Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə76/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
249 
poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs 
Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, 
Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin  yaradıcılığında  xüsusilə  bariz  şəkildə  öz 
təcəssümünü  tapmışdı.  Adları  çəkilən  şairlərin  hər  birinin  yaradıcılığında  Nazim 
poeziyasının  ətri  duyulur.  Bu  şairlərin  içərisində  Rəsul  Rzanın  özünəməxsus  yeri 
vardır.  Bunu  diqqətə  alan  Aqşin  müəllim  kitabda  Rəsul  Rzaya  iki  məqalə  həsr 
etmişdir.  O  haqlı  olaraq  qeyd  edir  ki,  Türkiyədə  Nazim  Hikmət  şeirləri  top-
tüfənglə  qarşılandığı  kimi,  Azərbaycanda  da  Rəsul  Rza  poeziyası  bir  vaxt 
hücumlara  məruz  qalmışdı.  Amma  neçə  illər  sonra  başa  düşüldü  ki,  Rəsul  Rza 
təkcə  bu  günün  deyil,  həm  də  sabahın  şairidir.  (“Sabahın  şairidir”  kəlamı  Nazim 
Hikmətə aiddir).  
 
1950-ci  ildə  Nazim  həbsxanadan  azad  olunduqdan  sonra  onun  48,  S. 
Rüstəmin  isə  44  yaşı  vardı.  Bundan  sonra  onların  dostluğunun  ikinci  mərhələsi 
başlandı.  
 
Kitabda  Nazim  Hikmətlə  dostluq  edən,  onun  təsiri  ilə  şeirlər  yazan  qələm 
ustalarından  Mikayıl  Rəfili  haqqında  da  bir  oçerk  var.  Müəllif  vurğulayır  ki, 
“Sərbəst şeir haqqında ilk söz” adlı məqaləsində Mikayıl Rəfilinin Nazim haqqında 
fikirləri,  bu  böyük  şəxsiyyətə  və  onun  sənətinə  olan  rəğbəti,  məhəbbəti  bütün 
aydınlığı ilə görünür. Bu sevgi və rəğbət qarşılıqlı idi. Xatırladaq ki, N. Hikmətin 
məşhur  “Başlandı  nəslimizin  yarpaq  tökümü”  misraları  ilə  başlayan  şeiri  M. 
Rəfilinin vəfatı münasibətilə yazılmışdı.  
 
Nazim  Hikmət  Səməd  Vurğun  poeziyasını  çox  bəyənirdi.  1957-ci  ildə 
Nazim  ikinci  dəfə  Bakıya  gələndə  S.  Vurğun  həyatda  yox  idi,  əbədiyyətə 
qovuşmuşdu. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər yazdı. Onlardan biri 
də  “Otuz  il  sonra”  adlanır.  Həmin  əsərdə  Nazim  Hikmət  1927-ci  illə  1957-ci  ili 
müqayisə  edir,  Azərbaycanı  yenidən  gördüyünə  çox  sevinirdi.  Bu  yerdə  də  S. 
Vurğunun adını çəkirdi: “Azərbaycan şeiri vardı, amma Səmədinkilər yoxdu”.  
 
Aqşin  müəllim  yazır  ki,  N.  Hikmət  Bakıda  olduğu  vaxt  Opera  və  Balet 
Teatına,  Musiqili  Komediya  Teatrına,  Azərbaycan  Dövlət  Filarmoniyasına  gedir, 
musiqi  sənətimizin  inciləri  ilə  tanış  olur,  sonra  da  mətbuat  üçün  ürək  sözlərini 


 
250 
qələmə alırdı. Bülbülün, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Tofiq Quliyevin 
mahnılarını  və  səslərini  çox  bəyənirdi.  O,  Azərbaycan  Opera  Teatrında  baxdığı 
Qara  Qarayevin  “  Yeddi  gözəl”  baletini  yalnız  Sovet  İttifaqında  deyil,  bütün 
dünyada  ən  gözəl  balet  musiqisindən  biri  kimi  qiymətləndirir,  Fikrət  Əmirovun 
“Sevil”  operasına  da  böyük  bir  zövqlə  qulaq  asdığını  fərəhlə  xatırlayır.
 
Bütövlükdə  o,  Azərbaycan  musiqisini  obrazlı  şəkildə  kökləri  Azərbaycan 
torpağının, xalqının dərinliklərində, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam 
yekparə  ulu  çinara  oxşadır.  Aqşin  müəllim  yazır  ki,  N.  Hikmətin  heyran  olduğu 
əsərlərdən biri də dünya şöhrətli bəstəkarımız Arif Məlikovun “Məhəbbət əfsanəsi” 
baleti  idi.  Məlum  olduğu  kimi,  “Məhəbbət  əfsanəsi”  Nazim  Hikmətin  “Bir  aşk 
masalı” pyesinin əsasında yaradılmışdır.  
 
Kitabdakı  ən  maraqlı  oçerklərdən  biri  sənətkarın  mənəvi  övladım  dediyi 
heykəltəraş Münəvvər Rzayeva ilə N. Hikmət haqqındadır. Münəvvər xanım şairin 
çox  istədiyi,  bəyəndiyi  sənət  xadimi  idi.  M.  Rzayeva  onun  büstünü  və  heykəlini 
yaratmışdı.  Aqşin  müəllim  belə  bir  faktı  da  deyir  ki,  Münəvvər  xanım  şairin 
vəfatından  sonra  hər  il  yanvar  ayının  20-də  Nazim  Hikmətin  ad  gününü  evində 
qeyd edir, o da bu ad günlərinə qatılırmış.  
 
Aqşin  Babayev  Nazim  Hikmətin  gözəl  şair,  mahir  dramaturq,  realist  nasir 
olmaqla yanaşı, həm də bir kinossenarist kimi məşhur olduğunu, ömrünün sonuna 
qədər  Azərbaycanın  kino  xadimləri  ilə  yaradıcılıq  əlaqələri  saxladığını  qeyd  edir. 
Onun  əsərləri  əsasında  çəkilmiş  “Bir  məhəlləli  iki  oğlan”,  “Məhəbbətim  mənim, 
kədərim  mənim”  və  başqa  filmlərin  geniş  tamaşaçı  kütləsinin  böyük  rəğbətini 
qazandığını vurğulayır. 
 
Nazim Hikmətlə Azərbaycanın bağlılığının unudulmaz səhifələrindən biri də 
N. Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu əsərlərin səhnə taleyidir.  
N.  Hikmət  yaradıcılığının  poetik  nümunələri  Azərbaycanda  1928-ci  ildən 
başlayaraq  bu  günə  qədər  vaxtaşırı  nəşr  edilməkdədir.  Aqşin  müəllim  sənətkara 
dair  məqalələrinin  birində  böyük  qürur  hissi  ilə  qeyd  edir  ki,  bu  nəşrlərin  ən 
mükəmməli  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  müvafiq 
sərəncamına  əsasən  Nazim  Hikmətin  2006-cı  ildə  latın  qrafikası  ilə  nəşr  edilmiş 


 
251 
“Seçilmiş əsərləri”dir. İyirmi beş min tirajla çap olunmuş  bu kitaba sənətkarın şeir 
və  poemaları,  habelə  “Kəllə”,  “Qəribə  adam”,  “Damokl  qılıncı”  pyesləri  daxil 
edilmişdir. (Kitabın tərtibçisi Aqşin Babayevdir.) 
 
Kitabda  N.  Hikmətin  dünya  teatrları  tərəfindən  səhnəyə  qoyulmuş  20-dən 
artıq  pyesindən  söhbət  açılır.  Azərbaycanda  müəllifin  “Kəllə”  pyesi  bütün  başqa 
dram əsərlərindən daha əvvəl radio tamaşası kimi efirə verilmişdi. “Qəribə adam”, 
“Şöhrət  və  ya  unudulan  adam”,  “Kəllə”,  “Türkiyədə”,  “Damokl  qılıncı”, 
“Bayramın  ilk  günü”  pyesləri  Azərbaycanda  Adil  İsgəndərov,  Tofiq  Kazımov, 
Məhərrəm  Haşımov  kimi  görkəmli  rejissorlarımız  tərəfindən  uğurla  səhnəyə 
qoyulmuş,tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 
 
Kitabın ən maraqlı və həcmli bölümlərindən birini N. Hikmət yaradıcılığının 
Azərbaycanda  tədqiqi  məsələsinə  dair  Aqşin  müəllimin  fikirləri  təşkil  edir.  Aqşin 
müəllim  qədirbilən,  Anadolu  türklərinin  “vəfa  borcu”  dediyi  nəcib  duyğularla 
yaşayan  alimdir.  O,  kitabda  N.  Hikmət  yaradıcılığı  ilə  bağlı  olan  bütün  elm 
adamlarını, nazimşünasları və nazimsevərləri tək-tək xatırlayır, əsərlərini təhlil və 
şərh edir, nazimşünaslıqdakı xidmətlərini obyektiv şəkildə qiymətləndirir.   
 
2007-ci  ildə  dərc  olunan  “Mövlana  və  Nazim  Hikmət”  adlı  məqaləmizdə 
yazmışdıq  ki,  mütəfəkkir-şair  hələ  gəncliyində,  marksizmə  yiyələnmədən 
mövləviliyi,  təsəvvüf  fəlsəfəsini  yüksək  qiymətləndirmiş,  sonralar  da  bütün 
yaradıcılığı  boyu  böyük  Hikmətə  -  Kamil  insana  inanmış,  bu  mərtəbəyə  bəşər 
övladını  ucaldan  Eşqə  sadiq  qalmışdır.  Fərq  yalnız  burasındadır  ki,  həsrətdən  
doğulan, ayrılıqdan fəryad edən, daim vüsala doğru yürüyən Nazim Hikmət iyirmi 
yaşından  sonra  öz  Yaradanına  heç  bir  zaman  asi  olmadan  xoşbəxtliyi  Yaradanda 
axtarmışdır. 
 
Burada kiçik bir haşiyə çıxaraq Nazim Hikmətin poeziyasının mənim  üçün 
də  doğma  olduğunu  vurğulamaq  istəyirəm.  Sadəcə,  türk  ədəbiyyatı  mütəxəssisi 
olduğum  üçün  yox,  həm  də  ona  görə  ki,  mənim  də,  tələbəlik  illərini  eyni  qrupda 
paylaşdığımız  ömür-gün  yoldaşımın  da  universiteti  bitirərkən  nazimşünas  Yusif 
Şirvanın  elmi  rəhbərliyi  ilə  yazdığımız  diplom  işləri  sənətkarın  məşhur  “İnsan 


 
252 
mənzərələri”  iri  həcmli  epopeyasındakı  iki  poemanın  (“Zoya”  və  “Moskva 
simfoniyası”) ədəbi-tənqidi təhlilinə həsr olunmuşdu.   
 
Aqşin  müəllim  ildə  ən  azı  iki  dəfə  (sənətkarın  doğum  və  anım  günlərində) 
Nazim  Hikmət  haqqında  məqalə  çap etdirir,  onu  yad  edir,  ruhunu  yaşadır.  Və  hər 
səfərində bunu qeyd etməyi unutmur ki, Nazim Hikmətin son illərində onun vətən 
həsrəti ilə çırpınan  yaralı ürəyinin  yeganə təsəllisi Azərbaycan idi. Azərbaycan da 
onu həmişə öz doğma övladı kimi qəbul edirdi. Yalnız onu yox, onun doğmalarını 
da  xalqımız  həmişə  mehribanlıq  və  qayğıkeşliklə  qarşılayırdı.  Şairin  ölümündən  
sonra  Bakıya  qonaq  gələn  xanımı  Münəvvər  və  oğlu  Mehmet,  sonralar  ölkəmizi 
ziyarət  edən  bacısı  Samiyə  xanım  da  Nazim  Hikmət  kimi  xalqımıza  çox  doğma, 
çox əzizdir.  
 
Biz  buraya  qədər  məqalənin  sərlövhəsindəki  nazimşünasdan  və  onun 
Türkiyədə nəşr olunan kitabından bəhs etdik. Bir neçə kəlmə də Ceviz ağaçı, Çinar 
və rapsodiya haqqında. Türk dünyası poeziyasında ceviz ağacı deyincə, ağla ilk gə- 
lən  Nazim  Hikmət  və  onun  Vətən  həsrətli  məşhur  şeiridir  (bu  sətirləri  yazarkən 
tanınmış  estrada  müğənnisi  Cem  Qaracanın  bu  şeirə  bəstələyib  oxuduğu  mahnı 
qulaqlarımda cingildəyir): 
Ben bir ceviz ağacıyım Gülhane Parkında, 
    Ne sen bunun farkındasın, ne polis farkında. 
Yarpağı  doğma  Azərbaycanımızın  xəritəsinə  oxşayan  ulu  çınar  ağacı  isə 
türkçülər arasında hər zaman ölkəmizin rəmzi sayılıb.  
 
Rapsodiya  kəlməsi  isə  məlumdur.  N.  Hikmətin  yurdumuzla  münasibətləri, 
ədəbiyyatımız,  incəsənətimiz  və  elm  adamlarımızla  əlaqələri  o  qədər  çoxşaxəli, 
irimiqyaslı  və  müxtəlifyönlüdür  ki,  haqqında  ancaq  bu  şəkildə-epik  parçalardan, 
miniatür  etüdlərdən  ibarət  bütöv  bir  monumental  əsər  formatında  söz  açmaq 
mümkün idi.  
 
Kitabın ön sözündə Aslan Kavlak yazır ki, vaxtilə N. Hikmət onun haqqında 
Moskvada  yaşayan  məşhur  azərbaycanlı  türkoloq-nazimşünas  Əkbər  Babayevin 
qələmə  aldığı  ilk  monoqrafiyanı  oxuduqdan  sonra  ona  hədiyyə  etdiyi  kitablardan 
birinə belə bir avtoqraf yazıb imzalamışdı: “Məni mənə tanıdana...” Məncə, Ustad 


 
253 
sağ olub, Aqşin müəllimin bu kitabını oxusaydı, eyni avtorafı təkrarlardı. Bəlkə də 
sənətkar  belə  yazardı:  “Məni  mənə,  doğma  Azərbaycanıma  və  Türkiyəmə 
tanıdana... ”     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
254 
 
Aqşin Babayevin Nazim Hikmətə həsr etdiyi əsərləri 
KİTABLAR 
AZƏRBAYCAN DİLİNDƏ 
1. “Nazim Hikmət”. Bakı, İşıq, 1978. 
2. “Dünya vəfalıdır”. B., Yazıçı, 1984.(“Kitabsatan” hekayəsi) 
3 .“Dünyanın axırı”. B., Gənclik, 1992. (“Ceviz ağacı”. Sənədli povest) 
4. “Başımıza gələnlər”. B., Azərnəşr, 1994.(“Nazim Hikmət”. Portret-oçerk) 
5.  “Azərbaycan  və  türk  dünyası”.  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı,  B,  1998. 
(Nazim Hikmətə həsr olunmuş hissə) 
6.  “Müasir  türk  dramaturgiyası”.  “Qanun”  nəşriyyatı,  B.,  1998.  (“Nazim 
Hikmət” bölümü) 
7.  “Yanan  zürafə”.  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı,  B.,  1999.(Nazim  Hikmət 
ilə bağlı xatirələr) 
8.  “Kino...Kino...”. Nəşriyyat  Poliqrafiya  Mərkəzi,  B.,  1999.(“Kino  sənəti  və 
Nazim Hikmət”) 
9. “100 yaşlı Nazim Hikmət” . “Təhsil” mərkəzi, B., 2000. 
10.  “Azərbaycan  kino  sənətində  ədəbi  əsərlərin  təcəssümü”.  (Aydın 
Kazımzadə  ilə  birlikdə).  “Mütərcim”  Nəşriyyat-Poliqrafiya  mərkəzi,  B,2000. 
(“Nazim Hikmət” bölümü) 
11.  “Türkiyə  ədəbiyyatı  müntəxəbatı”.  “Təhsil”  mərkəzinin  nəşriyyat- 
poliqrafiya müəssisəsi, B, 2001.( “Nazim Hikmət” bölümü) 
12. “İşıqlı bir iz”. “Borçalı” nəşriyyatı, 2009 (“Nazim Hikmət” bölümü)  
 
RUS DİLİNDƏ 
1.  «Социальные  мотивы  в  современной  турецкой  драматургии». 
.(“Социально-политические  проблемы  в  пьесах  Назыма  Хикмета”)  Б., 
«Елм».1982 
 
 


 
255 
     TÜRK DİLİNDƏ 
1.“Nazim  Hikmət  və  yaşamı”,  türkcələşdirəni  və  redaktoru  Yüksəl  Kaya, 
Federal Almaniya, Berlin, 1989. 
2.”Nazim və Azərbaycan”. Türkiyə.”Zeus” nəşriyyatı, 2012. 
 
MƏQALƏLƏR 
1.  “Mən  yanmasam”.  (Nazim  Hikmətin  anadan  olmasının  60  illiyi  münasibəti 
ilə). “Azərbaycan gəncləri”, 1962, 24 yanvar. 
2.  “Nazim  Hikmətin  dramaturgiyasında  kapitalizmin  ifşası”.  “Azərbaycan 
gəncləri” qəzeti, 1962, 27 iyun. 
3. “Nazim Hikmət dramaturgiyasında sülh mövzusu”. Elmi əsərlər, ADU, Bakı, 
1965. N 5. 
4.  «Несколько  слов  о  драматургии  Назыма  Хикмета».  Журнал 
«Литературный Азербайджан», 1965, №1 (rus dilində). 
5.“Türk dramaturgiyası və Nazim Hikmət”. Azərbaycan Dövlət Universitetinin 
elmi xəbərləri. Dil və ədəbiyyat seriyası, 1965, №2. 
6.  “Nazim  Hikmət  novator  dramaturq  kimi”.  “Aspirantların  elmi  əsərləri”. 
(Elmi konfransın materialları) Azərbaycan Dövlət Universiteti, Bakı, 1966. 
7. «Nazim Hikmət və Azərbaycan». “Elm və həyat” jurnalı, 1966, N 2. 
8.  “Nazim  Hikmət  Türkiyədə”.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti,  1966,  10 
oktyabr. 
9. «Nazim Hikmət inqilabi ideyaları tərənnüm edir». “Ədəbiyyat və incəsənət”, 
1970, 4 yanvar. 
10.  «Vətən  həsrətli  gözlər».  (Nazim  Hikmətin  anadan  olmasının  70  illiyi 
münasibətilə). “Ədəbiyyat və incəsənət” qəzeti, 1972, 22 yanvar. 
11.  «Cümhuriyyət  dövrü  türk  dramaturgiyasının  mövzu  dairəsi».  (N.Hikmətə 
aid  hissə)  Türk  filologiyası  məsələləri,  II  buraxılış.  “Elm”  nəşriyyatı,  Bakı, 
1980. 


 
256 
12.  «Cümhuriyyət  dövrü  türk  dramaturgiyasının  bəzi  məsələləri».  (N.Hikmətə 
aid hissə) Gürcüstan Elmlər Akademiyasının elmi xəbərləri. Tbilisi, 1981, N 1, 
(gürcü və rus dillərində.) 
13.“Nazim Hikmət”. Azərbaycan Sovet Ensiklopediyası, 1983. VII cild.  
14. “Üç cür yaşamaq var”. Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” 
kitabına ön söz. Bakı, Yazıçı, 1983. 
15.  “Mavi  gözlü  dev”in  dostu”.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti,  1987,  11 
dekabr. 
16.  «Dünyalar  mənim  oldu».  Nazim  Hikmətin  90  illiyi  qarşısında.  “Ədəbiyyat 
qəzeti”, 1991, 6 sentyabr. 
17. «Bir daha Nazim haqqında». “Ədəbiyyat qəzeti”, 1992, 28 yanvar. 
18. “Nazim Hikmət – 90”. “Qobustan” jurnalı, 1992, N 1-2. 
19. “Geriyə dönməyi sevməm...” “Şəhriyar” qəzeti, 1997, 23-29 oktyabr. 
20.  “Kapadı  kitabı  Münəvvər”.  (Nazim  Hikmətin  həyat  yoldaşı  Münəvvər 
Andaç haqqında). “Ədəbiyyat qəzeti”, 1998, 29 may. 
21.«Azərbaycan-türk  ədəbi  əlaqələri  və  yeni  poeziyanın  təşəkkülü»  (N.Hikmət 
haqqında). “Elmi əsərlər”, V buraxılış, Bakı, “Elm” nəşriyyatı, 1999. 
22. «Türk kino sənəti və onun səciyyəvi xüsusiyyətləri» (N.Hikmətə aid hissə). 
“Ulduz” ədəbiyyat və sənət jurnalı, 2000, N 1. 
23.  «Türk  kino  sənətinin  inkişaf  mərhələləri  və  görkəmli  simaları»  (“Nazim 
Hikmət” bölümü). “Təfəkkür”jurnalı, 2000, N 2. 
24.
 
“Nazim Hikmət - əsrlərə sığmayan türk şairi”. “Ədəbiyyat” qəzeti, 2000, 10 
mart. 
25.
 
«Üfüqdə göy gözlərin sarı həsrəti». “Ədəbiyyat qəzeti”, 2000, 21 aprel. 
26.
 
“Türk ədəbi tənqidində Nazim Hikmət şəxsiyyəti”. “Ulduz”, 2001, N 1.  
27.
 
“Nazim  Hikmət”.  Elmi  konfransın  materialları,  Bakı  Dövlət  Universiteti, 
Bakı, 2001. 
28.
 
«Nazim Hikmət taleyi.” “İki sahil” qəzeti, 2001, 16 may. 
29.
 
«Nazim  Hikmətə  bağlı  ömrüm».  “Yazıçı”  (“Oğuz  eli”  qəzetinin  xüsusi 
buraxılışı). 2002, yanvar. 


 
257 
30.
 
“Bu dünyaya gəlməyə dəyərdi...” “Nazim Hikmət-100”. “Ədəbiyyat qəzeti”, 
2002, 8 fevral. 
31.
 
Nazim  Hikmət.  Altay  Məmmədovun  “Nazim  Hikmət  Gəncədə”  kitabına 
“Ön söz”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2002. 
32.
 
“Azərbaycan - Nazim Hikmət dünyasında”. “Azərbaycan” jurnalı, 2002, N1.  
33.
 
 “Damokl  qılıncı”  pyesi  Bələdiyyə  teatrının  səhnəsində.  “Azərbaycan” 
qəzeti, 2002, 21 fevral. 
34.
 
“Bu dünyadan Nazim keçdi” . “Vəfa” jurnalı, 2004, N 6. 
35.
 
“Aqşin Babayevə on üç sual” (“N.Hikmətə aid hissə”.) “Vəfa” jurnalı, 2005, 
N 11-12. 
36.
 
 “Ağlı-qaralı dünya...” “Qobustan” jurnalı, 2005, N 1. 
37.
 
Vilayət  Cəfərin  “Qürbətdə  yaranan  dostluq”  kitabı  haqqında.  (N.Hikmətlə 
Ə.V.Əl-Bəyatinin dostluğu haqqında). “Ədəbiyyat qəzeti”, 2006, 26 may. 
38.
 
«Nazim  Hikmət  pyeslərinin  nəşri  və  səhnə  taleyi».  Azərbaycan  Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinin elmi əsərləri, Bakı, 2008 №3-4.. 
39.
 
“Nazim  Hikmət.  Kərəm  kimi”    (Anarın  Türkiyədə  nəşr  olunmuş  kitabı 
haqqında). “Ədəbiyyat qəzeti”, 2009, 2 dekabr. 
40.
 
“Başım  üstündə  bir  çinar  olursa”(Nazim  Hikmət  haqqında).  “Ədəbiyyat 
qəzeti”, 2011, 8 aprel . 
41.
 
“Məni  mənə  tanıdana”(Nazimşünas  Aslan  Kavlak  haqqında).  “Ədəbiyyat 
qəzeti”, 2008, 11 aprel.   
42.
 
“Nazimi yaşadanlar”. “525-ci qəzet”, 2011, 22 may. 
43.
 
“Dünyada Nazim, Nazimdə dünya”. “Ədəbiyyat qəzeti”, 2013, 17 may. 
44.
 
“Bilinsin ki, mənəm baxan” “525-ci qəzet”, 2014, 22 may. 
 
 
 
 
 
 


 
258 
Kitabın içindəkilər 
Azər Turan. Dünya poeziyasının türk şahzadəsi (Ön söz)  
(professor Aqşin Babayevin “Nazim Hikmət qalaktikası” kitabını oxuyarkən) 
Nazim Hikmətə bağlı ömrüm 
Nazim Hikmətin 100 illiyi 
Nazim Hikmətin Türkiyə vətəndaşlığı 
Nazim Hikməti sevənlər və sevməyənlər 
Nazim Hikmət yaradıcılığının tədqiqi davam edir 
    Nazim Hikmətə bağlı insanlar 
“Kapadı kitabı Münevver...” 
Zəkəriyyə Sərtəl 
Rəsul Rza 
Nazim Hikmət və Rəsul Rza haqqında düşüncələr 
“Mavi gözlü dev”in dostu Əkbər Babayev 
Anar: “Kərəm kimi” 
“Məni mənə tanıdana” 
Arif Məlikov özü bir əfsanədir 
Münəvvər Rzayeva 
Əkrəm Cəfər Nazimi çox sevərdi 
“Bu dünyaya gəlməyə dəyərdi” 
“Gelsene dedi bana...” 
Melih Günəş 
Ağlı-qaralı dünya 
Nazim Hikmətə həsr etdiyim 
məqalə və müsahibələrdən seçmələr 
Mən yanmasam... 
(Nazim Hikmətin anadan olmasının 60 illiyi münasibətilə) 
Nazim Hikmətin “Kəllə” pyesi 
Türk dramaturgiyası və Nazim Hikmət 
“Türkiyədə” pyesi haqqında düşüncələr 


 
259 
Nazim Hikmət Türkiyədə 
Nazim Hikmət novator dramaturq kimi 
Vətən həsrətli gözlər 
(Nazim Hikmətin anadan olmasının 70 illiyi münasibətilə) 
“Üç cür yaşamaq var...” 
Gün kimi şəfəq saçdı... 
(Nazim Hikmətin 80 illiyi münasibətilə) 
Əsrimizin böyük sənətkarı 
(Nazim Hikmətin 90 illiyi qarşısında) 
Evimizdə türk klassik ədəbiyyatının ruhu hakimdi... 
(Nazim Hikmətin  90 illiyi qarşısında Aqşin Babayevlə müsahibə)  
Nazim Hikmət - əsrlərə sığmayan türk şairi (Müsahibə) 
Nazim Hikmət və kino 
Azərbaycan Nazim Hikmət dünyasında 
“Damokl qılıncı” pyesi Bələdiyyə Teatrının səhnəsində 
Bu dünyadan Nazim keçdi 
Qürbətdə yaranan dostluq 
Nazim Hikmət pyeslərinin nəşri və səhnə taleyi 
“Başım üstündə bir çinar olursa... ” 
Nazimi yaşadanlar 
Dünyada Nazim, Nazimdə dünya 
(Nazim Hikmətin vəfatının 50 illiyi münasibətilə) 
Səbr daşı 
(Nazim Hikmətin xatirə günü münasibətilə) 
Bu həsrət bizim ! 
(Nazim Hikmətin doğum günü münasibətilə) 
Əsgər Rəsulov. Görkəmli nazimşünasın “Ceviz ağacı” və “Çinar” rapsodiyası (Son 
söz əvəzi) 
 
 

Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə