Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə31/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   27   28   29   30   31   32   33   34   ...   266

 

61 


 

dəyişkənliyini  səciyyələndirdiyi  əsas  qanunauyğunluqların  aydınlaşdırılmasının 

nəzəri və praktiki əhəmiyyətini nəzərə alaraq tədqiqat işi aparılmışdır. 

Təcrübələr    AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  “Rüşeym  plazması”  və 

KTN  Əkinçilik  Elmi  Tədqiqat  İnstitutunun  “Toxumçuluq”  laboratoriyalarında 

aparılmışdır.  

Təcrübələrdə  Milli  Aviasiya  Akademiyasında  (MAA)  düzəldilmiş  laborator 

ozonatorundan istifadə edilmişdir. 

Tədqiqat  materialı  kimi    2015-ci  ildə  Əkinçilik  ET  İnstitutunun  Tərtər  Bölgə 

Təcrübə  Stansiyasında  (BTS)  becərilən  Qarabağ-7  və  Qarabağ-33  payızlıq  arpa 

sortları götürülmüşdür. Ozonlaşmanın toxumların sünbüldə formalaşma yerindən asılı 

olaraq  cücərməyə  təsirini    daha  ətraflıöyrənmək  üçün    hər  sortdanbərabər  sayda 

sünbülcüklərə malik 50 oxşar sünbül  götürülərək 3 bərabər hissəyə bölünmüşdür (Y, 

O,  A).  Sünbüllərin  hər  hissəsi  ayrılıqda  döyülmüşdür.  Sünbüllərin  alt  hissəsinin 

toxumları  -A,  orta  hissəsininkilər  -O,  yuxarı  hissəsinin  toxumları  isə  -Y  hərfi  ilə 

işarələnmişdir.  

Təcrübə variantlarında toxumlar 

1400ppm х 20dəq.  dozada ozonla işlənilmiş və 

sünbüldə  formalaşma  yerindən  asılı  olaraq    səpin  keyfiyyətləri  təyin  edilmişdir. 

Toxumlar  Petri  kasalarında  3  təkrarda,  təcrübə  -  ozonla  işlənilmiş  və  nəzarət  - 

işlənilməmiş olmaqla cücərdilmişlər

. Toxumların əkin keyfiyyəti (cücərmə enerjisi və 

cücərmə  faizi)  DÜİST-ə  uyğun  olaraq  təyin  edilmişdir.  Toxumların  cücərməsi  iki 

müddət  ərzində  (cücərmə  enerjisi  və  cücərmə  faizi  qeyd  edilərək)  normal  cücərən 

dənlərin  sayının  cəmlənməsi  ilə  hesablanmış  və  onların  ümumi  qiyməti  üç  təkrarın 

analiz nəticələrinin orta qiyməti kimi faizlə ifadə edilmişdir [8].  

Böyümə gücü cücərtilərin morfofizioloji qiymətləndirmə metoduna əsasən  10 

sutkada  sağlam  cücərtilərin  sayı  (%)  və  ya  100  zoğa  görə  yaşıl  cücərtilərin  kütləsi 

(qram) ilə təyin edilmişdir[9]. 

Toxumların  ozonla  işlənilməsi  zamanı  cücərmə  prosesinin  və  xüsusilə  kök 

sisteminin  inkişafının  stimullaşmasını  nəzərə  alaraq,  toxumun  cücərmə 

mərhələlərinin  xüsusilə  rüşeym  kök  sisteminin  formalaşmasının  identifikasiyasının 

dəqiq morfoloji meyarları, vizual olaraq görünən fizioloji və biokimyəvi proseslərin 

dəyişkənliyinin  başlanmasının  qeyd  edilməsi  üçün    laboratoriya  şəraitində  sutka 

ərzində  hər  2  saatdan  bir  hər  toxuma  baxılaraq  onların  cücərməsinin  Mikrofenoloji 

Mərhələlərinin (MFM) başlanma vaxtı qeyd edilmişdir.  

Payızlıq  arpa  sortları  toxumlarının    cücərməsi  zamanı  baş  verən  morfoloji  

dəyişikliklərin  tədqiqi  nəticəsində  morfoloji  cəhətdən  vizual  olaraq  asanlıqla 

fərqləndirilən  sağlam,  normal  arpa  toxumları  üçün  xarakterik  olan    cücərmənin  8 

mikrofenoloji    mərhələsi  qeyd  edilmişdir.  Arpada  cücərmə  zamanı  5-7  kök  əmələ 

gəldiyinə görə belə güclü rüşeym kökü sisteminin inkişafını təsvir etmək üçün kökün 

inkişafının üç və həmçinin  sərbəst “cücərti” mərhələləri qeyd edilmişdir: 

1. QD - Quru dən: toxumun məcburi sükunəti; 

2. ŞB - Şişmənin başlaması (toxumların islanması); 

3. ÇN - Çıtlama nöqtəsi: rüşeym kökcüyünün koleorizasının ağ nöqtə şəklində əmələ 

gəlməsi; 




 

62 


 

4. Kökcüklər 1 (K1), - “Çəngəl”. Koleorizanın parçalanması və ardıcıl olaraq  2 mm 

uzunluqda çəngəl şəkilli kök telləri olmayan bir, iki və ya  üç  rüşeym kökcüyünün 

əmələ gəlməsi; 

5.  Kökcüklər  2  (K2),  -“Kökcüklərin  ilkin  inkişafı”.  Bir  və  ya  bir  neçə  müxtəlif 

uzunluqda  kök  tellərinə  malik,  lakin  toxumun  uzunluğundan  kiçik  kökcüklərin 

olması;  

6.  Kökcüklər  3  (K3),  -“Yetkin  kökcüklər”.  Ölçüsünə  görə  toxumun  uzunluğundan 

böyük,  bir  və  ya  bir  neçə  inkişaf  etmiş  və  bir  neçə  qısa  kök  tellərinə  malik,  yetkin 

kökcüklərin əmələ gəlməsi,  hələ cücərtilərin  olmaması; 

7.  Cücərti1  (C1),  -  böyüyən  və  yetkin  kökcüyün  olması,  toxumun  uzunluğunun 

yarısından  qısa  ölçülü  koleoptilin  əmələ  gəlməsi  (Cücərtinin  uzunluğu  çiçək 

pulcuqlarından çıxan hissəsinə görə hesablanır); 

8.  Cücərti2  (C2),  -  toxumun  ölçüsündən  uzun  iki  və  daha  çox  kökçüyə,  onun 

uzunluğunun  yarısından    kiçik  olmayan  koleoptilin  uzunluğunun  yarısından  çox 

hissəsini tutan ilkin yarpaqcıqlı, zoğu olan  mükəmməl cücərtinin əmələ gəlməsi [10]. 

 

Toxumların  ozonla  işlənilməsinin  Mikrofenoloji  mərhələlərinin  dvametmə 



xüsusiyyətlərinə təsiri nəzarət variantı ilə müqayisəli tədqiq edilmişdir. 

 

Toxumların  ozonla  işlənilməsi  cücərmə  sürətinə  görə  fərqlənən  toxum 



fraksiyalarının  yenidən  bölüşdürülməsinə  (paylanmasına)  səbəb  olmuşdur.  Sürətli  

yəni iki sutka ərzində cücərən toxum fraksiyası yaranmış və həmçinin üç gün ərzində 

cücərən  toxumların  sayı  artmışdır,  ki  bu  da  cücərmə  enerjisinin  artmasına  təsir 

etmişdir.  Bu  onunla  bağlıdır  ki,  ozonla  işlənilmiş  payızlıq  arpa  toxumları  bütün 

Mikrofenoloji  mərhələlərə  nəzarətdən  tez  çatmış  və    bu  fazaların  hər  birinin 

dvametmə müddəti nəzərəçarpacaq dərəcədə qısalmışdır. Belə ki,  təcrübə variantında 

Qarabağ  7  və  Qarabağ  33  sortlarının  toxumları  nəzarətə  nisbətən  2-3  saat  tez 

çıtlamışdır. Daha sonra isə hər bir növbəti mikrofenoloji mərhələyə keçiddə nəzarətə 

nisbətən  ozonla  işlənilmiş  toxumlarda  daha  böyük  fərq  müşahidə  edilmişdir.  Bu 

şəraitdə    Qarabağ  7  və  Qarabağ  33  sortlarında  K2    və  K3    mərhələləri  12  -14  saat 

keçdikdən sonra, nəzarətdən 3-5 saat tez başlamışdır. 

Orta  hesabla  təcrübə  variantında  öyrənilmiş  hər  iki  payızlıq  arpa  sortlarının 

sünbülün  aşağı  və  orta  hissəsində  formalaşan  toxumları  20-21  saat  keçdikdən  sonra 

şişmiş  və  cücərməyə  başlamış,  33-35  saatdan  sonra  cücərtinin  kök  sisteminin 

formalaşması mərhələsinə keçmiş, 78 saatdan sonra koleoptil, 83-84 saatdan sonra isə 

mükəmməl cücərti əmələ gəlmişdir ki, bu da nəzarət variantı (23; 38; 80; 88 saat) ilə 

müqayisədə müvafiq olaraq, 2-3; 3-5; 2 və 4-5 saat az olmuşdur. Hər iki payızlıq arpa 

sortunun  sünbülün  yuxarı  hissəsində  formalaşan  toxumları  isə  nəzarətə  nisbətən  bu 

mərhələlərə müvafiq olaraq 0,5; 1; 1 və 1,5 saat tez keçmişdir. 

Nəticələr  göstərir  ki,  payızlıq  arpanın  müxtəlif  hissələrindən  olan  toxumlar 

müxtəlif  səpin  keyfiyyətinə  malik  olub,  bir-birindən  kütləsinə,  cücərmə  enerjisinə, 

cücərmə  faizi  və  böyümə  gücünə  görə  fərqlənirlər.  Qarabağ  7  və  Qarabağ  33  arpa 

sortlarında  1000  dən  kütləsi  sünbülün  hissəsindən  asılı  olaraq  (Y)  31,18-33,40;  (O) 

44,0-46,5  və  (A)  38,33-41,0qr  təşkil  etmiş,  sortlar  üzrə    fərq  müvafiq  olaraq  yuxarı 

hissədən  olan  dənlərdə  2,22;  orta  hissədən  olanlarda  2,5  və  aşağı  hissədən  olan 

dənlərdə 2,67qr təşkil etmişdir. Sünbülün orta hissəsindən olan toxumlar (O)  ən ağır, 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə