Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında



Yüklə 45,08 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü45,08 Kb.
#6946


Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların 

sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 



  

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 

rəhbər tutaraq, kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə 

idarəetməni  müasir  dövrün  tələblərinə  uyğunlaşdırmaq,  o  cümlədən  Azərbaycan 

Respublikası 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin 

strukturunu 

və 


fəaliyyətini 

təkmilləşdirmək məqsədi ilə qərara alıram: 

1.  Rayonlar  üzrə  aqrar  siyasətin  həyata  keçirilməsinin  təmin  edilməsi,  kənd 

təsərrüfatına  dövlət  dəstəyi  tədbirlərinin  təşkili,  aqrar  sahə  ilə  bağlı  problemlərin 

həllində  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  yerli  struktur  bölmələri  ilə 

səmərəli  əməkdaşlığın  qurulması  məqsədi  ilə  Azərbaycan  Respublikası  Kənd 

Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın. 

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 

2.1.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  ilə  birlikdə 

aqroparkların  yaradılması  barədə  təkliflərini  altı  ay  müddətində  hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

2.2.  beynəlxalq  təcrübəyə  əsaslanmaqla,  aqrar  sektorun  dövlət  tərəfindən 

dəstəklənməsində  şəffaflığı  və  hesabatlılığı  təmin  etmək  üçün  "elektron  kənd 

təsərrüfatı"  informasiya  sisteminin  üç  il  müddətində  mərhələlərlə  yaradılmasını 

təmin  etsin  və  həyata  keçirilən  tədbirlər  barədə  ildə  bir  dəfə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin

2.3.  tabeliyində  olan  və  fəaliyyəti  məqsədəuyğun  hesab  edilməyən  təsərrüfat 

hesablı  dövlət  müəssisə  və  təşkilatlarının  ləğvi,  özəlləşdirilməsi,  yenidən  təşkili  və 

idarəetməyə  verilməsi  barədə  təkliflərini  üç  ay  müddətində  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

2.4.  xarici  investorları  cəlb  etməklə  respublikada  kənd  təsərrüfatı  təyinatlı 

texnikanın  istehsalının  təşkilinə  dair  təkliflərini  altı  ay  müddətində  hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  

2.5.  tabeliyindəki  laboratoriyaların  fəaliyyətinin  təkmilləşdirilməsi  və  onların 

beynəlxalq  akkreditasiyadan  keçməsinin  təmin  edilməsi  istiqamətində  tədbirlər 

görsün;  

2.6.  heyvandarlığın  mövcud  vəziyyəti  barədə  etibarlı  məlumat  bazasının 

formalaşdırılması  məqsədi  ilə  kənd  təsərrüfatı  heyvanlarının  identifikasiyası  və 

qeydiyyatı  sisteminin  üç  il  müddətində  mərhələlərlə  yaradılmasını  təmin  etsin  və 

həyata  keçirilən  tədbirlər  barədə  ildə  bir  dəfə  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat versin; 

2.7.  qeyri-dövlət  fitosanitar  xidmətlərinin,  o  cümlədən  bitki  mühafizə 

vasitələrinin  və  aqrokimyəvi  maddələrin  istehsalı,  idxalı,  satışı  və  saxlanılmasının 



xüsusi  razılıq  (lisenziya)  əsasında  həyata  keçirilməsinə  dair  təkliflərini  iki  ay 

müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  

2.8.  Azərbaycan  Aqrar  Elm  Mərkəzinin  və  onun  tabeliyindəki  elmi-tədqiqat 

institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində 

hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin

2.9.  aqrar  elmin  inkişafı  konsepsiyasının  layihəsini  beş  ay  müddətində 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

2.10.  "Aqrolizinq"  Açıq  Səhmdar  Cəmiyyətinin  fəaliyyətinin  beynəlxalq  lizinq 

standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün; 

2.11.  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  ilə  birlikdə  aqrar  sahədə 

kadr  hazırlığı  və  təminatı  sisteminin  yaxşılaşdırılmasını  təmin  etsin,  aqraryönümlü 

orta  ixtisas  və  peşə  təhsili  müəssisələrinin  fəaliyyətinin  təşkilinə  dair  təkliflərini  üç 

ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

3.  Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyəti 

Azərbaycan 

Respublikasının 

Kənd 

Təsərrüfatı 



Nazirliyi, 

Azərbaycan 

Respublikasının  İqtisadiyyat və  SənayeNazirliyi Azərbaycan  Respublikasının  Ekologiya 

və  Təbii  Sərvətlər  Nazirliyi  və  Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət 

Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış 

və  şorakətləşmiş,  eroziyaya  uğramış  torpaqların  sağlamlaşdırılması  tədbirlərini 

ölkədə  aparılan  iqtisadi  strategiyaya  uyğun  olaraq  müvafiq  proqramlar  əsasında 

həyata keçirsin.



[1]

 

4.  Azərbaycan  Respublikasının  İqtisadiyyat və  Sənaye Nazirliyi  Azərbaycan 



Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  ilə  birlikdə  xarici  investorların  kənd 

təsərrüfatına  cəlb  edilməsi  məqsədi  ilə  bu  sahədə  yaradılacaq  aqrobiznes 

qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar 

Cəmiyyətinin iştirakını təmin etsin.



[2]

 

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində: 



5.1.  kəndli  fermer  təsərrüfatlarının  daha  iri  kənd  təsərrüfatı  müəssisələri 

formasında  birləşmələrinin  iqtisadi  stimullaşdırılmasını  nəzərdə  tutan  "Kənd 

təsərrüfatı  kooperasiyası  haqqında"  qanun  layihəsini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

5.2. istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə 

antikartel  fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  aktların  layihələrini  hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:  

6.1. üç ay müddətində: 

6.1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və 

işçilərinin  say  həddi  barədə  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin; 




6.1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil 

olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin;  

6.1.3. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının 

istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə 

satılan  texnikaya  tətbiq  edilə  biləcək  güzəştlərə,  eləcə  də  mineral  gübrələrin  satışı 

üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

6.1.4. 


"Dövlət 

əmlakının 

özəlləşdirilməsi 

haqqında" 

Azərbaycan 

Respublikasının  Qanununda  baytarlıq  xidmətlərini  həyata  keçirən  idarə  və 

müəssisələrin  özəlləşdirilməsinə  yol  verilməsi  ilə  bağlı  müvafiq  dəyişikliklər 

edilməsi  barədə  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə 

təqdim etsin; 

6.1.5. kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və 

bu  sahədə  prosedurların  sadələşdirilməsinə  dair  təkliflərini  hazırlayıb  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin; 

6.1.6.  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  zəbt  olunmasına  və  ya  onlardan 

qanunsuz  istifadə  edilməsinə  görə  məsuliyyəti  müəyyən  edən  qanun  layihəsini 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  

6.1.7.  Azərbaycan  Respublikası  Prezidentinin  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılması  ilə  bağlı  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin; 

6.1.8.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi 

aktlarının  bu  Fərmana  uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan  Respublikasının 

Prezidentinə məlumat versin; 

6.2.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu 

Fərmana  uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay 

müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

6.3.  bu  Fərmanın  2.2-ci  bəndində  nəzərdə  tutulan  "elektron  kənd  təsərrüfatı" 

informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Azərbaycan Respublikası 

Əmlak  Məsələləri  Dövlət  Komitəsinin,  Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və 

Xəritəçəkmə  Komitəsinin və  Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq 

Səhmdar  Cəmiyyətinin  informasiya  resursları  ilə  inteqrasiyasını  təmin  etmək 

məqsədi  ilə "elektron kənd təsərrüfatı" informasiya sistemindən  istifadə qaydalarını 

altı ay müddətində müəyyən etsin;

[3]

 

6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 



7.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana 

uyğunlaşdırılmasını  təmin  edib  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

məlumat versin. 

  



İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 



Bakı şəhəri, 16 aprel 2014-cü il

 

                 № 152



 

  

  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


15 

fevral 


2016-cı 

il 


tarixli 787 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  21  fevral  2016-cı  il,  №  40;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

 

2.



 

16 


avqust 

2016-cı 


il 

tarixli 1023 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Respublika”  qəzeti,  17  avqust  2016-cı  il,  №  178, Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

 

  



  

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

 

 

 



 

[1]

 

15 



fevral 

2016-cı 


il 

tarixli 787 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  21  fevral  2016-cı  il,  №  40;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2016-cı  il,  №  02,  II  kitab,  maddə  251) ilə  3-cü  hissədə  “və  Azərbaycan 

Respublikasının  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi”  sözləri  “Azərbaycan  Respublikasının 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət 

Komitəsi” sözləri ilə əvəz edilmişdir. 

  

[2]

 

16 


avqust 

2016-cı 


il 

tarixli 1023 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Respublika”  qəzeti,  17  avqust  2016-cı  il,  №  178, Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2016-cı  il,  №  8,  maddə  1384) ilə 3-cü  və  4-cü  hissələrdən  “və  Sənaye” 

sözləri çıxarılmışdır. 

  

[3]

 

15 


fevral 

2016-cı 


il 

tarixli 787 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  21  fevral  2016-cı  il,  №  40;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2016-cı  il,  №  02,  II  kitab,  maddə  251) ilə  6.3-cü  bənddən  “,  Azərbaycan 

Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin” sözləri çıxarılmışdır. 

 

Yüklə 45,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə