Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə9/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   5   6   7   8   9   10   11   12   ...   76

 
29 
Azərbaycan  Akademik  Milli  Dram  Teatrında  da  oynanmışdır.  Şairin  1959-cu  ildə 
yazdığı  “Damokl  qılıncı”  pyesi  Bakı  Rus  Dram  Teatrında  da  nümayiş  etdirilmişdir. 
(Sonralar bu əsər Bakı Bələdiyyə Teatrında da göstərildi). 
Nazim Hikmət elə bir şəxsiyyətdir ki, bu gün hər hansı bir tədqiqatçı “Azərbaycan 
poeziyası  və  Nazim  Hikmət  surəti”  adlı  bir  əsər  yazmaq  istəsə,  onun  əlinin  altında 
kifayət qədər mənbə ola bilər.  Təkcə bunu göstərmək yetərlidir ki, Nazim Hikmətə  50-
yə  qədər  Azərbaycan  şairi  müxtəlif  əsərlər  həsr  etmişdir.  Bu  şairlərdən  ən  məşhuru 
qüdrətli  söz  ustası,  öz  poeziyası  ilə  Azərbaycan  şeirinə  yeni  ruh,  yeni  nəfəs  gətirmiş 
Rəsul Rzadır. 
Rəsul  Rzanın  "Şairin  anası",  "Rənglər"  silsiləsindən  olan  "Saman  sarısı",  "Ulu 
şair", "Burda bir insan ölüb", "Gülhanə parkında bir ceviz ağacı var" və başqa əsərləri 
Nazim  Hikmətə  həsr  olunmuş  poetik  nümunələrdir.  Bu  nümunələrdə  şairin  həyatı, 
mübarizəsi,  amalı,  çırpıntılı  bir  həyat  yolu  keçməsi  əks  etdirilməklə  yanaşı,  Rəsul 
Rzanın Nazim Hikmətə olan böyük sevgisi  bədii boyalarla verilmişdir. 
Nazimin  qəflətən  ölümü  onu  tanıyanları,  sevənləri  möhkəm  sarsıtdı.  Onun 
ölümünə ağılar deyildi, şeirlər yazıldı. Bu ağıların, şeirlərin sırasında Rəsul Rza sözü və 
onun ömür dostu, unudulmaz şairəmiz Nigar Rəfibəylinin göz yaşları ilə dolu misraları 
xüsusilə seçildi. 
Nazim Hikmətə Azərbaycan şairləri, yuxarıda qeyd etdiyimiz kimi, bir çox şeirlər 
həsr  etmişlər.  Səməd  Vurğunun  "Hərəkət",  Süleyman  Rüstəmin  "Nazim  yenə 
dənizdədir",  Məmməd  Rahimin  "Nazim  Hikmət  azaddırmı?",  Mirvarid  Dilbazinin 
"Nazim  Hikmətə",  Balaş  Azəroğlunun  "İstanbula  gəmi  gedir",  Mədinə  Gülgünün 
"Nazim Hikmətə", Bəxtiyar Vahabzadənin "İlk kitabın", Zeynal Xəlilin "Nazim yadıma 
düşdü",  Məmməd  Arazın  "Nazimə  Türkiyə  sovqatı",  Davud  Ordubadlının  "Nazim 
Hikmət",  Nəriman  Həsənzadənin  "Türk  misrası",  Musa  Yaqubun  "Nazim  həsrəti", 
Məsum  Əliyevin  "Nazimin  işığı",  Fikrət  Qocanın  "Bir  gün  gələcək...",  Arif 
Abdullazadənin  "Nazimə  məktub",  İsa  İsmayılzadənin  "Nazim  Hikmət  gəmisi",  Sabir 
Rüstəmxanlının  "Nazim  Hikmətin  bağında",  Vaqif  Bəhmənlinin  "Dünyanı  uşaqlara 
verdik",  Mustafa  İsgəndərzadənin  "Kərəm  kimi",  Məmməd  Aslanın  "Nazim  yanğısı", 
Ağasəfanın  "Nazimin  ürəyi  torpaqda  deyil",  Tofiq  Abdinin  "Nazim  Hikmətə", 


 
30 
Allahverdi  Məmmədlinin  "Nazim  Hikmət  cevizi",  Qəşəm  İsazadənin  "Bir  ürək  var 
əlimdə",  Adil  Cəmilin  "Divar  çatdağından  süzülən  işıq"  və  digər  poetik  nümunələr 
dediklərimizə sübutdur. 
Bu  şeirlərin  ruhu,  mayası  Nazim  Hikmətə  olan  böyük  sevgidən,  rəğbətdən 
yoğrulmuşdur. 
Bir  neçə  kəlmə  də  Nazim  Hikmət  yaradıcılığının  Azərbaycanda  tədqiqi  haqqında 
danışmaq  istəyirəm.    Bununla  əlaqədar  ilk  olaraq  keçən  əsrin  30-cu  illərinin  sonunda 
Nazim  haqqında  söz  deyən  qələm  sahiblərinin  adları  çəkilməlidir.  Bunlar  Əli  Nazim, 
Süleyman Rüstəm, Əkrəm Cəfər, Mikayıl Rəfili idi. 
1928-ci  ildə  "Maarif  və  mədəniyyət"  məcmuəsində  "Günəşi  içirik...  günəşlənirik" 
başlıqlı bir məqalə çap olundu. Bu məqalənin müəllifi ədəbiyyatşünas Əli Nazim idi. O, 
adı  çəkilən  məqalədə  Nazim  Hikmətin  "Günəşi  içənlərin  türküsü"  kitabından  söz  açır, 
Türkiyənin  istedadlı  gənc  şairini  Azərbaycan  oxucularına  tanıdırdı.  Nazim  Hikmət 
Türkiyəyə döndükdən sonra Türkiyə-Azərbaycan ədəbi əlaqələri sahəsində olduğu kimi 
Nazim yaradıcılığının öyrənilməsində də bir boşluq nəzəri cəlb etdi. Lakin Nazim ruhu, 
Nazim  nəfəsi  Azərbaycan  şairlərindən  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Süleyman 
Rüstəmin,  Mikayıl  Rəfilinin  əsərlərində  yaşamaqda  idi.  Nazim  Hikmət  həbsxanada 
olduğu  vaxt isə söz, sənət ustalarımız, mütərəqqi dünya şairləri ilə birlikdə haqq səsini 
ucaldır, şairin azad olunmasını təkidlə tələb edirdilər. 
Həmin  günlərdə  Moskvada  yaşayan  həmyerlimiz  Əkbər  Babayev  Nazim  Hikmət 
haqqında  dissertasiya  işini  tamamlamışdı.  O,  Moskva  radiosunun  türkcə  verilişlər 
redaksiyasının  xətti  ilə  tez-tez  çıxış  edir,  şairə  olan  hüsn-rəğbətini  uca  səslə  bildirirdi. 
Dünya  xalqlarının  tələbi  ilə  Nazim  Hikmət  həbsxanadan  azad  olunduqdan  bir  müddət 
sonra Moskvaya gələndə onu qarşılayanlar içərisində Əkbər Babayev də vardı.  
Azərbaycanın  qələm  sahiblərindən  Anar,  Tofiq  Məlikli,  Nəcəf  Quliyev,  Qadir 
İsmayıl,  Abbas  Abdulla,  Tofiq  Abdin,  Azər  Abdulla,  Arif  Abdullazadə,  Ələkbər 
Salahzadə,  Rəşid  Quliyev,  Abuzər  İsmayılzadə,  Aytən  Babayeva  və  başqaları  Nazim 
haqqında çox qiymətli kitablar, elmi məqalələr qələmə almışlar. 
Moskvada  yaşayan  həmyerlimiz,  filologiya  elmləri  doktoru,  professor  Tofiq 
Məlikli  türk  poeziyasının  tədqiqinə  dair  maraqlı  əsərini  "Elm"  nəşriyyatında  (Moskva) 


 
31 
nəfis şəkildə çap etdirmişdir. Burada Nazim Hikmət sənətinin türk ədəbiyyatındakı yeri 
tutarlı fakt və dəlillərlə göstərilmişdir. (T. Məlikli Nazim haqqında yazdığı yeni əsərini 
- “N.Hikmət. Poeziya və poetika” kitabını da oxucuların ixtiyarına vermişdir.) 
"Nazim Hikmət və Azərbaycan poeziyası" mövzusunu isə ilk olaraq dissertasiya işi 
kimi  qələmə  alan  şair  və  ədəbiyyatşünas  Azər  Abdulla  olmuşdur.  O,  mənə  hədiyyə 
etdiyi avtoreferatının ilk səhifəsində belə yazmışdır: "Dissertasiya işimi yazanda Nazim 
Hikmətlə  bağlı  yazdığı  elmi  məqalələrinə  və  kitabına  ən  çox  arxalanıb  bel  bağladığım 
yazıçı, jurnalist, alim Aqşin Babayevə böyük sayqılarla. 24 yanvar 1983-cü il." 
Əlbəttə,  Azər  Abdulla  burada  bir  az  mübaliğəyə  yol  vermişdi.  Əslində  Azər 
Abdulla  ilk  dəfə  olaraq  Nazim  Hikmətlə  Azərbaycanın  bağlılığını  çox  geniş  şəkildə 
işıqlandırmış,  qiymətli  bir  əsər  meydana  gətirmişdi.  Bu  əsərin  "Nazim  Hikmət 
yaradıcılığı  və  Azərbaycan  poeziyası",  "Nazim  Hikmət  yaradıcılığı  və  Azərbaycan 
ədəbi  tənqidi",  "Nazim  Hikmətin  dramaturgiyası  Azərbaycan  tənqidində"  adlı 
hissələrində  müəllif  böyük  sənətkarın  Azərbaycan  ədəbiyyatındakı  yerini,  mövqeyini 
tutarlı elmi dəlillərlə əks etdirmişdir. 
1978-ci ildə, yəni Nazim Hikmətin ölümündən on beş il sonra Azərbaycan Dövlət 
Nəşriyyatı  Nəcəf  Quliyevin  “Yana-yana”  adlı  sənədli  povestini  çap  etdi.  Bu  əsərdə 
Nazim Hikmətin həyat və fəaliyyətinin ən parlaq səhifələri öz əksini tapmışdır. 
Nazim  Hikmət  yaradıcılığını  tədqiq  edən  alimlərimizdən  biri  də  Qadir  İsmayıldır.  
Türk  ədəbiyyatına  dair  bir  çox  maraqlı  elmi  məqalələrin  müəllifi  olan  Qadir  İsmayıl 
Nazim Hikmətin Azərbaycanla bağlılığına dair dəyərli məqalələr qələmə almışdır. 
Azərbaycan  şairlərindən  Ələkbər  Salahzadə,  Vilayət  Rüstəmzadə,  Şamil 
Salmanov, Teyyub Qurban, Ramiz Duyğun  Nazim Hikmət haqqında təqdirəlayiq şeir, 
məqalə və xatirələr yazıb çap etdirmişlər. Bunlar Nazim Hikmət irsinin öyrənilməsində 
mühüm rol oynamışdır. 
Azərbaycanın  qələm  sahiblərindən  Əjdər  Ol  Nazim  Hikmət  haqqında  öz 
düşüncələrini  1992-ci  ildə  "Qobustan"  məcmuəsində  çap  etdirmişdir.  Şair-tədqiqatçı 
həmin  məqaləsində  belə  yazır:  "Mənə  elə  gəlir  ki,  onda  da,  indi  də  biz  azərbaycanlı 
ziyalılar Nazim Hikməti rusdan da, ingilisdən də, bolqardan da, Türkiyə türklərindən də 
(elə bütün millətlərdən) artıq dünyanın böyük şairi hesab eləmişik." 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə