Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə1/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
  1   2   3   4   5   6   7   8   9   ...   76


Aqşin Babayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NAZİM HİKMƏT QALAKTİKASI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı 2016 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
Tərtib edəni: Gündüz Babayev 
Redaktoru:  Sevda Əlibəyli 
Ön sözün müəllifi: Azər Turan 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
Annotasiya 
 
Aqşin  Babayevin  bu  kitabına  müəllifin  Nazim  Hikmət  haqqında  xatirələri,  şairə 
həsr  etdiyi  məqalələri,  Nazimlə  bağlı  olan    sənət  xadimləri  haqqında  yazıları, 
müsahibələrindən bəzi nümunələr daxil edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
Nazim Hikmətli günlərimin canlı şahidi ömür dostum 
Müzəyyən xanıma ithaf edirəm. 


 

Azər Turan 
Filologiya üzrə fəlsəfə doktoru 
 
DÜNYA POEZİYASININ TÜRK ŞAHZADƏSİ 
 
Ön söz 
 
(professor Aqşin Babayevin “Nazim Hikmət qalaktikası” kitabını oxuyarkən) 
 
Nazim Hikməti Cem Sultana bənzədirəm.. 
Cem  Sultan  qürbətdəki  cəlayi-vətən  günlərinin  birində  firəng  Süleymana 
demişdi ki, taxt uğrunda baxt imtahanına çıxdım, Süleyman. Bir gün tarix məndən 
Vətən  qaçqını  deyə  söz  edərsə,  şaşmamaq  lazım.  Vətəni  qurtarmaq  üçün  yola 
çıxdım,  fəqət  özümü  xilas  etməkdə  aciz  qaldım...  Yıxılan  dünyamın  xarabalığı 
altında xəyallarım can çəkişir. İdeallarımın tabutunu daşıyıram... 
Dünya  poeziyasının  türk  şahzadəsi  Nazim  Hikmət  də  bütün  didərgin 
şahzadələr kimi, ən sonunda ideallarının tabutunu daşıyacağını hiss etmişdi... 
İstanbulda  Bəyazid  meydanındakı  sənət  qalareyasında  Nazim  Hikmətin  bir 
portretini gördüm. Mavi gözlüdür. Amma div deyil. Sarı saçları var. Amma saman 
sarısı deyil. Dəmir dağı yandırıb əridən Börtəçiniyə bənzəyir. 
Səlim  Turan  Nazimin  portretini  belə  yaradıb:  qızmar  qırmızıda  gur  yanan 
işıq kimi... 
Professor  Aqşin  Babayevin  nişan  verdiyi  qalaktikada  da  Nazim  Hikmət 
qızmar qırmızının içində gur yanan işıq kimi görünür. 
İndi hər yazılan kitab etibarlı olmur. 
Amma inanıram ki, Aqşin Babayevin bu kitabı Azərbaycanda da, Türkiyədə 
də  tanınan,  bilinən  və  etiraf  olunan  bir  nazimşünasın  (və  türkoloqun)  əsəri  olaraq 
faktlarının,  təhlillərinin,  yeniliklərinin  ciddi  mahiyyətinə,  ən  başlıcası,  Nazim 
Hikmətin  təəssübünü  çəkərək  yazıldığına  görə  çağdaş  fikir  həyatımızın  dəyərli 
örnəklərindən biri kimi qarşılanacaq. 


 

Aqşin  Babayev  “Nazim  Hikmət  qalaktikası”nı  zadəgan  bir  üslubda, 
təvazökar  ahəngdə,  elmi  səbatla  yaradıb  və  təkcə  nazimşünaslığa  deyil, 
Azərbaycan filolojisinə etibarlı bir kitab bəxş edib. 
Tale  bu  kitabın  müəllifinə  Nazim  Hikmətin  ocağı  başında  olmaq,  onunla 
duz-çörək  kəsmək  səadətini  də  nəsib  edib  və  elə  buna  görə  də  Aqşin  Babayev 
başqa  tədqiqatçılardan  fərqli  olaraq,  Nazim  Hikmətlə  bağlı  araşdırmasında  təkcə 
arxiv sənədlərinə, Nazim Hikmət haqqında yazılmış başqa kitablara, yaxud Nazim 
Hikmətin əsərlərinə deyil, eyni zamanda Nazim Hikmətlə canlı ünsiyyətdən doğan 
yaddaş  materiallarına  da  istinad  edə  bilir  və  bu  cəhət  “Nazim  Hikmət 
qalaktikası”nın orijinal və müstəsna mahiyyətinə ayrıca bir cazibədarlıq gətirir.  
Sovetlər  dönəmində  Azərbaycanın  efir  məkanında  Türkiyə  türkcəsini 
maneəsiz təmsil edən  yeganə səs Nazim Hikmətə məxsus idi  və Aqşin Babayevin 
hətta  bu  kitabında  belə  təvazökarcasına  arxa  plana  keçirdiyi,  (az  qala,  görünməz 
etdiyi) ən ciddi faktlardan biri, bəlkə də birincisi ondan ibarətdir ki, Nazimin bizim 
üçün  doğma  və  canlı  türkcəsini-səsini  lentə  alıb  əbədiləşdirən  bir  başqası  deyil, 
məhz  qarşınızdakı  “Nazim  Hikmət  qalaktikası”  kitabının  müəllifi  professor  Aqşin 
Babayevin özü olmuşdu. 
  Bu  mənada Aqşin  Babayev  təkcə Nazim  Hikmətə  deyil,  bəlkə  daha  geniş 
ölçüdə  o  zaman  sovet  Azərbaycanında  türk  ruhunun  qorunub  saxlanmasına,  türk 
yaddaşının diri qalmasına əvəzsiz xidmət göstərmişdir. 
 “Nazim  Hikmət  qalaktikası”nın  məhz  Bakıda  meydana  çıxması  istər-
istəməz  mənə  (Süleyman  Rüstəmin  ruhuna  rəhmət  və  ehtiramla)  Nazimin  ilk 
kitabını-“Günəşi içənlərin türküsü”nü xatırlatdı. “Günəşi içənlərin türküsü” ilə XX 
əsrə (və öz tragik aqibətinə) doğru böyük səfərinə Bakıda başlayan Nazim Hikmət, 
“Nazim  Hikmət  qalaktikası”ilə  XXI  yüzilə  də  Bakıdan  uğurlanır.  Fərq  isə  çox 
ciddidir:  1928-də  Nazimi  XX  əsrə  sovet  Bakısı,  XXI  yüzilə  isə  milli  və  bağımsız 
Azərbaycan yola salır. 
  Bu kitabın məziyyətlərini bir-bir sayıb təfsilata varmaq istəmirəm.
 
Amma  inandığım  bir  gerçəyi  etiraf  etməklə  yazımı  tamamlayıram. 
Ziyalılığın, aydınlığın və alimliyin alplıq mərtəbəsində asudə ömür sürən professor 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə