Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   10   ...   76

 
23 
zamanı qələmə aldığı ürək sözləri bu gün müxtəlif kitablarda əks olunub. Belə xatirə və 
çıxışlarda Nazim, bənzərsizliyi, orijinallığı ilə seçilir. 
Füzuli  haqqında  dediyi  sözlər:  "Füzuli  hansı  sultanın  zamanında  yaşamış,  birdən 
ağlıma gəlməyir. Sultanın adını da xatırlamıram. Hələ o dövr vəzir-vüzərasının adlarını 
məktəbdə  öyrətdikləri  halda,  çoxdan  unutmuşam.  Bəs  Füzulinin  salamını  almayan  bu  
övqaf məmurları? Kim bilir, özlərini nə böyük adam saymışlar? 
...Amma  xalq  -  azərbaycanlı,  türk,  fars,  alban,  bolqar  olsun,  Füzulinin  salamını  o 
sağkən  də,  ölümündən  dörd  yüz  il  sonra  da  hədsiz  bir  sevinclə  alır,  alacaq.  Füzulinin 
min il sonra da bir insana salam  verməsi o şəxs üçün böyük bir şərəf olacaq. Salamını 
aldıq, alacağıq, əleyküməssalam, böyük ustad!" 
"Füzulini  nə  üçün  sevirəm?  Çünki  o,  sevməyi,  sevda  yolunda  yanıb  kül  olmağı 
bütün böyük şairlərimizdən daha güclü, daha dərin bacara bilmişdir." 
M. Ə. Sabir haqqında dediyi ürək sözləri: "Sabir haqqında cildlərlə əsər  yazılmış, 
cildlərlə  də  yazılacaq.  Sabirin  mübarizəsinə  vurğun  olduğum  qədər  o  mübarizəni 
apararkən göstərdiyi ustalığa, işlətdiyi dilə heyranam.” 
Nazim Hikmətin bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, şair Rəsul Rza, 
yazıçı  Mehdi  Hüseyn  və  başqa  sənət  xadimlərimiz  haqqında  məhəbbət  dolu  sözləri 
dövri  mətbuatımızda  çap  olunmuş,  televiziya  və  radio  ilə  dəfələrlə  səslənmişdir.  (  Bu 
haqda “100 yaşlı Nazim Hikmət” kitabımda yazmışam). 
Bakıya etdiyi son səfərlərdən birində müxbirin "Bakıda Sizə nə xoş gəldi?" sualına 
Nazim Hikmət belə cavab vermişdir: 
"Təəssüratım  sonsuzdur!  Mən  konsertdən  vəcdə    gəlmişəm.  Azərbaycan  xalq 
mahnı  və  rəqslərinin  mahir  ifaçılarını,  tarzən  və  kamançaçılarını  dinləmək  mənə 
müyəssər  oldu.  Professor  Bülbül,  Xan  Şuşinski,  Şövkət  Ələkbərova  oxudular.  Onları 
dinlədim  və  düşündüm;  mən  nə  qədər  dövlətliyəm!  Çox  dövlətli!  Axı  elə  adamlar  var 
ki,  yalnız  Çaykovski,  Şopen  və  Bethoveni  başa  düşürlər.  Onların  musiqisi  mənə  çox 
yaxın və əzizdir. Ancaq mən müdrik və istedadlı xalqın yaratdığı muğamı, musiqini də 
anlayıram və sevirəm. Qara Qarayev və Fikrət Əmirov kimi bəstəkarlarla fəxr edirəm." 
"Azərbaycan  musiqisi  ulu  çinar  kimidir.  Kökləri  Azərbaycan  torpağının,  xalqının 
dərinliklərindədir, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam yekparədir." 


 
24 
Nazim  Hikmətin  1927-ci  ildə  Bakıya  gəlişi,  1928-ci  ildə  onun  ilk  kitabının 
Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, 
bu  yeni  nəfəs  Azərbaycan  şairlərindən  Mikayıl  Rəfilinin,  Süleyman  Rüstəmin,  Səməd 
Vurğunun,  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin  yaradıcılığında  xüsusilə  bariz  şəkildə  öz 
təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim 
poeziyasının ətri duyulur. Amma, ədalət naminə deyək ki, bu şairlərin içərisində Rəsul 
Rzanın özünəməxsus yeri vardır. 
Türkiyədə Nazim Hikmət şeirləri top-tüfənglə qarşılandığı kimi, Azərbaycanda da 
Rəsul  Rza  poeziyası  bir  vaxt  hücumlara  məruz  qalmışdı.Yalnız  neçə  illər  sonra  ədəbi 
tənqidimizin nümayəndələri başa düşdülər ki, Rəsul Rza təkcə bu günün deyil, həm də 
sabahın şairidir. (“Sabahın şairidir” kəlamı N. Hikmətə aiddir ) 
Nazimin  şeirlərini  Azərbaycan  dilinə  bir  çox  şairlərimiz  çevirmişlər.  Bunların 
içərisində Rəsul Rzanın adını ayrıca qeyd etmək lazımdır. Mənim səs arxivimdə Nazim 
Hikmətlə  bir  müsahibə  var.  Həmin  müsahibədə  Nazim  Hikmət  Rəsul  Rzadan  söz  açır 
və belə deyir: "Şeirlərimi Azərbaycan dilinə mənim əziz dostum Rəsul Rza çevirmişdir. 
Bu şeirləri o, bir az daha gözəlləşdirmişdir." 
Rəsul  Rza  Nazim  Hikmətin  ən  gözəl  şeirlərini  dilimizə  çevirmişdir.  Bunların 
içərisində  "Ceviz  ağacı",  "Mən  həbs  olunandan  bəri",  "Həbsxanada  yatmalı  olanlara 
bəzi  öyüdlər",  "Laylay",  "Yapon  balıqçısı",  "Nağıllar  nağılı",  "Pəncərələr"  şeirləri, 
"İnsan  mənzərələri"nin  birinci  hissəsi,  "Qurtuluş  savaşı  dastanından"  adlı  poemanın 
tərcüməsi xüsusi yer tutur. "Rənglər" silsiləsində Rəsul Rza  "Üfüqdə göy gözlərin sarı 
həsrəti"  deyərkən  Nazim  həsrətini  nəzərdə  tuturdu  və  bir  sıra  başqa  şeirlərində  də 
Nazimlə bağlı poetik duyğularını oxuculara çatdırırdı. Nazimin: "Karşı kıyı (qarşı sahil) 
məmləkət, eşidirsənmi, Mehmet!" çağırışına Rəsul Rza belə əks-səda vermişdi: "Nazim, 
çağırma  Mehmeti."  Nazimin  Vətən,  Münəvvər  və  Mehmet  həsrətini  Rəsul  Rza  öz 
şeirlərində qəlb ağrısı ilə, məhrəm duyğularla əks etdirmişdir.  
Bu iki sənətkarın - Nazim Hikmətin və Rəsul Rzanın yaradıcılıq dostluğu haqqında 
hələ bundan sonra neçə-neçə əsərlər qələmə alınacaq. Ümid edirəm ki, hətta ayrıca bir 
tədqiqat işi də yazılacaqdır. 


 
25 
Nazim  Hikmətin  1928-ci  ildə  Bakıda  nəşr  olunan  "Günəşi  içənlərin  türküsü" 
kitabının  redaktoru  Süleyman  Rüstəm  olmuşdur.  1927-ci  ildə  25  yaşlı  Nazim  Hikmət 
Bakıya  qədəm  basanda  onu  qarşılayanlardan  biri  də  21  yaşlı  Süleyman  Rüstəm 
olmuşdu.  Bu  iki  gənc  o  zaman  tanınmış  şairlər  idi.  Süleyman  Rüstəm  Azərbaycanda, 
Nazim Hikmət isə Türkiyədə. 
1950-ci  ildə  Nazim  Hikmət  həbsxanadan  azad  olunduqdan  sonra  onun  48, 
Süleyman  Rüstəmin  isə  44  yaşı  vardı.  Yenə  qardaşcasına  görüşdülər  və  onların 
dostluğunun ikinci mərhələsi başlandı. Bu mərhələ 3 iyun 1963-cü ilə qədər davam etdi. 
Sonra  S.  Rüstəm  də  dünyasını  dəyişdi.  Bu  iki  böyük  insanı  bir-birinə  bağlayan  tellər 
əbədiyyətə döndü, ürəklərdə, xatirələrdə yaşadı və bu gün də yaşayır. 
Nazim  demişdi:  "Süleyman  Rüstəm  bütöv  şəxsiyyətdir.  Onun  sənəti  ilə  insanlığı 
bir vəhdət təşkil edir." 
Nazim Hikmətlə dostluq edən qələm ustalarımızdan biri də Mikayıl Rəfili idi. O da 
Nazim  Hikmətin  təsiri  ilə  şeirlər  yazmışdı.  "Gülən  adam"  təxəllüsü  ilə  Azərbaycan 
poeziyasında tanınan Mikayıl Rəfili Nazim Hikməti çox sevərdi. "Sərbəst şeir haqqında 
ilk  söz"  adlı  məqaləsində  Mikayıl  Rəfilinin  Nazim  haqqında  fikirləri  onun  bu  böyük 
şəxsiyyətə və onun sənətinə olan rəğbətini, məhəbbətini bütün aydınlığı ilə göstərir. 
Nazim  Hikmət  də  Mikayıl  Rəfili  haqqında  həmişə  xoş  sözlər  deyərdi.  Onu  çox 
bəyənərdi. Bloknotumda Nazimin bu sözləri var: "Mən Mikayıl Rəfilini axıra qədər də 
professor  kimi  qəbul  edə  bilmədim.  O,  təpədən-dırnağa  şair  idi.  Bu  dünyadan  şair 
olaraq  da  köçdü.  Elə  bilirdim  ondan  əvvəl  gedəcəyəm.  Tərsinə  oldu.  Taleyin  işini 
bilmək olmur." 
Nazim  Hikmətlə  Səməd  Vurğun  arasında  da  möhkəm  dostluq  olmuşdur.  1957-ci 
ildə  Nazim  ikinci  dəfə  Bakıya  gələndə  artıq  Səməd  Vurğun  yox  idi,  dünyasını 
dəyişmişdi. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər yazdı. Onlardan biri "Otuz 
il  sonra"  adlanır.  Həmin  əsərdə  Nazim  Hikmət  1927-ci  illə  1957-ci  ili  müqayisə  edir, 
Azərbaycan xalqının qazandığı uğurlara sevinirdi. Bir yerdə də Səməd Vurğunun adını 
çəkirdi: 
"Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu". 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə