Aqronomiya və ekologiYA



Yüklə 10,61 Mb.
səhifə1/22
tarix01.07.2018
ölçüsü10,61 Mb.
#52588
  1   2   3   4   5   6   7   8   9   ...   22


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti


ADAU-nun 80 illik

yubileyinə həsr edilir

ADAU-nun

ELMİ ƏSƏRLƏRİ


G

ƏNCƏ - 2009, №3





Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09.09.2002-ci il tarixli qərarı, qeydiyyat №48


1972-ci ildən nəşr olunur

(ildə 3 ... 4 sayda buraxılır)

Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının 22 dekabr 2009-cu il tarixli (protokol № EŞ-4/5.8) iclasının qərarı ilə nəşr edilmişdir.



Redaksiya heyəti:


Baş redaktor:

M.M.SADIQOV, iqtisad elmləri doktoru, professor, rektor

Baş redaktorun müavini:

N.Y.SEYİDƏLİYEV, kənd təsərrüfatı elmləri namizədi, dosent

Redaksiya heyətinin üzvləri:


B.B.ƏLİYEV

- professor, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini

Ə.C.MUSAYEV

- dosent, Aqrar Elm Mərkəzinin baş direktoru

İ.H.CƏFƏROV

- professor əvəzi, tədris işləri üzrə prorektor

H.S.ZEYNALOV

- dosent, ümumi işlər üzrə prorektor

V.Ş.QULİYEV

- professor

A.H.BABAYEV

- professor

Q.Q.ABDULLAYEV

- professor

Z.M.HƏSƏNOV

- professor

N.N.MƏMMƏDOV

- professor

X.H.QURBANOV

- professor

M.C.HÜSEYNOV

- iqtisad elmləri namizədi, dosent

H.K.FƏTƏLİYEV

- professor əvəzi

C.Ə.HACIYEV

- dosent

Z.İ.HÜMBƏTOV

- dosent

T.B.İSGƏNDƏROV

- dosent

F.Ə.NAMAZOV

- dosent, məsul katib

C.H.MƏHƏRRƏMOV

- beynəlxalq əlaqələr şöbəsinin müdiri

Redaksiya-nəşriyyat şöbəsinin baş redaktoru – F.Ə.NAMAZOV


Redaktor:

R.S.Kərimova

Korrektorlar:

Q.H.Şahverdiyeva




A.A.Əliyeva

Kompüter operatoru:

T.R.İbrahimova

Kompüter tərtibatçıları:

M.İ.Məmmədov

G.F.Məmmədova

© ADAU nəşriyyatı, 2009, №3


AZƏRBAYCAN-TÜRKİYƏ XARİCİ VƏ MÜŞTƏRƏK MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN MÖVCUD VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
İqtisad elmləri doktoru, professor, Mirdaməd Mirsadıq oğlu Sadıqov

Azərbaycan Dövlət Aqrar Universiteti

Aspirant Tunçay Aktepe

Qafqaz Universiteti


Məqalədə Azərbaycanda Türkiyəni təmsil edən xarici və müştərək müəssisələrin, o cümlədən tikinti təyinatlı firmaların fəaliyyətini xarakterizə edən əsas iqtisadi göstəricilər çoxillik statistik məlumatlar əsasında təhlil edilib qiymətləndirilmiş, müvafiq ehtiyat imkanları aşkara çıxarılmış və onlardan səmərəli istifadə edilməsi yolları göstərilmişdir.



Açar sözlər: xarici və müştərək fəaliyyət, mal dövriyyəsi, investisiya qoyuluşu.



GİRİŞ



Azərbaycan öz suverenliyini yenidən bərqərar etdikdən sonra keçən əsrin 90-cı illərinin əvvəllərində xarici-iqtisadi fəaliyyətin və qiymətlərin liberallaşdırılması haqqında qəbul etdiyi normativ-hüquqi sənədlər onun xarici-ticarət əlaqələrinin genişləndirilməsinə zəmin yaratmışdır. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan ilk qardaş ölkə Türkiyə olmuşdur. 1992-ci ildən başlayaraq, Türkiyə-Azərbaycan xarici ticarət, mədəni və sosial əlaqələri yüksələn xətlə artmaqdadır. 1993-2008-ci illər ərzində Azərbaycan-Türkiyə xarici-ticarət dövriyyəsinin həcmi 11,6 dəfə artaraq, 1433,2 mln. ABŞ dollarına çatmışdır. 2008-ci ildə Azərbaycanın idxaldakı əsas tərəfdaşları içərisində Türkiyə – ikinci, ixracdakı tərəfdaşları içərisində isə – on ikinci yeri tutmuşdur. 2009-cu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 1174 xarici və müştərək müəssisə fəaliyyət göstərir ki, onların da 337 vahidi və yaxud 28,7%-i Türkiyəni təmsil edir. Həmin müəssisələr tərəfindən təkcə 2005-2008-ci illər ərzində yüklənmiş malların, yerinə yetirilmiş işlərin (xidmətlərin) həcmi 40,8% artmış, işçilərin sayı isə 11,1% azalmışdır. Türkiyənin Azərbaycan iqtisadiyyatına yönəltdiyi investisiyaların həcmi də artıb-azalan xətlə dəyişməkdədir. Azərbaycanda fəaliyyət göstərən Türkiyənin xarici və müştərək müəssisələri ölkə iqtisadiyyatının bir çox sahələrində və respublikanın regionlarında kifayət qədər inkişaf etməmişdir. Odur ki, həmin müəssisələrin fəaliyyətini təhlil edib-qiymətləndirməklə ehtiyat imkanlarını aşkara çıxarmaq və onlardan səmərəli istifadə etmək yollarını müəyyənləşdirmək – vacib məsələ kimi qarşıda durur.



AZƏRBAYCAN-TÜRKİYƏ XARİCİ VƏ MÜŞTƏRƏK MÜƏSSİSƏLƏRİN

FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən 2008-ci ilin yekunlarına görə, Azərbaycan ərazisində Türkiyəni təmsil edən 337 xarici və müştərək müəssisə fəaliyyət göstərir. Onlardan 124 vahidi və ya 36,8%-i – topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri ilə məşğul olur; 87 vahidi və ya 25,8%-i – sənaye; 45 vahidi (13,4%) – tikinti təyinatlıdır; 35 vahdi (10,4%) – daşınmaz əmlakla əlaqədar əməliyyatlar; icarə və istehlakçılara xidmət göstərir; 17 vahidi (5,1%) – nəqliyyat; anbar təsərrüfatı və rabitə işləri ilə məşğul olur; 11 vahidi (3,3%) – mehmanxana və restoranlarda xidmət göstərir; 8 vahidi (2,4%) – təhsil ocaqlarını təmsil edir; 4 vahidi (1,2%) səhiyyə və sosial xidmətlər göstərməklə məşğul olur; 6 vahidi isə – kənd təsərrüfatı, kommunal xidməti və s. bu kimi işlərlə məşğul olurlar. Həmin müəssisələrin fəaliyyətini xarakterizə edən əsas göstəricilər 1 saylı cədvəldə əks etdirilmişdir. Cədvəldən göründüyü kimi, 2005-2008-ci illərdə Azərbaycanda Türkiyəni təmsil edən xarici və müştərək müəssisələrin sayı 286 vahidən 337 vahidə çatmış və yaxud 117,8% artmışdır.



Cədvəl 1.

Azərbaycan-Türkiyə xarici və müştərək müəssisələrin fəaliyyətini

xarakterizə edən göstəricilər *)


Göstəricilərin adları

İllər

2005-2008-ci illərdə artım tempi (%-lə)

2005

2006

2007

2008

Fəaliyyət göstərən müəssisələrin sayı, vahid

286

291

328

337

117,8

Xarici və müştərək müəssisələr tərəfindən yüklənmiş malların, yerinə yetirilmiş işlərin (xidmətlərin) həcmi, mlyn.manat

710,5

768,8

831,8

1000,7

140,8

İşçilərin sayı, nəfər

O cümlədən:



16153

16659

14199

14339

88,8

Əcnəbilərin sayı

1573

1379

1398

1196

76,0

Hesablanmış əmək haqqı fondu, min manta

49639,3

61592,6

60712,4

64812,8

130,6

O cümədən:

Əcnəbilərə hesablanmış əmək haqqı fondu



8161,5

10430,0

10108,5

9734,1

119,3

İşçilərin orta aylıq əmək haqqı, manat

256,1

308,1

356,3

376,7

147,1

1 əcnəbi işçinin orta aylıq əmək haqqı, manat

432,4

630,3

602,6

678,2

156,8

Xarici investisiyanın həcmi, mlyn. ABŞ dollar

96,2

136,6

109,2

60,8

63,2

*) Cədvəl AR DSK-nin xarici və müştərək müəssisələrinin işinin əsas göstəriciləri, İllik məcmuələri və Azərbaycanın Statistik Göstəriciləri toplusu əsasında tərtib edilib hesablanmışdır




Həmin müəssisələr tərəfindən yüklənmiş malların, yerinə yetirilmiş işlərin (xidmətlərin) həcmi 2008-ci ildə 1000,7 mln.manat təşkil etmişdir ki, bu da 2005-ci illə müqayisədə 140,8% artım deməkdir. Qeyd edilən illər ərzində adı çəkilən müəssisələrdə çalışan işçilərin sayı 1814 vahid və ya 11,1%, o cümlədən əcnəbilərin sayı 377 nəfər və ya 24% azalmışdır. Lakin təhlilin əhatə etdiyi dövrdə xarici və müştərək müəssisələrdə çalışan bütün işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 130,6%, o cümlədən əcnəbi vətəndaşlar üçün hesablanmış əmək haqqı fondu 119,3% artmışdır. Nəticədə, bir işçiyə düşən orta aylıq əmək haqqı 256,1 manatdan 276,7 manata, o cümlədən bir əcnəbi işçinin orta aylıq əmək haqqı isə 432,4 manatdan 678,2 manata çatmış və yaxud uyğun olaraq: 147,1% və 156,8% artmışdır. 2008-ci ildə bir əcnəbi işçinin orta aylıq əmək haqqı yerli işçilərin əmək haqqını 1,8 dəfə üstələmişdir.

2005-2008-ci illər ərzində Türkiyəni təmsil edən xarici və müştərək müəssisələr Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 402,8 mln. ABŞ dolları həcmində investisiya yönəltmişlər. 1994-cü ildə dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda neft və qaz yataqlarının işlənilməsi və istismarı üzrə Bakı şəhərində imzalanmış və sonradan «Əsrin Müqaviləsi» adlanan sazişdə Türkiyə də iştirak etmişdir. Bu ölkənin TPAO şirkəti «Azəri-Çıraq-Günəşli» (pay bölgüsü 6,75%) və «Şah-Dəniz» (9,0%) yataqlarının işlənilməsi və istismarına cəlb edilmişdir. Türkiyə «Bakı-Tbilisi-Ceyhan», «Bakı-Tbilisi-Ərzrum», «Bakı-Tbilisi-Qars» və digər bu kimi iri investisiya layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Artıq iki dövlət arasında Türkiyə ərazisində iri neft-kimya emalı kompleksinin tikilməsi haqqında saziş imzalanmışdır. Başqa sözlə, Türkiyənin iş adamları Azərbaycan iqtisadiyyatına investisiya yatırımına və sosial-iqtisadi, mədəni fəaliyyətdə fəal iştirak etməkdə maraqlıdırlar, çünki Azərbaycan xarici investisiyaların və fəaliyyətin genişləndirilməsi üçün «Açıq qapı» siyasətini həyata keçirir. Elə bunun nəticəsidir ki, 1995-2009-cu illər ərzində Azərbaycan iqtisadiyyatına 59,4 mlrd.dollar investisiya yönəldilmişdir ki, onun da 42,4 mlrd.dolları – xarici investisiyadır.




TİKİNTİ TƏYİNATLI MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİ


2008-ci ilin yekunlarına görə Azərbaycanda fəaliyyət göstərən 1174 xarici və müştərək müəssisənin 117-si və yaxud 10%-i – tikinti təyinatlıdır. Odur ki, bu tipli müəssisələrin fəaliyyətini xarakterizə edən göstəricilərin təhlili maraq doğurur. Həmin müəssisələrin əsas iqtisadi göstəricilərini əks etdirən məlumatlar 2 saylı cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi, Azərbaycanda mövcud olan tikinti təyinatlı xarici və müştərək müəssisələrin sayı 2006-2008-ci illərdə 31 vahid və ya 136,1%, o cümlədən, xarici mülkiyyətə malik müəssisələrin sayı 27 vahid və ya 140%, qarışıq mülkiyyətdə olan müəssisələrin sayı isə 5 vahid və ya 123,8% artmışdır. Həmin illər ərzində tikinti təyinatlı xarici və müştərək müəssisələr tərəfindən yerinə yetirilən işlərin (xidmətlərin) həcmi 7,8%, o cümlədən qarışıq mülkiyyətdə olan müəssisələrdə 36,2% azalmış, xarici mülkiyyətdə olan müəssisələrdə isə, əksinə - 118,9% artmışdır.


Cədvəl 2.
Azərbaycanda fəaliyyət göstərən tikinti təyinatlı xarici və müştərək müəssisələrin əsas iqtisadi göstəriciləri*)




Göstəricilərin adları

İllər

2006-2008-ci illərdə artım tempi (%-lə)

2006

2007

2008

1.

Fəaliyyət göstərən müəssisələrin sayı (vahid) – Cəmi

O cümlədən:



86

105

117

136,1




Xarici mülkiyyət

65

84

91

140,0




Qarışıq mülkiyyət

21

21

26

123,8

2.

Yüklənmiş malların, yerinə yetirilmiş işlərin (xidmətlərin) həcmi (mln.manat) – Cəmi

732,0

688,0

675,1

92,2




Xarici mülkiyyət

377,3

438,6

448,7

118,9




Qarışıq mülkiyyət

354,7

249,4

226,4

63,8

3.

Göstərilmiş xidmətlərin dəyəri (mln.manat) – Cəmi

X

12,4

12,2

X




Xarici mülkiyyət

X

11,7

9,9

X




Qarışıq mülkiyyət

X

0,7

2,3

X

4.

İşçilərin sayı (nəfər) – Cəmi

13083

8987

7220

55,2




Xarici mülkiyyət

5247

4175

3824

72,9




Qarışıq mülkiyyət

7836

4812

3396

43,3

*) Cədvəl AR DSK-nin xarici və müştərək müəssisələrinin işinin əsas göstəriciləri, İllik statistik topluları əsasında tərtib edilib hesablanmışdır



Təhlilin əhatə etdiyi dövrdə tikinti təyinatlı xarici və müştərək müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri az miqdarda dəyişmişdir. Adı çəkilən müəssisələrdə çalışan işçilərin sayı 2006-cı ildə 13083 nəfərdən 7220 nəfərə enmiş və ya 44,8% azalmışdır ki, bu da hər iki mülkiyyət növünə şamil edilmiş, lakin qarışıq mülkiyyətdə olan tikinti müəssisələrində işçilərin sayı daha kəskin azalmışdır.

Azərbaycanda fəaliyyət göstərən tikinti təyinatlı xarici və müştərək müəssisələrin 45 vahidi və ya 38,5%-ni Türkiyədən olan müvafiq şirkətlər təmsil edir. Həmin tikinti müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilər 3 saylı cədvəldə əks etdirilmişdir.





Cədvəl 3.
Azərbaycanda fəaliyyət göstərən tikinti təyinatlı xarici və müştərək müəssisələrin

əsas iqtisadi göstəriciləri*)


Göstəricilərin adları

İllər

2006-2008-ci illərdə artım tempi (%-lə)

2006

2007

2008

Fəaliyyət göstərən müəssisələrin sayı, vahid

27

38

45

166,7

Yüklənmiş malların, yerinə yetirilmiş işlərin (xidmətlərin) həcmi, mlyn.manat

204,3

235,7

257,9

126,2

Göstərilən xidmətlərin həcmi, mlyn.manat

X

0,86

7,9

X

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi, mlyn.manat

X

3,7

14,6

X

İşçilərin sayı, nəfər

O cümlədən:



4964

4457

4221

85,0

Əcnəbilərin sayı, nəfər

909

913

677

74,5

İşçilərə hesablanmış əmək haqqı fondu, min manat

30065

27972

24373

81,1

Əcnəbilərə hesablanmış əmək haqqı fondu, min manat

7570,6

6811,4

5119,8

67,6

1 işçinin orta aylıq əmək haqqı, manat

504,7

523,0

481,2

95,3

1 əcnəbi işçinin orta aylıq əmək haqqı, manat

694,0

621,7

630,2

90,8

*) Yenə orada




Cədvəlin məlumatlarını təhlil edərkən, aydın olur ki, 2006-2008-ci illər ərzində Azərbaycanda Türkiyə şirkətlərini təmsil edən tikinti təyinatlı müəssisələrin sayı 18 vahid və ya 166,7% artmışdır. Bunun nəticəsində onların yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi 126,2% artaraq, 2008-ci ildə 257,9 mln.manata çatmışdır. Bu il ərzində həmin müəssisələr Azərbaycan əhalisinə 7,9 mln. manatlıq xidmət göstərmiş, əhaliyə göstərilən pullu xidmətin həcmi isə 2007-ci illə müqayisədə 3,9 dəfə artaraq, 14,6 min manata çatmışdır.

Adı çəkilən müəssisələrin sayının artmasına baxmayaraq, orada çalışan bütün işçilərin sayı 2006-cı ilə nisbətən 2008-ci ildə 743 nəfər, o cümlədən əcnəbilərin sayı 232 nəfər azalmışdır. Bu amil tikinti təyinatlı xarici və müştərək müəssisələrdə işçilərə hesablanmış əmək haqqı fondunun bütünlükdə 19,9%; əcnəbi vətəndaşları üzrə isə - 32,4% azalmasını şərtləşdirmişdir. Nəticədə hər iki kateqoriya üzrə işçilərin orta aylıq əmək haqqı təhlilin əhatə etdiyi dövrdə 4,7%-lə 9,2% arasında azalmışdır.



Lakin 2006-cı ildə bir əcnəbi işçinin orta aylıq əmək haqqı, yerli işçilərin əmək haqqından 37,4%, 2008-ci ildə isə 31% çox olmuşdur. Deməli, bütünlükdə xarici və müştərək müəssisələrdə, o cümlədən tikinti təyinatlı eyni adlı müəssisələrdə bərabər yerinə yetirilən işə görə, yerli və əcnəbi işçilərin əmək haqqı ödənişində ədalətsizliyə yol verilmişdir.



Yüklə 10,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə