Aqşin Babayev


NAZİM HİKMƏTİN 100 İLLİYİ



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   ...   76

 
11 
NAZİM HİKMƏTİN 100 İLLİYİ 
Nazim  Hikmət  haqqında  çox  yazılıb,  çox  deyilib,  hələ  çox  yazılacaq  və  çox 
deyiləcək.  Çünki  Nazim  Hikmət  bütün  dünya  miqyasında  tanınmış  böyük  sənətkardır. 
Türk  dünyası  onunla  fəxr  edir,  hələ  bundan  sonra  da  fəxr  edəcək.  Mənim  ömrümün 
təxminən  əlli  ili  Nazim  Hikmətlə  bağlıdır.  Daha  dəqiq  desək,  bütün  şüurlu  həyatımı 
Nazim  Hikmət  yaradıcılığının  tədqiqinə  həsr  etmişəm.  Kitablarım,  məqalələrim  çap 
olunub,  televiziya  verilişlərində,  radio  proqramlarında  onun  haqqında  dəfələrlə 
danışmışam. 
2002-ci  il,  hamıya  məlum  olduğu  kimi,  YUNESKO  tərəfindən  Nazim  Hikmət  ili 
kimi  elan  olundu.  Böyük  söz  ustadının  100  illiyi  ərəfəsində  və  ondan  sonra  Nazim 
barədə  çox  yazıldı,  çox  deyildi.  Bu  dövr  özü  ayrıca  bir  tədqiqat  obyektidir.  Bu 
müddətdə Nazimi sevənlər də oldu, sevməyənlər də. Bu da təbiidir. Nəhəng şəxsiyyətlər 
hamı  tərəfindən  sevilə  bilməz.  Amma  Nazimin  sevənləri  çoxdur.  Buna  görə  də  o, 
həmişə yaşayacaq. 
Bu kitabı qələmə almaqda məqsədim son illər Nazim Hikmətlə bağlı hadisələrə və 
araşdırmalara  qiymət vermək, ümumiyyətlə, Nazim Hikmət dünyasından söz açmaqdır. 
Altmış bir il ömür sürmüş Nazim Hikmət təzadlı bir həyat yaşayıb. Özünün dediyi kimi: 
“hapislerde  de  yattım,  büyük  otellerde  de”.  Onun  böyük  sənətinə  münasibət  də 
təzadlıdır. Kimi onu sevir, kimi də bəyənmir. Kommunist olduğu üçün, “Vətənini atdığı 
üçün”  bəyənmir.    Guya  kommunistdən  şair  olmaz.  Güya  məcbur  olub  Vətənini  tərk 
edən insan “Vətən xaini”dir. 
Nazimin  100  illiyi  ilə  əlaqədar  Azərbaycanda  da  tədbirlər  oldu,  Türkiyədə  də. 
Təkcə  türk  dünyasında  yox,  Amerikada,  Rusiyada,  Fransada,  İngiltərədə,  İtaliyada  və 
başqa  ölkələrdə  Nazim  Hikmətə  həsr  olunmuş  tədbirlər  həyata  keçirildi.  Pyesləri 
yenidən tamaşaya qoyuldu, kitabları təkrar nəşr olundu. 
2002-ci  ilin  yanvar  ayında  Nazim  Hikmət  Kültür  ve  Sanat  Vakfinın  təşəbbüsü  ilə 
İstanbulda  şairin  100  illiyinə  həsr  olunmuş  məclis  keçirildi.  Həmin  məclisə  mən  də 
dəvətli idim.  Kiçik bir çıxış da hazırlamışdım və faksla İstanbula göndərmişdim.  Gedə 
bilmədim.  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  xalq  yazıçısı  Anar  da  həmin  məclisə 
dəvətli  idi.  O,  İstanbuldan  qayıdandan  sonra  televiziya  ilə  çıxış  edərkən  tamaşaçılara 


 
12 
belə  dedi:  “Müəyyən  səbəblərdən  Aqşin  Babayev  İstanbulda  keçirilən  Nazim  Hikmət 
tədbirlərində iştirak edə bilmədiyi üçün onun çıxışını mən oxudum.” Mən həm şəxsən, 
həm  də  televiziya  ilə  Nazim  Hikmət  haqqında  çıxış  edərkən  Anar  müəllimə  dərin 
təşəkkürümü bildirdim.  
Həmin  ilin  aprelində  mən  Nazim  Hikmət  yubileyində  iştirak  etmək  üçün  İstanbul 
bələdiyyəsinin  dəvəti  ilə  İstanbula  gəldim.  Ömür-gün  yoldaşım  Müzəyyən  xanım 
Nazim  Hikmət  vurğunu  olduğu  üçün  İstanbula  onunla  bərabər  getmişdim.  Tədbirlər 
aprel  ayının  6-da  başlayacaqdı.  Amma  biz  artıq  aprelin  3-də  İstanbulda  idik.  Şəhəri 
gəzir,  təəccübümüzü  gizlədə  bilmirdik.  Nazim  Hikmətin  100  illiyi  ilə  əlaqədar 
kinoteatrlara,  müxtəlif  mədəniyyət  mərkəzlərinə  afişalar  vurulmuşdu.  Bu  dəfə 
Türkiyəyə  iri  həcmli  bir  məruzəmlə  gəlmişdim.  Adı  belə  idi:  “Azərbaycanda  Nazim 
Hikmət,  Nazim  Hikmətdə  Azərbaycan”.  Həmin  günü,  həmin  dəqiqəni  səbirsizliklə 
gözləyirdim. Bir axşam taksi ilə qaldığımız “Eresin” otelinə dönəndə şofer hal-əhvaldan 
sonra bizdən soruşdu: 
– Xeyir ola, İstanbula nə münasibətlə gəlmisiz? 
– Nazim Hikmətin 100 illiyi münasibəti ilə, – dedim. 
Cavan oğlan qaş-qabağını tökdü. Xeyli susduq. Sonra özü dilləndi: 
– Mən Nazim Hikməti sevmirəm, – dedi. 
– Niyə? – deyə soruşdum. 
– Çünki o, Türkiyəni atıb getmişdi. 
– Axı o, məcbur olmuşdu, – dedim. 
Bu son cümləmin qarşısında  şofer yenə susdu, sonra əlavə etdi: 
- Bir şair kimi də xoşuma gəlmir. Ancaq kommunist şeirləri yazıb. 
Mən  ona  Nazim  Hikmətin  “Məmləkətim”  şeirini  birnəfəsə  əzbər  dedim,  Nazim 
Hikmətin  taleyindən  danışdım.  Bir  az  dəyişdi  elə  bil  şofer.  Amma  əvvəlki  fikrindən 
dönməmişdi.  Söhbəti  dəyişmək  üçün  bir  az  da  Türkiyəni  iflasa  uğradan  dövlət 
məmurlarını söydü. 
Səhərisi gün bir dükanda qəribə görüşümüz oldu. Cavan bir oğlan Nazim Hikmətin 
yubileyi  münasibəti  ilə  İstanbula  gəldiyimizi  bilib  çox  sevindi.  Ayrılarkən  məndən 
xahiş  etdi  ki,  Nazim  Hikmətə  aid  yazdığım  kitablardan  ona  göndərim.  (Bakıya 


 
13 
qayıtdıqdan sonra türk səfirliyinin bir işçisi ilə ona “100 yaşlı Nazim Hikmət” kitabımı 
göndərdim.) 
Aprel  ayının  5-də  otelin  birinci  mərtəbəsində  həmyerlim,  görkəmli  rejissor,  uzun 
illər  Türkiyədə  dərs  deyən  və  bizi  Nazim  Hikmət  yubileyinə  dəvət  edən  Tofiq 
İsmayılovu gördüm. Rəngi ağappaq idi. 
- Nə olub? – deyə maraqla soruşdum. 
-  Nazim  Hikmətin  yubileyi  təxirə  salındı,  başqa  vaxta  keçirdilər.  Gəldim  sizi 
xəbərdar edim. 
Beləliklə, ikinci dəfə də mənə İstanbulda Nazim Hikmətin yubileyində söz demək 
qismət  olmadı.  Geriyə  döndük.  “Təxirə  salındı”  sözü  də  bəhanə  imiş.  Amma,  ədalət 
naminə,  deyim  ki,  ümumiyyətlə,  Türkiyə  Nazim  Hikmət  yubileyini  qeyd  etdi  desəm, 
səhv  etmərəm.  Nazim  Hikmət  Kültür  və  Sənət  Vakfı  bir  çox  tədbirlər  həyata  keçirdi, 
şairin  kitabları  çap  olundu,  haqqında  məqalələr  yazıldı,  televiziya  proqramları  təşkil 
edildi (xüsusən Kanal-D Nazim Hikmət haqqında maraqlı bir verilişlə ekrana çıxdı.) Bir 
sözlə, Nazim Hikmət yenidən yaşadı. 
Azərbaycanda  da  Nazim  Hikmətin  yubileyi  layiqincə  qeyd  olundu.  Bu  işdə 
Yazıçılar  Birliyinin sədri Anarın fəaliyyətini xüsusilə qeyd  etmək istəyirəm. O, Nazim 
Hikmətin “Günəşi içənlərin türküsü” adlı kitabını nəşr etdirdi, yubiley tədbirləri keçirdi. 
Sevinirəm ki, mən yubiley tədbirlərində fəal iştirak etdim, yuxarıda adı çəkilən kitabda 
iki  məqaləm  verildi,  Nazimlə  bağlı    televiziya  ilə  çıxışlarım  da  oldu.  Amma  könül 
istərdi ki, bu tədbirlər daha çox olaydı... 
“Günəşi  içənlərin  türküsü”  nəşr  olunanda  mən  özümdə  olan  Nazim  Hikmətlə 
əlaqədar  220  ədəd  fotoşəkli  Anar  müəllimə  təqdim  etdim.    Şəkillər  mənə  bir  az  gec 
qaytarıldığı  üçün  həyəcanlanmışdım.  Qorxdum  ki,  nəşriyyatda  itirərlər.  Lakin  belə 
olmadı. Anar müəllim mənə 220 şəkil yerinə 245 şəkil qaytardı. Özündə olan fotoları da 
mənə verdi. Mənim çox istədiyim gözəl yazıçımız Anar çox səxavətli insandır. Hər dəfə 
İstanbuldan geri dönəndə mənə kitab, buklet və s. hədiyyə edir. Ona həm bir dost kimi, 
həm də Nazim Hikmət  yaradıcılığının tədqiqatçısı kimi həmişə  minnətdaram. Bir qrup 
cızmaqaraçı  Nazim  Hikmətə,  Rəsul  Rzaya,  Anara  və  yazdığım  “Nazim  Hikmət  və 
Rəsul  Rza”  məqaləsinə  görə  mənə  hücumlar  edəndə,  Anarın  necə  qəzəbləndiyini, 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə