Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   ...   76

 
20 
- Sən darıxma. Lap elə günü sabah, səhər 11-də səni gözləyirəm. Gəl, söhbətimizə 
davam edək. 
Ürəyim təskinlik tapdı. Ustada təşəkkürümü bildirdim. 
Sonrakı görüşümüz ertəsi gün oldu. Saat 11-də Nazim Hikmət geyimli-kecimli idi. 
Əkbər  Nazimdən  danışanda  bir  dəfə  demişdi  ki,  o,  həmişə  səhər  yuxudan  duran  kimi 
üzünü qırxır, səhər yeməyindən sonra qəzetlərə baxır, yazı masasının arxasına keçir və 
qələmə sarılır.  
Nazim Hikmət məni görən kimi dedi: 
- Hə, qoçaq, keç, otur, qəzetlərə bax, mən süd alıb gəlirəm. 
Yadımdadır, lap balaca uşaq kimi Nazimə yalvardım: 
- Olar mən də gedim Sizinlə? 
Gülə-gülə dedi: 
- Evdə tək qalmaqdan qorxursan? 
Hər  ikimiz  güldük.  Daha  bir  söz  demədi.  Razılaşdı.  Əslində  onunla  süd  almağa 
getməyim,  bu  görüşün  hər  anından,  hər  dəqiqəsindən  istifadə  etməklə  bağlı  idi.  Nə 
qədər Nazimlə çox söhbət etsəydim, bir o qədər istəyimə çatacaqdım. 
Liftin  qarşısına  çıxdıq.  Dar  pillələr  yuxarı  və  aşağı  gedirdi.  Liftə  mindik.  Dörd 
nəfərlik  olsa  da,  iki  nəfər  güclə  sığırdı  bu  liftə.  Sonralar  mən  Nazimin  "Bizim 
avludanmı  (həyətdən)  qalxacaq  cənazəm..."  şeirini  oxuyanda  şairin  yaşadığı  evin  dar 
pillələrini,  balaca  liftini  xatırlayacaqdım.  Və  şairin  "Necə  endirəcəksiz  məni  üçüncü 
qatdan?"  sualını  təkrarlayıb  dar  pillələri,  "tabutun  sığa  bilməyəcəyi  lift"i  yadıma 
salacaqdım. 
Bu, Nazim Hikmətlə ilk görüşlərim idi. Sonra bu görüşlərin sayı artdı. Hər dəfə də 
istər  Moskvada,  istər  Bakıda  onun  çıxışlarını  lentə  alırdım.  İndi  həmin  müsahibələr 
Azərbaycan  radiosunun  “Qızıl  fondu”nda  saxlanılır.  Televiziya  və  radio  verilişlərində 
həmin çıxışlardan tez-tez istifadə edirlər. 
1963-cü  ilin  əvvəllərində  artıq  mənim  dissertasiya  işim  hazır  idi.  Nazim  Hikmət 
demişdi:  “Sənin  müdafiəndə  mütləq  iştirak  edəcəyəm.”  Sevincimin  həddi-hüdudu  yox 
idi.  Xəyalən  namizədlik  dissertasiyamı  müdafiə  edirdim,  Nazim  Hikməti  də 
Universitetdə , Rəyasət heyətində görürdüm. Çıxış edəcəkmi? – düşünürdüm – söz alsa, 


 
21 
nə deyəcəkdir? Xəyalımda yaratdığım o anlar ömrümün-günümün mənası idi. Atalarda 
bir söz var, deyir: “Sən saydığını say, gör fələk nə sayır.”  
1963-cü  il  iyun  ayının  3-də  Nazim  Hikmət  dünyasını  dəyişdi.  Yadımdadır,  uşaq 
kimi  ağladım.  Atam,  anam,  həyat  yoldaşım  mənə  təəccüblə  baxırdılar.  Amma  burada 
təəccüblü  heç  nə  yox  idi.  Mən  üç  il  müddətində  tanıdığım,  yaxın  olduğum,  nəfəsi  ilə 
qızındığım  əziz  bir  adamımı  itirmişdim.  Mən  Türk  dünyasının  böyük  oğlu  Nazim 
Hikməti itirmişdim. 
Düz  dörd  il  əlim  işdən  soyudu,  yalnız  1967-ci  ildə  Nazim  Hikmətə  həsr  olunmuş 
namizədlik  dissertasiyamı  müdafiə  etdim.  Müdafiəmdə  Nazim  Hikmətin  müəllimi 
hesab  edilən  Zəkəriyyə  Sərtəl  də  iştirak  etdi.  O  vaxt  o,  həyat  yoldaşı  Səbihə  xanımla 
Bakıda yaşayırdı. Səbihə xanım tez bir zamanda dünyasını dəyişdi, mətbuat üçün onun 
haqqındakı nekroloqu da mən yazdım. 
Sonra  Cümhuriyyət  dövrü  türk  dramaturgiyasına  həsr  olunmuş  doktorluq 
dissertasiyamı müdafiə etdim, əsərimin bir hissəsi də Nazim Hikmət haqqında idi. Şair 
haqqında  yazdığım  kitablarımdan  biri  “100  yaşlı  Nazim  Hikmət”  adlanır.  Burada 
Nazim  haqqında  bildiklərimi,  Nazimin  Azərbaycanla  bağlı  qırılmaz  tellərini  əks 
etdirməyə çalışmışam. Mən bu kitab haqqında uzun-uzadı danışmaq istəmirəm. Ancaq 
bir  şeyi  qeyd  etmək  istəyirəm  ki,  Nazimin  ölümündən  sonra  keçən  dövr  ərzində  çox 
sular axıb, çox hadisələr olub. Türkiyədən yazıçılar, şairlər, sənət adamları Azərbaycana 
gəlib,  gedib.  Nazimin  həyat  yoldaşı  Münəvvər  oğlu  Mehmetlə  və  birinci  ərindən  olan 
qızı ilə  bərabər Bakıda olub. Bacısı Samiyə xanım Bakını ziyarət edib. Bütün bu gəliş-
gedişlərdə, görüşlərimizdə sözümüz-söhbətimiz, təbii ki, Nazim Hikmət olub. 
Sizə  bir  faktı  deyim.  Nazimin  ölümündən  sonra  azərbaycanlı  heykəltəraş,  vaxtilə 
Nazim  Hikmət  Moskvada  yaşadığı  illərdə  onunla  görüşən  Münəvvər  Rzayevanın 
evində hər il yanvar ayının 20-də şairin ad günü qeyd edilirdi. Mən də bu ad günlərində 
olmuşam.  Zəkəriyyə  Sərtəl  və  Səbihə  Sərtəl  də  Bakıda  yaşadıqları  illərdə  bu  ad 
günlərində iştirak edirdilər. 
Tale  belə  gətirdi  ki,  mən  1972-ci  ildə  Türkiyəyə  işləməyə  getdim.  Üç  il 
İskəndərunda  yaşadım,  İstanbulda  oldum.  Dəfələrlə  Ankaranı,  İzmiri,  Adananı, 
Konyanı  gəzdim  və  hər  yerdə  bir  təkzibedilməz  həqiqətin  şahidi  oldum:  Türk  xalqı 


 
22 
Nazimi sevir. Hətta, əvvəllər mənə “Bizdə vətən xaininin kitabı satılmaz” deyən kitabçı 
da  sonralar  mənim  üçün  İstanbuldan  Nazim  Hikmətin  şeir  kitablarını  gətirməyə 
başlamışdı. 
Türkiyəyə  gedəndə  atamdan  soruşdum:  “Sənin  üçün  Türkiyədən  nə  gətirim?” 
Atam  “türk  fəsi  gətir”  dedi.  Bakıya  dönəndə  türk  fəsini  gətirdim,  mahud  parçadan 
tikilmiş tünd qırmızı rəngdəydi. Atam güzgü qabağında özünə baxdı və “sağ ol, oğlum” 
dedi.  Soruşdum:  “Deyəsən  türkləri  çox  istəyirsən,  hə?”  Belə  cavab  verdi:  “Türklər 
olmasaydı,  heç  sən  də  olmazdın.  1918-ci  ilin  mart  ayında  türklər  Bakıya  gəlməsəydi, 
ermənilər bizi tamam qıracaqdılar.” Yeri  gəlmişkən deyim ki, Türkiyə  türkcəsinə, türk 
ədəbiyyatına,  türk  tarix  və  mədəniyyətinə  olan  dərin  məhəbbəti  mən  ta  uşaqlıq 
illərindən  ailəmizdə  hiss  etmişdim.  Atam  və  əmim  Ziya  Paşanın,  Əbdülhəq  Hamidin, 
Recaizadə  Mahmud  Əkrəmin,  Tevfiq  Fikrətin,  Rza  Tevfiqin  əsərlərini  oxumuşdular, 
əzbər  bilirdilər.  Atam  Əbdülhəq  Hamidin  “Məqbər”ini  əzbərdən  deyirdi.  Səsi  indi  də 
qulaqlarımdadır... 
...Nazim  Hikmət  gəncliyindən  son  nəfəsinə  qədər  Azərbaycanla  bağlı  olmuşdur. 
Onun  təkcə  şeirlərində  deyil,  müxtəlif  məqalə  və  çıxışlarında  da  Azərbaycan,  onun 
sənət  xadimləri  xüsusi  yer  tutmuş,  şair  sənətkarlarımız  haqqında  həmişə  sonsuz 
məhəbbətlə söz açmışdır. 
Şairin "Neftə doğru",  "Bayramoğlu", "Arpa çayının iki yanı", "Bəhri-Xəzər "  və s. 
bu qəbildən olan şeirlərində Azərbaycana bağlılıq, heyranlıq, məhəbbət hiss olunur. 
Məlumdur  ki,  Nazim  Hikmət  Vətəninə  döndükdən  sonra,  müxtəlif  təzyiqlərə 
məruz qalmış, nəhayət, 1938-ci ildə, mütərəqqi fikirlərinə görə həbs edilmişdi. On üç il 
həbsxanada  yatan,  hər  bir  işgəncəyə  dözən,  zindanda  olanda  da  yaradıcılığından  və 
mübarizəsindən  ayrı  düşməyən,  "İnsan  mənzərələri"  dastanını  qələmə  alan,  "Bir  aşk 
masalı",  "Yusif  ilə  Züleyxa"  pyeslərini  yaradan  Nazim  Hikmət  son  dəfə  Moskvaya 
gələrkən  onun  ən  böyük  arzularından  biri  yenidən  Bakıya  qovuşmaq  idi.  Bu  arzusuna 
yalnız 1957-ci ildə çatdı.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Nazimin  təkcə  poeziyasında  deyil,  məqalə  və 
çıxışlarında  da  Azərbaycana  böyük  sevgi  vardır.  Onun  Füzuli,  Vaqif,  Sabir,  Cəlil 
Məmmədquluzadə  haqqında  söylədiyi  fikirlər,  Azərbaycanın  şəhərlərinə  səyahətləri 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə