Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   ...   76

 
14 
bənizinin  necə  ağardığını  görmüşəm.  Amma,  nə  eybi,  Rəsul  Rza  demişkən,  “ədəbi 
mığmığalar”  olub  və  həmişə  də  olacaqdır.  Nə  yaxşı  ki,  bu  “ədəbi  mığmığalar”a cavab 
verən  ziyalılarımız  var.  Yeri  gəlmişkən,  tanınmış  qələm  sahibi  Kərbəlayi  Müzəffərin 
“Azərbaycan  Yazıçılar  Birliyinin  Katibliyinə”  adlı  məqaləsindən    aşağıdakı  cümlələri 
misal gətirmək istəyirəm. 
“Bu  gün  Anar  da,  Elçin  də,  Vaqif  Səmədoğlu  da  müasir  Azərbaycan  ədəbiyyatı 
sarayının  ən  ağır  sütunlarından  biridirlər.  Həmin  sütunları  “alatorançılar”  (“Ədalət” 
qəzetinin  “Alatoran”  əlavəsindən  söhbət  gedir)  kimi  səssiz  əsən  küləklər  çökdürə 
bilməz.  Əgər  onlarda  Əli  Kərim  təvazökarlığı,  Vaqif  İbrahim  utancaqlığı,  Məmməd 
Araz  qüruru,  Aqşin  Babayev  abırı,  Mədinə  Gülgün  həyası  yoxdursa,  onlara  baş 
qoşmağa dəyərmi?” 
Mən Kərbəlayi Müzəffər qardaşıma bu cümlələrə görə minnətdarlığımı bildirirəm. 
Amma  burda  bir  məsələ  də  var.  Nadana  cavab  verməyəndə,  o,  öz  cahilliyini  davam 
etdirir.  Onları  yerində  oturtmaq  hər  birimizin  vəzifəsidir.    Biz  onlara  baş  qoşmasaq, 
onlar  “baş  yeməkdə”  öz  üzdəniraq  fəaliyyətlərini  davam  etdirəcəklər.  Bu,  əlbəttə, 
mənim nöqteyi-nəzərimdir. 
Ona  görə  də  bu  yazımda  mən  Nazim  Hikmət  haqqında  bədxahlıq  edən,  onun 
yaradıcılığını  pisləyən,  şəxsiyyətini  bəyənməyən  birhüceyrəli  “tədqiqatçılara”  cavab 
verəcək, öz münasibətimi bildirəcəyəm. 
İndi  isə  2002-ci  ilin  aprel  ayında  Nazim  Hikmətin  100  illiyi  münasibəti  ilə 
İstanbulda edə bilmədiyim məruzəmin mətnini sizə təqdim edirəm. 
 
 
 
 
 
 
 
 
 


 
15 
NAZİM HİKMƏTDƏ AZƏRBAYCAN, AZƏRBAYCANDA NAZİM HİKMƏT 
Hörmətli Kültür işləri dairə başkanı Şenol Demiröz! 
Hörmətli xanımlar və cənablar! 
Böyük  Nazimin  Vətənində  Türk  dünyasının  ulu  sənətkarının  100  illiyinə  həsr 
olunmuş    təntənələrdə  iştirak  etdiyim  üçün  sonsuz  qürur  hissi  duyuram.  Nazim 
Hikmətin  son  günlərinə  qədər  onunla  üzbə-üz  oturub  söhbət  edəndə,  Moskvadakı 
evində  görüşəndə  ağlıma  da  gətirə  bilməzdim  ki,  Nazimin  100  illiyində  onun  “Sevgili 
İstanbul”unda  “Nazim  Hikmətdə  Azərbaycan,  Azərbaycanda  Nazim  Hikmət” 
mövzusunda məruzə edəcəyəm. Bu mənim üçün böyük səadətdir. 
Mən ruha inanıram. İnanıram ki, bu gün Nazim bizimlədir, bax bu salondadır, bizi 
dinləyir,  ancaq  danışa  bilmir.  Danışa  bilsəydi,  “saçının  ağında,  ürəyinin  infarktında, 
alnının  cizgilərində”  yaşayan  məmləkətinin  daşını,  torpağını  öpərdi,  bizləri  bağrına 
basardı,  Türkiyə-Azərbaycan  qardaşlığına  sevinərdi.  Sevinərdi  ki,  on  yaşlı  müstəqil 
Azərbaycanla  səksən  yaşına  çatmaqda  olan  Türkiyənin  dostluğuna,  qardaşlığına  daha 
heç bir qüvvə mane ola bilməz. Bu dostluq sarsılmazdır, əbədidir və ölməzdir. “Nazim 
Hikmətdə Azərbaycan, Azərbaycanda Nazim Hikmət” mövzusuna toxunmazdan əvvəl, 
mən bu ölməz sənətkarla görüşlərimdən qısaca söz açmaq istəyirəm. İlk görüşüm 1961-
ci  ilin  payızında  oldu.  Həmin  görüşdən  dörd  il  əvvəl  Universitet  tələbəsi  ikən  mən 
Nazim  Hikməti  görmüşdüm.  O  vaxt,  yəni  1957-ci  ildə  Nazim  Hikmətin  Azərbaycana 
gəlişi,  sözün  həqiqi  mənasında,  bayram  təntənəsinə  çevrildi.  Bu  təntənələrdən  biri  də 
Azərbaycan Dövlət Universitetinin akt salonunda oldu. Salon ağzına qədər adamla dolu 
idi. Mən lap arxada ayaq üstə dayanıb uzaqdan-uzağa şairi məftunluqla seyr edir, onun 
ilk  dəfə  eşitdiyim  "Yanmamış  cığara"  adlı  şeirini  xatırlayırdım.  Universitet    tələbələri, 
xüsusən  gənc  şairlər  Nazim  Hikmətə  həsr  etdikləri  şeirlərini  oxuyur,    böyük  sənətkara 
məhəbbətlərini  bildirirdilər.  Axırda  Nazim  Hikmət  söz  aldı  və  çox  gözəl  bir  nitq 
söylədi. Mənim arxivimdə həmin lent yazısı var. 
Nazim Hikmət 1957-ci ildə Bakıda olarkən  "30 ildən sonra" adlı bir şeir yazdı. O, 
bu  əsərində  1927-ci  illə  1957-ci  il  arasında  baş  verən    yeniliklərdən,  hadisələrdən  söz 
açır,  Azərbaycana  və  azərbaycanlılara  olan  dərin  məhəbbətini  şirin  duyğularla  əks 
etdirirdi.    Söz  yox  ki,    o  vaxt    tələbə  olan  mən    ağlıma  da  gətirə  bilməzdim  ki,  gün 


 
16 
gələcək,  bu  böyük  sənətkarla  onun  evində  üzbəüz  oturub,  söhbət  edəcəyəm,  sonra  da 
onun yaradıcılığından əsər yazacağam. 
Moskvaya  gəlməkdə  məqsədim  Nazim  Hikmətlə  görüşmək  idi.  Şeirlərini  sevə-
sevə  oxuduğum,  hələ  məktəbli  ikən  "Nazim  Hikmətə  azadlıq!"  tələbi  ilə  mətbuat 
səhifələrində  çıxış  edən  sənət  adamlarımızın  böyük  şairə  məhəbbəti    xatirimdə  idi. 
1938-ci  ildən  1950-ci  ilə  qədər  həbsxanada  yatan,  sonra  isə  Moskvanı  ümid  yeri  bilib 
Sovetlər  ölkəsinə  gələn  bu  nadir  sənətkarla  görüşmək  dissertasiya  işimi  yazmağa 
başlayandan  bəri  ən  böyük  arzum  idi.  Amma  nə  üçünsə  buna  inana  bilmirdim.  Yəni 
mən  Nazim  Hikmətlə  görüşə  biləcəyəmmi?  Onu  gözlərim  önünə  gətirir,  xəyalən  sual 
verir, cavab alırdım. Suallarımı ayrıca bir bloknotda qeyd etmişdim ki, unutmayım. 
Əkbər  Babayevlə  görüşəndə  bu  sualları  ona  oxudum.  Əsasən  bəyəndi.  Sonra  biz 
Əkbər Babayevlə bərabər Asiya Xalqları İnstitutuna getdik. O, Nazim Hikmətin evinin 
telefon nömrəsini yığa-yığa mənə dedi: "Xaricdən təzəcə gəlib. Adətən o, belə hallarda 
iki-üç gün istirahət edir. Yəqin ki, bu gün səni qəbul edə bilməyəcək. Danışarıq sabaha, 
ya  o  birisi  günə.  Arzuna  çatarsan."  Bu  sözləri  deyib  Əkbər  müəllim  sifət  dolusu 
gülümsündü  və  elə  həmin  dəqiqə  də  telefona  gələn  xanımı  ilə  danışdı,  sonra  telefona 
Nazim Hikmət gəldi.  
Əkbər  Babayev  Nazim  Hikmətə  mənim  barəmdə  məlumat  verdi.    Və 
gözləmədiyim  halda  uca  səslə  "geliyoruz"  dedi.  Dəstəyi  yerinə  qoyandan  sonra 
təəccübünü gizlətmədi: 
–  Görünür,  ustad  Azərbaycan  üçün  darıxıb.  "Azərbaycan"  kəlməsini  eşidən  kimi  
"haydı, gəlin" dedi. – Getdik, Aqşin! 
Həsrətində  olduğum  böyük  bir  insanla  görüşə  gedirdim.  Nazim  Hikmətin  evinə 
Əkbər  məni  öz  maşınında  apardı.  Ürəyim  çırpınırdı,  həyəcanımı  heç  cür  gizlədə 
bilmirdim. Nəhayət ki, gözlənilən dəqiqələr gəlib çatdı. Əkbər Babayev qapının zəngini 
basmışdı,  ikimiz  də  müntəzir  şəkildə  dayanmışdıq.  Qapı  açıldı.  "Mavi  gözlü  dev" 
göründü.  Şəkillərdə  gördüyümdən  fərqli  idi.  Alov  kimi  sapsarı  saçları,  mavi  gözləri 
vardı. "Buyurun, buyurun" dedi. 
Ürkək-ürkək  dəhlizə  girdim.  Ayaqqabılarımı  çıxardım,  ev  başmaqlarını  geyinib 
Əkbərlə bərabər içəri keçdim. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə