Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   2   3   4   5   6   7   8   9   ...   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova


8-16 
0-4 
25 
8-12 
4-8 
10 
16-20 
0-4 
26 
4-8 
8-12 
11 
20-24 
4-8 
27 
4-8 
12-16 
12 
20-24 
8-16 
28 
8-12 
16-20 
13 
20-24 
16-20 
29 
12-16 
16-20 
14 
16-20 
20-24 
30 
16-20 
12-16 
15 
8-16 
20-24 
31 
8-12 
12-16 
16 
4-8 
20-24 
32 
12-16 
12-16 
Siz ünsiyyətli adamsınızmı?  
Uyğun suallara cavab verməklə siz özünüzün ünsiyyətliliyinizi nisbi olaraq
aşkara çıxara bilərsiniz. Təklif olunan suallara aid cavablardan siz eləsini seçməlisiniz ki, o, 
sizin davranış tərzinizə daha uyğun gəlsin (Məsələn, 1a, 2b, 3c və s.) . Seçdiyiniz cavabların 
məcmuyu ilə siz özünüzdə müvafiq şəxsi keyfiyyətin inkişaf səviyyəsini qiymətləndirə 
bilərsiniz.
Suallar və onlara cavabların variantları
1. Əgər simpatiyanız olmayan bir adam sizi qonaq dəvət etsə, bu dəvəti qəbul 
edərdinizmi? a) hə;
b) 
yalnız müstəsna halda;
c) 
yox.
2. Təsəvvür edin ki, siz ziyafət məclisində özünüzə dost olmayan bir adamla yanaşı 
oturmağa məcbur olmusunuz. Özünüzü necə aparardınız?
a) 
ona əhəmiyyət verməzdim;
b) 
yalnız onun suallarına cavab verərdim;
c) 
onunla əhəmiyyətsiz məzmunlu söhbətlə əlaqə yaratmağa cəhd
edərdim.


3. Siz bir mənzilin qapısında zəngi basmağa hazırlaşırsınız. Qəfildən
eşidirsiniz ki, evdə ailədaxili münaqişə gedir. Siz nə edərdiniz? a) hər halda 
zəngi basardım;
b) 
mübahisə qurtaranadək gözləyərdim;
c) 
çıxıb gedərdim.
4. Qonaqlıqda sizə sevmədiyiniz yemək təklif olunarsa, nə edərdiniz?
a) 
nəfsim çəkməsə də yeyərdim;
b) 
bu yeməyi yeyə bilmədiyimi ev sahibinə deyərdim;
c) 
iştahamın ümumiyyətlə olmadığını bildirərdim.
5. Stoldan siz hansı buterbrodu seçərdiniz?
a) 
ən yaxşısını;
b) 
ən kiçiyini;
c) 
mənə ən yaxın olanını.
6. Əgər ziyafətdə söhbət vaxtı qəflətən sükut yaranarsa, siz necə hərəkət edərdiniz?
a) 
kiminsə yenidən söhbəti başlamasını gözləyərdim;
b) 
söhbəti davam etdirmək üçün özüm mövzu tapardım;
c) 
susardım.
7. Təsəvvür edin ki, siz xoşagəlməz vəziyyətə düşmüsünüz. Bu barədə tanışlarınıza 
danışardınızmı?
a) 
rastıma çıxan ilk tanışıma hökmən bu barədə danışardım;
b) 
ən yaxın dostlarıma danışardım;
c) 
heç kimə bir kəlmə də deməzdim.
8. Başqa adamlardan eşitdiyiniz söhbətlərə özünüz müəyyən əlavələr
edirsinizmi? a) hə;
b) 
söhbəti yaxşılaşdırmaq üçün bir az əlavələr edərdim;
c) 
demək olar ki, heç bir əlavə etməzdim.
9. Siz aşiq olduğunuz (oğlanın; qızın) fotoşəklini özünüzlə gəzdirir və bunu başqa 
adamlara həvəslə göstərirsinizmi? a) hə;
b) 
bəzən;


c) 
heç vaxt.
10. Başqa adamların yanında danışılan lətifə və ya zarafatyana söhbəti başa 
düşməmişsinizsə, nə edərdiniz?
a) 
mahiyyətini başa düşərək gülən adamlara qoşulub gülərdim;
b) 
ciddi dayanar və gülməzdim;
c) 
kiminsə bu lətifənin mənasını mənə izah etməsini xahiş edərdim.
11. Ziyafətdə olarkən qəflətən kəskin baş ağrısı duyarsınızsa, necə hərəkət
edərdiniz?
a) 
bunu başqalarına hiss etdirməzdim;
b) 
kimdənsə baş ağrısı dərmanı istəyərdim;
c) 
ziyafəti tərk edib evə gedərdim.
12. Qonaqlıqda olarkən eşitsəniz ki, tezliklə televizorda ancaq sizin üçün maraqlı 
olan veriliş olacaq, bu halda nə edərsiniz?
a) 
ev sahibindən xahiş edərdim ki, mənim üçün televizoru açsın;
b) 
qonşu otağa keçib başqalarına mane olmadan verilişə baxardım;
c) 
maraqlı verilişdən imtina edərdim.
13. Siz qonaqlıqdasınız. Özünüzü hansı halda daha yaxşı hiss edirsiniz?
a) 
qonaqları özümə cəlb etdikdə;
b) 
başqaları məni özünə cəlb etdikdə.
14. Siz irəlicədən uzun müddət qonaq qalmaq vərdişinə maliksinizmi? a) yox;
b) 
bəzən bu barədə düşünürəm;
c) 
həmişə bu barədə düşünürəm.
15. Tutaq ki, hər hansı qəzetin müxbiri sizdən müsahibə götürür. Siz necə
fikirləşərdiniz?
a) 
məmnun olardım ki, bu müsahibə qəzetdə dərc olunacaq;
b) 
çalışardım kiI söhbət qəzetə çıxmasın;
c) 
müsahibənin çap olunub-olunmayacağının mənim üçün əhəmiyyəti yoxdur.
16. Siz adamların hərəkətlərinə daxilən dözə bilmədiyiniz halda, zahirən buna 
əhəmiyyətsiz yanaşa bilərsinismi? a) hə;


b) 
bəzən, müstəsna halda;
c) 
bu məsələ barəsində düşünməmişəm.
17. 
Adamların ədalətli, lakin sizin üçün münasib olmayan rəyi ilə razılaşırsınızmı?
a) 
həmişə;
b) 
yalnız o halda ki, mənim şəxsi rəyimə uyğun gəlsin;
c) 
heç vaxt.
18. 
Siz mübahisəni nə vaxt dayandırırsınız?
a) 
nə qədər mümkünsə, tez;
b) 
mübahisə mənasız olduqda;
c) 
öz opponentimi inandırdıqdan sonra.
19. 
Əgər siz şer bilirsinizsə, bunu tanışlarınız olmayan ziyafətdə oxuyardınızmı?
a) 
məmnuniyyətlə;
b) 
bu barədə xahişlər olsa, hə;
c) 
heç vaxt.
20. Təsəvvür edin ki, siz qraf Monte-Kristonun zamanında yaşayırsınız,
həbsxanadasınız və qonşu kamerada sizin ən qəddar düşməniniz oturur. 
Onunla ünsiyyət bağlayardınızmı? a) tədricən;
b) 
yalnız tənhalığa dözə bilmədikdə;
c) 
heç vaxt.
21. Sizin Yeni ili insanların daha çox cəmləşdiyi şəhər meydanında
qarşılamaq adətiniz varmı? a) hə;
b) 
yox;
c) 
Yeni ili mən adətən tək qarşılayır və yaxud yatıram.
Cədvəl 10-da göstərilən sorğunun cavablarına aid açar verilmişdir. Şifrələr açıldıqdan 
sonra siz müəyyən bal qazanacaqsınız ki, bu da sizdə şəxsiyyətin mühüm keyfiyyətlərindən 
biri olan ünsiyyətliliyinizin inkişaf səviyyəsi haqqında müəyyən qənaətə gəlməyə imkan 
verəcəkdir.


Siz ünsiyyətli adamsınızmı?” sorğusundakı suallara cavabların açılması üçün 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə