Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
  1   2   3   4   5   6   7   8   9   ...   88


AqĢin Babayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NAZĠM HĠKMƏT 
QALAKTĠKASI 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 

 
Bakı 2016 
 
Tərtib edəni: Gündüz Babayev 
Redaktoru:  Sevda Əlibəyli 
Ön sözün müəllifi: Azər Turan 
 
 
 
 
 
 
Annotasiya 
 
Aqşin  Babayevin  bu  kitabına  müəllifin  Nazim  Hikmət  haqqında 
xatirələri, şairə həsr etdiyi məqalələri, Nazimlə bağlı olan  sənət xadimləri 
haqqında yazıları, müsahibələrindən bəzi nümunələr daxil edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nazim Hikmətli günlərimin 
canlı Ģahidi ömür dostum 
Müzəyyən xanıma ithaf edirəm. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 

 
Azər Turan 
Filologiya üzrə fəlsəfə doktoru 
 
DÜNYA POEZĠYASININ TÜRK ġAHZADƏSĠ 
 
Ön söz 
 
(professor AqĢin Babayevin “Nazim Hikmət qalaktikası” kitabını 
oxuyarkən) 
 
Nazim Hikməti Cem Sultana bənzədirəm.. 
Cem  Sultan  qürbətdəki  cəlayi-vətən  günlərinin  birində  firəng 
Süleymana  demişdi  ki,  taxt  uğrunda  baxt  imtahanına  çıxdım,  Süleyman. 
Bir  gün  tarix  məndən  Vətən  qaçqını  deyə  söz  edərsə,  şaşmamaq  lazım. 
Vətəni  qurtarmaq  üçün  yola  çıxdım,  fəqət  özümü  xilas  etməkdə  aciz 
qaldım...  Yıxılan  dünyamın  xarabalığı  altında  xəyallarım  can  çəkişir. 
İdeallarımın tabutunu daşıyıram... 
Dünya poeziyasının türk şahzadəsi Nazim Hikmət də bütün didərgin 
şahzadələr  kimi,  ən  sonunda  ideallarının  tabutunu  daşıyacağını  hiss 
etmişdi... 
İstanbulda  Bəyazid  meydanındakı  sənət  qalareyasında  Nazim 
Hikmətin  bir  portretini  gördüm.  Mavi  gözlüdür.  Amma  div  deyil.  Sarı 
saçları  var.  Amma  saman  sarısı  deyil.  Dəmir  dağı  yandırıb  əridən 
Börtəçiniyə bənzəyir. 
Səlim  Turan  Nazimin  portretini  belə  yaradıb:  qızmar  qırmızıda  gur 
yanan işıq kimi... 
Professor  Aqşin  Babayevin  nişan  verdiyi  qalaktikada  da  Nazim 
Hikmət qızmar qırmızının içində gur yanan işıq kimi görünür. 
İndi hər yazılan kitab etibarlı olmur. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 

 
Amma  inanıram  ki,  Aqşin  Babayevin  bu  kitabı  Azərbaycanda  da, 
Türkiyədə  də  tanınan,  bilinən  və  etiraf  olunan  bir  nazimşünasın  (və 
türkoloqun)  əsəri  olaraq  faktlarının,  təhlillərinin,  yeniliklərinin  ciddi 
mahiyyətinə, ən başlıcası, Nazim Hikmətin təəssübünü çəkərək yazıldığına 
görə çağdaş fikir həyatımızın dəyərli örnəklərindən biri kimi qarşılanacaq. 
Aqşin  Babayev “Nazim Hikmət qalaktikası”nı zadəgan bir üslubda, 
təvazökar  ahəngdə,  elmi  səbatla  yaradıb  və  təkcə  nazimşünaslığa  deyil, 
Azərbaycan filolojisinə etibarlı bir kitab bəxş edib. 
Tale  bu  kitabın  müəllifinə  Nazim  Hikmətin  ocağı  başında  olmaq, 
onunla duz-çörək kəsmək səadətini də nəsib edib və elə buna görə də Aqşin 
Babayev  başqa  tədqiqatçılardan  fərqli  olaraq,  Nazim  Hikmətlə  bağlı 
araşdırmasında  təkcə  arxiv  sənədlərinə,  Nazim  Hikmət  haqqında  yazılmış 
başqa  kitablara,  yaxud  Nazim  Hikmətin  əsərlərinə  deyil,  eyni  zamanda 
Nazim  Hikmətlə  canlı  ünsiyyətdən  doğan  yaddaş  materiallarına  da  istinad 
edə  bilir  və  bu  cəhət  “Nazim  Hikmət  qalaktikası”nın  orijinal  və  müstəsna 
mahiyyətinə ayrıca bir cazibədarlıq gətirir.  
Sovetlər dönəmində Azərbaycanın efir məkanında Türkiyə türkcəsini 
maneəsiz  təmsil  edən  yeganə  səs  Nazim  Hikmətə  məxsus  idi  və  Aqşin 
Babayevin hətta bu kitabında belə təvazökarcasına arxa plana keçirdiyi, (az 
qala,  görünməz  etdiyi)  ən  ciddi  faktlardan  biri,  bəlkə  də  birincisi  ondan 
ibarətdir ki, Nazimin bizim üçün doğma və canlı türkcəsini-səsini lentə alıb 
əbədiləşdirən  bir  başqası  deyil,  məhz  qarşınızdakı  “Nazim  Hikmət 
qalaktikası” kitabının müəllifi professor Aqşin Babayevin özü olmuşdu. 
  Bu mənada Aqşin Babayev təkcə Nazim Hikmətə deyil, bəlkə daha 
geniş  ölçüdə  o  zaman  sovet  Azərbaycanında  türk  ruhunun  qorunub 
saxlanmasına, türk yaddaşının diri qalmasına əvəzsiz xidmət göstərmişdir. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 

 
 “Nazim  Hikmət  qalaktikası”nın  məhz  Bakıda  meydana  çıxması 
istər-istəməz  mənə  (Süleyman  Rüstəmin  ruhuna  rəhmət  və  ehtiramla) 
Nazimin  ilk  kitabını-“Günəşi  içənlərin  türküsü”nü  xatırlatdı.  “Günəşi 
içənlərin türküsü” ilə XX əsrə (və öz tragik aqibətinə) doğru böyük səfərinə 
Bakıda başlayan Nazim Hikmət, “Nazim Hikmət qalaktikası”ilə XXI yüzilə 
də Bakıdan uğurlanır. Fərq isə çox ciddidir: 1928-də Nazimi XX əsrə sovet 
Bakısı, XXI yüzilə isə milli və bağımsız Azərbaycan yola salır. 
  Bu kitabın məziyyətlərini bir-bir sayıb təfsilata varmaq istəmirəm. 
Amma  inandığım  bir  gerçəyi  etiraf  etməklə  yazımı  tamamlayıram. 
Ziyalılığın,  aydınlığın  və  alimliyin  alplıq  mərtəbəsində  asudə  ömür  sürən 
professor 
Aqşin  Babayevin  varlığını  qapsamış  əhval  Nazim 
Hikmətcəsinədir və mənə elə gəlir ki, indi başqa dünyada, ayrı bir aləmdə 
olan Nazim Hikmətin bu dünyada, bizim aləmə yansıyan ruhunun bir şöləsi 
də elə Aqşin Babayevin özüdür. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə