Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

 
26 
Nazim  Hikmət  Azərbaycan  incəsənətinin  vurğunu  idi.  Xüsusən  musiqimizə 
heyrandı.  Bakıda  olduğu  vaxt  Opera  və  Balet  Teatrına,  Musiqili  Komediya  Teatrına, 
Azərbaycan  Dövlət  Filarmoniyasına  gedir,  musiqi  sənətimizin  inciləri  ilə  tanış  olur, 
sonra  da  mətbuat  üçün    ürək  sözlərini  qələmə  alırdı.  Həmin  ürək  sözlərindən 
nümunələr: 
" Mən Azərbaycan xalq mahnılarını da, muğamatı da çox sevirəm. Bu mahnılar, bu 
musiqi,  yəni  muğamat  musiqisi  təkcə  Azərbaycanın,  təkcə  Şərq  ölkələrinin  deyil, 
məncə,  bütün  dünya  musiqi  xəzinəsinin  ən  dəyərli  inciləridir.  O  gecə  Filarmoniyada 
xalqın  musiqi  sənətkarlarına  göstərdiyi  sevginin  heyranı  oldum.  Aşıq  Ələsgərin 
qoşmalarını eşitdiyim zaman mən də özümü unutdum, mən də "sağ ol!" deyə səsləndim. 
Tarixi  yadımdan  çıxıb,  bundan  bir  neçə  il  əvvəl  İstanbulda  bir  dostun  evində 
yığışmışdıq.  Radioda  Bakını  axtarırdıq.  Bakı  dalğasını  tutduq.  Gözəl  bir  musiqi 
verirdilər.  O  günə  qədər  bənzərini  eşitmədiyim  bir  musiqi  çalındı,  gözəl  bir  səs 
azərbaycanca  oxumağa  başladı.  Ürəklərimiz,  az  qala,  yuvasından  uçacaqdı.  Bunun  nə 
qədər  sürdüyü  yadımda  deyil.  Diktor  "Koroğlu"  operasından  bir  ariya  dinlədiyimizi 
xəbər  verdi.  Oxuyan  Bülbül  idi.  İlk  böyük  Azərbaycan  operasını,  Üzeyirin  şah  əsərini 
mən  ilk  dəfə  belə  dinlədim.  İndi  həmin  vaxtdan  neçə  il  sonra  Bakıda,  Mirzə  Fətəli 
Axundov  adına  Opera  və  Balet  Teatrında  "Koroğlu"  tamaşasına  baxdım.  Bülbülün 
oyununu da gördüm." 
Nazim  Hikmət  Bülbülün  səsini  çox  bəyənirdi.  Bu  gün  Bülbülün  ev  muzeyində 
Nazim Hikmətin dəsti-xətti ilə göndərilmiş iki fototeleqram hifz olunur: 
"Sovet  insanlarına  və  bütün  insanlığa  gözəl  şərqilərini  uzun  illər  boyu  şakı 
Bülbülüm, şakı. 
Nazim Hikmət." 
 "Səhər  vaxtı  quş  səsi,  rüzgarda  qayın  ağacı  yarpaqlarının  səsi,  sevgilinin 
ovucundan  tökülən  su  səsi,  makinaların  səsi,  kaman  səsi,  tar  səsi...  Amma  məncə, 
səslərin  ən  gözəli,  ən  dərini,  ən  ulusu  –  İnsan  səsidir.  İnsan  səsi  insanları  ölümə  də 
çağıra bilər, həyata da, kinə də, sevgiyə də. Sənin səsin, sevgili qardaşım, bütün ömrün 
boyunca  insanları  gözələ,  doğruya,  haqqa,  ümidə  çağırdı.  Mən  sənə  ölümsüz  gənclik 
diləyirəm. 


 
27 
Gözlərindən öpürəm. 
Nazim Hikmət." 
Bu  teleqramlar  Nazim  Hikmətin  Bülbül  sənətinə  necə  böyük  qiymət  verdiyinə 
misaldır.  Öz  xatirələrində  Nazim  Hikmət  Qara  Qarayevdən,  Fikrət  Əmirovdan,  Səid 
Rüstəmovdan və başqa sənət xadimlərindən məhəbbətlə söz açaraq yazırdı: 
"Azərbaycan Opera  Teatrında  Qara  Qarayevin  "Yeddi  gözəl"  baletinə  də  baxdım. 
Onun  da  musiqisini  əvvəllər  eşitmişdim.  Bu,  məncə,  yalnız  Sovet  İttifaqında  deyil, 
bütün  dünyada  ən  gözəl  balet  musiqisindən  biridir.  Fikrət  Əmirovun  "Sevil"  operasına 
da böyük bir zövqlə qulaq asdım. 
Bakıda  kəşf  etdiyim  ən  gözəl  şeylərdən  biri  də  Musiqili  Komediya  Teatrı  oldu. 
"Məşədi İbad"ı, o ölməz əsəri, sonra Səid Rustəmovla Süleyman Rüstəmin "Durna"sını 
gördüm. Ömrümün ən nəşəli iki gecəsini keçirdim. Rejissor Şəmsi  Bədəlbəyliyə, artist 
Lütfəliyə  və  Qafarlıya,  aktrisa  Nəsibə  Zeynalovaya  pərəstiş  edənlərin  içində  indi  mən 
də varam...” 
Nazim Hikmətin heyran olduğu əsərlərdən biri də dünya şöhrətli bəstəkarımız Arif 
Məlikovun  "Məhəbbət  əfsanəsi"  baleti  idi.  "Məhəbbət  əfsanəsi"  Nazim  Hikmətin  "Bir 
aşk masalı" pyesinin əsasında yaradılmışdır. 
Arif  Məlikov  neçə  illərdən  bəridir  ki,  Nazim  Hikmətin  "Yusif  və  Züleyxa"  pyesi 
üzərində  işləyir.  İnanıram  ki,  onun  qəlbindən  süzülən  musiqi  şairin  eyni  adlı  əsəri 
əsasında  bir  baletə  çevriləcək  və  bu  əsər  dünyanın  hər  yerini  gəzəcək.  İstanbulda  da 
tamaşaya  qoyulacaq.  O  zaman  Türkiyənin  əbədi  sakini  olan  Ceviz  ağacı,  yəni  Nazim 
Hikmət sevinəcək, onun pak ruhu şadlanacaq. 
Çoxşaxəli  yaradıcılıq  diapazonuna  malik,  təkcə  Türkiyədə  deyil,  dünyanın  əksər 
ölkələrində tanınan Nazim Hikmət gözəl şair, mahir dramaturq olmaqla yanaşı, həm də 
bir  kinossenarist  kimi  məşhurlaşmışdı.  Əlamətdar  haldır  ki,  Nazim  Hikmət, 
yaradıcılığının ilk dövründən başlayaraq kino sənəti ilə məşğul olmuşdur. 
Nazim  Hikmət  ömrünün  sonuna  qədər  Azərbaycanın  kino  xadimləri  ilə  də  bağlı 
olmuşdur.  Onun  ssenariləri  əsasında  çəkilmiş  "Bir  məhəlləli  iki  oğlan",  "Məhəbbətim 
mənim,  kədərim  mənim"  və  başqa  filmlər  geniş  tamaşaçı  kütləsinin  böyük  rəğbətini 
qazanmışdır. 


 
28 
“Nazim  Hikmətdə  Azərbaycan”  və  “Azərbaycanda  Nazim  Hikmət”  məfhumları 
bir-birilə  elə  sıx  tellərlə  bağlıdır  ki,  bunları  ayırmaq,  sadəcə,  mümkün  deyildir.  Bu 
bağlılığın  unudulmaz  səhifələrindən  biri  də  Nazim  Hikmət  poeziyasının,  dram 
əsərlərinin  nəşri  və  bu  əsərlərin  səhnə  taleyidir.  Nazim  Hikmət  yaradıcılığının  poetik 
nümunələri  Azərbaycanda  1928-ci  ildən  başlayaraq  bu  günə  qədər  nəşr  edilməkdədir. 
Moskvada  yaşadığı  illərdə  şairlə  görüşümdə  o,  kədərlə  dedi:  “Şeirlərim  bütün  dünya 
dillərində  çap  olunur,  türk  dilindən  başqa.  Pyeslərim  bir  çox  dünya  səhnələrində 
nümayiş etdirilir, türk səhnəsindən başqa.” Cəsarət edib ona belə bir söz dedim: “Sizin 
şeirləriniz, pyesləriniz Azərbaycanda azəri türkcəsi ilə müntəzəm nəşr edilir, tamaşaya 
qoyulur.    Biz  də  türkük  də.”  Bu  sözlərin  müqabilində  Nazim  Hikmət  gülümsündü. 
Gözlərində kədər vardı. Bilirdim, o, Türkiyə türkcəsini nəzərdə tuturdu. Mən sırf təsəlli 
üçün dedim bu sözləri.  
...Nazim Hikmət dramaturgiyası öz orijinallığı və sanbalı ilə seçilir. Sənətkarın 20-
dən  artıq  pyesi  bir  çox  dünya  teatrları  tərəfindən  səhnəyə  qoyulmuşdur. Azərbaycanda 
müəllifin  "Kəllə"  pyesi  bütün  başqa  dram  əsərlərindən  daha  əvvəl  radio  tamaşası  kimi 
efirə verilmiş və dinləyicilərin böyük rəğbətini qazanmışdı. 
Nazim  dramaturgiyasında  nəzəri  xüsusilə  cəlb  edən  bir  cəhət  var.  Onun  bir  çox 
pyeslərində obrazların adları  ya onların sənətinə uyğun,  ya da şərti şəkildə verilmişdir. 
Məsələn,  "Damokl  qılıncı"nda  surətlər  A.B.,  Boksçu,  Arxitektor,  Komissar  və  sair 
adlandırılmışdır. Bundan məqsəd bu və ya digər bir pyesdə hadisələrin təkcə Türkiyəyə, 
yaxud  başqa  bir  ölkəyə  aid  olmadığını  göstərməkdir.  Bu,  Nazim  Hikmət 
dramaturgiyasının  bəşəriliyini  əks  etdirən  xüsusiyyətdir.  Onun  pyeslərinin  mövzu 
dairəsi  də  bəşəri  səciyyəyə  malikdir.  Zəka  sahibinin  ehtiyac  içində  yaşaması,  pul,  var-
dövlət  üstündə  gedən  ölüm-dirim  mübarizəsi,  bu  gün  məşhurlaşan,  sabah  unudulan 
insanların  acı  taleyi,  düz  adamların  çəkdiyi  əziyyətlər,  insanların  başı  üzərindən 
Damokl  qılıncı  kimi  asılmış  müharibə  təhlükəsi,  -  bütün  bunlar  Nazim  Hikmət 
dramaturgiyasının canı, cövhəridir. 
"Unudulan adam", “Kəllə”, “Bayramın ilk günü” pyesləri keçmiş Sovet İttifaqının 
bir  çox  şəhərlərində,  o  cümlədən  Bakıda  və  xalq  demokratiyası  ölkələrində  səhnəyə 
qoyuldu.  "Qəribə adam" bir çox ölkələrdə tamaşaya qoyulmuşdur. O cümlədən Bakıda 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə