Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
10 
 
2012-ci il... Türkiyədə “Nazim və Azərbaycan” kitabım çap olunur. 
Üç  il  həyat  yoldaşımla,  qızımla  Nazim  Hikmətin  Vətənində 
yaşamışam. Ömür dostum Müzəyyən xanım Zəkəriyyə   Sərtəlin 
Nazim 
Hikmətə  həsr  etdiyi  “Mavi  gözlü  Dev”  kitabını  dilimizə  çevirib.  Oğlum 
Gündüz aliəsi ilə birlikdə beş ildir ki, Nazimin Vətənindədir.Burada işləyir. 
Nəvələrim  Nazimin  dilində  təhsil  alırlar.  Qızım  Aytən  Nazim  Hikmətin 
fəlsəfi  görüşlərinə  həsr  olunmuş  dissertasiya  müdafiə  edib.  Fəlsəfə 
doktorudur.  Evdə  yazı  masamın  üstündə  əlini  çənəsinə  söykəyib  mənalı 
gözləri  ilə  mənə  baxan  Nazim  Hikmətin  şəkli  var.  Audio-kasetlərdə 
Nazimin səsi var. Bu səslər içərisində onun özünün oxuduğu şeirlər də var, 
mənim ondan aldığım müsahibələr də... 
Bütün bu dediklərim ömrümün bir parçasıdır... Tələbəlik illərindən bu 
günə qədər gəlib çatan Nazim Hikmətə bağlı ömür! İnanıram  ki, gündən-
günə şöhrəti ucalan Nazim Hikmətin gələcək tədqiqatçıları heç olmasa bir 
yerdə  mənim  adımı  çəkəcəklər.  Bu,  mənim  üçün  böyük  qürur  olacaq. 
Həyatda olsam da, olmasam da... Amma hələ ki, torpağın üstündəyəm. Nə 
qədər ki, torpağın üstündəyəm, Nazimdən deyəcək, Nazimdən yazacağam.  
Sizə,  əziz  oxucular,  təqdim  etdiyim  bu  kitabda  Nazim  Hikmətə  həsr 
etdiyim  və  onunla  bağlı  insanlardan  söz  açdığım  yazılarım  toplanmışdır. 
Bu  yazıların  böyük  bir  qismi  müxtəlif  illərdə  dövrü  mətbuatda  işıq  üzü 
görmüşdür. Təkrarlar olsa, üzürlü hesab edin. 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
11 
 
NAZĠM HĠKMƏTĠN 100 ĠLLĠYĠ 
Nazim  Hikmət  haqqında  çox  yazılıb,  çox  deyilib,  hələ  çox  yazılacaq 
və çox deyiləcək. Çünki Nazim  Hikmət bütün dünya  miqyasında tanınmış 
böyük  sənətkardır.  Türk  dünyası  onunla  fəxr  edir,  hələ  bundan  sonra  da 
fəxr  edəcək.  Mənim  ömrümün  təxminən  əlli  ili  Nazim  Hikmətlə  bağlıdır. 
Daha  dəqiq  desək,  bütün  şüurlu  həyatımı  Nazim  Hikmət  yaradıcılığının 
tədqiqinə  həsr  etmişəm.  Kitablarım,  məqalələrim  çap  olunub,  televiziya 
verilişlərində, radio proqramlarında onun haqqında dəfələrlə danışmışam. 
2002-ci il, hamıya məlum olduğu kimi, YUNESKO tərəfindən Nazim 
Hikmət  ili  kimi  elan  olundu.  Böyük  söz  ustadının  100  illiyi  ərəfəsində  və 
ondan sonra Nazim barədə çox yazıldı, çox deyildi. Bu dövr özü ayrıca bir 
tədqiqat  obyektidir.  Bu  müddətdə  Nazimi  sevənlər  də  oldu,  sevməyənlər 
də.  Bu  da  təbiidir.  Nəhəng  şəxsiyyətlər  hamı  tərəfindən  sevilə  bilməz. 
Amma Nazimin sevənləri çoxdur. Buna görə də o, həmişə yaşayacaq. 
Bu  kitabı  qələmə  almaqda  məqsədim  son  illər  Nazim  Hikmətlə  bağlı 
hadisələrə və araşdırmalara  qiymət vermək, ümumiyyətlə, Nazim Hikmət 
dünyasından  söz  açmaqdır.  Altmış  bir  il  ömür  sürmüş  Nazim  Hikmət 
təzadlı bir həyat yaşayıb. Özünün dediyi kimi: “hapislerde de yattım, büyük 
otellerde  de”.  Onun  böyük  sənətinə  münasibət  də  təzadlıdır.  Kimi  onu 
sevir, kimi  də  bəyənmir.  Kommunist  olduğu  üçün,  “Vətənini atdığı  üçün” 
bəyənmir.    Guya  kommunistdən  şair  olmaz.  Güya  məcbur  olub  Vətənini 
tərk edən insan “Vətən xaini”dir. 
Nazimin  100  illiyi  ilə  əlaqədar  Azərbaycanda  da  tədbirlər  oldu, 
Türkiyədə də. Təkcə türk dünyasında yox, Amerikada, Rusiyada, Fransada, 
İngiltərədə,  İtaliyada  və  başqa  ölkələrdə  Nazim  Hikmətə  həsr  olunmuş 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
12 
 
tədbirlər  həyata  keçirildi.  Pyesləri  yenidən  tamaşaya  qoyuldu,  kitabları 
təkrar nəşr olundu. 
2002-ci  ilin  yanvar  ayında  Nazim  Hikmət  Kültür  ve  Sanat  Vakfinın 
təşəbbüsü  ilə  İstanbulda  şairin  100  illiyinə  həsr  olunmuş  məclis  keçirildi. 
Həmin  məclisə  mən  də  dəvətli  idim.  Kiçik  bir  çıxış  da  hazırlamışdım  və 
faksla  İstanbula  göndərmişdim.  Gedə  bilmədim.  Azərbaycan  Yazıçılar 
Birliyinin  sədri,  xalq  yazıçısı  Anar  da  həmin  məclisə  dəvətli  idi.  O, 
İstanbuldan qayıdandan sonra televiziya ilə çıxış edərkən tamaşaçılara belə 
dedi:  “Müəyyən  səbəblərdən  Aqşin  Babayev  İstanbulda  keçirilən  Nazim 
Hikmət  tədbirlərində  iştirak  edə  bilmədiyi  üçün  onun  çıxışını  mən 
oxudum.” Mən həm şəxsən, həm də televiziya ilə Nazim Hikmət haqqında 
çıxış edərkən Anar müəllimə dərin təşəkkürümü bildirdim.  
Həmin  ilin  aprelində  mən  Nazim  Hikmət  yubileyində  iştirak  etmək 
üçün  İstanbul  bələdiyyəsinin  dəvəti  ilə  İstanbula  gəldim.  Ömür-gün 
yoldaşım Müzəyyən xanım Nazim Hikmət vurğunu olduğu üçün İstanbula 
onunla bərabər getmişdim. Tədbirlər aprel ayının 6-da başlayacaqdı. Amma 
biz  artıq  aprelin  3-də  İstanbulda  idik.  Şəhəri  gəzir,  təəccübümüzü  gizlədə 
bilmirdik.  Nazim  Hikmətin  100  illiyi  ilə  əlaqədar  kinoteatrlara,  müxtəlif 
mədəniyyət  mərkəzlərinə  afişalar  vurulmuşdu.  Bu  dəfə  Türkiyəyə  iri 
həcmli  bir  məruzəmlə  gəlmişdim.  Adı  belə  idi:  “Azərbaycanda  Nazim 
Hikmət,  Nazim  Hikmətdə  Azərbaycan”.  Həmin  günü,  həmin  dəqiqəni 
səbirsizliklə  gözləyirdim.  Bir  axşam  taksi  ilə  qaldığımız  “Eresin”  otelinə 
dönəndə şofer hal-əhvaldan sonra bizdən soruşdu: 
– Xeyir ola, İstanbula nə münasibətlə gəlmisiz? 
– Nazim Hikmətin 100 illiyi münasibəti ilə, – dedim. 
Cavan oğlan qaş-qabağını tökdü. Xeyli susduq. Sonra özü dilləndi: 
– Mən Nazim Hikməti sevmirəm, – dedi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə