Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
48 
 
çox  vaxt  çaşaraq  (çaşmağa  bir  bax!)  Zəngilan,  Cəbrayıl,  Füzuli,  Ağdam, 
Kəlbəcər,  Şuşa  demişəm  və  görmüşəm  ki,  bir  vətən,  bir  soy  övladı  kimi 
Nazim  də  Mirzə  Cəlil,  Ələkbər  Sabir  təki  bu  gün  yaşamaqda, mübarizədə 
və bizimlə eyni dərdlər içində yanıb qovrulmaqdadı”. 
Bu  «Xüsusi  buraxılış»da  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Anarın, 
Mövlud Süleymanlının ürək sözləri ilə yanaşı, Nazim Hikmətin yaxın dostu 
olmuş  rəssam  İbrahim  Balabanın,  Mustafa  Necati  Səpətçioğlunun,  Əziz 
Nesinin, Nobel mükafatı laureatları Anger Miquelin, Pablo Nerudanın, İlya 
Erenburqun  və  başqa  sənət  xadimlərinin  qiymətli  fikirləri  də  əks 
etdirilmişdir. Buraxılışda maraqlı bir fakt da var. Onu xüsusilə qeyd etməyi 
lazım  bildik.  Türkiyənin  bir  vaxtlar  Baş  naziri  olmuş  Süleyman  Dəmirəl 
2000-ci  ildə  Türkiyə  Cümhuriyyətinin  Prezidenti  olarkən  dövlət 
başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında Nazim Hikmətin şeirini 
oxumuşdu.  Halbuki,  bir  vaxt  o  yazmışdı:  “Oğlunu  Türkiyə  Kommunist 
Partiyasına əmanət etmiş Nazim Hikmət Vətən şairi ola bilməz.” Etiraf özü 
çox böyük ucalıqdır, paklıqdır. Biz də  Nazimi bəyənməyən  bütün türkləri 
bu yola dəvət edirik. 
Nazim Hikmətə ikili münasibət olub və görünür həmişə belə olacaqdır. 
Radioda  işlədiyim  vaxt  mənim  bir  şöbə  müdirim  vardı.  O,  indi  haqq 
dünyasında  olduğu  üçün,  adını  yazmıram.  İlk  gündən  o,  Nazim  Hikmət 
haqqında  küfürlər  söyləyirdi.  Hətta  mən  Nazim  Hikmətin  yaradıcılığını 
namizədlik  dissertasiyam  üçün  mövzu  götürəndə  də  narazılıqla  başını 
buladı.  Onda  elə  bilirdim  ki,  Nazim  Hikməti  bəyənməyən  ancaq  mənim 
şöbə müdirimdir. Sonra gördüm ki, yox. 
Nazim  Hikməti  sevməyənlər  iki  qrupa  bölünür.  Daha  dəqiq  desək, 
mən  onları  iki  qrupa  ayırıram.  Birinci  qrupa  intellektual,  öz  ideyasının 
mahir  biliciləri,  bir  sözlə,  savadlı  adamlar  daxildir.  İkinci  qrupun 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
49 
 
nümayəndələri isə heç bir dəftərdə adı olmayan, sadəcə Nazimi inkar edən 
adamcıqlardır.  Birinci  qrupa  aid  olan  şəxslərin  adını  bu  yazımda 
çəkəcəyəm.  Amma  özlərini  hamıdan  ağıllı  bilənlərin  və  Nazim  Hikmət 
yaradıcılığından  xəbərdar  olmayan,  kommunist  olduğu  üçün  böyük 
sənətkarı inkar edən, onu kobud sözlərlə təhqir edənlərin heç birinin adını 
çəkməyəcəyəm.  Bu,  mənim  haqqımdır.  Daha dəqiq desək,  buna  ixtiyarım 
var. 
Bir vaxtlar Türkiyənin məşhur şairi və ideoloqu Orxan Seyfi yazmışdı: 
“Nazim  üçün  kommunizm  bir  dindir.  Bir  dəfə  bu  dinə  inandıqdan  sonra, 
ölənə  qədər  kor-koranə  ona  sədaqət  göstərməyi  lazım  bilir.  Nazim 
Hikmətin yuxudan oyanacağı günü bir az daha gözləmək lazımdır.” Orxan 
Seyfi  Nazimi  bəyənməsə  də,  onu  heç  vaxt  təhqir  etməmişdi.  Görürsünüz, 
dediklərində də həqiqət var. Sonralar  Nazim Hikməti sevənlər ürək yanğısı 
ilə  öz  duyğularını  ifadə  etdilər,  ancaq  şairi  qətiyyən  qınamadılar.  Nazimi 
sevməyənlər  isə  onun  əleyhinə,  kobud  şəkildə  desək,  ağızlarına  gələni 
yazdılar.  Və  mən  də  bir  Nazim  Hikmət  tədqiqatçısı  kimi  onlara  cavab 
verdim. İstəyirəm bu barədə danışım. 
Əvvəlcə  sizə  bu  mətləblə  əlaqədar  qələmə  aldığım  “Sözüm  Nazim 
Hikmət düşmənlərinədir” adlı məqaləmi təqdim edirəm: 
“Böyük türk şairi Nazim Hikmətin 100 illik yubileyi YUNESKO xətti 
ilə  dünya  miqyasında  qeyd  edilir.  İndi  bu  münasibətlə  Nazim  Hikmət 
haqqında müxtəlif kitablar, məqalələr, xatirələr çap olunur. Belə yazılardan 
biri bu günlərdə bizim mətbuat səhifələrində də işıq üzü görüb. Özü də bu 
məqalə  beş  il  bundan  əvvəl  Türkiyədə  “Tarix  dərgisi”ndə  çap  olunub. 
Məqalə müəllifi Kazım Gültəpə nə deyir? 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
50 
 
Əvvəla,  deyir  ki,  Nazim  Hikmət  guya  özü  etiraf  edib  ki,  o,  yəhudi 
əsilli  polyakdır  və  bundan  qürur  duyur.  Bu,  ağ  yalandır.  Nazim  belə  söz 
deməyib.  Sonra  Kazım  bəy  yazır  ki,  Nazim  ömrü  boyu  Türkiyəyə  və 
türklüyə  hücumlar  edib.  Kazım  Gültəpənin  tənqid  hədəfi  Nazimin 
kommunistliyidir.  Onun  dediyindən  belə  çıxır  ki,  Nazim  necə  böyük 
sənətkar  olursa-olsun,  kommunist  olduğu  üçün  bir  heçdir,  onun  adı 
çəkilməməlidir,  birdəfəlik  unudulmalıdır.  Kazım  bəydən  soruşuruq:  əgər 
Nazim  Hikmətin  bütün  kommunist  ruhlu  şeirlərini  kitablarından  çıxarıb 
atsaq,  yerdə  qalan  bütün  əsərlərini  –  lirik  şeirlərini,  poemalarını,  dram 
əsərlərini,  kinossenarilərini  cild-cild  kitablarda  toplasaq,  ona  şair, 
dramaturq, ssenarist demək olmazmı? 
Bəli,  Nazim  kommunist  olub.  Gənc  yaşlarında  Moskvada  Şərq 
Zəhmətkeşlərinin  Kommunist  Universitetində  oxuduğu  illərdə  bu 
ideologiyaya  bağlanıb,  amalı  (kağız  üzərində  olsa  da)  sülh,  qardaşlıq, 
bərabərlik  olan  ideallara  inanıb.  İnanıb,  amma  sonra  xəyal  qırıqlığına 
uğrayıb.  Kazım  bəy  kimi  bəzi  türklər  (bizim  azərbaycanlılar  arasında  da 
belə düşünənlər var) Nazim Hikməti “vətəndən qaçmaqda” günahlandırırlar 
və ona “vətən xaini” deyirlər.  
Nazim  heç  zaman  Türkiyənin  və  türklüyün  düşməni  olmayıb.  İndi 
gələk Nazim Hikmətin Vətənini qoyub “qaçmasına”. 
Nazim Hikmətin xatirələrindən: 
“Mən  həbsxanadan  xalqımın  və  başqa  dünya  xalqlarının,  onların 
mütərəqqi  dəstəsinin  tələbi  ilə  azadlığa  buraxılmışam.  Türkiyənin  hakim 
dairələrinə  qalsa  idi,  yenə  məni  həbsxanada  çürüdərdi.  Türkiyədə  belə  bir 
qanun  var.  Neçə  yaşın  olursa  olsun,  hərbi  xidmətə  getməlisən. 
Həbsxanadan çıxandan sonra məni əsgərliyə çağırdılar. Halbuki, mən hərbi 
dənizçilik  məktəbində  oxuyanda  sətəlcəm  xəstəliyindən  sonra  çürüyə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə