Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 

 
   NAZĠM HĠKMƏTƏ BAĞLI ÖMRÜM 
 
1957-ci  il...    Azərbaycan  Dövlət  Universitetinin  iclas  salonu.  Nazim 
Hikmət  kürsüdədir.  Biz  tələbələr  uzaqdan-uzağa  seyr  edirik  onu.  Gur  səsi 
dalğa-dalğa  yayılır:  “Bu  müqəddəs,  bu  qüdsal  evinizə  –  darülfünunuza 
çağırdığınız  üçün  təşəkkürlər  edirəm.  Məni  dünyanın  ən  bəxtiyar 
insanlarından biri yapdınız. Və mən indi burada düşünürəm ki, bəlkə mən 
görmədim,  amma  oğlum  görəcək,  necə  İstanbulda da,  bizim  universitetdə 
də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək, məsələn, 
indi burda şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa, 
onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi 
vaxt  mənim  İstanbullu  gənclərimə  desin  ki,  bizə  də  sənin  Nazimin  gəldi. 
Biz  onu  qardaş  kimi  bağrımıza  basdıq  və  biz  ona  çox  şeyi  öyrətdik.  Nə 
öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. 
Və  məndən  salam  söyləsin.  Çünki,  bəlkə  mən  məmləkətimə  qovuşa 
bilmədim. Amma o, mənim məmləkətimi görəcək.” 
1961-ci  il...  Moskvadayam.  Şairin  evində  onunla  üzbəüz  oturmuşam. 
İnana bilmirəm ki, “Mavi gözlü dev”lə görüşmüşəm. 
1962-ci  il...  Şair  Bakıda  qonaqdır.  Radio  jurnalisti  kimi  səsini  lentə 
yazıram. Ayrılanda deyir: “Müdafiənə məni də çağır. Unutma.” 
1963-cü  il...  Nazimin  qəfil  ölüm  xəbərini  eşidirəm.  Uşaq  kimi 
ağlayıram. 
1967-ci  il...  Nazim  Hikmətin  yaradıcılığına  həsr  olunmuş  namizədlik 
dissertasiyamı  müdafiə  edirəm.  Nazimşünas,  bizim  həmyerlimiz  Əkbər 
Babayevdən teleqrafla rəy və təbrik məktubu almışam. Müdafiəmdə Nazim 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 

 
Hikmətin  müəllimi  hesab  olunan,  Türkiyənin  məşhur  jurnalisti  Zəkəriyyə 
Sərtəl iştirak edir. 
1972-ci il... Şairin Vətəni Türkiyədəyəm. Üç illik işləməyə gəlmişəm. 
Nazimin  həsrətində  olduğu,  bircə  dəfə  də  görmədiyi  Toros  dağlarından 
keçirəm. 
Adana  şəhərində  kitab  mağazasında  mənə  bir  türk:  “Bizdə  vətən 
xaininin  kitabı  satılmaz”  deyir.  Baxıram  bu  türkə,  ürəyimdən  qara  qanlar 
axır.  Niyə  beləyik  biz?  Amma  çox  keçmədən  bu  xəyal  qırıqlığı  tərk  edir 
məni.  Türkiyədə  tanış  olduğum  dostlar  –  Ercan,  Kamal,  Yusif  Nazimdən 
şeirlər deyirlər. Sevinirəm. Demək türklər Nazimi sevirlər. 
Haşiyə:  Heç  ağlıma  da  gətirə  bilməzdim  ki,  Nazim  Hikmətin 
YUNESKO xətti ilə 2002-ci ilin yanvar ayında keçiriləcək yubileyinin əks-
sədası həm Türkiyədə, həm də Azərbaycanda çoxlarını sevindirsə də, bəzi 
adamların  qanını  qaraldacaq.  Nazimi  sevməyənlər  əvvəllər  sanballı 
adamlar  olub.  Məsələn,  Orxan  Seyfi,  Pəyami  Səfa...    İndi  Nazimin 
bədxahları  orijinal  görünmək  üçün  dəridən-qabıqdan  çıxan  tör-
töküntülərdir.  Ancaq  onlar  istəsə  də,  istəməsə  də,  Nazim  Hikmətin  100 
illiyi  bayram  edildi.  Dünyanın  bir  çox  ölkələrində,  o  cümlədən 
Azərbaycanda  da  Nazim  Hikmət  yubileyi  təntənə  ilə  keçirildi. 
Nəşriyyatlarımız  bu  böyük  sənətkar  haqqında    kitablar  nəşr  etdilər. 
Görkəmli  bəstəkarımız  Arif  Məlikovun  Nazim  Hikmətin  ölməz  əsəri 
əsasında  yaratdığı  “Məhəbbət  əfsanəsi”  baleti  bir  daha  İstanbul  teatrının 
səhnəsini bəzədi.  Bir sözlə, Nazimin 100 illiyi böyük təntənə ilə keçdi.  
1975-ci  il... Türkiyədən  Azərbaycana  dönürəm.  Nazimin  kitabları  ilə. 
Dünya xali deyil. Nazimi sevənlər çoxdur. 
1976-1991-ci  illər...  Radioda  işlədiyim  illərdə  Türkiyədən  gələn 
qonaqları - Haldun Taneri, Əziz Nesini, Kamal Bayramı, Vedat Türkəlini, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 

 
Oqtay  Akbalı,  Asim  Bezercini  və  başqa  sənət  xadimlərini  qarşılayıram. 
Sözümüz-söhbətimiz Nazim Hikmətdəndir. 
1978-ci  il...  Nazim  Hikmət  haqqında  kitabım  Bakıda  “İşıq” 
nəşriyyatında çap olunur. 
1982-ci  il...  “Cümhuriyyət  dövrü  türk  dramaturgiyasında  ictimai 
motivlər”  adlı  kitabım  Azərbaycan  Elmlər  Akademiyasının  “Elm” 
nəşriyyatı tərəfindən çap olunur. Kitabın Nazimə həsr olunmuş ayrıca fəsli 
var. 
1989-cu  il...  “Nazim  Hikmət  və  yaşamı”  adlı  kitabım  Berlində  türk 
dilində 
işıq  üzü  görür.  (Onu  qələm  dostum  Yüksəl  Kaya 
türkcələşdirmişdir.) 
1992-ci  il...  Bakıya  jurnalist  Mustafa  Ekmekçi  gəlir.  Nazim  Hikmət 
dilindən  düşmür.  Onu  tanıyanlardan  müsahibələr  alır.  Nazim  Hikmət 
haqqında xüsusi reportaj hazırlayır. Şairin Azərbaycanla bağlılığını öyrənir. 
1996-cı  il...  Türk  dramaturgiyasına  həsr  olunmuş  doktorluq 
dissertasiyamı  müdafiə  edirəm.  Araşdırmanın  böyük  bir  hissəsi  Nazim 
Hikmətin  dram  yaradıcılığına  həsr  olunmuşdur.  Televiziya  və  radio 
verilişlərində Nazim haqqında danışıram, iftixar hissi keçirirəm. 
1998-ci  il...  “Azərbaycan  və  türk  dünyası”  adlı  kitabım  çapdan  çıxır. 
Onun böyük bir hissəsi Nazimə həsr olunub. 
2000-ci  il...  Mən  Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfının  Məsləhət 
Şurasının üzvü seçilmişəm.  
Yenə  2000-ci  il...  “100  yaşlı  Nazim  Hikmət”  adlı  kitabım  kütləvi 
tirajla  işıq  üzü  görür  və  bu  kitabıma  görə  2001-ci  il  aprelin  11-də 
Beynəlxalq  Mükafatlar  Akademiyasının  “Humay”  mükafatına  layiq 
görülürəm. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə