Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında



Yüklə 22,6 Kb.

tarix12.10.2018
ölçüsü22,6 Kb.


Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

 

Ölkəmizdə  aqrar  islahatların  birinci  mərhələsi  başa  çatmaq  üzrədir.  İslahatların  həyata 



keçirilməsini  təmin edən  müvafiq  qanunvericilik  bazası  artıq  yaradılıb,  torpaqların,  keçmiş 

sovxoz və kolxozların əmlakının kənd əhalisinə paylanması əsasən başa çatmaqdadır. Lakin 

islahatların dərinləşdirilməsinə yönəldilmiş tədbirlər heç də lazımi qədər həyata keçirilmir, 

aqrar  sahədə  mövcud  olan  istehsal  münasibətləri  bazar  iqtisadiyyatı  tələblərinə 

uyğunlaşdırılmır. Bu səbəbdən son illər aqrar sahənin inkişafı bir sıra obyektiv və subyektiv 

çətinliklərlə  rastlaşmışdır.  Mövcud  olan  problemlərin  elmi  təhlili  aparılmır,  bunun 

nəticəsində aqrar sahədə planlaşdırılmış maliyyə, kredit, bank, vergi, qiymət, daxili bazarın 

qorunması  tədbirlərini  nəzərdə  tutan,  islahatların  ikinci  mərhələsini  təmin  edən  proqram 

indiyə qədər hazırlanmamışdır. 

Hazırda  sovxoz  və  kolxozların  mövcud  olduqları  dövrdən  qalan  vergi  və  ödəmələr 

qüvvədə qalmaqdadır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçıları 9 növ müxtəlif 

vergi və ödəmələrə cəlb edilirlər və istehsal olunan məhsullar bir çox hallarda ziyanla başa 

gəlir. Nəticədə, bir sıra kənd təsərrüfatı məhsullarının, xüsusilə pambığın istehsalının aşağı 

düşməsi, kənd əhalisi arasında işsizliyin artması müşahidə edilir. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin,  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  yerli 

icra  hakimiyyətlərinin  pambıqçılığa  ögey  münasibəti,  pambıq  emalı  müəssisələrində 

yaradılmış  səhmdar  cəmiyyətlərin  zəif  fəaliyyətləri  nəticəsində  son  illər  bu  sahə  böyük 

tənəzzülə  uğramışdır.  Özəlləşdirilmiş  torpaq  sahələrindən  istənilən  məhsul  və  gəlir  əldə 

edilmir.  Bütün  bunlar  aqrar  sahənin  inkişafını  təmin  etməli  olan  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  qeyri-qənaətbəxş  fəaliyyətinin,  həmin  orqanların  rəhbərlərinin  mövcud  olan 

problemlərə biganəliyinin nəticəsidir. 

Kənd təsərrüfatı sahəsində mövcud problemlərin aradan qaldırılması, aqrar islahatların 

ikinci mərhələsinin sürətləndirilməsi, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi, 

kənd  təsərrüfatı  məhsullarının  istehsalının  müasir  tələblərə  uyğun  təşkil  edilməsi  məqsədi 

ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti,  Kənd  Təsərrüfatı  Nazirliyi,  Dövlət 

Torpaq  və  Xəritəçəkmə  Komitəsi,  yerli  icra  hakimiyyəti  orqanları  aqrar  sahədə  yaranmış 

vəziyyəti təhlil edib nöqsanların və bu sahədə yaranmış süni maneələrin aradan qaldırılması 

üçün təcili tədbirlər görsünlər. 

[1]


 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bir  ay  ərzində  aqrar 

islahatların  ikinci  mərhələsinin  həyata  keçirilməsini  təmin  edən  dövlət  proqramının 

layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

3.  Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarının  torpaq  vergisi  istisna  olmaqla,  digər 

vergilərdən beş il müddətinə azad edilməsi, bu vergilərə görə borclarının silinməsi məsələsi 

Azərbaycan Respublikasının Milli Məclisinə baxılmaq üçün təklif edilsin. 

4.  Azərbaycan  Respublikasının  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi  kənddə 

sahibkarlığın  və  bazar  münasibətlərinin  inkişafının  sürətləndirilməsi  üçün  torpaq 

sahiblərinə,  xüsusilə  pambıqçılıq  sahəsində  çalışan  torpaq  sahiblərinə  müvafiq  hüquqi 

sənədlərin verilməsinin başa çatdırılmasını təmin etsin. 

[2]


 

5.  Azərbaycan  Respublikasının  Milli  Bankı  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti  ilə  birlikdə  aqrar  sahənin,  xüsusilə  fermer  təsərrüfatlarının  inkişafını  təmin  edən 



əlavə kredit resurslarının yönəldilməsi məsələsini araşdırıb bir ay ərzində bu problemin həlli 

yollarına dair müvafiq təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

6.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  kənd  təsərrüfatı  məhsulu 

istehsalçılarına  neft  məhsullarının  pərakəndə  satışında  güzəştlərin  verilməsi  haqqında 

müvafiq qərar qəbul etsin. 

7. Aqrar sahənin inkişafına cavabdeh olan Azərbaycan Respublikası baş nazirinin birinci 

müavini  A.Abbasovun  və  Azərbaycan  Respublikasının  kənd  təsərrüfatı  naziri  İ.Əliyevin 

fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilsin və onlara xəbərdarlıq elan edilsin. 

8.  Yerli  icra  hakimiyyəti  orqanları  rəhbərlərinin  aqrar  sahədə,  xüsusilə  pambıqçılıqda 

apardıqları  işlər qeyri-qənaətbəxş hesab edilsin və  onlardan  buraxılmış nöqsanların  aradan 

qaldırılması tələb edilsin. 

9. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. 



  

Azərbaycan Respublikasının Prezidenti 

HEYDƏR ƏLİYEV 

  

Bakı şəhəri, 22 mart 1999-cu il 

№ 118 

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

21  dekabr  2001-ci  il  tarixli  609



 

nömrəli  Fərman  (Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2001-ci il, № 12, maddə 755)

 

 



 

 

 



FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



 

[1]

 21  dekabr  2001-ci  il  tarixli  609

 

nömrəli  Fərman  (Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu,  2001-ci  il,  №  12,  maddə  755)  ilə  1-ci  bənddə  “Dövlət  Torpaq”  sözlərindən  sonra  "və 

Xəritəçəkmə" sözləri əlavə edilmişdir. 

 

  



[2]

 

21  dekabr  2001-ci  il  tarixli  609

 

nömrəli  Fərman  (Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu,  2001-ci  il,  №  12,  maddə  755)  ilə  4-cü  bənddə  “Dövlət  Torpaq”  sözlərindən  sonra  "və 

Xəritəçəkmə" sözləri əlavə edilmişdir. 

 

  



 

: docs -> pdf
pdf -> Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
pdf -> Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar
pdf -> Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
pdf -> “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
pdf -> Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
pdf -> Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə