1.Nəzarət (gübrəsiz); 2.Peyin
10 t/ha; 3.Seolit 10 t/ha+peyin 10 t/ha (zəmin); 4.Zəmin+N
60
P
90
K
60
; 5.Zəmin+
N
90
P
120
K
90
; 6.Zəmin+N
120
P
150
K
120.
Tarla təcrübələriAzərbaycanETPİ-nin Mərkəzi təcrübə bazasında pambıq bitki-
sinin AzNİXİ-195 sortu ilə 4 təkrarda qoyulmuş, hər variantın ümumi sahəsi 120,0
m
2
(40x3,0 m) olmaqla, səpin cərgə üsulu ilə 60x15 (1bitki) sm əkin sxemində
(hektara 60 kq toxum) aparılmışdır. Seolit 100% (3 ildə bir dəfə), peyin 100%, fosfor
və kalium 80% payızda şum altına, fosfor və kaliumun qalan 20%-i yemləmədə, mü-
vafiq inkişaf mərləsində, cərgəaralarına verilmişdir. Azot isə 2 dəfəyə yemləmə
şəklində verilmişdir. Fenoloji müşahidələr 25 bitki üzərində, aqrotexniki tədbirlər isə
bölgə üçün qəbul edilmiş qaydada aparılmışdır.
Torpaqların aqrokimyəvi xüsusiyyətlərini öyrənmək üçün təcrübə qoyulmazdan
əvvəl 0-30; 30-60 və 60-100 sm-lik qatlardan götürülmüş torpaq nümunələrində qida
elementlərinin ümumi və mənimsənilən formalarının miqdarı müəyyən edilmişdir.
Torpaq nümunələrinin təhlili göstərir ki, bu torpaqlar azotun, fosforun və kaliumun
məniməsənilən formaları ilə zəif dərəcədə təmin olunmuşdur. pH su məhlulunda 0-30
sm qatda 7,8, aşağı qatlara getdikcə isə artaraq 60-100 sm-lik qatda 8,4 olmuşdur.
535
Ümumi humus, azot, fosfor və kalium 0-30 sm-likqatda 2,15; 0,15; 0,13; 2,39%-dir.
Lakin aşağı qatlara getdikcə xeyli azalaraq 60-100 sm-lik qatda uyğun olaraq 0,85;
0,06; 0,07; 1,51% təşkil etmişdir. Udulmuş ammonyak azotu 18,5-6,5 mq/kq, nitrat
azotu 9,7-2,6 mq/kq, mütəhərrik fosfor 15,8-4,5 mq/kq, mübadiləvi kalium isə 263,5-
105,3 mq/kq arasında tərəddüd etmişdir.
Götürülmüş torpaq nümunələrində: pH potensiometrdə, ümumi humus İ.V.Tyu-
rinə görə, udulmuş ammonyak D.P.Konyevə, nitrat azotu Qrandval-Lyaju, ümumi az-
ot, ümumi fosfor K.E.Ginzburq və Q.M.Şeqlova, mütəhərrik fosfor B.P.Maçiqin üsu-
lu ilə, ümumi kalium Smit, mübadiləvi kalium P.B.Protasov üsulu ilə alovlu foto-
metrdə və torpaqda təbii nəmlik 105
0
C-də termostatda təyin edilmişdir.
Seolit və peyin zəminində (seolit 10 t/ha+peyin 10 t/ha) mineral gübrə normala-
rının suvarılan boz-qəhvəyi (şabalıdı) torpaqlarda pambıq bitkisi altında tətbiqinin
torpaqda təbii nəmliyin dəyişməsinə təsiri 2012-2013-cü illərdə öyrənilmişdir. Tədqi-
qatın nəticələri cədvəldə verilmişdir. Torpaq nümunələri 0-30 və 30-60 sm-lik qatlar-
dan qönçələmə, çiçəkləmə və məhsul yığımı mərhələsində suvarmadan əvvəl götürül-
müşdür. Seolit və peyin zəminində mineral gübrə normalarından asılı olaraq təbii
nəmliyin miqdarının şum və şumaltı qatlarda qanunauyğun olaraq dəyişməsi, mak-
simal miqdarı qönçələmə, minimal miqdarı isə məhsul yığımı mərhələsində müşahidə
edilmişdir. Tədqiqatlar göstərir ki, təbii seolitin gübrələrlə birlikdə verilməsi nəti-
cəsində torpaqda pambığın inkişaf mərhələlərinin hər birində nəmliyin miqdarı artır
və bu nəmlikdən də bitki istifadə edir.
Cədvəldən göründüyü kimi pambığın qönçələmə mərhələsində 0-30 sm-lik qat-
da nəzarət (gübrəsiz) variantında təbii nəmlik 11,3-12,5% və ya 384,4-420,4 t/ha, 30-
60-sm-lik qatda 13,5-14,1 və ya 1134,0-1167,5 t/ha, tam yetişmədə uyğun olaraq 8,5-
9,3% və ya 270,0-297,6 t/ha, peyin 10 t/ha variantında 0-30 sm 12,6-13,6% və ya
414,8-465,0 t/ha, 30-60 sm-də 10,3-10,8% və ya 324,5-337,5 t/ha, seolit 10 t/ha+ pe-
yin 10 t/ha (zəmin) variantında isə nəmlik seolitin təsirindən hər iki qatda xeyli miq-
darda artmışdır: qönçələmədə 16,8-17,3% və ya 504,0-514,7 t/ha və 15,8-16,4% və
ya 1251,4-1289,0 t/ha, tam yetişmədə 13,5-14,8% və ya 415,1-451,4 t/ha və 12,8-
13,2% və ya 1052,2-1053,4 t/ha olmuşdur. Təbii seolitin təsirindən nəmlik qönçələ-
mə mərhələsində hər iki qatdan orta olaraq 4,5-6,3% və ya 139,9-174,4 t/ha, vegetasi-
yanın sonunda isə 3,2-6,2% və ya 111,4-221,2 t/ha peyin 10 t/ha variantına nisbətən
yüksəlmişdir.
Zəminlə birlikdə mineral gübrələrin müxtəlif normalarının tətbiqi nəticəsində
nəzarət, peyin 10 t/ha və zəmin variantlarına nisbətən hər iki torpaq qatında təbii
nəmliyin miqdarı əhəmiyyətli dərəcədə artır. Belə ki, zəmin+N
60
P
90
K
60
variantında
isə bu göstəricilər artaraq qönçələmə mərhələsində 0-30 və 30-60 sm-lik qatda 17,3-
17,8% və ya 506,0-516,2 t/ha və 18,2-18,8% və ya 1420,0-1477,7 t/ha, tam yetişmə-
də uyğun olaraq 14,1-15,2% və ya 433,6-456,0 t/ha və 16,2-17,3% və ya 1312,2-
1411,7 t/ha təşkil etmişdir. Zəmin+N
90
P
120
K
90
variantında qönçələmə mərhləsində 0-
30 və 30-60 sm-lik qatda 17,5-18,5% və ya 503,1-527,3 t/ha və 19,0-19,5% və ya
1459,2-1509,3 t/ha, tam yetişmədə uyğun olaraq 15,3-16,8% və ya 455,2-495,6 t/ha
və 17,8-18,5% və ya 1420,4-1465,2 t/ha, zəmin+N
120
P
150
K
120
variantında qönçələ-
mədə 0-30 və 30-60 sm-lik qatda 16,7-18,3% və ya 484,3-535,3 t/ha və 18,5-19,1%