Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

 
45 
çəkişmələrdən ləzzət alanlar, bunu şişirdənlər də az deyildi və bu gün də keçmişə nəzər 
salıb həmin münaqişələri meydana çıxarmağa çalışanlar var. 
1969-cu  ildə  İstanbulda  tədqiqatçı  Əngin  Gözenin  "Pəyami  Səfa  Nazim  Hikmət 
qovğası" adlı bir kitabı işıq üzü gördü. Həmin kitab üç il sonra, 1972-ci ildə təkrar nəşr 
edildi.  Müəllif  bu  iki  böyük  sənətkarın  bir-birinə  olan  münasibətini  subyektiv  yöndə 
işıqlandırmış, daha çox Pəyami Səfaya üstünlük vermiş, Nazim Hikməti tənqid etmişdi. 
"Tənqid"  yumşaq  ifadədir.  Əngin  Göze  gücü  çatdıqca  Nazimə  qarşı  ən  təhqiramiz 
ifadələr işlədərək bu böyük sənətkarı xalqın gözündən salmaq istəmişdi. Ancaq təbii ki, 
bacarmamışdı.  Bu  tənqidə  ən  tutarlı  cavabı  türk  ədəbiyyatşünası  Kamal  Sülkər 
vermişdi. 
Ümumiyyətlə,  bu  gün  türk  ədəbi  mühitində  Nazim  Hikməti  sevənlər  və 
sevməyənlər  məfhumu  formalaşmışdır.  Ancaq  son  söz  həmişə  xalqın  olub.  Əngin 
Gözenin  cidd-cəhdinə  baxmayaraq  onun  yazdıqları  Nazim  dühasının  əzəmətindən  heç 
bir  şey  qopara  bilməyib  və  bilməyəcək  də.  Bu  sözləri  eynilə  Kazım  Gültəpə  haqqında 
da  demək  olar.  Əngin  Göze  öz  kitabında  bu  iki  şəxsiyyəti  "Yan-yana  tərs  axan  sular" 
adlandırmışdır.  Müəllifin  ən  çox  hədəf  seçdiyi  nöqtə  Nazimin  guya,  Vətənini 
sevmədiyi,  unutduğu  iddiası  ilə  bağlıdır.  Guya,  Nazim  Hikmət  Moskvaya  gəldikdən 
sonra  Türkiyəni  unutmuş,  öz  şöhrətinin  nurunda  uyuyub,  hər  şeyi  yaddan  çıxarmışdır. 
Amma  Nazim  haqqında  bayaq  dediklərimiz  bir  yana  dursun,  onun  şeirləri    bu  yalanın 
tam əksini deyir. 
Əgər bir gün Nazimin Vətən həsrətinə həsr olunmuş şeirləri ayrıca kitab şəklində 
nəşr  olunsa,  o  zaman  şairin  çəkdiyi  iztirablar  daha  aydın  şəkildə  gözlərimiz  önündə 
canlanar. Həmin şeirlər bir deyil, beş deyil. "Ağcaqayın meşəsində", "Yeni il", "Gəmi", 
"Balkon", "Ceviz ağacı", "Mavi liman", "Münəvvərə məktub yazdım, dedim ki...", "Sağ 
əlim",  "Dağın  üstündə",  "Sebastyan  Baxın  bir  nömrəli  Dominor  konserti",  "Dunay 
çayı",  "Məmləkətim  haqqında",  "Bir  Üsküdar  balkonunda",  "Faustun  evi"  və  s.  sənət 
nümunələri  buna  sübutdur.  Bu  şeirlərdə  qürbət  eldə  yaşayan  Nazimin  böyük  həsrəti 
ürək ağrısı ilə verilmişdir. 
Bir  gün,  yəqin  ki,  Nazimin  "Məmləkətim"  adlı  bir  kitabı  çapdan  çıxar.  Və  o 
kitabda  təkcə  Nazimin  şeirləri  deyil,  Türkiyə  haqqında  düşüncələri,  uca  kürsülərdən 


 
46 
Vətən  haqqında  söylədiyi  sözləri,  dostlarına,  yaxınlarına  yana-yana  açıb  dediyi  ürək 
duyğuları öz əksini tapar. 
Nazimin  Vətən  həsrətini  onun  mavi  gözlərində,  titrək  dodaqlarında  görən 
insanlardan  biri  də  mənəm.  Moskvada,  1961-ci  ildə  Nazimin  "Qəribə  adam"  pyesinin 
250-ci  tamaşasından  sonra,  onun  dediyi  "pyeslərimi  sevgili  İstanbulumda  görə 
biləydim"  sözləri  indi  də  qulaqlarımda  səslənir  və  Nazim  Hikmətin  heykəltəraş 
Münəvvər  Rzayevaya  dediklərini  dönə-dönə  xatırlayıram:  "Heykəlimi  mən  öləndən 
sonra  yaradarsan.  Özü  də  bilirsən  necə?  Yalnız  iki  gözlərimi  verərsən.  Bilinsin  ki, 
mənəm  baxan.  Bilinsin  ki,  bu  şəffaf  damcılar  ömrünün  sonuna  qədər  Vətən  həsrəti  ilə 
yanan bir insanın gözləridir." 
2002-ci  il  dünya  miqyasında  Nazim  Hikmət  ili  elan  olundu.  100  yaşlı  Nazimin 
yubileyi təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın bir sıra başqa ölkələrində də 
qeyd edildi.  
Gəlin, hamımız Nazimi sevək. Əsərləri ingilis, fransız, alman, italyan, ərəb, fars və 
başqa dillərə çevrilən, bütün dünyada tanınan Nazim Hikmətə ləkə gətirəcək heç bir söz 
işlətməyək.  Başqa  millətlər  özününkü  olmayanı  mənimsəyir.  Biz,  gəlin,  soyu 
soyumuzdan,  dili  dilimizdən  olan  türk  oğlu  Nazim  Hikmətlə  fəxr  edək!  Onu  həmişə 
yaşadaq!” 
*** 
“İki  sahil”  qəzetində  çap  etdirdiyim  bu  məqaləmə  cavab  verən  tapıldı.  Bu, 
“Ədalət” qəzeti idi. Nazim Hikməti də, Yazıçılar Birliyini də, məni də “qınayan” qəzet 
hətta  təhqirlərə  də  yol  verdi.  Dostlar,  tanışlar,  Nazim  Hikməti  sevənlər  bu  məqaləyə 
cavab  verməyimi  istədilər.  Mən  cavab  vermədim.  Amma  bir  neçə  qələm  sahibi 
“Ədalət”  qəzetinin  əleyhinə  məqalələr  çap  etdirdi,  Nazim  Hikməti  və  onun  haqqında 
yazı yazan, şairin düşmənlərinə meydan oxuyan məni müdafiə etdilər. Bu haqda bir az 
sonra  danışacağam.  İndi  isə  “Yeni  Azərbaycan”  qəzetinin  müxbiri  Səlim  adlı  qələm 
sahibinin  Türkiyənin  Azərbaycandakı  səfiri  Əhməd  Ünal  Çevikgözlə  apardığı 
müsahibəni  diqqətinizə  çatdırmaq  istəyirəm.  Mənə  elə  gəlir  ki,  bu  müsahibə  Nazim 
əleyhinə məqalə çap etdirənlərə ən yaxşı cavabdır. 


 
47 
“-  Cənab  səfir,  noyabrın  27-də  böyük  Nazim  Hikmətə  həsr  olunmuş  “Günəşi 
içənlərin  türküsü”  kitabının  təqdimetmə  mərasimi  oldu.  Mərasimdə  Siz  də  iştirak 
edirdiniz. Təəssüratınızı bilmək maraqlı olardı. 
-  Dəvəti  mənə  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  yazıçı  Anar  verdi.  Onun 
dəvətini  məmnuniyyətlə  qəbul  etdim.  Buna  görə  ona  təşəkkürümü  bildirirəm. 
Mərasimdə  bir  çox  azərbaycanlı  yazar,  şair  və  sənətçi  Nazim  Hikmətlə  bağlı  anılarını 
dilə gətirdilər, şeirlər oxudular. Çox təsirli idi və bundan çox xoşlandım. 
-  Cənab  səfir,  Azərbaycan  ədəbiyyatını  necə  bilirsiniz?  Mən  bizim  klassika  ilə 
yanaşı çağdaş ədəbiyyatı da nəzərdə tuturam. 
-  Azərbaycan  ədəbiyyatını  yaxından  tanıdığımı  söyləyə  bilmərəm.  Ancaq 
Azərbaycana gəldikdən sonra ədəbiyyatınızla qismən tanış olmaq, həyatda olan ədiblər 
ilə  görüşmək  imkanı,  oxuya  bilmək  imkanı  qazandım.    Amma  bu  sıralarda  daha  artıq 
kitab  oxumağa,  ədəbiyyatla  maraqlanmağa,  bu  sahədə  bəzi  bilgilərimi  yeniləməyə  çox 
vaxt  ayıra  bilmirəm.  Bu  mənada  diplomatik  fəaliyyətim,  çalışma  həyatım  nə  qədər 
imkan  verirsə,  o  qədər  bilirəm  deyərdim,  oxumaq  üçün  yetərincə  vaxt  ayıra  bilmirəm. 
Bundan  bəzən  üzülürəm.  Bu  mənim  əskikliyim.  Bəlkə  də  bunun  üçün  daha  artıq  vaxt 
ayırmağa özümü məcbur etməliyəm. Amma Azərbaycan sənət dünyası ilə bağlı  olaraq 
balet,  opera  və  musiqi  aləminin  yenilikləri  ilə  daha  yaxından  tanış  olmuşam.  Hesab 
edirəm,  ədəbiyyatla  yanaşı  Azərbaycanda  sənətin  bu  sahələrinin  də  uğurları  çoxdu  və 
onlar da əhəmiyyətlidi. Bu sahələrin yeniliklərini, adamlarını dinləmək, izləmək, onları 
tanımaq imkanım daha çox oldu. 
-  Əhməd  bəy,  Sizə  ədəbiyyatı  bilməyiniz  diplomatik  fəaliyyətiniz  boyu  heç  gərək 
oldumu? 
-  Heç  şübhəsiz  kömək  etmişdir.  Mən  əslində  ingilis  dili  və  ədəbiyyatı  oxumuşam 
universitetdə.  Ədəbiyyat  bilgisinin,  şeiri  bilmənin  fəaliyyətdə  olduğum  ölkədə  də 
yararlı olduğunu düşünürəm. 
- Cənab səfir, dəqiqləşdirmə aparmaq istərdim, Sizin Nazim Hikmətlə tanışlığınız, 
yəni onun şeirlərini oxumanız hansı dövrə təsadüf edir? 
-  Litsey  illəri  deyə  bilərəm.  Məhz  litseydəki  ədəbiyyat  dərslərində  bir  çox  şair  və 
yazıçını  oxudum.  Çox  sevdiyim  şairlər  arasında  Tevfiq  Fikrət,  Yəhya  Kamal,  Mehmet 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə